Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiyaontologiya çərçivəsində baxılır.

Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar — metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıqislam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı.

Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur.

Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır.

Tanrının mövcudluğunu təsdiqləyən dəlillər

"Boşluqların tanrısı"

Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır.

(Mənəvi) Kamillik səviyyəsində/ dərəcəsində isbatı

" Vicdanımızda əxlaqi qanunun şərtsiz tələbi var. Tanrıdan gələn əxlaq. "

İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur. Lakin yaxşı insanlar pis əməllər, pis insanlar isə yaxşı əməllər etməyə qadir olduqları üçün, insandan asılı olmayan bir əxlaq mənbəyinin mövcudluğu zəruridir. Nəticə çıxır ki, obyektiv mənəviyyatın mənbəyi yalnız ali varlıq, yəni Tanrı ola bilər.

İnsanda əxlaq qanununun- (dünyəvi qanunlardan yalnız yüksək dəqiqliyi və əlçatmazlığı ilə fərqlənən) vicdanın mövcud olması və ədalətin sonda qəlib gəlməsinin vacibliyinə daxili inamın olması qanunverici bir varlığın olduğunu göstərir. Vicdan əzabı bəzən günahkarın öz günahını həmişəlik gizlətmək fürsəti olduğu halda belə özünü ifşa etməsinə səbəb olur.

Kosmoloji

" Hər şeyin bir səbəbi olmalıdır. Səbəblər zənciri sonsuz ola bilməz, ilkin bir səbəb olmalıdır. Bəziləri hər şeyin ilkin səbəbini "Tanrı" adlandırırlar. "

Aristotel varlıq anlayışını təsadüfi və zəruri, şərti və şərtsiz olmaqla bir-birindən fərqləndirirdi. Hələ Aristotelin nisbi səbəblər sırasında- dünyada baş verən hər şeyin ilk başlanğıcının nəzərə alınmasının vacibliyini vurğulandığına rast gəlirik.

Avisenna riyazi şəkildə Tanrının varlığının kosmoloji dəlillərini tərtib etmişdi. Tanrı var olan hər şeyin vahid və bölünməz səbəbidir. Tanrının varlığının ikinci sübutu olaraq Foma Akvinskiy də buna bənzər əsaslar gətirir. Ancaq onun formulası Avisennanınkı qədər kəskin deyil. Sonradan bu dəlil Uilyam Hetçer tərəfindən sadələşdirilmiş və rəsmiləşdirilmişdir. Kosmoloji dəlil təxminən bu cürdür:

  1. Kainatdakı hər şeyin özündən kənar səbəbi var (uşaqların valideynlərində olan özlərindən kənar səbəbləri var, detalları fabrikdə hazırlayırlar və s.);
  2. Özündən kənar səbəbi olan əşyalardan ibarət olan kainatın özünündə özündən xaric səbəbi olmalıdır;
  3. Kainat enerjiyə sahib olan, zaman və məkanda mövcud olan materiya olduğuna görə kainatın səbəbi də bu dörd kateqoriyadan kənarda olmalıdır.

Deməli Kainatın zamanla və məkanla məhdudlaşmayan, enerjiyə sahib olmayan qeyri-maddi bir səbəbi var. Nəticə: Tanrı var. Üçüncü bəndə əsasən O qeyri-maddi ruhdur, məkan xaricindədir (hər yerdədir), zaman xaricindədir (əbədidir, sonsuzdur) və enerjidən asılı deyildir (qüdrətlidir).

Leybniçdə kosmoloji arqument bir az fərqli formaya malikdir. O dünyadakı hər bir şeyin "təsadüfi" olduğunu iddia edir; başqa sözlə, bu, onun mövcud olmamasının məntiqi mümkünlüyünü göstərir və bu yalnız əşyalara deyil, bütün Kainat üçün keçərlidir. Kainatın əbədi olaraq mövcud olduğunu qəbul etsək belə, yenə də Kainatın içərisində onun niyə mövcud olduğunu göstərən heçnə yoxdur. Lakin Leibniçin fəlsəfəsinə görə hər şeyin kifayət qədər əsası, səbəbi olmalıdır. Buna görə, bütövlükdə Kainatın da özündən xaric yetərincə əsası, səbəbi olmalıdır. Tanrı bu yetəri əsasın, səbəbin özüdür.

