Clinfowiki
Hepard | |
---|---|
Elmi təsnifat | |
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Hepard |
|
Beynəlxalq elmi adı | |
Hepard — pişik cinsinə mənsub məməli heyvan.
Ümumi
Hepardlar (çitalar) qərbi və cənubi Afrika savannalarında yaşayırlar. Bədənindəki xallar, gözündən ağzına və çənəsinə enən qara xətləri var və bu xətlər günəş işığın çəkər, beləcə digər yırtıcılardan fərqli olaraq günün istisində belə rahatlıqla ovlana bilərlər. Həmçinin şuranın xəzi onu otlar arasında kamuflyaj edir. Ən məşhur xüsusiyyəti sürətlə qaçmasıdır. Dünyanın ən sürətli qaçan məməlisidir. Aslanlar kimi sürü şəklində və gizlənərək ovlanmaq yerinə, yüksək sürət avantajı sayəsində ovlanan heyvandır. Sıfırdan 125 km/saat sürətə sadəcə 3.5 saniyəyə çatır.[mənbə göstərin] Hepard kimi sürətli ovçudan heç bir şikar qaçıb canını qurtara bilməzdi, əgər bir mənfi xüsusiyyəti olmasa idi: Hepardlar uzun müddət bu sürətlə qaça bilmirlər. Əgər 500 metrdən artıq qaçarsa bədən temperaturu 46 dərəcəyə qalxır və bu da hepardın beyninə zərər verə bilər. Hepard balalarının ölüm təhlükəsi 90%-dir.
Əsasən kaftarlar və qartal hücumuna məruz qalırlar. 20 ildən daha çox yaşırlar. Hepardlar sahib olduğu sürəti yüngül və incə sümüklərinə borcludurlar. Buna görə də şikarını yediyi zaman bir aslan və ya kaftar qonaq olarsa ovu orda buraxıb qaçmaq məcbriyətindədir. Çünki kaftarın çənələri çox qüvvətlidir, bu incə sümüklər bu güclü çənəyə dayanmaz. Çitaların sürətli qaçma səbəblərindən biridə uzun quyruqlarıdır, quyruqlar qaçış zamanı çox kömək edir. Hepardlar impala, ceyran kimi otyeyən heyvanları ovlayır və bu heyvanlarda dünyanın ən sürətli manevr eləyən heyvanlarıdır. Çitalarda quyruqları sayəsində kəskin dönüşlər edə bilir. Çitalar maksimum sürətə çatdığında hər addım arsındakı məsafə 15 metrə çatır.
Bəzi ölkələrdə çitalar ev heyvanı kimi də saxlanıla bilir. Çitalar kükrəmir, səsi pişik, siçan, kaftar kimi heyvanların səsinə bənzəyir. [mənbə göstərin]
İstinadlar
- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0