Vrangel adası
rus. Остров Врангеля çuk. Умкилир
Vrangel adasının sahili
Vrangel adasının sahili
Ümumi məlumatlar
Sahəsi 7670 km²
Uzunluğu 150000 km
Eni 125000 km
Hündür nöqtəsi 1096 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
71°29′00″ şm. e. 179°31′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Region
Rayon
Akvatoriya
Vrangel adası xəritədə
Vrangel adası
Vrangel adası
Vrangel adası xəritədə
Vrangel adası
Vrangel adası
Rəsmi adıNatural System of Wrangel Island Reserve
TipiTəbii
Kriteriya(ix), (x)
Tarixi2004 (28-ci sessiya)
İstinad nöm.1023rev
ÖlkəRusiya Rusiya
RegionAsiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vrangel adası[1][2][3][4][5] (çuk. Умкилир — "ağ ayılar adası",[6] rus. Остров Врангеля) — Rusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən ada. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə adlandırılmışdır.

Vrangel şərqqərb yarımkürələrinin qovuşduğu yerdə yerləşir və 180-ci meridianla təxminən iki bərabər hissəyə bölünür. Ada Çukot yarımadasından Lonq boğazı vastəsi ilə ayrılır. Boğazın ən dar yerində məsafə 140 km təşkil edir. Herald adasından 60 km qərbdə yerləşir[7] Ada inzibati cəhətdən Çukotka Muxtar Dairəsinin İultinski rayonuna daxildir. Vrangel adasının ərazisində eyni adlı qoruq yaradılmışdır. Vrangel adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[8]

Tarixi

Arxeoloji qazıntılar zamanı adada yaşayış məntəqələrinin qalıqları aşkarlanmışdır. Adanın ilk əhalisi Paleoeskimoslar olmuşlar və orada ov etmişlər. Buradak; ilk yaşayış e.ə. 1750-ci illərə aiddir. Paleoeskimosların daimi dayanacaq yeri Çyortov ovraq[9] adlı ərazidə aşkarlanmışdır.

Rusların ada yaxınlıqlarından keçməsi hələ XVII əsrin əvvəllərində baş verməsinə baxmayaraq, adanın xəritəyə salınması 200 il sonraya aiddir.

Açılışı

Vrangel adası — kosmosdan çəkiliş

1849-cu ildə Böyük Britaniyalı tədqiqatçı Henri Kellett (ing. Henry Kellett) Çukot dənizində yeni ada kəşf edir və onu öz gəmisi olan Heraldın şərəfinə Herald adası adlandırır. Qərbdə Kellett Heralddan başqa bir adanı müşahidə edir və onu xəritəyə daxil edir. Bundan sonra ada ilk adı olan "Kellett Torpağı" adını alır.

1866-cı ildə adaya ilk dəfə avropalı — kapitan Eduarf Dallmann (alm. Eduard Dallmann‎) lövbər salır. O, əsasən AlyaskaÇukot yarımadasının əhalisi ilə ticarət əlaqələri qururdu.[10] 1867-ci ildə amerikalı Balina ovçusu və tədqiqatçısı olan Tomas Lonq (ing. Thomas Long) özüdə Kettellin kəşfindən xəbərsiz (və ya adanın yerini düzgün müəyyənləşdirmədiyindən) adanı rus tədqiqatçısı və dövlət xadimi Ferdinand Pyotr Vrangelin[11] şərəfinə adlandırır.[12] Vrangel adanın mövcudluğu haqqında təsəvvürə malik olmuşdur. O, məlumatı yerli əhali olan çukçalardan almışdı. Hətta 1820–1824-cü illərdə adanı aşkarlamaq məqsədilə ekspedisiya təşkil etmişdir.

1879-cu ildə Vrangel adası yaxınlığından De Lonqun Şimal Qütbünə təşkil etdiyi ekspedisiya keçir. Amma onun bu cədhi uğursuzluğa uğrayır ("Jannetta" gəmisi). 1881-ci ildə De Lonqun gəmisini tapmaq məqsədilə 1881-ci ildə adaya Kutter gəmisi Kelvin Kuperin komandanlığı ilə yan alır (ing. Calvin L. Hooper).[13] Kuper adaya enərək orada axtarış təşkil edir. Sonra isə adanı ABŞ-nin ərazisi elan edir.

Rusiya bayrağı, Fom burnu, 1911-ci il.

1911-ci ilin sentyabrında "Vayqaç buzqıran gəmisi" rusların Şimal Buzlu okeana təşkil etdikləri (1910–1915) ekspedisiyanın nəzdində adaya yan alır. Bundan sonra ruslar ilk dəfə olaraq Fom burnuna rus bayrağını sancırlar.[14]

Kanada Arktika ekspedisiyası (1913–1916)

"Karluk" düşərgəsi, 1914-cü il.

13 iyul 1913-cü ildə Kanada Arktika ekspedisiyasına daxil olan "Karluk" briqantini ilə antropotoloq Vilyamur Stefansson Bofort dənizində yerləşən Herşel adasını tətqiq etmək məqsədilə Nomdan (Alyaska) yürüşə çıxır. 13 avqust 1913-cü ildə hədəfə 300 km qalmış "Karluk" gəmisi buzlar arasında sıxılaraq qalır. Burada sıxılıb qalan gəmi dreyf edən buzlarla birlikdə qərbə istiqamətlənir. 19 sentyabrda səkkiz insan, Stefanssonla birlikdə ova çıxırlar. Bir müddətdən sonra dreyf edən buzlar səbəbindən geriyə, gəmiyə qayıda bilmirlər. Onlar Barrou burnuna qayıtmalı olurlar. Bir müddət sonra hətta belə bir fikir irəli sürülür ki, Stefansson bilərəkdən ov bəhanəsi ilə gəmini tərk edərək Kanada Arktik arxipelaqına daxil adalarını tətqiq etmək istəyirdi.

