İslam

İslam tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

Maturidilik (ərəb. ماتريدية‎) — sələfilikəşəriliklə yanaşı əhli-sünnənin 3 etiqadi məzhəbindən biri.

Yaranması

Bu etiqadi məzhəb Əbu Mansur Muhamməd ibn Muhamməd ibn Mahmud əl-Maturidinin əqidə ilə bağlı görüşlərini mənimsəyən və bölüşənlərin fikir məzhəbidir. əl-Maturidi hicri 238-ci (miladi 852-ci) ildə Türküstanda Səmərqənd şəhəri yaxınlığındakı bir kənddə türk ailəsində doğulmuşdur. Maturidilər hesab edir ki, hicri II əsrdən etibarən ortaya çıxan bidətçi təriqətlərə, xüsusən də dində yalnız əsasən ağıla üstünlük verən Mötəziləyə qarşı sələfin (peyğəmbər səhabələrinin və onların davamçısı olan tabiinlərin) metodu ilə qarşı çıxmaq, əhli-sünnət inancını qorumaq çətin olduğu üçün inanc mövzusunda, ayə və hədislərlə yanaşı ağıla da yer vermək, Sünnənin mənbələri ilə yanaşı əqli açıqlamalar da edərək məsələnin daha yaxşı başa düşülməsi və qəbul edilməsi üçün əvvəlki alimlərin, xüsusən də fiqhi məzhəb imamlarının — imam Malikin, imam Şafinin, imam əbu-Hənifənin, imam Əhməd ibn Hənbəlin istifadə etmədiyi üsullardan istifadə etmək zərurətə çevrildiyi üçün, əl-Maturidinin görüşləri mühüm əhəmiyyət kəsb etmişdir. Bu üzdən əksər maturidilər Quran ayələrini insan düşüncəsi ilə yozulmasını mümkün saymışdır. Eyni zamanda onlar Allahın endirdiyi ayələrin anlaşılmasında düşüncənin roluna çox əhəmiyyət vermişdir. Xüsusən də bu, Allahın varlığı məsələsinə münasibətdə görünməkdədir. Belə ki, məturidilər düşüncənin vasitəsilə edilən təhlili inkar etməmişdirlər. Maturidi hesab edirdi ki, Allahın varlığı faktını düşüncə ilə də anlamaq olar. Axı Quranda da bu barədə birmənalı şəkildə deyilmişdir. Buna görə də Allahın düşüncə vasitəsilə ilə dərk edilməsi Qurana tələblərinə tam uyğundur.

Eyni zamanda, Allahın varlığının düşüncə ilə anlaşıldığını iddia edən Məturidi hesab edirdi ki, Allahın əmrlərini ağılla dərk etmək olmaz və onlar inancla qəbul edilməlidir. Başqa sözlə, əgər insan düşüncəsi hansısa bir şeyin yaxşı və ya pis olması barədə bir nəticəyə gəlirsə, bunu qəti olaraq həqiqət kimi qəbul etmək olmaz. Bu halda qəti qərar Allahın endirdiyinin əsasında çıxarıla bilər. Axı insan düşüncəsi Allahın ayələrindəki halal və haram şeylərin mahiyyətini dərk edə bilməz. Bu məsələdə məturidilər mütəzililərdən seçilərək hesab edirdilər ki, əgər insan düşüncəsi bu və ya başqa bir əməlin və ya işin görülməsini məqbul və ya qeyri-məqbul sayırsa, onda ona əsaslanmaq lazımdır.

