Amerika kimyaçısı Herbert Çarlz Braun 1912-ci ilin mayın 22-dəLondonda anadan olmuşdur. 1938-ci ildə Çikaqo universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1943-cü ilə qədər orada, 1943–1947-ci illərdə Uens universitetində (Detroytda) işləmişdir. 1947-ci ildən İndiana ştatında Pradyu universitetində professor işləmişdir. Əsas tədqiqat sahəsi bor kimyası olmuşdur.
Herbert Braun Diboranın sintezinin sadə üsullarını işləyib hazırlamışdır. 1959-cu ildə doymamış üzvi birləşmələrin hidroborlaşması reaksiyasını kəşf etmişdir. Bu reaksiya kompleks borhidridlərin və ya diboranın B-H əlaqəsinin qırılması ilə ikiqat əlaqə yerindən (C=C, C=O, C≡C, C=N, C≡N) birləşməsindən ibarətdir. Bu reaksiyanın stereospesifik hidrogenləşmə üçün istifadə yolunu göstərmişdir. Etilen əlaqəsi üzrə birləşmə reaksiyasını tədqiq edərək müəyyən etmişdir ki, onlarda tetraedrik əlaqəli atomlar iştirak etdikdə keçid kompleksləri δ-elektronlar hesabına yaranır.
Herbert Braun 1953-cü ildə Luisə görə reagentin turşuluğundan asılı olaraq aromatik birləşmələrdə hidrogenin selektiv əvəzolunma qaydasını təklif etmişdir (Braunun selektivlik qaydası).
Braun 1979-cu ildə alman alimi Georq Vittiq ilə birlikdə "Mürəkkəb bor və fosfora malik
üzvi birləşmələrin yeni sintez üsullarını işləyib hazırladığına görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.