Vrangel xəritəsi, Kanada Arktika ekspedisiyasının tərtibatı

"Karluk" gəmisində 25 nəfər qalır. Onlar ekspedisiya üzvləri və ovçular idi. Gəmi 10 yanvar 1914-cü ilə qədər buzlar arasında sıxılıb qalmışdı. Bartlettin göstərişi ilə bir qrup Byarnr Mamenanın rəhbərliyi ilə Vrangel adasına göndərilir. Onlar səhvən Herald adasına gəlib çıxırlar. Adaya çatanlardan "Karluk" gəmisinin kapitanının böyük köməkçisi Sendi Anderson başda olmaqla üç dənizçi sağ qala bilir. Həlak olanlar böyük ehtimal ki, ya yeməkdən zəhərlənmiş ya da dəm qazından boğulmuşlar. Digər dəstə Alister Mak-Moyanın (Antarktidaya təşkil olunan 1907–1909-cu il ekspedisiyasında iştirak etmişdir) iştirakı ilə öz qəralarına görə Vrangel adasına istiqamətlənirlər (130 km qalmış). Yerdə qalan 17 nəfər isə Barlettanın rəhbərliyi Vrangel adasında yerləşən Draqi buxtasına çatırlar. 1988-ci ildə adada düşərgənin izləri tapıldığı yerdə xatirə abidəsi qoyulmuşdur.[15] Kapitan Barlett (Robert Pirinin ekspedisiyasında iştirak etdiyindən müəyyən təcrübyə malik idi) və Kataktovikla (ovçu eskimos) birlikdə buzların üzəri ilə kömək çağırmaq məqsədilə materikə üz tuturlar. Bir neçə həftədən sonra onlar uğurlu şəkildə Alyaska sahillərinə çataraq "Karluk" gəmisinin qəzaya uğraması barədə məlumat verirlər. Sərq soyuqlar səbəbindən dərhal ekspedisiya təşkil edib xilas etmə tədbirləri görülə bilinmir.

1914-cü ilin yayında rusların "Taymır (buzqıran 1909)" və "Vayqaç (buzqıran, 1909)"[16] buzqıran gəmiləri iki dəfə (1 – 5 avqust, sonra 10 – 12 avqust) olmaqla köməyə tələssələrdə qalın buzlar səbəbindən cəhdləri uğursuz olur.[17] Amerikanlıların Kutter gəmisinin dəfələrlə təşkil etdiyi cədhlər də bir nəticə vermir.

Adada qalmış 15 nəfərdən üçü ölür. Ölümün səbəbləri kimi soyuq havaların təsiri ilə fəsadlar göstərilir: Soyuqlar səbəbindən insanın yuxarı və aşağı ətraflarında qanın donması ilə qanqrenanın olması, qidalanmanın zəifliyi və güclü şaxtalar səbəbindən böyəklərin fəaliyyətini dayandırması. Qrupun üzvlərinin verdiyi məlumata görə isə Vilyam silahı təmizləyərkən səhvən atəş açaraq ekspedisiya üzvünü öldürmüşdür. Təbii ki, bu vaxt qrupda ağır psixoloji atmosfer hökm sürürdü. Ancaq dindirmələr zamanı Vilyam bu itdihamlara qarşı çıxaraq onları inkar etmişdir.[18] Adada sağ qalan ekspedisiya üzvləri həyatla mücadilə edərək, ov etməklə sağ qala bilmişdilər. Ekspedisiya üzvləri ancaq 1914-cü ilin sentyabrında Kanadaya məxsus ola "Kinq-end-Uinq" şxununun sayəsində xilas edilir.[19]

Vrangel səthinin profili

Stefanssonun ekspedisiyası (1921–1924)

"Qırmızı Oktyabr" kanoner qayığı. 16 avqust 1924-cü il.
Vrangel adasının kolonistləri
ən solda Çarlz Uells.

Stefansson 1921-ci ilin əvvələrində çıxan qəzetlərin birindən Rusiyada davam edən amansız müharibə şəraitində Yaponiyanın Şərqi Sibiri adalara birləşdirmək niyyətində olduğu oxumuşdur.[20] Bu narahatlıq əsasız deyildi. Rusiyadan gələn dostları bunu təstiqləyirdi. O, yaponları dahada irəli gedərək Kanada Arktik ekspedisiyasına məlum olan Vrangel adasına ayaq basacaqlarını düşünərək onları qabaqlamağa çalışdı. "Karluk"[21] gəmi ekipajının adada sağ qalması onu adada dəniz təsərrüfatını qurmaqla orada kolonizasiya kampaniyasına başlamağı düşünürdü. Öz müəsissələrinin dəstəkləmnəsi məqsədilə əvvəlcə Kanada nümayəndələrindən sonra isə Böyük Britaniya hömükətindən rəsmi hüquq almasını istəyirdi. 19 fevral 1921-ci ildə Stefansson Kanada baş naziri olan Arturo Meyqxen tərəfindən məktub alır. Məktubda deyilirdi:

" Əziz mister Stefansson. Mən sizin bu gün təqdim etdiyiniz materiallara baxdım, sizi xəbərdar etməyi vacib bilərək bildirmək istəyirək ki, hökumət Kanadanın Vrangel adasına olan hüquqlarını dəstəkləyir. Düşünürəm ki, bu sizin niyyətlərinizin həyata keçirilməsinə yetərlidir. "

Stefansonun hərəkətlərinə qarşı hüququ cəhətdən qeyri müəyyənlik onun fəaliyyətinin leqallaşdırılmasını mümkünsüz edirdi. Hətta Stefansson öz xatirələrində bunun bir avantura olduğunu söyləyirdi. 16 avqust 1921-ci ildə Sietldə gələcən kolonistlərdən beş nəfəri toplaya bilir. Bu qrupa 22 yaşlı şotland əsilli kanadalı Alan Krouford başçılıq edirdi. Beş gündən sonra bu qrup Alyaskaya gəlir. 9 sentyabrda onlar Vrangelə yönəlirlər. 16 sentyabrda adaya enən 5 kolonistən ibarət qrup: Alan Krouford, amerikanlı Qalle, Maurer ("Karluk" ekspedisiyasının iştirakçısı), Hayta və eskimos qadın olan Ada Blekcek (aşpaz) olmuşdur. Adaya endikdən sonra ilk işləri KanadaBöyük Britaniya bayraqlarını qaldırmaları olmuşdur. Sonra isə "Proklamasiyaya" qol çəkirlər. Bu zaman sənəd qəbul edilir. Bu sənətdə deyilirdi:

" 1914-cü ilin 12 martından 7 sentyabrına qədər adada sağ qalmağı bacaran "Karluk" gəmisinin kapitanı R. A Barlett və təşkil olunan bu dövlət ekspedisiyasının iştirakçısı olan və hazırda burada iştirak edən baş mexanik Monronun burada olmasını əsas gətirərək, üstəlik ekspedisiyanın təşkili zamanı dünyanın nəhəng dövlətlərinin ada üzərində heç bir iddiası olmamasını əsas gətirərək buraya Britaniya bayrağını sancırıq. Vrangel adı ilə tanınan ada Böyük Britaniyanın ərazisi olmasını bildiririk. "

Bu sənədin əksi kapitan vastəsi ilə sentyabrın sonları Noma gətirilir.[22] Stefansson sənədi təqdim etməklə yanaşı Vrangel adasının kolonizasiyalaşdırılması haqqında qəzetlərə məlumat verir. Ancaq bu məqalə yaponların 1922-ci ildə Şərqi Sibir və Uzaq Şərqdən öz qüvvələrini çıxardıqdan sonra diqqət mərkəzində olur. Bu hətta ABŞ və Kanada arasında siyasi mübahisələrə səbəb gətirib çıxarır. Hər iki ölkə adaya ərazi iddiasından əlçəkmək niyyətində deyildi.