Əqidə üsulu

Maturidilik bir çox mövzularda sələfiliyə əşarilikdən daha çox yaxındır. Məturidi Allahın ayələrinin düşüncə ilə dərk edilməsinin mümkünlüyünü qəbul edərkən bəzən insan ağlının naqis olub səhv etməyə meyilli olduğundan dini məsələlərdə hər-hansı bir mülahizələrin yalnız vəhylər əsasında aparılması tərəfdarları olmuş hədis biliciləri və fəqihlərlə münaqişəyə girmişdir. Onlara cavab vermiş Məturidi "Tövhid" adlı əsərində yazırdı: "Düşüncə vasitəsilə edilən mülahizələri inkar edənlərin özləri də bu iddianı ağılla edirlər. Bu da düşüncə ilə çıxarılmış dəlillərinin vacib olmasını sübut edir. Allah Quranda dəfələrlə düşüncənin işlədilməsi haqqında demişdirsə, buna qarşı necə çıxmaq olar?" Bir sözlə, Məturidi vəhylərə böyük önəm verdiyi halda, onların düşüncə ilə dərk edilməsini də inkar etməmişdir. İnsan yanıla bilsə də, onun düşüncəsini ideallaşdırmaq düzgün olmasa da, Maturidiyə görə hər halda onu inkar etmək olmaz.

Eyni zamanda Məturidi insan ağlının kamil olmamasını dərk edərək, Allahın sözü olan Qurana və peyğəmbərin sünnəsinə üstünlük vermişdir. Məsələ burasındadır ki, ağıl bu iki qaynağa zidd nəticələr çıxartmamalıdır. Əgər düşüncə ilə vəhyin arasında ziddiyyətlər olsa, vəhyə əsaslanmaq lazımdır, düşüncənin isə naqisliyi edilməlidir. Bu prinsipi o, Quran ayələrinin izah edilməsinə də şamil etmişdir. Məturudi hərfi mənaları aydın anlaşılmayan (mütəşabih) ayələri yaxşı başa düşülən (möhkəm) ayələr vasitəsilə izah edilməsinin tərəfdarı olmuşdur. O, Quran ayələrinin Quran ayələri ilə izah edilməsini: "Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (uyğunsuzluq) tapardılar" (4: 82) ayəsi ilə əsaslandırırdı.

Allahın hər şeyi öncədən təyin etməsi (tale) problemi ilə bağlı əşərilər onun Allahın sirri olduğuna görə müzakirə edilməməsini məqbul saymamışdırlar. Buna dəlil olaraq onlar Quranın: "(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz" (21:23) ayəsini gətirirdilər. Düşüncənin dəlillərinin əsasında hər şeyin doğru təyin edilməsinin mümkünlüyünü iddia edən mütəzililər isə deyirdilər ki Allah hər şeyi özü təyin etdiyi plan və məqsədlərlə yaradır. Allah ədalətli olduğuna görə mümkün iki variantdan ən yaxşısını, iki kamil variantdan ən kamilini yaratmalıdır. Başqa sözlə Allah, onlara görə, pis olan şeyi buyura, yaxşı şeyi isə qadağan etməz. Məturidi isə bu məsələdə onların arasında orta mövqe tutaraq, mütəzililər kimi Allahın hər şeyi Öz istəyi və iradəsinə görə yaratdığını qəbul etmişdir. Amma onlardan fərqli olaraq Allahın etdiklərinə görə heç kimə hesabat verməyib hər şeyi Öz mütləq planı ilə həyata keçirdiyini iddia etmişdir. Buna görə də o, mütəzililərin Allahın yalnız yaxşı işlər etməlidir fikrini tənqib etmişdir. Çünki bu ifadə məcburiyyət məzmunludur. Allah isə nəyəsə məcbur edilməz.