Ontoloji

" Mükəmməl olan həm təsvvürdə, həm də reallıqda mövcud olandır. "

İnsanın şüuruna xas olan Tanrı anlayışı Tanrının həqiqi mövcüdluğu nəticəsinə gətirir. Tanrı tam mükəmməl bir varlıq kimi təsvir edilir. Lakin bu Tanrını tam mükəmməl olması qənaətinə gəlmir

Psixoloji

Bu dəlilin əsas ideyası hələ müqəddəs Avqustin tərəfindən söylənmiş və Dekart tərəfindən inkişaf etdirilmişdir. İdeyanın məğzi belədir ki, Tanrının tam mükəmməl bir varlıq kimi mövcudluğu fikri əbədi mövcud olub və xarici aləmin təsirindən insanın zehni fəaliyyəti (onun psixikası) nəticəsində meydana gələ bilməzdi. Nəticə çıxarmaq olar ki, onun mənbəyi Tanrıya məxsusdur. Daha əvvəl Siseron da buna bənzər belə fikir söyləmişdir:

Biz səmaya baxarkən, səma hadisələrini müşahidə edərkən, bütün bunları idarə edən, ağıl üstü ilahi bir varlığın olduğu məgər yetərincə aydın olmur? Kimsə buna şübhə edirsə, o zaman anlamıram günəşin olub-olmamasına niyə şübhə etmir! Biri digərindən nəylə fərqlənir? Əgər bu bizim ruhumuza hopmuş və həkk edilmiş olmasaydı, o bu qədər möhkəm qalmazdı, zamanla təsdiqlənməzdi, insanlar nəsilləri və əsrləri dəyişdikcə bu qədər kök sala bilməzdi. Ancaq yalan və boş olan başqa fikirlərin zamanla yoxa çıxdığını görürük axı. Məsələn, indi bir hippokentavrın və ya himeranın mövcud olduğuna kim inanır? İndi o cür ağlını itirmiş qoca qarı tapılarmı ki, nəvaxtsa hərkəsin inandığı o yeraltı səltənətin iyrənc məxluqlarından qorxsun? Çünki zaman saxta uydurmaları məhv edir və təbiət hökmünü təsdiqləyir.

Bu dəlil tarixi dəlillərə əlavədir.

Tarixi

Bu arqument bir dənə də olsun dini olmayan dövlətin mövcud olmadığı fikrindən irəli gəlir və həqiqətən də vətəndaşlarının böyük əksəriyyətinin inancsız olduğu dövlətlərin mövcud olmadığı bir vaxtda irəli sürülmüşdür.

Bu dəlilin mümkün ifadəsi aşağıdakı kimidir:

"Dini olmayan xalq yoxdur, deməli dini ibadət insan üçün təbiidir. Deməli, Tanrı var". "Tanrıya ümümi inam , hələ böyük yunan alimi Aristotelin dövründən bəri məlumdur… Və indi elm adamlarna dünyada yaşamış və yaşayan istisnasız olaraq bütün xalqlar məlum olduqdan sonra, onların hamısının öz dini inanclarının, dualarının, məbədlərinin və tanrılara qurban vermə ənənələrinin olduğu təsdiqləndi. Alman coğrafiyaşünası və səyyahı Ratsel deyir: "Etnoqrafiya dini olmayan xalq tanımır.""

Qədim Roma yazıçısı Siseron da demişdir: "Bütün xalqların hər bir nümayəndəsi, tanrıların olduğunu bilir, çünki bu bilik hər kəsə doğuluşdan verilib və sanki ruhuna həkk edilib."

Plutarxın dediyinə görə: "Bütün ölkələri gəzib dolaş, sən divarları olmayan, yazısı olmayan, hökmdarsız, saraysız, sərvətsiz, qəpik pulu olmayan şəhərlər tapa bilərsən. Ancaq heç kim hələ məbədləri və tanrıları olmayan, səmaya dualar göndərməyən, tanrının adına and içilməyən bir şəhər görməmişdir.

"İnsanın Tanrıya yaxınlaşmaq istəyi, dini ibadətə ehtiyac hiss etməsi, Tanrının həqiqətən olduğunu göstərir; mövcud olmayan bir şey cəzb edə bilməz. Frans Verfel demişdir: "Susuzluq suyun mövcudluğunun ən yaxşı isbatıdır."

Dini təcrübələr

Şəhadətlər

Elm adamları tərəfindən tənqid olunmasına baxmayaraq bir sıra dindarların fikrincə, İsa Məsihin yer üzündə həyatı haqqındakı müxtəlif artefaktlar (xüsusən də, Ehtirasın xatirələri), onlar tərəfindən möcüzə kimi qəbul olunan hadisələr, Tanrının varlığının birbaşa sübutudur.