Hər şey Alyaska qubernatorunun Vaşinqton hökumətinə yönəlmiş etirazdan doğur. Onun fikirincə Kanada qanunsuz olaraq adanı işğal etmişdir. O, hər zaman adanın Amerikaya məxsus olduğunu bildirirdi. Bundan sonra Stefansson öz addımlarına görə izahat verməli olur. İzahat 20 mart 1922-ci ildə "Nyu-York Tayms" qəzetində dərc olunur. 12 mayda bu izahatlar Kanada parlamentində debatlara səbəb olur.

Burada şimal sularında patruların maliyyələşdirməsi məsələsi sonradan Vrangellə bağlı mövzuya yönəlir. Meyqxan, keçmiş nazir, pozisiya lideri: "Xariçi işlər naziri bilimi ki, hökumətin şimal adaları ilə bağlı siyasəti və Stefanssonun ekspedisiyanına dəstəyi bizi bu məsələyə təhkim edir?" Qrexem, xariçi işlər naziri: "Bu hökumətin olduqca həssas məsələsidir…" Meyqxan: "Vrangel adası bizə mi məxsusdur?" Qrexem: "Bəli, mən düşünürəm ki, onun qoruyub saxlaya biləcəyik…" Qetrey (Qatri): "Keçən ay "Nyu-York Tayms" və "Vaşinqton Post" qəzetlərində Vrangelin açılışdan ABŞ-yə məxsus olduğu bildirir." Makkezi Kinq, baş nazir: "Mən onu vurğulamalıyam ki, hazırda ada üzərində Kanada bayrağı qalğalanır. Orada hazırda kanadalılar yaşayır. Bu isə adanın bizim ölkəyə aid olmasını göstərir!"

Bununla belə öz ölkələrinin iddialarını dəstəkləyən adada yerləşən əhali haqqında heç kim məlumatlı deyildi. Adada insanlar ov etməklə ehtiyaclarını ödəyirdilər. Birinci qışı yalnız bir it itkisi ilə başa vuran kolonistlər yayda adaya kömək gələcəyini və onları əvəzləyəcəyinə ümid bəsləyirdilər. Buzlaqlar səbəbindən gəmilər adaya yan ala bilmirlər. Bu səbəbdən kolonistlər növbəti qışı adada keçirməli olurlar… 1922-ci ildə Stefanssonun göndərdiyi "Teddi biir" gəmisi qalın buzlar səbəbindən adaya yan ala bilmir. 23 sentyabrda kor-peşman Alyaskaya qayıtmalı olur.

1922-ci ilin sentyabrında "Manqit" hərbi kanoneri başda leytenant D. A. fon Dreyer adaya yan almaq istəyir. Ancaq buzların qalınlığı böyük olduğundan bu istək reallaşmır. Ağlar tərəfindən adaya göndərilən hərbi gəminin hansı məqsədlə ora yönəldiyi mübahisələrə səbəb olur. Çox guman ki, bu Stefanssonun burada fəaliyyət göstərən kompaniyasına qarşı yönəldiyi ehtimal edilir.[23][24] Ola bilsin ki, hətta ekspedisiya iştirakçılarına yardım məqsədilə ora yönəlmişdir.[25] Ağların Rusiya vətəndaş müharibəsində məğlubiyyətindən sonra gəmi ekipajı geriyə qayıda bilməmiş və emiqrasiya etməli olmuşlar. Ehtiyatların tükənməsi və ovun nəticəsiz olması 28 yanvar 1923-cü ildə ekspedisiya üzvlərindən üçü materikə kömək istəmək məqsədilə yola çıxırlar. Bundan sonra heç bir məlumat yoxdur. Adada qalan Hayt sinka xəstəlyindən həlak olur. Adada yalnız 25 yaşlı Ada Blekcek sağ qala bilir. O, adaya 19 avqustda yan alan gəminin gəlməsinə qədər tənha yaşayır.[26] 1923-cü ildə RSFSR-in bu işləri ilə M. M. Litvinov məşğul olmalı idi. Ancaq onun Genuya konfransından sonra ölkənin Qərbi Avropa ölkələri ilə əlaqələri üzrə nümayyəndəsi təyin edilir. 27 mart 1923-cü ildə Litvinov N. K. Klışkodan Forin-Ofisə rəsmi icazə verilməsini istəyir. Elə həmin gün RSFSR-nin nümayəndəsi Forin-Ofis şirkətinin nümayəndəsi olan Qreqoriyə şəxsi məktub göndərir. Məktubda deyilirdi:

" Mənim təmsil etdiyim hökunət rəsmi mənbələrdən Vrangel adası üzərində Britaniya bayrağını dalğalandırmışlar. Məndə olan məlumata görə bizim hökumətin keçən il göndərdiyi notaya cavab verilməsini səbirsizliklə gözləyirik. "

Klışkonun müraciyyəti nəticəsiz qalır. Bu zaman Londonda olan L. B. Krasin 25 may 1923-cü ildə eyni məsələ ilə bağlı yeni nota göndərir:

" Əvvəl ki notalarda da bildirildiyi kimi Stefansson elmi tədqiqat adı ilə 1921-ci ildə adaya ekspedisiya yerləşdirib və Britaniya bayrağını ada üzərindən asıb. Hətta növbəti il Stefansson adaya ekspedisiyanı əvəzləmək məqsədilə yeni heyət göndərmişdir. Zati ailələrinə birdirmək istəyirik ki, Vrangel adası Rusiyaya məxsusdur. Bizim Britaniya dövlətindən istəyimiz Kanada hökumətinə ilə yaxşı əlaqələrdən istifadə edərək bu məsələyə son qoymasını istərdik. Bunu da əlavə etmək istəyirəm ki, hökümətimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə tədbirlər görür. "

1923-cü ilin yayında artikada naviqasiya mümkünləşir. Bundan sonra Stefansson adaya X. Noysun başçılığı ilə xilasetmə ekspedisiyası göndərir. Avqusta adaya yan alan ekspedisiya burada yalnız bir nəfərin sağ qadığını müəyyən edir. Bu adaya aşpaz kimi gətirilən Ada Blakcek olmuşdur. Üç kanadalı başda Alan Krouford ağır iqlimə dözməyərək hələ bininci qışın əvvəllərində piyada olaraq Sibir sahillərinə istiqamətlənir. Onlardan bir xəbər gəlməmişdir. İki nəfər isə sinka xəstəliyindən ölür. Dtefanssonun tapşırıqlarını yerinə yetirən Noys eskinos qadını gəmiyə alaraq adaya isə başda amerikalı ovçu Çarlz Uellsı və onunla birlikdə 13 eskimosu saxlayaraq geriyə yola düşür. Onlar adada dominonluğun vəzifəsini yerinə yetirilməsi məqsədilə yerləşirlər.

