Buz — bərk aqreqat halında olan su, mineral. Bəzən buz dedikdə bərk aqreqat halında olan maddələr də nəzərdə tutulur. Məsələn, quru buz, ammiak buzu və ya metan buzu.

Buzun sürüşkənliyi

Buz hamar bir səth olduğu üçün düşünüldüyü kimi sürüşkən deyil. Bu vəziyyət belədir, buz konkisinin çox kiçik səthinə olan təzyiq nəticəsində toxunduğu yerdəki buz əriyir və konki bu nazik su təbəqəsi üzərində hərəkət edir. (Ucu iti bıçaq kimi olan konkilərin sahəsi buza o qədər kiçik toxunur ki, buzun səthini dərhal əridir, ərimə temperaturunu 1 °C azaltmaq üçün tam olaraq 130 kq/sm2 tələb olunur.) [1]

Su buzunun əsas xüsusiyyətləri

Hazırda üç amorf və 15 kristal formalı buz modifikasiyası məlumdur.

Buzun faza diaqramması. Təzyiq loqarifmik masştabda, sağdakı temperatur Selsi ilə dərəcədə, sağda — Kelvinlə, 1 — maye fazası

Təbii şəkildə Yerdə buz ancaq bir kristal modifikasiyada, geksoqonal sinqoniya (Buz Ih) şəklində mövcuddur. Ih buzunda hər Н2O molekulu eyni məsafədə yerləşən dörd molekulla əhatə edilir. Bu məsafə 2,76 Å-yə bərabərdir və düz tetraderin zirvəsində yerləşir.

Ih buzunun kristallik strukturu. Kəsik xətlərlə hidrogen əlaqələri göstərilib

Buzun sıxlığı 0 °C-də 916,7 kq/m³-dir, bu isə suyun (999,8 kq/m³) sıxlığından azdır. Buna görə də su buza çevrilərkən öz həcmini təqribən 9% artırır[2]. Buz sudan yüngül olduğuna görə su hövzələrində suyun üst səthini örtür və bununla da suyun tam donmasının qarşısını alır.

Buzun] əriməsi üçün tələb olunan istilik həcmi 330 coul/kq-dır. Nümunə üçün dəmirin əriməsi üçün tələb olunan istilik həcmi 270 coul/kq-dır. Buz və ya qarın əriməsinə tələb olunan istilik həmin çəkidə olan suyun 0–dan 80 °C-dək qızdırılması üçün lazımdır. Bu sistem yerin istilik sisteminin qorunmasında vacib amil sayılır.

Buza təbiətdə adi buz və qar, qırov və s. şəklində rast gəlinir. Öz ağırlığı altında plastik forma alır. Buz suya nisbətən təmiz olur, çünki, buz kristalı qəfəsində ilk növbədə su molekulları durur. Ancaq buz duzludursa bu suyun duzlu dəniz suyundan yaranması ilə bağlıdır.

Buzdan praktikada istifadə edilməsi

İqlu evləri

Şimal qütbündə yaşayan yerli xalqlar buzdan iqlu adlanan evlər quraşdırırlar.

Həmçinin bax

İstinadlar

  1. Korugan, Tamer (2007). LÜZUMSUZ BİLGİLER ANSİKLOPEDİSİ - 1. İstanbul: AYKIRI YAY. s. 24, 25. ISBN 9789758337439.
  2. "(video)". 2012-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-29.

Xarici keçidlər