Avrasiya
Ümumi məlumat
Sahəsi: 54,759,000 km²
Ölkə sayı: 94
Sahəcə ən böyük ölkəsi: Rusiya
Dili: Avrasiya dilləri
Ən uzun çayı: Yanszı
Ən böyük gölü: Xəzər[a]
Baykal
Ən hündür nöqtəsi: Everest, Himalay
Ən çökək yeri: Marian çökəkliyi


Avrasiya dünya xəritəsində
Avrasiya
Avrasiya kosmosdan görünüşdə

AvrasiyaYerin ən böyük materiki. AvropaAsiya qitələrindən ibarətdir. Adalarla birlikdə sahəsi 54,759,000 km²-dir, dünya quru ərazisinin 36%-ni təşkil edir[1]. Əhalisi 4,3 milyarddan çoxdur və dünya əhalisinin 3/4 hissəsini təşkil edir[2].

Ən ucqar nöqtələri: şimalda Çelyuskin burnu (77°43' şm.e.), cənubda Piay burnu (1°16' şm.e.), qərbdə Roka burnu (9°34' q.u.), şərqdə Dejnyov burnu (169°40' q.u.). Yer kürəsinin ən yüksək zirvəsi Everest dağı və quruda ən alçaq mütləq nöqtəsi Ölü dəniz (səviyyəsi −395 m), ən dərin gölü olan Baykal və ən rütubətli sahəsi Çerapunci Avrasiyadadır.

Avrasiyanı qərbdən Atlantik okean, şimaldan Şimal Buzlu okean, cənubdan Hind okeanı, şərqdən Sakit okean əhatə edir.

Adının yaranması tarixi

Materikə bir çox adlar verilmişdir. Aleksandr Humboldt əraziyə "Asiya" adını vermişdir. Karl Qustav Royşle 1858-ci ildə "Handbuch der Geographie" kitabında "elerdtheil Asien-Europa" termini işlətmişdir. "Avrasiya" adını ilk dəfə 1883-cü ildə geoloq Eduard Züss vermişdir.

Geoloji xarakteristikası haqqında

Materik Şimal yarımkürəsində təxminən 9° q. u. və 169° q. u. arasında yerləşir. Eyni zamanda Avrasiya adalarının bir hissəsi Cənub yarımkürəsindədir. Avrasiyanın bir hissəsi Şərq yarımkürəsində, son qərb və şərq hissəsi isə Qərb yarımkürəsindədir.

Dünyanın iki hissəsini: AvropaAsiyanı özündə birləşdirir. Onlar arasında sərhəd aşağıdakı xətlə gedir: Ural dağlarının şərq yamacı, Ural çayı, Emba çayı, Xəzər dənizinın qərb sahili, Kuma çayı, Kuma–Manıc şəlaləsi, Manıç çayı, Qara dənizin şərq sahili, Qara dənizin cənub sahili, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dəniziAralıq dənizi, həmçinin Hibraltar boğazı. Bu sərhəd tarixi olaraq yaranıbdır, təbiətdə onlar arasında təbii sərhəd yoxdur. Materik bir qrunt layının üstündədir və vahid təbiətə malikdir.

Avrasiya Yer kürəsinin dörd okeanı ilə əhatə olunub.

Materik qərbdən şərqə 16 min kilometr, şimaldan cənuba 8 min kilometr uzanıb. Sahəsi 53,4 milyon km²-dir. Bu quru hissənin üçdə biridir. Avrasiyanın adalarının ümumi sahəsi 2,75 milyon km²-dir.

