Tofalar
Tofalar
Cəmi say
Əhəmiyyətli sayda yaşadığı bölgələr
Dil
Din Animizm
Yaxın etnik qruplar

Tofalar — Altay xalqları türk qrupunun şərqi hun qoluna mənsub xalq.

Haqqında

Onlar özlərini tofa (tıfa, tına, toxa) adlandırırlar. Əvvəllər karakaslar da adlanmışlar. Altay dil ailəsinin türk qrupunun uyqur qoluna mənsub tofa dilində danışırlar. Antropoloji cəhətdən sarı (monqol) irqinin Şimali Asiya tipinə aiddirlər. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya FR — da 723 nəfəri İrkutsk vilayətinin Aşağı Udin rayonunda yaşamaqla, cəmi 837 nəfər Tofa türkü yaşayır .[3] Soyköklərində tuva-toçinlər dururlar. Tofalar tuvalılara çox yaxın olan xalqdır. Onlar 1957-ci ildə Tuvanın mancurlar tərəfindən tutulmasından sonra tuvalılardan ayrılmışlar. XIX əsrin II yarısında tofaların seok (sümük)adlanan aşağıdakı nəsilləri mövcud idi: urqe xaş (urqe xaaş), kara-xaş (qara-xaaş), sarıq-xaş (sarı-xaaş), menek-xaş (menek-xaaş), kara-yoqdu (qara-yoqdı), çoqdu (çoqdı), çepmey və s.

Tofalar

Xarici keçidlər

Qaynaq

  1. "Arxivlənmiş surət". 2007-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-03.
  2. "26.02.1999 census of Kazakhstan Republic". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-03.
  3. "Rusiya Dövlət Statistika Komitəsi : 2002 – ci il siyahıya almasına əsasən azsaylı yerli xalqların sayı və məskunlaşdığı ərazilər". 2006-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-27.