LIMSwiki
Jan Qenet | |
---|---|
fr. Jean Genet | |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vəfat səbəbi | qida borusu xərçəngi[d] |
Vətəndaşlığı | Fransa |
Fəaliyyəti | Siyasi fəal, yazıçı |
Fəaliyyət illəri | 1942–1986 |
Vikianbarda əlaqəli mediafayllar |
Jan Qenet - fransız filosof, yazar, siyasi fəal. Daha çox teatr oyunları ilə tanınır.
Həyatı
Kamilla Qabriel Qenet tərəfindən 1910-cu ildə kimsəsizlər yurduna buraxılan yeni doğulmuş körpəyə Jan adı verilmişdi. Jan, yeddi yaşına gəldiyində zərgər ailəsində yerləşdirildi. 10 yaşında oğurluğa başladı, 13 yaşında bir zərgər məktəbinə yazıldı. Ancaq orda da çox qalmır. 1926-cı ildə, 3 ay davam edən ilk məhbusluğunu yaşayanda 15 yaşında idi. 1942-ci ildəbir daha cəza evinə düşdüyündə artıq yetkinləşmişdi. İlk şeirini yazdı, ilk kitabı Notre-Dame des Fleurs (Çiçəklərin Məryəm Anası) yayımlandı. Bu kitabdan sonra ardından Miracle de la rose (Qızılgülün Möcüzəsi) gəldi.
Əsərləri
Kitabları nəticəsində tanış olduğu Andre Jid, Jan Cocteau ve Jan-Pol Sartr'ın prezidentə verdikləri müraciət sayəsində sonuncu azadlığına qovuşdu. Bu əfvdən sonra yenidən yeraltı dünyasına dönməyib, özünü tamamilə ədəbiyyata vermişdi.
Romanları
- Çiçəklərin Məryəm Anası, Notre-Dame des fleurs, 1944
- Qızılgülün Möcüzəsi, Miracle de la rose, 1946
- Ölüm mərasimi, Pompes Funèbres, 1947
- Dənizçi, Querelle de Brest, 1947
- Oğrunun günlüyü, Journal du voleur, 1948
Oyun
- Yüksək nəzarət: Haute surveillance, 1947.
- Xidmətçilər: Les bonnes, 1947.
- Balkon: Le balcon, 1956.
- Zəncilər: Les nègres, 1958.
- Pərdələr: Les paravents, 1961.
Ölümü
Bir neçə vaxt qırtlaq xərçəngi ilə mübarizə aparan Qenet 1986-cı ildə Parisdə bir otel orağında ölü olaraq tapıldı. Qenetin başını sərt bir şəkildə harasa vurulması düşünülür.