İqlimi

Avrasiya ən mürəkkəb iqlim şəraitinə malik materikdir. Bunun səbəbləri materikin çox nəhəng olması (qərbdən-şərqə, şimaldan-cənuba böyük məsafədə uzanması), relyefin mürəkkəbliyi, materikin mərkəzinin okeanlardan aralı olması, böyük dağ sistemlərinin yerləşməsidir. Materikin şimaldan cənuba böyük məsafədə uzanması onun səthində günəşdən gələn istiliyin qeyri-bərabər paylanmasına səbəb olur. Cənub enliliklərində günəş şüaları yer səthinə daha böyük bucaq altında düşdüyünə görə bura daha çox istilik alır. Şimala doğru günəş şüalarının düşmə bucağı azalır və səthin aldığı istiliyin miqdarı da aşağı düşür. Nəticədə materikin cənubu ilə şimalı arasında kəskin temperatur fərqi yaranır. Böyük iqlim fərqləri materikin kənar qərb və şərq, eləcə də daxili hissələri arasında da mövcuddur. Bunun səbəbi materikin daxili hissələrinin iqliminə okeanların təsirinin zəifləməsidir. Nəticədə materikin mərkəzinin okeanlardan uzaqlığı kontinental iqlim şəraiti yaradır. Belə ki, Atlantik okeanı üzərindən gələn mülayim və rütubətli hava kütlələri qərbə — Avropaya bol yağıntı gətirir, iqlimi yumşaldır. Şərqə hərəkət etdikcə bu hava kütlələrinin rütubətliyi və iqlimin kontinentallığı azalır. Materikin iqliminə Şimal Buzlu okeanının da təsiri böyükdür. Bu okeanın üzərində yaranan quru və soyuq hava kütlələri materikin geniş şimal ərazilərinə daxil olaraq qışda şaxtalı, yayda sərin hava şəraiti yaradır. Materikin şərq və cənub hissələrinin iqlimi isə ilin isti dövründə Sakit və Hind okeanlarından gələn musson küləklərinin təsiri altında formalaşır. Yay mussonları materikin kənar zonalarına bol yağıntı gətirdiyi halda, qış mussonları materikdən okeana əsdiyindən qışda burada quru, aydın havalar hakim olur. Hind okeanından gələn isti və rütubətli hava kütlələri yalnız Cənubi Asiyanın iqliminə təsir edir. Hündürlüyü 7–8 km-dən artıq olan Himalay dağları rütubətli mussonları materikin daxili hissələrinə buraxmır. Nəticədə Himalay dağlarının cənub yamaclarına çox, şimal yamaclarına — Tibet və mərkəzi Asiyaya olduqca az yağıntı düşür.

İqlim xəritəsi materikdə temperatur və yağıntıların paylanması xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Qışda materikin çox hissəsində orta temperatur 0 dərəcədən aşağı olur. Yalnız Atlantik okeanı, Aralıq və Qara dəniz sahillərində qışda temperatur 0 dərəcədən yuxarı olur. Cənubi Asiyada isə qış ayları mülayim, hətta isti olur. Qışda yanvar ayının orta temperaturunu göstərən izotermlər qərbdən şərqə meridian istiqamətində dəyişir və şimal-şərqə doğru azaldığı müşahidə olunur. Avrasiyanın, eləcə də bütün şimal yarımkürəsinin "soyuqluq qütbünün" (Oymyakon −71 dərəcə) burada olması təsadüfi deyil.

Yay temperaturu materikdə bir qədər yüksəkdir. İyul izotermləri enlik istiqamətində gedir və yalnız daxili hissələrdə bir qədər şimal-şərqə doğru meyl edir. İyul ayının orta temperaturu şimal və şimal-şərq sahilləri istisna olmaqla hər yerdə 10 dərəcədən yüksəkdir. Materikdə ən yüksək temperatur Ərəbistan yarımadasında +54 dərəcə müşahidə olunmuşdur.

İqlim xəritəsində yağıntıların da qeyri-bərabər paylandığını müşahidə edilir. Atlantik okeanı sahilləri il boyu bərabər miqdarda bol yağıntı alır. Materikin Sakit və Hind okeanlarının təsiri altında qalan şərq və cənub hissələri də bol yağıntı ilə təmin olunur. Dünyada ikinci ən çox yağıntı düşən yer, Himalay dağlarının cənub-şərq yamacı — Çerapunca (12000 mm) məhz bu materik ərazisindədir. Lakin burada yağıntılar əsasən yay aylarında düşür. Materikin çox böyük hissəsi ildə 500 mm-dən az yağıntı alır. Daxili hissələrə — Mərkəzi Asiyaya, Ərəbistan yarımadasına, İran yaylasının bəzi yerlərinə hətta 50 mm-dən də az yağıntı düşür. Bunun səbəbi okeandan uzaqlaşdıqca hava kütlələrinin öz rütubətini itirməsi, sıra dağların rütubətli hava kütlələrinin qarşısını kəsməsi ilə izah edilir. Materikin ərazisində ən az yağıntı Rub-Əl-Xali səhrasında (10 mm-ə qədər) qeydə alınıb.

