Pestisidlərin səpələnməsi, Kaliforniya

Pestisid (lat. "pestis" - yoluxucu xəstəlik, "sido" - öldürürəm, məhv edirəm) ― bitki zərərverici və xəstəliklərinə, alağa, taxıla və taxıl məhsullarına, oduncağa, pambıq məmulatları, yun, dəri, həmçinin insanheyvanlarda təhlükəli xəstəlik yayanlara qarşı mübarizədə istifadə edilən kimyəvi maddədir.[1][2]

Pestisidlər və ya kimyəvi zəhərli maddələr, kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məsuldarlığını artırmaq üçün istifadə olunur.

Tədqiqat nəticəsində məlum olmuşdur ki, hər il dünyada istehsal olunan dənli bitkilərin üçdə biri ziyanvericilər və fitopatoloji göbələklər vasitəsilə məhv olur. Bitkilərin ziyanvericiləri və xəstəlik törədənləri əsasən həşəratlar, gənələr, yumuşaq bədənlilər, nemotodlar (həlqəli qurdlar), fitopotogen göbələklər, bakteriyalar, viruslar və bitki mənşəli orqanizmlərdir. Kənd təsərrüfatının əsas ziyanvericilərindən biri də gəmiricilərdir. İnsanlar üçün təhlükəli xəstəliklər və epidemiyalar yayan ziyanverici həşəratlar və gənələrdir. Onlar malyariya, isitmə, ensefalit, vəba, taun kimi qorxulu xəstəliklərin yaranması və yayılmasında əsas rol oynayırlar. Bir sıra dərman preparatları vasitəsilə peyvəndlər aparılır, eyni zamanda kəşf olunan zəhərli kimyəvi maddələrin köməyi ilə epidemik xəstəlikləri yayan ziyanvericilər məhv edilir.[3]

Klasifikasiyası

Kimyəvi tərkibinə görə bütün pestisidlər iki qrupa bölünür:

  1. qeyri-üzvi birləşmələr;
  2. üzvi birləşmələr. Pestisidlərin ilk tətbiq dövründə yalnız qeyri-üzvi maddələrdən istifadə olunurdu: qurğuşun 2-xlorid (PbCl2), arsen3-oksid (As2O3), mis duzları, florid turşusunun duzları, kükürd, sulfat turşusunun törəmələri və s.[4] Bütün qeyri-üzvi pestisidlər bir sıra xüsusiyyətlərinə görə effektli deyillər:
  • yüksək dozada təsir edirlər;
  • seçici olmadığına görə bütün canlılar üçün təhlükəlidir;
  • təbiətdə uzun müddət davamlı halda qalaraq istifadə olunan su hövzələrini çirkləndirməklə ekoloji mühiti korlayırlar. Odur ki, XX əsrin 40–50-ci illərində qeyri-üzvi pestisidlər üzvi pestisidlər vasitəsilə əvəz olunmağa başladı.

Pestisidlər istifadə məqsədinə görə aşağıdakı əsas qruplara bölünür:[5][6][7]

İnsektisidlər həşəratlarla mübarizə üçün
Akarisidlər gənələri məhv preparatlar
Nematosidlər bitkilərdə nematod xəstəliyinin törədicisi olan girdə qurdları məhv edən preparatlar
Funkisidlər bitkilərdə göbələklərin törətdiyi xəstəliklərə qarşı
Bakterisidlər bakteriyalarla mübarizə üçün
Virisidlər virusları məhv edənlər
Herbisidlər alaq bitkilərini məhv edənlər
Zoosidlər gəmiriciləri məhv edən zəhərlər
Antifidinqlər cücülərin qidalandığı şeydən qorxub çəkindirən maddələr
Molyuskosidlər zərərli ilbizləri məhv edən maddələr

Bitkilərin inkişafını sürətləndirən və ya ləngidən kimyəvi maddələr də pestisidlərə aid edilir. Bir sıra pestisidlər — defoliantlar və desikantlar, pambığın maşınla yığılması zamanı tətbiq edilir. Xalq təsərrüfatında herbisidlər, insektisidlər və funkisidlər daha çox istifadə edilir. Bu maddələrə tələbat ildən-ilə artdığından, yeni preparatlar kəşf edilir və onların istehsalı artıq zavodlar tərəfindən həyata keçirilir.[3]