İradə azadlığı

Maturidinin insanın iradə azadlığı və Allahın müəyyən etdiyi tale barəsində başqalarından fərqli fikirləri olmuşdur. Əşərilərə görə insanın etdiyi bütün işlər Allah tərəfindən yaradılmışdır. İnsan yalnız bunları kəsb edir (bax: Kəsb). Kəsb insan tərəfindən düşünülən və həyata keçirilən işin Allahın iradəsi ilə qarışmasıdır. İnsanın kəsbə təsiri yoxdur. Məturidi isə Allahın həyata keçirdiyi şeyin insanın öz seçimindən irəli gəldiyini iddia etmişdir. Bununla belə o, əşərilərin kəsb anlayışını qəbul etmişdir. Amma əşərilər kəsbin Allah tərəfindən yaradıldığı fikrini irəli sürmüşdürlər. Buna görə də bu məsələdə onlar insanınazadlığını inkar edən mütləq tale tərəfdarları olan cəbrilərə yaxınlaşırdılar. Məturidi isə əşərilərdən fərqli olaraq kəsbin Allahın insana verdiyi güclə yaradılmasını iddia edirdi. Deməli insan öz əməlini Allahın ona verdiyi qüvvə ilə yaradır. İnsanın öz seçimi ilə etdiyi işlər İlahinin iradəsinə uyğun olur, etdiklərinə görə o, günah yaxud Allahın savabını qazanmış olur. Bu də Mətruridinin anlayışında kəsbdir. Beləliklə o, insanın iradə azadlığı və tale problemində əşəriliklə mütəzililik arasında orta mövqe tutmuşdur. Allahın sifətləri (atributları) barədə məturidilər onları tanıyan əşərilərin mövqeyində durmuşdurlar. Əşərilər kimi maturidilər də atributları Allahın şəxsiyyətinə aid etmirdilər. Amma, Məturidiyə görə, sifətlər Allahın şəxsiyyətindən ayrılığında da düşünülməz. Beləliklə, şəxsiyyət (zat) ilə atribut (sifət) bir birinə qarışmır, lakin onların arasında bağlılıq vardır. Bu mövqe onları Allahın sifətlərini tanımayan, Allahda yalnız şəxsindən başqa heç bir şeyin olmadığını iddia etmiş və Quranda hallanan Allahın bir çox keyfiyyətlərini onun sifətləri deyil, sadəcə adlarıdır demiş mütəzililərə yaxınlaşdırırdı.

Mətüridilərə görə möminlər cənnətdə Allahı görəcəklər. Amma bunun, insan düşüncəsi ilə anlaşılmamasına görə, necə olacağı sualına cavab verməmiş, Qurandakı: "O gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəbbinə baxacaqdır!" (75: 22–23) ayəsi ilə əsaslandırırdılar. Cənnətdə Allahı görmək məsələsində də düşüncəyə güvənmiş mətüridilər mütəzililərdən seçilərək, bu barədə bəhs edən Quran ayələrini hərfi mənada anlamağın düzgün olmaması mövqeyində durmuşdurlar. Beləliklə, məturidilərə görə, Allah hansısa bir zaman və məkanda olmadığından onu nə bu dünyada, nə də cənnətdə gözlə görmək olmaz. Çünki, belə olsa O, hansısa bir məkana və ya zamana sığmalıdır, bu isə Allah üçün düşünülməz.

Quran

Matüridiyə görə, Quran Allahın yaradılmamış sözüdür. Amma Quranın yazıldığı kağız, mürəkkəb, cild və s. şeylər yaradılmışdır. Əşərilər isə Quranın əzəli olmasında israrlı olmuşdurlar. Ümumiyyətlə, başqa sünni kəlam məktəblərində olmuğu kimi matüridilər Quranın oxunuşunu, insanlar tərəfindən yazılmasını yaradılmış; mənalarını və Allah qatında ideal yazılışını isə yaradılmamış sayırdılar. Quran Allahın Özündən qaynaqlanır. Məsələ burasındadır ki, danışmaq qabiliyyəti Allahın sifətlərindən biri olduğuna görə Quran Onun əbədi Sözüdür (Kəlam). Bilindiyi kimi, Quranda Allahın əlləri, gözləri, eşitməsi va başqa bu kimi atributlarının olduğu haqqında deyilmişdir. Bu cür ayələrə münasibətdə müsəlman bilginləri arasında gərgin ixtilaflar olmuşdur. Bu məsələdə Məturidi bu ayələrin hərfi mənalarını qəbul edərək, eyni zamanda onları düşüncə ilə də təhlil olunmasına yer vermişdir. Bunun üçün o mecazların (alleqoriyaların) tətbiq edilməsini istisna etməmişdir. Lakin Matüridi burada bir sistem tətbiq etmişdir. Quranda anlaşılmayan ayə başqa bir ayə ilə anlaşıldığına görə, məcaz da bu yolla çıxarıla bilər. Mətüridilərin bu metodu əşərilərdə və başqa müsəlman kəlam məktəblərində olmuşdur.