1923-cü ilin qışında adada cəmi 13 nəfər qalır — amerikalı qeoloq Çarlz Uells və 12 eskimos. (üstəlik qadınlar və uşaqlar). Bir uşaq isə adada doğulmuşdur.

SSRİ tərəfindən adaya nəzarət və hazırkı vəziyyət

Vragelin xəritəsi

1924-cü ildə SSRİ Vrangel adasına "Nadejny qayığını" (sonradan Qırmızı Otyabr qayığı) göndərir.

"Qırmızı Oktyabr" Vladivostok limanından 20 iyul 1924-cü ildə hidroqraf Boris Bladimiroviç Davıdov başda olmaqla yola düşür. 20 avqust 1924-cü ildə onlar adaya SSRİ bayrağını sancaraq, orada yerləşən xariciləri adadan köçürürlər. Geri qayıdarkən 25 sentyabrda Lonq boğazında Otto Şmidt burnunda qayıq buzlar arasında sıxılaraq qalır. Bu zaman baş verən fırtına onlara yardım etsə də, ərazidə buzların qalınlığı böyük olduğundan irəliləmək çox çətin idi. Onlar Provedeniya buxtasında lövbər salmalı olurlar. Üstəlik yanacaqda tükənirdi.[27] Vladivostoka qayıq 29 oktyabr 1924-cü ildə qayıda bilir.

Kolonistləri öz vətənlərinə qaytarılması ilə əlaqədar Sovet-Amerikan, sonradan Çin-Amerikan danışıqları uzun çəkir. Kolonistlər Çinin Harbin şəhəri ilə geri qaytarılır. Qaytarılma müddəti ərzində kolonistlərdən üçü dünyasını dəyişir. Ekspedisiya rəhbəri Çarlz Uells Vladivastokda sətəlcəmdən vəfat edir. İki uşaq isə sonrakı yol müddətində ölür.[28]

XX əsrin sonlarında belə bir fikir səsləndirilir ki, Vrangel beynəlxalq qanunlara görə ABŞ-yə məxsus olmalıdır. De-yure ərazinin SSRİ-ə məxsusluğu qəbul olunmazdır, de-fakto isə mübahisə doğurmur[29] SSRİ və ABŞ arasında 1990-cı ildə imzalanmış dəniz məkanlarının sərhədlənməsi haqqında anlaşması birbaşa və açıq şəkildə dəniz sərhədləri və Vragel adası ilə yanaşı Rusiyanın nəzarətində (Arktikada) olan 7 adaya şamil edilmirdi. Hansı ki, ABŞ tərəfindən ərazi iddiası irəli sürülə bilərdi;[30] Bununla belə bu sənəd Rusiya parlamenti tərəfindən ratifikasiya edilməmiş və onun tətbiqi müvəqqəti dayandırılmışdır.

Mənimsənilməsi

Vrangel adası, 2001-ci il
Vrangel adası — kosmosdan çəkiliş
Uşakovskoe qəsəbəsi (2013)

1926-cı ildə Vrangel adasına Qeorqiy Alekseeviç Uşakovun başçılığı ilə ekspedisiya təşkil edirlər. Sonradan ekspedisiya üzvləri Uşakovskoe qəsəbəsinin ilk sakinləri olurlar. Adaya cəmi 59 nəfər gəlir. Onlar arasında eskimoslar da mövcud idi. Onlarda Provideniya və Staroe Çaplino qəsəbələrinin sakinləri idilər. Bu ekspedisiya zamanı qütb stansiyası təşkil olunur. 1928-ci ildə ikinci dəfə ekspedisiya "Litke" buzqıran gəmisində həyata keçirilir.

1948-ci ildə adaya sayı elə də çox olmayan şimal maralları (ev heyvanı) gətirilir və maralçılıq sovxozu yaradılır.

1950–1960-cı illərdə ada ərazisində ZvyozdnıyPerkatkun adlı yaşayış məntəqələri salınır. Bir necə hərbi infastruktur binaları salınır.

1980-ci illərdə hərbiçilər adanı tərk edirlər. 1992-ci ildə isə adada fəaliyyət göstərən radiolokasiya stansiyasının işi dayandırılır. Vrangeldə yeganə yaşayış məntəqəsi olan Rocers buxtası sahilində yerləşən Uşakovskoe[31] kəndi öz fəaliyyətini 2003-cü ilə qədər sürdürə bilir. Hazırda kənd tamami ilə boşalmışdır.

2010-cu ildə adada meteostansiya fəaliyyətə başlayır. Stansiyada cəmi 6 nəfər işləyirdi.[32] Yerli əhalidən adada yaşayan yeganə insan (2011) Uşakovskoe kəndinin sakini şaman Qriqori Kaurqin olmuşdur.[33]

20 avqust 2014-cü ildə Rusiyanın Sakit okean donanması, "Marşal Qelovan" gəmisində adaya yan alaraq hidroloji işlər görürlər. Bunlada adada Sakit okean donanmasının bayrağı sançılır və orada ilk baza yaradılır.[34] İlin sonuna adada hərbi şəhərçik salınır. Radiolakasiya stansiya bərpa edilib və mühafizə postu təşkil edilir.[35]

İslah-Əmək düşərgəsi

1987-ci ildə keçmiş məhbus Efim Moşinski özünün kitabında,[36] Vrangel adasında islah-əmək düşərgəsində olduğunu iddia edir. Üstəlik o, düşərgədə Raul Balennber və başqa xaricdən olan məhbuslarla rastlaşdığını yazırdı. Əslində isə bu əfsanədır,[37] Vrangel adasında hec vaxt QULAQ islah-əmək düşərgələri olmamışdır.[38]

Qoruq

Vrangel adası qoruğu. Rusiya poçt markası

1953-cü ildə yerli inzibati orqanın təşəbbüsü ilə adada morjların çütləşmə zamanı yerləşdiyi ərazilərin qorunması haqqında qərar qəbul edilir. 1960-cı ildə Maqadanın oblispolkomu tərəfindən ərazidə uzun müddətli yasaqlıq yaradılması qərara alınır. 1968-ci ildə dövlət əhəmiyyətli yasaqlığa çevrilir.