Həşaratlara, alaq otlarına və ziyanverici heyvanlara təsir mexanizminə görə pestisidlər bir neçə qrupa ayrılır:

  • bir başqa təmas vasitəsilə təsir edənlər — həşaratların hər hansı orqanlarına toxunmaqla onları məhv edən zəhərlər;
  • həzm sistemi vasitəsilə təsir edənlər — həşaratlar və digər ziyanvericilər onları qida vasitəsilə qəbul etdikdə eddektli təsir göstərir;
  • sistemli təsir göstərənlər — bitkiləri orqanları vasitəsilə yayılaraq, müəyyən inkişaf mərhələsində zəhərli təsir göstərərək ondan istifadə edən ziyanvericiləri məhv edir və sonrakı inkişaf mərhələsində zəhərləyici təsiri aradan qalxır;
  • fumiqant mexanizmi ilə təsir edənlər — belə pestisidlər həşaratların tənəffüs yolu ilə daxil olaraq onları məhv edir.

Alaq otları ilə mübarizədə tətbiq olunan herbisidlər:

  • kütləvi təsir edənlər — belə kimyəvi maddələr bütün bitkiləri məhv edir;
  • sellektiv (seçici herbisidlər) — bu maddələr bir növ bitkiləri məhv edir və digər növlər üçün təsirli deyillər. Pestisidlərlə işləyərkən fərdi mühafizə vasitələrindən (xüsusi geyim və ayaqqabılar, respirator, əleyhqaz, qoruyucu gözlüklər və s.- dən) istifadə edilməlidir. Pestisidlərdən düzgün istifadə etmədikdə o, insana, həmçinin arıya və bitkilərin tozlanmasına kömək edən başqa cücülərə, balıqlara, quşlara, vəhşi heyvanlara, həmçinin bütün təbiətə mənfi təsir göstərir.[8][9]

Pestisidlərin toksiki göstəriciləri

Ətraf mühitdə pestisidlərin sirkulyasiya sxemi

Dünyada 100 min.-dən artıq, üzvi birləşmələr hesabına, pestisid istifadə olunur. Onlar həyatımızda mühüm rol oynasalarda, digər tərəfdən uzun müddət yer qabığında qalaraq, ekoloji mühitdə qarşısı alınmaz təhlükələr yaradırlar. Zəhərlik dərəcəsinə görə pestisidləri aşağıdakı kimi ayırmaq olar:

Yüksək zəhərli LD50 heyvanların hər 1kq çəkisinə 50mq təşkil edir
Zəhərli və güclü LD100 heyvanların hər 1kq çəkisinə (50÷200)mq təşkil edir
Orta zəhərli LD500 heyvanların hər 1kq çəkisinə (200÷1000)mq təşkil edir
Az zəhərli LD1000 heyvanların hər 1kq çəkisinə 1000 mq-dan çox təşkil edir

Hər bir pestisidin istifadə sahəsi onun ətraf mühitdə qalma müddətindəndə asılıdır. Pestisidlərin bu xassəsi "persistent" adlanılır. Digər xassələrdən biri isə — orqanizimdə pestisidin metabolizm müddəti və orqanizmdən kənar olma mexanizmi — "kumilyativ" adlanır. Mövcüd olan pestisidlərin sintez olunan zavodlarda təhlükəsizlik qaydalarının pozulması (məs. tullantıların su hövzələrinə və atmosferə buraxılması), onların daşınması, saxlanılması qaydalarına əməl olunmaması, həmçinin səpələnməsi zamanı dozaların çox olması və s. nəticə etibarilə ekoploji mühitin korlanmasına gətirib çıxarır.[8][9][10]

Pestisidlərlə şərti yüklənmə dozası

Hər hansı bir rayonda 1 ha şum sahəsinə və ya çoxillik əkinlərə, yaxud rayonun ümumi torpaq sahəsinin 1 ha-na hər il verilən pestisidlərin ümumi kütləsi.

