Wikiversity
Robert Pattinson | |
---|---|
ing. Robert Douglas Thomas Pattinson | |
| |
Doğum adı | Robert Douglas Thomas Pattinson[4] |
Doğum tarixi | 13 may 1986[1][2] (38 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Partnyorları |
|
Fəaliyyəti | aktyor, film prodüseri, model[d], kino aktyoru, teatr aktyoru, bəstəkar, müğənni, televiziya aktyoru |
Fəaliyyət illəri | 2004-cü ildən |
Boyu | 185 sm |
IMDb | ID1500155 |
Vikianbarda əlaqəli mediafayllar |
Robert Duqlas Tomas Pattinson (13 may 1986[1][2], London) — İngiltərəli aktyor. Həm yüksək büdcəli, həm də müstəqil filmlərdəki rolları ilə tanınır. Pattinson ən çox qazanan aktyorlar siyahısındadır. Time jurnalı onu 21-ci əsrin ən nüfuzlu şəxslərindən biri seçib.
Karyerası
Pettinson aktyorluq karyerasına qısa vaxt əvvəl Ali Edelin rejissorluq etdiyi, Sem Vest və Benno Furmannın baş rolda yer aldığı, bir alman dastanı olan Nibelunq ilə bağlı "Nibelunqların üzüyü" filmi ilə başladı. Riz Uiterspunun "Qürur Dünyası" filminin iki alternativ film qapanışının birində, Uiterspunun oğlu rolunda yer alsa da bu film qapanışı işlədilmədi.
Robert Pettinson, bundan əvvəl, Barnes Teatr Qrupunun bir üzvü idi və Tornton Uilderin rejissorluq etdiyi Bizim şəhərimiz pyesində Corc Gibs xarakteri ilə başrol oynamışdı. Robert, həm də, Kol Porterin rejissorluq etdiyi Hərşey Gedir" musiqili dramında Lord Evelin Okley və Tess of the D'Urbevilles tragediyasında Alek xarakterini canlandırdı. Gənc aktyor, qısa vaxt əvvəl isə, OSO Sənət Mərkəzində Makbet tragediyasında Malkomu canlandırdı.
Herri Potter və Atəş Qədəhi filminin oyunçu heyətinə, Üç cadugər turnirində Hoqvartsı təmsil edəcək olan Sedrik Diqqori roluyla qatıldı. Twilight adlı kitabın filmində Edvard Kalleni canlandırdı. 2009-cu ildə nümayişə girən Salvador Dali və Federiko Garsiya Lorka arasında varolduğu düşünülən eşqi izah edən Kiçik Küllər filmində Dalini canlandırdı. Alatoran filmi ilə böyük çıxış edən oyunçunun 2009–2010-cu illəri üçün Məni Xatırla, Azad Məhkumlar və Alatoran Seriyasının 2.filmi olan "Yeni Ay" ilə 3 film proyekti vardır.
Modellik karyerası
Pattinson 12 yaşındaykən modellik etməyə başladı. Hackett 'in 2007 payız kolleksiyasında yer aldıqdan sonra dekabr 2008-ci ildə modellik etməkdən imtina etdi və bu peşəni buraxdı. Səbəb olaraq isə "Artıq çox əzələli və kişiyə xas olduğunu, köhnəsi kimi maraq çəkmədiyini" ifadə etdi.
2013-ci ilin iyun ayında Pattinson, Dior Homme 'un yeni üzü seçildi və Romain Gavras tərəfindən idarə 1000 LIVES başlıqlı reklam Kampanyası'nda iştirak etdi.
Filmoqrafiya
İl | Ad | Rol | Qeydlər |
---|---|---|---|
2004 | Vanity Fair | Adult Rawdy Crawley | Silinmiş səhnə |
2005 | Harri Potter və Alov Qədəhi | Cedric Diggory | |
2008 | How to Be | Art | |
Alatoran | Edvard Kallen | ||
2009 | Little Ashes | Salvador Dali | |
Alatoran. Saqa: Yeni Ay | Edvard Kallen | ||
2010 | Remember Me | Tyler Hawkins | İcraçı prodüser |
Alatoran. Saqa: Tutulma | Edvard Kallen | ||
Love & Distrust | Richard | Segment: The Summer House | |
2011 | Water for Elephants | Jacob Jankowski | |
Alatoran. Saqa: Sübh (I hissə) | Edvard Kallen | ||
2012 | Bel Ami | Georges Duroy | |
Cosmopolis | Eric Packer | ||
Alatoran. Saqa: Sübh (II hissə) | Edvard Kallen | ||
2014 | The Rover | Reynolds | |
Maps to the Stars | Jerome Fontana | ||
2015 | Queen of the Desert | T. E. Lawrence | |
Life | Dennis Stock | ||
2016 | The Childhood of a Leader | Charles Marker / Adult Prescott | |
The Lost City of Z | Henry Costin | ||
2017 | Yaxşı vaxt | Constantine "Connie" Nikas | |
2018 | Damsel | Samuel Alabaster | |
High Life | Monte | ||
2019 | Mayak | Ephraim Winslow / Thomas Howard | |
The King | The Dauphin | ||
Waiting for the Barbarians | Officer Mandel | ||
2020 | Tenet | Neil | |
The Devil All the Time | Preston Teagardin | ||
2022 | Betmen | Brüs Ueyn / Betmen | |
2023 | The Boy and the Heron | The Grey Heron | Səs; İngiliscə dublyaj |
2024 | Mickey 17 | Mickey Barnes |
Xarici keçidlər
İstinadlar
- ↑ 1 2 Robert Pattinson // filmportal.de. 2005.
- ↑ 1 2 Robert Pattinson // Munzinger Personen (alm.).
- ↑ 1 2 Kristen Stewart opened up about falling in love with Robert Pattinson: 'There was nothing I could do'. Insider.
- ↑ (unspecified title). Rivista del Cinematografo.