1975-ci ildə Maqadan ispalkomu gələcəkdə ərazinin qoruğa çevrilməsi məqsədilə Nunivak adasından Müşk öküzlərini adaya köçürür. 1976-cı ildə arktika adalarının təbiət komplekslərini qorumaq və örgənmək məqsədilə "Vrangel adası" adlı qoruq yaradılır. Qoruğa həmcinin Vrangelin yaxınlığında yerləşən Herald adasıda daxildir. Adaların 5 millik şelf sahəsi belə qoruğun ərazisinə daxildir. Qoruğun ümumi sahəsi 795,6 min h təşkil edir. 1978-ci ildə qoruğun elmi bölməsi yaradılır. Bu bölmənin əsas hədəfi planlı şəkildə adaların bitki və heyvanlar aləminin örgənilməsi olur.

1997-ci ildə Çukotka Muxtar Dairəsinın qubernatoru və Rusiya ekologiya nümayəndəliyinin təşəbbüsü ilə ətrafında olan adaların hesabına qoruğun ərazisi eninə 12 dəniz mili genişləndirilir. 25 may 1999-cu ildə adaların ətrafında 24 dəniz mili qoruma zonası yaradılır.

Təbiəti

Vrangel adasındakı artik tundra

Adanın sahəsi 7670 km² təşkil edir. Uzunluğu şərqdən qərbə 150 km, eni isə 125 kilometrdir. Bu sahənin 4700 km² qədərini dağlıq ərazilər təşkil edir. Sahilləri alçaqdır. Çoxlu sayda laqunlar vardır ki, onlar dənizdən qumdan ibarət olan burunlarla ayrılır. Daxili hissələr isə dağlıqdır. Adada elədə böyük olmayan buzlaqlar və göllər vardır. Ərazidə arktik tundra yayılmışdır.

Relyef

Relyefi dağlıqdır. Ərazinin böyük hissəsini bir-birinə paralel uzanan üç silsilə təşkil edir. Şimal, Orta və Cənub silsilələrinin qərb və şərq qutaracağları sıldırımlı qayalıqlarla bitir. Bu silsilələrdən ən irisi və hündürü Orta silsilədir. Silsilədə adanın ən hündür nöqtəsi olan Sovet dağı (1096 m). Şimal silsiləsi ən alçağıdır. Silsilə geniş bataqlıqlaşmış düzənlikdən geçir. Bu düzənlik Tundra burada yerləşir. Tundra Akademiyası adını almışdır. Cənub silsiləsi elədə hündür deyildir və dəniz sahilinə yaxın ərazidən keçir. 1952-ci ildə adanın mərkəzində yerləşən zirvələrdən biri adada araşdırma işləri aparan geoloq Leonid Vasileviç Qromovun şərəfinə adlandırılmışdır.[39] Ada sahillərində çoxlu sayda burunlar vardır (Florens, Blossom, Utyos-Bolşevik, Fom, Quş bazarıUerinq).

Silsilələr arasında çoxlu sayda çay sisteminə malik dərələr vardır. Adada uzunluğu 1 km olan 140 çay və ya axar vardır. 5 çayın uzunluğu isə 50 kilometrdən uzundur. Ən böyük çayları Qusinaya, Nanuk,[40] Nasxok, Tundrovoy və Sovetskayadır. Adada 900-dən çox göl vardır. Onların çoxu Tundra Akademiyası düzənliyində yerləşir. 6 gölün sahəsi 1 km² təşkil edir. Göllərin orta dərinliyi 2 metri keçmir. Göllər əsasən karst, buzlaq və laqun məşəllidir. Ən iri gölləri Kmo,[41] Komsomol, QaqaçeZapovednoyedir.

Şelf

Sahil xəttinin dənizin içərilərinə doğru elpis formasına malikdir. Adanın özü isə qərbə istiqamətlənmiş formadadır. Bu hissədə şelfin eni 5 km, sahil xətinin dərinliyi 25–30 km arasında dəyişir. Şelf şimala və cənuba doğru genişlənir. Cənuba doğru eniş 40 m dərinliyə malik olmaqla 35 km, şimala 45 m olmaqla 60 km, şərqə doğru 50 m olmaqla 90 km dənizin içərilərinə daxil olur.[42]

İqlimi

İqlimi sərtdir. İlin böyük hissəsi artik hava kütlələrinin təsiri altında olurlar. Soyuq və quru havalar hakimdir. Yayda cənub-şərqdən Sakit okean üzərindən isti və rütubətli havanın təsirinə məruz qalır. Adaya Sibirdən gələn quru və qızmış hava kütlələri təsir edir.

Qütb gündüzləri mayın ikinci on günlüyündən iyulun 20-ə qədər davam edir. Qütb gecələri isə noyabrın ikinci on günlüyündən yanvarın sonlarına qədər sürür.

Qışı davamlı olub 10 ay davam edir. Xüsusi ilə güçlü şimal küləkləri müşahidə edilir. Yanvar ayının orta temperaturu −22,3°S olur, ən soyuq aylar isə fevral və mart aylarıdır. Bu ərəfədə həftəlik tepratur −30°S-dən aşağı olur. Küləklərin güçü isə 40 m/s-i keçir.

Yayı soyuqdur. Donmalar və qar uçqunları baş verir. İyul ayında temperatur +2,5°S-dən +3°S-ə qədər yüksələ bilir. Adanın mərkəzində xüsusi ilə dağlıq hissələrdə hava nisbətən isti və qurudur.

Orta rütubətlilik 83 %, illik yağıntının miqdarı 135 mm təşkil edir.

Vrangel adası (1981-2010) üçün aylıq orta temperatur və yağıntı
Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek
Max. Temperatur (°C) −19,4 −19,9 −18,6 −12,8 −2,9 3,4 5,9 5,2 1,8 −4,1 −10,4 −16,8 Ø −7,4
Min. Temperatur (°C) −26,4 −27,0 −26,1 −20,4 −8,2 −1,0 1,0 0,9 - 1,7 −8,4 −15,7 −22,8 Ø −13
Temperatur (°C) −22,8 −23,5 −22,4 −16,6 −5,7 0,9 3 2,8 0,0 −6,1 −12,9 −19,7 Ø −10,3
Yağıntı (mm) 7 7 5 7 8 10 21 25 17 13 10 8 Σ 138
T
e
m
p
e
r
a
t
u
r
−19,4
−26,4
−19,9
−27,0
−18,6
−26,1
−12,8
−20,4
−2,9
−8,2
3,4
−1,0
5,9
1,0
5,2
0,9
1,8
- 1,7
−4,1
−8,4
−10,4
−15,7
−16,8
−22,8
Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek
A
t
m
o
s
f
e
r

ç
ö
k
ü
n
t
ü
s
ü
7
7
5
7
8
10
21
25
17
13
10
8
  Yan Fev Mar Apr May İyn İyl Avq Sep Okt Noy Dek


