Şəhər
Lund
Lund
55°42′29″ şm. e. 13°11′56″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub X əsr
Sahəsi
  • 2.637 ± 0,5 ha (31 dekabr 2020)[2]
Mərkəzin hündürlüyü 30 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 15 nəf. (31 dekabr 2020)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +46 46
Poçt indeksi 22X XX
Digər
lund.se
Xəritəni göstər/gizlə
Lund xəritədə
Lund
Lund
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Lundİsveçin cənubunda yerləşən şəhər. Şəhər Baltik dənizinin sahillərində meşə ilə əhatə olunmuş ərazidə yerləşir. Lund İsveçin cənubunda, Skandinaviyanın Skaniya (və ya Skone) bölgəsində yerləşir və ölkənin ən təhlükəsiz, sağlam, zəngin, əksəriyyəti gənc əhalidən ibarət olan şəhərdir.[4]

Lund İsveçin ən önəmli şəhərlərindən sayılan Malmönün yaxınlığındadır. Şəhər qədim tarixə sahibdir. X əsrə aid tarixi mənbələrdə şəhərin adı qeyd edilir. Şəhərdə ən qədim tikili Lund kilsəsi hesab edilir. Kilsə 1103-cü ildə inşa edilmişdir. Lund şəhəri daha çox Lund Universiteti ilə məşhurdur. 1666-cı ildən fəaliyyət göstərən ali təhsil mərkəzi Skandinaviyada və bütün dünyada yüksək təhsil verən ali məktəb kimi tanınır.[5][6][7]

Tarixi

Lund şəhəri qədim tarixə malikdir. Şəhərin dəqiq inşa tarixi haqqənda qaynaqlarda məlumat yoxdur. Ancaq skandinavlara məxsus tarixi mənbələrdə şəhərin adı çəkilir. 990-cı ilə məxsus mənbələrin birində şəhərin yerləşdiyi mövqe barədə məlumat verilmişdir. Tarixçilərdə şəhərin təxminən 800900-cü illər aralığında yarandığını bildirirlər. Lund şəhəri Danimarka krallı Knud tərəfindən salınmış və kralın şərəfinə adlandırılmışdır.

Lund Kilsəsi.

1060-cı ildə Dalbu adlı kiçik yaşayış yeri Lund şəhərinin ərazisinə qatılmışdır. Şəhərin tarixində baş vermiş ən önəmli hadisələrdən biridə şəhərdə Lund kilsəsinin inşa edilməsi olmuşdur. 1103-cü ildə fəaliyyətə başlamış kilsə XIX əsrin ortalarından başlayaraq Skandinaviyada dini mərkəzə çevrilmiş və hər il bölgə ölkələrindən kilsəyə müntəzəm ziyarətlər edilir.

Lund kilsəsinin tərkibində fəaliyyət göstərən dini məktəb 1085-ci ildə Danimarka kralı Müqqədəs Knut tərəfindən açılmışdır. Məktəb Skandinaviyada yerləşən ən qədim dini məktəb hesab edilir. 1658-ci ilə qədər Danimarkanın tərkibində olan şəhər, həmin il İsveç tərəfindən işğal edilərək İsveçin tərkibinə qatılmışdır. 1676-cı ilin 4 dekabr tarixində şəhəri əldə etmək üçün baş vermiş Lund müharibəsi skandinaviyada yaşanmış ən qanlı müharibələrdən sayılır.

1666-cı ildə şəhərdə eyni adlı universitet yaradılıb. Avropanın ən nüfuzlu ali təhsil mərkəzlərindən olan universitetdə hal-hazırda 42 min tələbə təhsil alır. Bütün bunlara baxmayaraq Lund şəhəri XVII – XIX əsrlərdə sakit həyat tərzi keçirmişdir. Bu dövrlərdə Lund İsveç tərəfindən strateji əhəmiyyətə malik şəhər kimi qəbul edilmirdi. Şəhərdə əsas üç tikili mövcud vardı, bunlardan biriçisi kilsə, ikinçisi universitet binası, digəri isə universitet kitabxanası idi. Bu binalardan başqa Lundda yalnız yerli mədəniyyətə uyğun formada inşa edilmiş evlər vardı. 1950-ci ildən şəhərdə əhalinin sayı sürətlə artmağa başladı. Bir neçə il Lund Universitetində təhsil alan tələbələrin sayı on iki dəfə artmışdır.

Təhsil

Lund tarixən təhsil və dini şəhər olub. Burada yerləşən qədim kilsə məktəbi 1085-ci ildə yaradılıb və hazırda İsveçin və Skandinaviyanın ən qədim ali təhsil ocaqlarındandır. Orta əsrlərdə fəaliyyət göstərən universitetlər Studium Generale adlandırılırdı. Belə universitetlərdən biri də 1425-ci ildə Lund şəhərində yaradılır, lakin 1536-cı ildə aparılan islahatlar nəticəsində həmin ali məktəb bağlanır.[4]

1658-ci il Danimarka-Norveç və İsveç Krallığı arasında bağlanmış Roskill müqaviləsindən sonra Skaniya torpaqları Danimarkanın tərkibindən çıxaraq İsveçin mülkiyyətinə keçir. Tezliklə 1666-cı ildə İsveç Krallığı Lund Universitetini yaradır.[4]

Qardaş şəhərlər

İstinadlar