Avrasiya yeganə materikdir ki, bütün iqlim qurşaqlarında yerləşir. Üfüqi zonallıq qanunauyğunluğuna müvafiq olaraq burada ekvatorial qurşaqdan qütb qurşağına qədər bütün qurşaqlar növbələşir: Şimal Buzlu okeanındakı adalar və şimal sahilboyu arktik, İslandiya adasından başlamış şərqə doğru zolaq şəklində subarktik iqlim qurşaqları yerləşir. Avrasiyanın ən geniş hissəsi mülayim qurşaqda yerləşir və mürəkkəbliyi ilə seçilir. Qərbdə, Atlantik okeanı sahillərində mülayim dəniz iqlimi, şərqə doğru ardıcıl olaraq mülayim kontinental, kəskin kontinental, Sakit okean sahillərində isə musson və mülayim dəniz iqlim tipləri hakimdir. Qərbdə, Priney yarımadasından şərqdə, Sakit okeanın sahillərinə qədər zolaq şəklində subtropik iqlim qurşağı yerləşir və Aralıq dəniz iqlimi, kontinental, musson iqlim tipləri ayrılır. Ərəbistan yarımadası, Fars körfəzi ətrafı, İran yaylasının cənub hissəsi, Hind-Qanq ovalığının qərbi tropik kontinental, Hindistan və Hind-Çin yarımadaları, Şri-Lanka adası subekvatorial iqlim qurşaqlarında yerləşir. Malakka yarımadası və Zond adalarında ekvatorial iqlim qurşağı hakimdir.