Mənbə: Hava və iqlm
Vrangel adası (2004-2013) üçün aylıq orta temperatur və yağıntı
Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek
Max. Temperatur (°C) −18,8 −21,6 −18,4 −12,0 −2,7 3,3 6,7 5,5 2,2 −2,3 −9,6 −16,0 Ø −7
Min. Temperatur (°C) −23,3 −26,3 −24,0 −17,7 −7,1 −0,6 1,9 1,7 −1,0 −5,2 −13,2 −19,2 Ø −11,2
Temperatur (°C) −21,2 −24,1 −21,0 −14,4 −4,8 1,3 4,2 3,5 0,5 −3,7 −11,8 −17,7 Ø −9,1
Yağıntı (mm) 11 12 8 7 11 9 22 20 18 21 13 12 Σ 164
T
e
m
p
e
r
a
t
u
r
−18,8
−23,3
−21,6
−26,3
−18,4
−24,0
−12,0
−17,7
−2,7
−7,1
3,3
−0,6
6,7
1,9
5,5
1,7
2,2
−1,0
−2,3
−5,2
−9,6
−13,2
−16,0
−19,2
Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek
A
t
m
o
s
f
e
r

ç
ö
k
ü
n
t
ü
s
ü
11
12
8
7
11
9
22
20
18
21
13
12
  Yan Fev Mar Apr May İyn İyl Avq Sep Okt Noy Dek


Vrangel adasının illik temperaturu "Hava və İqlim"
Ay Yanvar Fevral Mart Aprel May İyul İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İl
Maksimum temperatur, °S −13,2 −1,9 −7,8 −2,0 4,0 10,9 14,2 14,8 11,8 3,3 0,0 2,0 14,8
Orta maksimum, °S −23,5 −15,9 −17,7 −8,7 −3,2 5,3 9,8 12,6 8,2 −0,4 −4,4 −9,6 −4,0
Orta temperaturu, °S −26,1 −20,2 −22,0 −12,6 −6,4 2,1 6,9 11,1 7,0 −1,4 −5,8 −11,9 −6,6
Orta minimum, °S −28,4 −22,5 −25,7 −16,4 −8,9 0,2 4,6 9,3 5,7 −2,9 −7,9 −14,6 −9,0
Minimum teperatur, °S −34,6 −33,0 −32,6 −23,2 −17,3 −2,3 1,2 7,6 0,8 −7,5 −10,5 −26,0 −34,6

Flora

Vrangel faunası
Adanın relyefi.

Vrangel adasının bitkilər aləmini ilk dəfə B. N. Qorodkov araşdırmışdır. 1938-ci ildə adanın şərq sahillərini araşdırarkən ərazini arktik və qütb səhralarına aid etmişdir. XX əsrin ikinci yarısında ada bütünlüklə nəzərdən keçirdilmişdir. Ada arktik tundra və tundra zonasına aid edilir. Ərazisinin elədə böyük olmamasına baxmayaraq, ərazidə bitkilərin yayılma arealında fərqlər müşahidə edilir.

Adanın bitkilər aləmi qədim növlərin say tərkibinə görə zəngindir. Borulu bitkilər adada 310 (misal kimi göstərmək olar ki, Vrangeldən böyük olan Yeni Sibir adalarında bu cür növlər 135, Şimal Torpağında 65, Frans-İosif Torpağında 50-dən azdır) növdür. Florası relikt bitkilərlə zəngindir. Ön qütb bitkilərinə az təsadüf edilir. Qiymətləndirməyə görə cəmi bitkilərin 35–40% qədərini təşkil edir.

Bitkilərin 3 % subendemik (Puççinelliya, Qorodkov laləsi) və endemikdir (Uşakov laləsi, Laplandiya laləsi). Bunlardan əlavə Vragel adasında 114 növ nadir və çox nadir bitkilər yayılmışdır.

Sualtı bitkilər aləminə cənubdan gələn axınlarla canlılar ötürülmüşdür. Ərazi Beringiyanın bir hissəsini təşkil etdiyindən bitkilər aləminədə təsir etmişdir.

Adanın müasir biktilərinin hündürlüyü yüksək deyildir. Burada əsasən Tundra mamırları yayılmışdır. Dağ düzənliklərində söyüd kolları (Riçardson söyüdü) yayılmışdir. Onların hündürlüyü 1 metr təşkil edir.

Meşələr adanın cəmi 15% təkil edir. Əsasən adanın cənub sahillərində yayılmışdır. Vitus Berinqin ekspedisiyası üzvləri tərəfindən polkovnik Plenisnerə edilən məruzədə Çukotkadan şərqdə yerləşən torpaqda

" Bu böyük torpaqda insanın üç və ya dörd dəfəyə əhatə edə biləcəyi meşə vardır. Bununla yanaşı sümüyə bənzər, boş və günəş az görünən digər meşədə vardır. "

[43]

Fauna

Ağ ayı
Qütb bayquşu

Fauna baxımından ümumilikdə kasıbdır. Səbəb isə iqlimin olduqca sərt olmasıdır.

Adanın onurğasızları demək olar ki öyrənilməmişdir. Burada bir neçə növ Bombus, Ağcaqanadlar, Kəpənək, Milçək və şimal maralları üzərində yaşayan xüsusi növ parazit yayılmışdır.

Sahil sularında yayılmış balıqlar araşdırılmamışdır. Adanın daxili su tutarlarında isə balıqlar yaşamır.

Adada daimi olaraq 20 növ quş yumurta qoyur. Onlar hər il əraziyə gələrək koloniya şəklində yumurta qoyurlar. Adada yayılmış nadir canlılardan biri Ağ qazdır. Onlar burada xüsusi ilə adanın mərkəzi hissəsində yerləşən Tundrovoy çayı vadisində əsas koloniyanı təşkil edirlər. Digər ərazilərdə olan koloniyalar isə say baxımından azlıq təşkil edirlər. Burada həmçinin yumurta qoymağa Qara qazlar belə gəlirlər. Ümumilikdə isə adada Qaqa, İslandiya qumçüllütü, Burqomistr, Şanaquyruq qağayı, Uzunquyruq şahin, Qütb bayquşu, Qaraboğaz qumçüllütü, Calidris melanotos, Qütb susüpürəni, Orta sahilqağayısı, Qırmızıdöş qaqar, Adi qarğa, Carduelis flammea kimi quşlara nadir hallarda rast gəlinir.

Çox vaxt küləklərin təsiri və ya azaraq Şimali Amerikaya aid quşlar adaya baş çəkir. Onlar arasında tez-tez Kanada durnasına rast gəlinir. Bundan əlavə Kanada qazı, Fringillidae (Junco, Dendroica, AmmodramusZonotrichia[44]) kimi quşlar üstünlük təşkil edir.

