Robert Mixels
Doğum tarixi 9 yanvar 1876(1876-01-09)[1][2]
Doğum yeri
Vəfat tarixi 2 may 1936(1936-05-02)[3] (60 yaşında)
Vəfat yeri
İş yerləri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Mixels (alm. Robert Michels‎; 9 yanvar 1876[1][2], Köln, Prussiya[4]2 may 1936[3], Roma[4]) — Almaniya sosioloqu, Verner Zombartın, Qaetano MoskanınMaks Veberin şagirdi.

Həyatı

Robert Mixels 9 yanvar 1876-cı ildə Almaniyanın Köln şəhərində anadan olmuşdu. O, iqtisadiyyat və siyasət elmi professoru idi. Əvvəlki sosialist maraqları səbəbiylə Almaniyada qalmağı rədd etmiş və ömrünün böyük hissəsini İsveçrəİtaliya universitetlərində dərs verməklə keçirmişdir. O zamanlar gənc bir Alman sosioloqu olan Robert Mixelss, "Siyasi Partiyalar" adlı əsərində, ənənəvi demokratiya və sosializm nəzəriyyəsinə söykənən və Rouseaunun xalq demokratiyası anlayışına qarşı çıxaraq belə bir təməl siyasi fikri ortaya qoymuş oldu. Mixelssin iddiasına görə mövcud demokratiyaların pis olması və xüsusilə liderlərin cəmiyyət və təşkilatlar üzərində suveren olması, ictimai və iqtisadi inkişafın zəif olması, təhsil səviyyəsinin aşağı olması daha çox qarışıq ictimai sistemlərin təbiətindən qaynaqlanmaqdadır. Oliqarxiya, yəni bir cəmiyyətin, ya da təşkilatın başındakı idarəçilər tərəfindən idarə altında tutulması, bürokratiyaların ya da böyük təşkilatların iç işlərindən doğan (yaranan) bir xüsusiyyətdir. Mixelssə görə müasir insan həlsiz bir sonsuz dövr ilə qarşı-qarşıyadır. Belə ki, insanın siyasi partiyalar ya da kilsə kimi böyük təşkilatların başındakı az sayda idarəçiyə təsirli bir güc təhvil vermədən bu növ təşkilatlara qurub yaşatması mümkün deyil.

Demokratiya ilə böyük ictimai təşkilatların uyğun gələ bilmədiyini göstərmək məqsədiylə Mixelss Almaniyadakı və digər ölkələrdəki Sosialist partiyaların davranışlarını araşdırmışdır. O dövrdə bu partiyalar demokratiyanın yayılması fikrinə ən bağlı təşkilatları təmsil etməkdə idilər. Uzun bir müddət Alman sosialist hərəkətində şəxsən fəaliyyət göstərmiş biri olaraq Mixelss, o zaman dünyadakı ən böyük sosialist partiya olan Alman İctimai Demokrat Partiyasının oliqarxik quruluşuna bağlı detallı bir analiz təqdim etmişdir. Mühafizəkar sağ partiyaların iç strukturlarında demokratik olmadıqlarını göstərməyə istiqamətli bir iddia Mixelssin tezisini sübut etməsi baxımından uyğun deyildi, çünki Almaniyadakı və digər Avropa ölkələrindəki mühafizəkarların çoxu, demokratiyaya yəni əksəriyyətin ictimai siyasəti təyin etmə haqqı ya da gücü olduğuna onsuz da inanmırdılar.

Robert Mixels 3 may 1936-cı ildə İtaliyanın Roma şəhərində vəfat edib.

İstinadlar

  1. 1 2 Robert Michels // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Robert Michels // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Biografie Roberto Michels (avs. alm.). Universität Graz.
  4. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118733737 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.