Çayları və gölləri

Daxili suların həcminə görə Avrasiya ən zəngin materik hesab olunur. Daxili suların istər ərazi üzrə paylanmasına, istərsə də qidalanmasına və rejiminə görə materikin ayrı-ayrı hissələri arasında xeyli fərq var. Dünyada uzunluğu 4000 km-dən çox olan 14 çaydan 7-si məhz bu materikdə yerləşir. Ən böyük gölü Xəzər, ən uzun çayı Yantszıdır — 5800 km. Dünyanın ən dərin şirinsulu gölü Baykal ,ən duzlu gölü Ölü dəniz məhz Avrasiya materikindədir. Pamir dağlarında isə uzun dağ-dərə buzlağı — Fedçenko buzlağı yerləşir. Avrasiyanın çaylarının fiziki xəritəni nəzərdən keçirsək, materikin kənarlarında çay şəbəkəsinin daha sıx, cənub-qərb hissəsində və daxili rayonlarında isə seyrək olduğunu müşahidə edərik. Çaylar materikin daxilindəki dağlardan, yüksəklik və yaylardan başlayaraq müxtəlif istiqamətlərdə axır. Töküldüyü yerdən asılı olaraq, Avrasiyanın çayları 5 hövzəyə bölünür. Burada dörd böyük okean hövzəsi ilə yanaşı dünya okeanına çıxışı olmayan daxili (axarsız) hövzə də geniş sahə tutur. Daxili hövzə materikin 1/3 hissəsini əhatə edir. İqlim şəraitindən asılı olaraq, qidalanmasına və rejiminə görə çaylar bir-birindən xeyli fərqlənir. Müxtəlif hövzələrə məxsus çayların qidalanmasında və su rejimindəki fərqlərin əsas səbəbi yağıntıların illik miqdarı, onun fəsillər üzrə paylanması və buxarlanmadır. Avrasiyanın Şimal Buzlu okeanı hövzəsinə aid olan çayları — Ob, Yenisey, Lena , Peçora və s. Bu çaylardan Ob ən uzun, Yenisey isə ən bol sulu çay hesab olunur. Hövzənin çayları yuxarı axarda dağ çayları, orta və aşağı axarlarda isə tipik düzənlik çaylarıdır. Çayların böyük məsafədə cənubdan şimala və müxtəlif iqlimə malik olan ərazilərdən keçməsi onların rejiminin mürəkkəbliyinə səbəb olmuşdur. Bu çayların əksəriyyətinin qidalanmasında qar və yağış suları üstünlük təşkil edir. İlin çox hissəsini bu çaylar donur. Yazda buzdan azad olan çaylarda güclü daşqınlar əmələ gəlir. Atlantik okeanı hövzəsinin çayları Avropanın yüksəkliklərindən, dağlardan başlayır. Burada çay şəbəkəsi daha sıx olsa da, uzun çaylar yoxdur. Ən böyük çay Dunay çayıdır. Bu çay uzunluğuna görə Avropada ikinci çaydır. Dunay çayı bir neçə dağı, yüksəkliyi, ovalığı keçərək Qara dənizə tökülür və mənsəbində delta əmələ gətirir. Dunay yuxarı axarda tipik dağ çayıdır, xırda qollar qəbul edir. Orta axarda ona iri qollar — Drava, Tisa, Sava və s. birləşir. Dunay böyük məsafədə gəmiçilik üçün çox yararlıdır. Çünki o, bir neçə dövlətlərin ərazisindən keçir və onların çoxu üçün dənizə yeganə çıxış yoludur. Digər mühüm çayları Şimal və baltik dənizinə tökülən — Reyn, Elba, Visla, Oder çaylarıdır. Bu çaylar bol sulu olmaqla il boyu gəmiçilik üçün yararlıdır. Bu çayları birləşdirən kanalların çəkilməsi onların nəqliyyat əhəmiyyətini xeyli artırmışdır. Cənubi Avropada Aralıq dənizinə (Rona, Po) və birbaşa Atlantik okeanına (Taxo, Qvadiana, Laura) tökülən çayların əksəriyyəti qısa və azsulu, gəmiçilik üçün o qədər də yararlı olmayan çaylardır. Bu çaylar qışda bolsulu olur, yayda isə olduqca dayazlaşır, bəziləri isə hətta quruyur. Lakin bu çayların suvarma əhəmiyyəti böyükdür. Sakit okean hövzəsinə aid çayları — Yantszı, Xuanxe, Mekonq Amur və s. çaylarıdır. Bu çaylar mənbələrini yüksək dağlardan və yaylalardan götürməklə şərqə axır. Yuxarı axarda çaylar dağ çaylarıdır. Sürətli axına malik olduqları üçün düzənliyə çıxdıqda özləri ilə birlikdə gətirdikləri çoxlu miqdarda qırıntı və asılı materialları çökdürür. Əksər çayları delta əmələ gətirir. Bu hövzəyə aid olan çayların qidalanmasında yağış suları üstünlük təşkil edir. Qidalanmada musson rejimi özünü