Allahın sifətləri

İnsanların törətdikləri günahları məsələsində Matüridi hətta tövbə etməmiş günahkar müsəlmanların cəhənnəmdə əbədi olaraq qalmayacaqları fikrində olmuşdur. Buna dəlil kimi o, Quranın: "Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz." (6: 160) ayəsinə istinad etmişdir. Bu ayəyə görə hər bir insan günahına görə cəzalanacaqdır. Əgər Allah günahkar müsəlmanı kafir kimi cəzalandırsa, onda bu cəza onun müsəlman statusuna uyğun olmaz və Allah verdiyi vədə əməl etməmiş çıxmış olar. Buna görə də Allah müsəlmanları, kafirlərdən fərqli olaraq, yüngül cəzalandıracaqdır. Məturidinin fikrincə, müsəlmanlar İlahi mərhəmətdən ümidini kəsməyərək eyni zamanda Allahdan qorxmalıdırlar. Çünki O, ən kiçik bir günaha görə insanı cəzalandıra bildiyi kimi, hətta ən böyük günahı da bağışlaya bilər. Günahlar haqqında Məturidinin fikirləri müsəlmanların əbədi olaraq cəhənnəmə atılmayacaqlarını düşünən İslam alimlərinin çoxusunun mövqeyinə uyğundur. Məturidilikdə Allahın sifətləri onun şəxsiyyətinə aid olanlara (sifət-i zatiyyə) və onun varlığını sübut (sifət-i sübutiyyə) edənlərə bölünürlər. Allahın şəxsiyyətinə aid olan sifətləri o deməkdir ki, hər şeyi yaradan və idarə edən Allah aşağıda göstərilmiş varlığın başqa formalarına xass olmayan sifətlərə malikdir:

  1. Vəhdəniyyə (yeganəlik); Qıdəm (əzəlilik); Bəqa (əbədilik); Müxalifatül-Həvadis (bənzərsizlik); Qıyam Binəfsihi (heç bir şeyə möhtac olmamaq);
  2. Vücud Allahın varlığını sübut edən sifətlər isə aşağıdakılardır: Həyat (diri olmaq); Elm (bilmək); Səmi (eşitmək); Bəsar (görmə); İradə; Qüdrət;
  3. Kəlam (söyləmək). Təqvin – yaratmaq qüdrəti. Allah yoxdan yaradandır (Quran, 59: 24). Allahın bu sonuncu subutlu atributu dörd hissəyə bölünür:

a) İhya – diriltmək bacarığı; b) İmətə – öldürmək bacarığı; c) Təxliq – yaratmaq bacarığı; ç) Tərziq – yaratdıqlarına nemətlər vermək bacarığı. Məturidilik kəlamı hənəfi hüquq məktəbinin ardıcılları tərəfindən əsas etiqad təlimi kimi qəbul edilmişdir.

Mənbə

  • "İlmihal I: iman ve ibadetler" Türkiyə Diyanet İşleri Başkanlığı-2015. Səh. 25
  • Aydın Əlizadənin məqaləsi- "Cəmiyyət və din" qəzeti

Həmçinin bax

Xarici keçidlər

İlmihal, Türkiye Diyanet İşleri Başkanlığı Arxivləşdirilib 2016-03-20 at the Wayback Machine