Məməliləri olduqca azdır. Burada daimi olaraq Vinoqradov lemminqi[45] yaşayır. Adanın endemik canlısı olan lemminq Arktika çöl siçanının[46] yarımnövü hesab edilir. Ağ ayılar isə xüsusi ilə bala verərkən adada görünürlər. Xüsusi olaraq adanın sahil zolağında rast gəlinir. Müvəqqəti olaraq isə adaya boğazın buzlarla örtüldüyü zaman canavar, adi Sibir porsuğu, sincabtülkülər baş çəkir. İnsanlarla birlikdə adaya xizək itləri gətirilmişdir. Yaşayış yerlərində Ev sıçanları peyda olur və hazırda da yaşayırlar. Adanın faunasını zənginləşdirmək məqsədilə əraziyə Şimal maralıMüşk öküzü buraxılmışdır.

Şimal maralları uzaq keçmişdə ada ərazisində təbii şəkildə yaşamışdır. Hazırda isə ərazidə yayılan marallar 1948, 1954, 1967, 1968 və 1975 -ci illərdə Çukot yarımadasından əraziyə gətirilən maralların törəmələridir. Onlar ev maralları olaraq adaya gətirilmişdi. Hazırda isə burada 1,5 min baş maral yaşayır.

Belə bir fikir vardır ki, marallar kimi müşk öküzləri də uzaq keçmişdə adada yayılmışdır. Günümüzdə isə adaya gətirilən müşk öküzləri 1975-ci ildə 20 baş olaraq amerikanın Nunivak adasından gətirilmişdir.

Morj

Adada bütün Rusiyanın ərazisində ən iri Morj yerləşim düşərgələri yerləşir. Xüsusi ilə çütləşmə zamanı ada morjlarla dolu olur. Sahil zolağında isə suitilərə rast gəlmək olar.

1990-cı illərin ortalarında Nature jurnalında ada haqqında məqalə dərc edilir. Burada qoruğun əməkdaşı Serqey Vartanyan Tüklü mamont sümüyü aşkarladığını bildirir. Onun yaşı 7–3,5 min il öncəyə aid edilirdi.[47] Bununla belə araşdırmalar tüklü mamontların soyunun 10–12 min il öncə tükənməsini göstərir. Böyük ehtimal ki, tapılan qalıqlar adaya keçərək çırtdanlaşmış və yarımnövə çevrilmiş mamontlara aiddir. Bu mamontlar adaya gələrkən artıq Misir piramidaları mövcud olmuşdur. Cırtdan mamontların yoxa çıxması Tutanhamonun hakimiyyəti illəri və Mikena mədəniyyəti dönəminə təsadüf edir. Bu tapıntı adanı dünyanın mühüm paleontoloji tədqiqat yerlərindən birinə çevirir.

1980-ci illərdən adada maralçılıq sovxozu fəaliyyətini dayandırır. Zvezdnıy qəsəbəsi bağlanır. Ov dayandırılır. Yalnız ehtiyac məqsədilə dəniz məməlilərinin ovuna icazə verilir. 1994-cü ildə Uşakovskoe kəndində yerləşən qoruğun kantoru Şmitd burnu qəsəbəsinə köçürülür. 1999-cu ildən Pevek şəhərinə köçürülməsi qoruğun işini çətinləşdirmişdir.

Sənədli ədəbiyyat

  • Q. A Uşakovun adaya birinci köçürülmə ilə bağlı xatirələri əsasında yazılmış kitab.
  • Çukça yazıçısı Yuriy Rıtxeo Serqeeviçin "Ümid adası" romanında hadisələr Vragel adasında 1922-ci ilin ortalarında cərəyan edir.[48]
  • Jül Vernin fantastik "Sezar Kaskabel" (1890) romanında Vrangel adası nəhəng vulkan kimi təsvir edilir. Əsərin əsas qəhrəmanı dreyf edən buzun üzərində adanın yaxınlığından keçir.[49]
  • Lev Romanoviçin "Semençukun İşi" adlı hekayəsi əslində real faktlar əsasında yazılmışdır. Hekayədə 1934–1935-ci illərdə adada qütb stansiyasının üzvü olan həkimin öldürülməsindən bəhs edilir.[50]
  • Yazıçı Vitali Aleksandroviçin "Nanaun", "Dünya dostları" adlı yazılarında adanın adı çəkilir.[51]
  • Amerikalı yazıçı Kasandra Klerin "Ölüm silahı" adlı seriyalı kitablarında ada haqqında məlumat verilir.

Maraqlı məlumat

  • Vrangel adasının şərqi Qərb yarımkürəsində, qərbi isə Şərq yarımkürəsində yerləşir.
  • Vrangel adasının adı bəzən Ağ ayılar olaraq adlandırılır.
  • 2015-ci ildə adada heyvana qarşı edilən şiddət Rusiyada böyük narazılıqla qarşılanmışdır.[52]