göstərir. Yay mussonlarının yaratdığı güclü yağışlar nəticəsində tez-tez daşqınlar əmələ gətirir. Başlanğıcını yüksək dağlardakı buzlaqlardan götürən çaylarda yay daşqınları buzlaqların əriməsi ilə daha da güclənir. Mülayim qurşaqda axan çaylar qışda donur. Buna görə onlarda qar və buzların əriməsi nəticəsində yazda daşqınlar baş verir. Yantszı çayı Şərqi Çin dənizinə tökülərkən böyük delta yaratmışdır. Bu çay Avrasiyanın ən uzun çayıdır. Böyük məsafədə gəmiçilik üçün yararlıdır, suvarmada geniş istifadə olunur. Çin əhalisinin dörddə bir hissəsi Yantszı çayının hövzəsində yaşayır. Avrasiyanın Hind, Qanq, Brahmaputra çayları Hind okeanı hövzəsinə aid olan çaylardır. Bu çayların qidalanmasında və su rejimində də musson yağıları böyük rol oynayır. Qanq çayı sululuğuna görə yalnız Amazonka və Konqo çaylarından geri qalır. Öz mənbəyini Himalay dağlarından götürən Qanq və onun qolları materikin ən bol yağıntılı ərazisindən axır və benqal körfəzində böyük delta yaradır. Cənub və cənub-şərq hissədə çaylar daha sıx şəbəkə əmələ gətirir. Bu zonada da baş verən daşqınlar və tayfunlar regionun təsərrüfatına güclü ziyan vurur. Cənub-qərbdə Hind okeanına axan çayları — Dəclə və Fərat çaylarıdır. Bu ərazi subtropik və tropik iqlim qurşaqlarında yerləşir və quraq iqlimə malikdir. Buna görə çaylar azsuludur. Daxili hövzənin çayları materikin cənub-qərb və daxili hissələrində geniş ərazi əhatə edir. Şərqi Avropa düzənliyindən Xəzər dənizinə axan çayların qidalanmasında qar suları daha üstündür. Səhra və yarımsəhralardan keçən Amudərya, Sırdərya, Tarim və s. çayları öz başlanğıcını qarlı-buzlu dağlardan götürdüyünə görə yayda bolsulu olurlar. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır. Onun uzunluğu 3630 km-dir. Bir çox qolları var. Onlardan Oka və kama ən böyük qollarıdır. Volqa Xəzər dənizinə tökülərkən böyük delta əmələ gətirir. Volqa çayı üzərində bir çox su anbarları, hidrotexniki qurğular yaradılıb və SES-lər tikilmişdir. Volqanın böyük nəqliyyat əhəmiyyəti vardır. Avrasiya materikində göllər çoxdur, lakin onların coğrafi yayılmasına görə materikin ayrı-ayrı hissələri arasında böyük fərqlər vardır. Şimal-qərbdə göllər daha çoxdur. Avropanın ən iri gölləri — Ladoqa, Oneqa, Balaton, Sayma, Vanern, Vettern burada yerləşir. Göllərin çoxu IV dövr buzlaşmaların əmələ gətirdiyi saysız miqdarda çökəkliklərdə yaranmışdır. İqlimin quraq və isti olduğu daxili axarsız hövzədə göllər azdır və onların əksəriyyəti duzlu göllərdir. Bu ərazidə yerləşən iri göllər — Xəzər, Balxaş, Aral vaxtilə mövcud olmuş Tetis okeanının qalığı hesab edilir. Xəzər dünyada sahəsinə görə ən böyük göldür. Onun səthi dəniz səviyyəsindən −27 metr aşağıda yerləşir. Xəzərin maksimal dərinliyi 1025 metrdir. Suyun orta duzluluğu 11–13 promildir. Xəzərin şelf sahəsində və dibinin təkində zəngin neft və qaz ehtiyatı var. Bakı neft rayonu kimi dünyada məşhurdur. Burada dənizdən yüksək keyfiyyətli neft və qaz çıxarılır. Dağlıq ərazilərdə yerləşən iri göllərin bir çox isə tektonik mənşəlidir. Onlar yer qabığının qırıldığı qatlarda yaranmışdır. Baykal, Cenevrə, Boden, Urmiya, İssık-Kul və s. məhz tektonik mənşəli göllərə aiddirlər. Baykal gölü 6000 km-dən artıq məsafədə uzanan çökəkliyi tutur. Gölün eni 25 km-dən 80 km-ə qədərdir. Dünyanın ən dərin gölü hesab olunan Baykalın dərinliyi 1620 metrdir. Bu göl Avrasiyanın ən böyük şirin su anbarıdır. Baykala 360-a qədər çay tökülür. Avrasiya materikində göllərin böyük təsərrüfat əhəmiyyəti vardır. Onlar mühüm istirahət, turizm, kurort əhəmiyyətinə malik olmaqla suvarmada, məişətdə, gəmiçiliyin inkişafında böyük rol oynayır.

