Trends in LIMS
Giqant-hüceyrəli arteriit | |
---|---|
XBT-10 | M31.5, M31.6 |
XBT-10-KM | M31.6 |
XBT-9-KM | 446.5[1][2] |
OMIM | 187360 |
DiseasesDB | 12938 |
MedlinePlus | 000448 |
MeSH | D013700 |
Vikianbarda əlaqəli mediafayllar |
Giqant-hüceyrəli arteriit və ya Xorton xəstəliyi – 50 yaşdan yuxarı, xüsusi ilə qadınlarda rast gələn iri damar vaskulitidir, çox vaxt revmatik polimialgiya ilə birgə təsadüf edir. Klinik yeni tip baş ağrıları, çənənin "fasiləli" axsaması (kladikasyon), görmənin pozulması (korluq birdən və ağrısız yaranır və biopsiyanın cavabını gözləmədən yüksək doza QK tələb olunan haldır), EÇS 50 mm/saat yuxarı olması, temporal arteriyada nəbzin zəifləməsi və ya olmaması, sistem əlamətlərlə özünü göstərir. Seroloji analizlər (RF, anti-CCP, ANA) mənfidir. Aortanın zədələnməsi anevrizmaya gətirir və IgG 4-assosiasiyalı xəstəliyi inkar etmək lazımdır. Gicgah arteriyasının dəyişilmiş hissəsinin biopsiyası önəmlidir.[3]
İstinadlar
- ↑ Disease Ontology (ing.). 2016.
- ↑ Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ F. Y. Talıbov, N. T. Zamanov, G. R. Ələkbərova, N. R. Abdullayeva. Revmatologiya (Terminlər, anlayışlar). Bakı, "Elm və təhsil", 2022.