Orqanizmə təsiri

Pestisidlər bir çox ətyeyən heyvanlar, xüsusən də quşlar üçün zərərlidir. Quşlar DDT və digər xlor üzvi pestisidlərə qarşı xüsusilə həssasdırlar, çünki onlar metabolizm kalsiumuna müdaxilə edir və yumurtlayan yumurtaların qabıqlarının incəlməsinə səbəb olur. Bu, yumurtaların mexaniki stresə qarşı müqavimətinin azalmasına və nəticədə çoxalmanın müvəffəqiyyətinin azalmasına səbəb olur. Bir çox pestisidlər çox davamlıdır və istifadə olunduğu yerdən uzaqlara yayılır. Məsələn, 1960-cı illərin ortalarında DDT kimyəvi maddənin istifadə olunduğu yerdən çox uzaqda — Antarktikada pinqvinlərin qaraciyərində tapılıb.

İndi DDT bütün inkişaf etmiş ölkələrdə qadağandır. Bununla belə, nisbətən ucuzdur və hələ də müəyyən vəziyyətlərdə, məsələn, malyariya ağcaqanadlarına qarşı mübarizədə yaxşı bir vasitə hesab olunur. Müəyyən bir pestisidin istifadəsinə qərar verərkən çox vaxt iki pislikdən daha kiçikini seçmək lazımdır. Məsələn, bir çox ölkələrdə malyariya DDT-nin köməyi ilə tamamilə məhv edilmişdir.

Müəyyən edilmişdir ki, DDT plasentadan keçir və hətta DDT ilə sənaye təması (qida ilə qəbul) olmayan qadınlarda embrionların və ya ölü doğulmuş uşaqların toxumalarında olur.

Pestisidlər (konservantlar daxil olmaqla) tez-tez allergiya, diatez və bəzi digər xəstəliklərə səbəb olur. Heyvanların və bitkilərin bütün toxumalarına nüfuz edən sistemli pestisidlər xüsusilə təhlükəlidir.

Pestisidlərdən istifadənin ümumi təsiri növlərin müxtəlifliyini azaltmaqdır. Ümumiyyətlə, pestisidlər aşağı trofik səviyyələrdə də məhsuldarlığı artırır, yuxarılarda isə azalır.

1962-ci ildə amerikalı bioloqun kitabı R. Carson Səssiz Bahar (ing. Səssiz Bahar).

2017-ci ildə BMT ekspertləri qida təhlükəsizliyi üçün pestisidlərin zəruri olduğu iddiasının yalan olduğunu bəyan etdilər.

Həmçinin bax

İstinad

  1. "ПЕСТИЦИДЫ". 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-30.
  2. "ПЕСТИЦИДЫ". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-30.
  3. 1 2 "Виды пестицидов и их влияние на организм человека". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  4. "Неорганические пестициды.Справочник химика 21. ХИМИЯ И ХИМИЧЕСКАЯ ТЕХНОЛОГИЯ". 2019-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-30.
  5. "Классификация химических средств защиты растений (пестицидов)". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-30.
  6. "Производство пестицидов и прочих агрохимических продуктов". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-30.
  7. Məmmədov Q. Ş., Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
  8. 1 2 "Влияние пестицидов на окружающую среду". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  9. 1 2 "Экологические последствия применения пестицидов в сельском хозяйстве". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  10. "Влияние пестицидов на окружающую среду". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.

Ədəbiyyat

  • E. Mövsümov, L. Quliyeva. Ətraf mühitin kimyası. Ali məktəblər üçün dərslik (II nəşr). Bakı: “MBM”. 2010. səh. 184. ISBN 978-9952-29-036-3.
  • Abbasov V.M., Əliyeva R.Ə., Səlimova N.Ə. və digərləri. Ekoloji kimyaya giriş. Bakı: “Maarif”. 2002. səh. 128.
  • Воронцов А.И., Мозолевская Е.Г., Соколова Э.С. Технология защиты леса. М. 1991.
  • Ганиев М.М., Недорезков В.Д. Химические средства зашиты растений. М.: КолосС. 2006.-248с. ISBN 5-9532-0368-3.