  • Avrasiyanın Şimal buzlu okeanı hövzəsinə aid olan başlıca çaylar:Ob, Lena, Yenisey, Peçore, Kolıma, İndigirka və.s
  • Avrasiyanın Atlantik okeanı hövzəsinə aid olan çaylar:Dunay, Sena, Reyn, Dnepr, Visla, Oder, Temza, Kızılırmak, Yeşilırmak, Po, Elba
  • Avrasiyanin Sakit okeana tökülən ən böyük çayları:Amur, Xuanxe, Yantsızı, Mekonq və Orxon
  • Avrasiyanın Hind okeanı hövzəsinə aid olan çaylari:Hind, Qanq, Brahmaputra, İravadi, Dəclə-fərat, Saluin və s
  • Avrasiyada daxili axarsız hövzəyə aid olan çaylar:
    • Xəzərə tökülənlər: Volqa, Astaraçay, Ural, Qızılüzən, Emba, Terek, Kür, Ətrak.
    • Arala tökülənlər: Amudərya, Sırdərya və s.
    • Balxaşa tökülənlər: İlivə və s.

Təbii zonaları

Avrasiya materikində Yer kürəsində mövcud olan bütün təbii zonalara rast gəlmək mümkündür. Bunun əsas səbəbi materikin bütün iqlim qurşaqlarında yerləşməsidir. Təbii zonalar xəritəsinə nəzər yetirsək görərik ki, materikdə şimal yarımkürəsi üçün xarakterik olan təbii zonaların hamısını görə bilərik. Bu da onun ekvatordan qütbə, şərqdən qərbə doğru geniş məsafədə uzanmasının nəticəsi hesab oluna bilər. Avrasiyada təbii şəraitin həddən çox zənginliyi və iqlim qurşaqlarının yerləşməsi, qərbdən-şərqə iqlim tiplərinin kontinentallığının artması və mürəkkəb relyef quruluşunun olması təbii zonaların aşağıdakı şəkildə yerləşməsinə gətirib çıxarmışdır. Arktika səhralar zonası Şimal Buzlu okeanda yerləşən adaları əhatə edir. Bütövlüklə Arktika iqlim qurşağında yerləşir. Ondan cənuba doğru Tundra və Meşə tundra zonaları uzanır. Təbii zonalar xəritəsini nəzərdən keçirsək görərik ki, qərbdən şərqə doğru tundra daha da genişlənir. Avropa sahillərində tundra zonası ensiz dar zolaq şəklində başlayır və şərqə tərəf onun sərhədi xeyli cənuba meyl edir. Bu xüsusiyyət qərbdən şərqə getdikcə iqlimdə kontinentallığın artması ilə əlaqədardır. Göstərilən təbii zonaların hamısı uzun sürən şaxtalı qış, çox qısa yay, daimi donuşluğu, buzlaq və bataqlıqların geniş yayılması ilə səciyyələnir. Torpaq örtüyü yaxşı inkişaf etməmişdir, bitki örtüyü növcə kasaddır. Bura xarakterik torpaqlar qleyli, torflu, bataqlıq torpaqlarıdır. Arktika səhraları və tundra zonalarının təbiəti antropogen təsir nəticəsində az dəyişilib. Bununla belə bəzi heyvanların azalması müşahidə olunur, bəzi yerlər, xüsusilə neft və qaz çıxarılan yerlər çirklənməyə məruz qalmışdır. Avrasiyada meşə zonası geniş sahə tutur. Meşə zonası burada üç yarımzonadan ibarətdir. Şimalda sahəcə daha böyük ərazini əhatə edən Tayqa meşələri zonası uzanır. Tundra və meşə-tundra zonasına nisbətən bu zonada yay daha isti və davamlı olduğundan, ağac bitkiləri geniş sahə tutur. Tayqa zonası da Tundra zonası kimi şərqə doğru getdikcə çox genişlənir. Şərqə doğru iqlimin kontinentallığının artdığı üçün Avropanın ensiz tayqa meşələri şərqə tərəf genişlənir və böyük bir ərazi tutur. Tayqa zonasında soyuğadavamlı — kəskin kontinental iqlimində belə yaxşı inkişaf edən ağac növləri, küknar və şam ağacı bitir. Tayqada podzol torpaqlar yaxşı inkişaf etmişdir. Avropa ərazisində geniş sahə tutan qarışıq və enliyarpaqlı meşələr zonası şərqə getdikcə ensizləşir və tamamilə yoxa çıxır. Onlar yenidən yalnız şərqdə — Sakit okean sahillərində enliyarpaqlı və qarışıq meşələr zonası yaradır. Qarışıq meşələrdə çimli-podzol torpaqlar yayılmışdır. Enliyarpaqlı və qarışıq meşələr zonası insanlar tərəfindən xeyli qırılmışdır. İnsan fəaliyyətinin təsiri az olan tayqa meşələri materikin şərq hissəsində və dağlıq ərazilərdə geniş sahə tutur. Çöl və meşə-çöl zonaları insan fəaliyyəti nəticəsində daha çox dəyişiklərə məruz qalmışdır. Bu zonalar da materikin daxilində tam zolaq əmələ gətirmir. Çöllər qərbdə Karpat dağları ətəklərindən və Qara dəniz sahillərindən başlayaraq, şərqdə Altay və böyük Xinqan dağlarına qədər geniş bir ərazidə yaranmışdır. Məhsuldar qara torpaqlar bu zonada əkinçiliyin inkişaf etməsinə səbəb olmuşdur. Zonada yay uzun və isti keçir. Səhra və yarımsəhra təbii zonaları materikdə həm mülayim qurşaqda həm də tropik və subtropik qurşaqlarda yayılmışdır. Bitki və heyvanlar aləminin kasadlığı az məhsuldar torpaqların, bəzi hallarda isə şoranlıqların inkişafı bu zonaların quru kontinental iqlimi ilə bağlıdır. Okeanlardan materikə daxil olan mülayim və rütubətli hava kütlələri daxili regionlara irəlilədikcə öz rütubətliyini itirir. Buna görə daxili səhra və yarımsəhralar az miqdarda yağıntı alır. Subtropik codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar zonası Aralıq dənizi sahillərini əhatə edir. Bu zonada qış ayları mülayim yay ayları quru və isti keçir. Məhsuldar qəhvəyi torpaqlar inkişaf etmişdir. Zonanın bitki örtüyü insanın təsərrüfat fəaliyyətinin təsiri ilə xeyli dəyişmişdir. Meşələr qırılmış, yerində əkin sahələri və plantasiyalar salınmışdır. Çinin və Yaponiyanın cənubunu əhatə edən subtropik qurşağın şərqində musson meşələri geniş sahə tutur. Savanna, subekvatorial və ekvatorial meşə zonaları materikin cənub, cənub-şərq hissələrini və buradakı adaları əhatə edir. Savanna zonası subekvatorial qurşağın düzənlik sahələrində, mövsümi rütubətli meşələr zonası isə Hindistan və Hind-Çin yarımadalarının sahilboyu hissələrində və dağlıq ərazilərdə yayılmışdır. Ekvatorial meşələr başlıca olaraq Böyük və Kiçik Zond adlarının ekvatorboyu qurşağında yerləşir. Bu meşələr daim rütubətli, həmişəyaşıl və çox zəngin tərkibli olması ilə seçilir. Hər iki zonanın heyvanlar aləmi öz zənginliyi ilə seçilir.

