LIMSwiki
Kayak.com | |
---|---|
URL | kayak.com |
Kommersiya | Bəli |
Tipi |
Səyahət Texnologiya Axtarış sistemi |
Qeydiyyat | Məcburi deyil |
Dilləri | 18 dil |
Müəllif (lər) |
Stiv Hafner Pol İnqliş |
Açılma tarixi |
5 may 2004[1] oktyabr 2004 (Public Beta)[1] 7 fevral 2005 (Public)[1] (Alpha) |
Hazırkı statusu | Fəal |
Alexa reytinqi | ▼ 617 Kayak.com |
Kayak.com (bəzən KAYAK) - The Priceline Group şirkətinə aid gediş haqqı toplayıcı və səyahət meta axtarış sistemidir.[2] 18 dildə xidmət göstərir. Kayak.com həmçinin checkfelix və swoodoo adlı axtarış sisteminin də sahibidir. Əvvəllər müstəqil şirkət olan KAYAK Software Corporation 21 may 2013-cü ildə The Priceline Group tərəfindən satın alınıb.
Tarixi
Qurulması
KAYAK Stiv Hafner və Pol İnqliş tərəfindən 2004-cü ildə qurulmuşdur.[3] KAYAK-ın indiki baş icraçı direktoru Stiv Hafner 1991-ci ilin noyabrında Orbitzin qurulmasında kömək etmiş və biznesin inkişafı, reklam satış, marketinq və məhsul marketinqi fəaliyyətinə rəhbərlik etmişdir.[4] Şirkət 2004-cü ildə DelaverdəTravel Search Company, Inc adı ilə qeydiyyatdan keçmişdir. 2004-cü il avqust ayında Kayak Software Corporation, 2011-ci ildə isə KAYAK Software Corporation adını almışdır.[5]
ABŞ-da inkişafı
2007-ci ilin dekabr ayında General Catalyst Partners, Sequoia Capital, Accel Partners, and Oak Investment Partners şirkətlərinin də daxil olduğu sərmayəçilər qrupundan 196 milyon ABŞ dolları vəsait alan KAYAK SideStep adlı səyahət saytını satın aldı.[6]
5 mart 2010-cu ildə KAYAK www.travelpost.com saytının aktivlərini və özünün səyahət məlumat biznesini The New Travelco, Inc. şirkətinə satdı. Biznesin adı daha sonra Travelpost, Inc. olaraq dəyişdirildi.[7]
2011-ci il yanvar ayında KAYAK SideStep-i bağladı və bütün hərəkəti KAYAK-a yönləndirdi.[8]
2011-ci il yanvar ayında KAYAK Bing-in səyahət axtarış bölməsində bir çox şəhər, aeroport və aviaşirkətlərin nəticələrinin göstərilməsinə başlamışdır.[9]
Beynəlxalq genişləndirilməsi
2010-cu ilin may ayında Almaniyanın aparıcı səyahət axtarış platformu olan the swoodoo satın alındı.[10]
2011-ci il aprel ayında KAYAK JaBo Vertrieb-und Entwicklung GmbH (JaBo Software) satın aldı. JaBo Software Avstriaynın aparıcı səyahət metaaxtarış saytıdır.[11]
Hal-hazırda KAYAK-ın saytı və mobil tətbiqetməsi 18-dən çox dildə və 30-dan çox ölkədə fəaliyyət göstərir.[12]
İstinadlar
- ↑ 1 2 3 "Corporate Backgrounder". KAYAK.com. 2009-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-06.
- ↑ "Kayak.com: Private Company Overview". Business Week. September 19, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2011.
- ↑ "KAYAK CrunchBase Profile". CrunchBase. October 23, 2011. April 10, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 13, 2014.
- ↑ "Steve Hafner General Catalyst Entrepreneur Page". General Catalyst. February 3, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 13, 2012.
- ↑ "Kayak.com Company Overview". Bloomberg Businessweek. September 19, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 9, 2012.
- ↑ Arrington, Michael. "Breaking: Kayak Raises $196 Million, Buys Rival SideStep". TechCrunch. December 20, 2007. April 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 9, 2012.
- ↑ Schaal, Dennis. "Kayak has stake in TravelPost rollout". Tnooz. February 11, 2011. December 7, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 10, 2012.
- ↑ Womack, Brian. "Kayak Software Quarterly Sales Rise on Online Travel Demand". Bloomberg. May 27, 2011. İstifadə tarixi: January 10, 2012.[ölü keçid]
- ↑ Duryee, Tricia. "Bing Picks Kayak for Travel Search Partnership". All Things D. March 4, 2011. September 7, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2012.
- ↑ Zinnagl, Lukas. "Kayak swoops on German travel search engine Swoodoo [Updated]". Techcrunch. May 6, 2010. December 31, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2012.
- ↑ Taylor, Colleen. "Poised for IPO, Kayak Reports Sales Boost and Global Growth". Gigaom. May 27, 2011. December 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2012.
- ↑ "About KAYAK". Kayak.com. 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.