İstinadlar

  1. "Vrangel Adası" (ing.)). nationalgeographic.com. 2016-02-08. Archived from the original on 2018-03-17. İstifadə tarixi: 22-02-2016.
  2. "Vrangel Adası" (ing.)). wikimapia.com. 2016-02-08. Archived from the original on 2021-02-25. İstifadə tarixi: 22-02-2016.
  3. "Vrangel adasının təbii şəkilləri" (ing.)). facebook.com. 2016-02-08. 2016-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22-02-2016.
  4. "Vrangel adasının təbiəti (YOUTUBE)" (ing.)). youtube.com. 2016-02-08. 2016-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22-02-2016.
  5. "Vrangel Adası" (türk). www.turkcebilgi.com. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-05.
  6. Леонтьев В. В., Новикова К. А. Топонимический словарь северо-востока СССР. — Магадан: Магаданское книжное издательство, 1989. — С. 384. — 456 с. — 15 000 экз. — ISBN 5-7581-0044-7.
  7. Kos, ko, M. K., M. P. Cecile, J. C. Harrison, V. G. Ganelin, N. V., Khandoshko, and B. G. Lopatin, 1993, Geology of Wrangel Island, Between Chukchi and East Siberian Seas, Northeastern Russia. Bulletin 461, Geological Survey of Canada, Ottawa Ontario, 101 pp
  8. "First wave of new properties added to World Heritage List for 2004". 2020-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-24.
  9. Диков Н. Н. (1988)
  10. Barr, W. Krause, R. Pawlik, P.-M. Chukchi Sea, Southern Ocean, Kara Sea: the polar voyages of Captain Eduard Dallmann, whaler, trader, explorer, 1830–96 (англ.) // Polar Record. — Cambridge University Press, 2004. — Vol. 40, no. 1. — P. 1–18.
  11. Von Wrangel, Ferdinand Petrovich (1840). Narrative of an expedition to the polar sea, in 1820, 1821, 1822 & 1823. Edited by Major Edward Sabine. James Madden and Company, London. 465 pp.
  12. Wheildon WW (1869) Proceedings of the American Association for the Advancement of Science, 1868 (17th Meeting, at Chicago), pages 304–311
  13. Irving C. Rosse. The First Landing on Wrangel Island: With Some Remarks on the Northern Inhabitants (англ.) // Journal of the American Geographical
  14. Магидович И. П., Магидович В. И. Очерки по истории географических открытий. — Просвещение, 1985. — Т. 4.
  15. Şentalinski V. "Təsadüfsüz sahillərin görüşü". Jurnal "Vokruq Sveta". 2012-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-02.
  16. Bu gəmilər Rusiyanın Şimal Buzlu okean donanmasına daxil edilmişdi.
  17. Красинский Г. Д. На советском корабле в Ледовитом океане. Гидрографическая экспедиция на остров Врангеля. — Издание Литиздата Н.К.И.Д., 1925.
  18. Jennifer Niven. The ice master: The doomed 1913 voyage of the Karluk. — Hyperion Books, 2000. — ISBN 0-7868-6529-6 (ing.)
  19. Robert Bartlett, Ralph Hale. The Last Voyage of the Karluk. — McLelland, Goo.
  20. "New York Times March 20, 1922". March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 23, 2016.
  21. Niven, Jennifer, The Ice Master, The Doomed 1913 Voyage of the Karluk. Hyperion Books, New York, New York. 431 pp.
  22. Kenney, Gerard "When Canada Invaded Russia" Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine The Canadian Encyclopedia
  23. Пурин А. А. Из прошлого и настоящего Камчатки // Ответственный редактор С. В. Гаврилов Вопросы истории Камчатки. Историко-краеведческий ежегодник. — Петропавловск-Камчатский, 2005. — Вып.
  24. Jump up to: 1 2 Последний Андреевский флаг // Ответственный редактор С. В. Гаврилов Вопросы истории Камчатки. Историко-краеведческий ежегодник. — Петропавловск-Камчатский, 2006. — Вып. 2.
  25. Чусовской В. Последнее судно под Андреевским флагом шло к острову Врангеля. Но зачем? // Пограничник Северо-Востока. — 10 декабря 2008. — № 49 (3965)
  26. Jennifer Niven. Ada Blackjack: A True Story of Survival in the Arctic. — Hyperion, 2003. — 448 с. — ISBN 978-0786868636(ing.)
  27. Klimenko İ. N. "Vrangel adasına olan ekspedisiya və ya "Nadejnıy" buzqıran gəmisinin ikinci həyatı". V. K. Arsenev adında Primorsk dövlət muzeyi. 2012-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-07.
  28. Последний Андреевский флаг // Ответственный редактор С. В. Гаврилов Вопросы истории Камчатки. Историко-краеведческий ежегодник. — Петропавловск-Камчатский, 2006. — Вып. 2
  29. Сильбер, Яан Территориальные приобретения Советского Союза (рус.) // ДВ. — 1998. — Вып. 16 (92). — С. 4.
  30. Anonymous, 2008, Giveaway of 8 American Alaskan Islands and Vast Resource-Rich Seabeds to Russians. Arxivləşdirilib 2009-02-14 at the Wayback Machine State Department Watch, Washington, D. C.
  31. "Ministry of Natural Resources of the russian Federation – History of Wrangel Island". 2005-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-24.
  32. Anton Lobanov. Meteostansiyanın ikinci doğumu Arxivləşdirilib 2013-07-12 at the Wayback Machine — "Ucqar Şimal", 03.11.2010
  33. D. Qorçakov. "Sonuncu şaman". ТRK «Peterburq»—5 kanal. İstifadə tarixi: 2014-11-27.
  34. Vrangel adasında Sakit okean donanmasının bazası yaradılıb Arxivləşdirilib 2021-06-22 at the Wayback Machine // flot.com, 20.8.2014
  35. "Военные РФ заселили второй городок в Арктике - на мысе Шмидта". РИА-Новости. 27.11.2014. 2015-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-27.
  36. Efim Moshinsky. Raoul Wallenberg is alive! — Rescue Publishing, 1987
  37. Efim Moshinsky. Raoul Wallenberg is alive! — Rescue Publishing, 1987.
  38. Ларьков С., Романенко Ф. Самый северный остров Архипелага ГУЛАГ // "Враги народа" за Полярным кругом (сборник статей). — М.: ИИЕТ им. С.И. Вавилова РАН, 2007.
  39. Леонтьев В. В., Новикова К. А. Топонимический словарь северо-востока СССР. — Магадан: Магаданское книжное издательство, 1989. — С. 124. — 456 с. — 15 000 экз. — ISBN 5-7581-0044-7.
  40. "Nanuk çayı". Dövlət Su Resstri. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-04.
  41. Придатко-Долин В. "Страна вдохновения - озеро Кмо". Моя Арктика... (rus). 2012-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-01.
  42. Pavlidis Y. А., Babayev Y. М., İonin А. S., Vozovik Y. İ., Dunayev N. N. SSRİ Şimal Şərq ərazilərinin qütb şelfinin morfolitogenezası. Kontinental və ada şelfləri. Şelf və yağıntılar. M., "Elm", 1981, səh. 33–96.( (rus.))
  43. "Русское географическое общество. Остров Врангеля". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-09.
  44. Smitov М. S. Vrangel adası — Təbiət etalonu və anomaliyası. Yoşkar-Ola. 596 s
  45. Травина И. В. "Лемминг Виноградова". Грызуны бывшего СССР. Благотворительный фонд “Центр охраны дикой природы”. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-21.
  46. "Позвоночные животные России: Лемминг Виноградова". 2012-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-02.
  47. Vartanyan, S. L. "Holocene dwarf mammoths from Wrangel Island in the Siberian Arctic". Nature. 362. 1993: 337–349. doi:10.1038/362337a0. ISSN 0028-0836.
  48. Рытхэу Юрий. Остров надежды. — М.: Современник. — 302 с.
  49. Жюль Верн. Вокруг Луны. Цезарь Каскабель. — Logos, 2000.
  50. Шейнин Л. Р. Дело Семенчука // Записки следователя. — М.: Художественная литература.
  51. Шенталинский В. А. Перелётные снега: Книга стихов. — М.: Современник. — С. 3,25. — 79 с.
  52. "VRANGEL ADASINDA TÜKÜRPƏDİCİ VƏHŞİLİK" (ing.)). video.atv.com. 2016-02-08. 2016-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22-02-2016.

Ədəbiyyat

Xariçi keçidlər