Avrasiyanın ən ucqar nöqtələri

Materik nöqtələri

Ada nöqtələri

Böyük yarımadaları

Geoloji xarakteristikası

Avrasiya strukturunun əsas elementləri beş platforma hesab edilir:

  • Şərqi Avropa platforması — Baltik qalxanıUkrayna qalxanı ilə birlikdə.
  • Sibir platforması — Aldan qalxanı ilə birlikdə.
  • Çin-Koreya platforması.
  • Cənubi Çin platforması.
  • Hind platforması
    • Nubi-Ərəb qalxanının bir hissəsi də materikə aid edilir.

Relyefi

Şərqi Asiya və Alp-Himalay geosiklinal kəməri müasir dövrdə daha çox hərəkətdədir. Qissaro–Alaydan Çukotkayadək olan müxtəlif dövrlü strukturlar daha çox neotoktonik hərəkətdədirlər. Yüksək seysmik aktivlik daha çox Mərkəzi Asiya, Orta AsiyaŞərqi Asiya, Malay arxipelaqı üçün xarakterikdir. Fəaliyyətdə olan vulkanlar Kamçatka yarımadasında, Şərqi Asiya adalarında və Cənub-Şərqi Asiya, İslandiyaAralıq dənizi ərazisindədir.

Kontinentin orta hündürlüyü 830 metrdir, dağ və dağətəyi zonalar onun ərazisinin 65 % təşkil edir.

Mənbə

İstinadlar

  1. Евразия[ölü keçid] Энциклопедия "Кругосвет"
  2. Евразия[ölü keçid]

Qeydlər

  1. Adına baxmayaraq, Xəzər dənizi adətən göl hesab olunur, ancaq kontinental qabığa sahib olmaq yerinə, Okean çökəkliyi var.

Xarici keçidlər