Toqo
République togolaise
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"Travail, Liberté, Patrie"
(isp. "Əmək, Azadlıq, Vətən")
Himn:  (az.)
"Salam olsun sene, əcdadlarımızın torpağı"
Rəsmi dilləri
Paytaxt Lome
İdarəetmə forması Prezident respublikası
Prezident Faure Gnassingbé
Baş nazir Komi Klassu[5.VI.2015-]
Sahəsi Dünyada 125-ci
 • Ümumi 56 785 km²
 • Su sahəsi (%) 4,2
Əhalisi
 • Əhali 7,552,318 nəfər (100-cü)
 • Siyahıyaalma (2010) 5,337,000 nəf.
 • Sıxlıq 125.9 nəf./km² (93-cü)
ÜDM (AQP)
 • Ümumi 11.558 milyard dollar  (150-ci)
 • Adambaşına 1,567 dollar
ÜDM (nominal)
 • Ümumi (2016) 4.499 milyard dollar
 • Adambaşına 610 dollar
İİİ (2014) 0.484
İnternet domeni .tg
ISO kodu TG
BOK kodu TOG
Telefon kodu +228
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Toqo

Toqo — Qərbi Afrikada dövlət. Ölkə qərbdən Qana, Şərqdən Benin, Şimaldan Burkina-Faso ilə həmsərhətdir. Cənubdan Qvineya körfəzinə çıxışı var. Paytaxtı Lome şəhəridir.

Adının Etimologiyası

Ölkənin adı Ewe dilindən gəlir. Ewe dilində Togo sözü to (Dilimizdə: su) və go (Dilimizdə: liman) sözlərindən ibarətdir. Almaniyanın burada qurduğu ilk müstəmləkə nizamında bölgəni Togoland adı verilmiş, buna da əsaslanaraq bütün ölkə üçün Togo adı istifadə edilmiş, müstəqilliyindən sonra da bu ad yeni ölkənin adı olaraq da seçilmişdir.

Coğrafiya

Ölkənin bütövlükdə sahib olduğu 1,647 km-lik sərhədindən 664 km-i Benin, 126 km-i Burkina Faso, 877 km-i Qana ilə həmsərhəd olduğu halda, ölkənin bundan başqa Atlantik Okeanına da 56 km-lik sahil xətti var.

Togo sahib olduğu 56.785 km² sahəsi ilə Afrika qitəsindəki kiçik bir ölkələrdən biridir. Qitədə bu qədər sahayədən daha az bir sahəyə sahib olan çox az sayda ölkə var. Ölkə uzun və dar bir quruluşa sahib olub, şimal-cənub istiqamətində uzunluğu 550 km olub, qərb-şərq istiqamətində ən dar bölgəsi 50 km, ən geniş bölgəsi isə 140 km-dir. Atakora sıra dağları ölkəni çarpaz bir şəkildə bölür. Sıra dağların orta yüksəkliyi 600 m səviyyəsindədir. Toqoda olan ən yüksək dağ 986 m ilə Agou Dağı, ən uzun çayı isə 50 km-i dəniz nəqliyyatına yararli olan və şimal-cənub istiqamətində axan 400 km-lik Mono çayıdır. Ölkə ərazisinin 16% -i meşə ilə örtülü olduğu halda, 25% kənd təsərrüfatı sahəsi, 3,5% isə yaylalardır. Toqonun mərkəzi hissələri yüksəkliklər olduğu halda, şimala getdikcə nisbətən dərə təpəliklər azalır. Ölkənin cənubunda isə meşəlik sahələr və bataqlıqlar geniş yayılıb.

Əhali

Həmçinin bax

  1. http://chartsbin.com/view/edr.