Clinfowiki
Floqopit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
KMg₃(Si₃Al)O₁₀(OH)₂ |
Strunz təsnifatı | VIII/E.05b[1] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Sıxlıq | 2,815 ± 0,04 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Floqopit — mineral, mika, KMg3[(F,OH)2 | AlSi3O10]
Haqqında
Annit - floqopit fasiləsiz izomorf seriyanın sonuncu üzvü; həmçinin floqopit- istonit fasiləsiz izomorf seriya da məlumdur. Adətən Fe2+ daşıyır. Mikada Mg:Fe>2:1 olduqda floqopit adlanır. K, Mn, bəzən Ti əvəzləyən natriumun xeyli qatışıqları. Rəngsizdən, qırmızımtıl-qonura və yaşıladək. Növləri: manqanfillit, ftor-floqopit, manqan-floqopit, titan-floqopit, ferri-floqopit , tetraferri-floqopit, bariumlu floqopit. Floqopit, kalium-arqon və rubidium-stronsium üsulları ilə izotop yaş təyinində istifadə olunur.
Floqopitləşmə
Floqopitləşmə - ultraəsasi süxurların dəyişilməsinin ilkin mərhələsində təzahür edən metasomatik proses. Sahəvi, yuva-sahəvi və yaxud damarabənzər cisimlər şəklində intişar etmiş, floqopitli, piroksenli, floqopit-piroksenli, floqopit-olivinli süxurlar əmələ gətirir. Olivinitlərdə, piroksenitlərdə və b. süxurlarda geniş yayılmışdır.
Mənbə
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.