  • Cinlərin qovulması — mövcud fikrə görə, həm cinlərin, həm də Tanrının varlığını göstərir.
  • Müqəddəslərin gücü. Müqəddəslərə ibadət edilməsinə xristian tarixinin ilk əsrlərdən başlanılmışdır.
  • Onlar əxlaqi, tərbiyəvi və liturgik məqsədlər üçün qorunub saxlanılır, ehtiram göstərilir və xristian kilsəsinin təlimlərinə görə, onlar müqəddəslərin qalıqları vasitəsilə Allah tərəfindən möminlərə verilə biləcək lütfkar güclərin daşıyıcılarıdır.
  • Ölüm ərəfəsi yaşanan hallarklinik ölüm yaşamış bəzi insanlar vəfat edən qohumlarını gördüklərini, fiziki bədənləri üzərində uçduqlarını və ya başqa fövqəltəbii hallar yaşadıqlarını söyləyirlər. Möminlər bu cür dəlilləri ruhun ölməzliyinə və axirət həyatının olduğuna sübut olaraq qəbul edirlər.
  • Müqəddəs odun enməsi — bir çox mömin tərəfindən bir möcüzə olaraq qəbul edilir, yəni fövqəltəbiinin təbiətdəki bilavasitə təzahürüdür.(onların fikrincə, atəş bir şəxsin lampanı qəsdən yandırması nəticəsində və ya öz-özünə yanması üçün xüsusi şəraitin yaradıldığı üçün alovlanmır).

Tanrının mövcudluğunu təsdiqləyən dəlillərin tənqidi

(Mənəvi) Kamillik səviyyəsində isbatı

"Tanrı illüziyası" kitabında din tənqidçisi etoloq Riçard Dokinz yazır:

Buna dəlil deyirsiz? Onda niyə deməyək ki, bütün insanlar fərqli dərəcədə qoxu verirlər, ancaq onların ətrafa yaydığı qoxunun dərəcəsi yalnız mütləq qoxusu olan mükəmməl nümunəylə müqayisə edilə bilər. Buna görə müqayisəolunmaz, daha üstün hamıya məlum qoxuverən biri olmalıdır və biz onu Tanrı adlandırırıq. Sizi mənim müqayisəmi istənilən digər biri ilə əvəz etməyə və eyni dərəcədə mənasız nəticə əldə etməyə dəvət edirəm.

- R. Dokinz. "Tanrı illuziyası"

Ontoloji

Marmutyeli Qaunilonun tənqidi ("dənizdə ada")

Anselm Kenterberilinin müasiri olan Marmutyeli monax Qaunilon (ing.) "Dəlinin müdafiəsi" kitabında Anselmin tərtib etdiyi antoloji dəlillərin məntiqinə bənzər öz təkziblərini etmişdir. Onun arqumentləri bunlardır:

  1. Dənizdə zənginliklərlə və əyləncələrlə dolu, digər bütün adalardan daha gözəl bir ada təsəvvür edək.
  2. Əgər o reallıqda mövcuddursa, o zaman təsəvvürümüzdəkindən daha gözəldir.
  3. Əgər bu ada mövcud deyilsə o zaman bundan daha da gözəl ada təsəvvür etmək olar.
  4. Buna görə də mükəmməl gözəl ada mövcuddur.

Beləliklə, Anselmin məntiqinə əsaslanaraq Qaunilon adanın mövcudluğu anlayışından əslində bu adanın reallıqda mövcudluğunun absurd mövqeyini çıxardı. Tənqidə cavab olaraq Anselm Qaunilonun düşüncə tərzini aşağıdakı kimi şərh etdi: bir ada yalnız digər adalardan daha gözəl ola bilər, amma mütləq (maxsimum) gözəl ola bilməz; mütləqlik xüsusiyyətləri yalnız Tanrıya xasdır.

Bertran Rassel ontoloji dəlillər haqda

Bertran Rassel ontoloji sübutu anladıqdan uzun müddət sonra, 1946-cı ildə yazmışdı:

Əslində sual bu cürdür: Haqqında düşünə biləcəyimiz bir şey mövcuddurmu, çünki şüurumuzda mövcud olan, demək şüurumuzdan kənarda da mövcuddur? Hər bir filosof bəli cavabı vermək istərdi, çünki flosofun vəzifəsi dünyanı müşahidə edərək deyil, düşünərək dərk etməkdir. Əgər doğru cavab müsbətdirsə o zaman düşüncəylə gerçək dünya arasında körpü mövcuddur. Əgər müsbət deyilsə mövcud deyil.

- B. Rassel. "Qərb Fəlsəfəsi Tarixi"

Norman Malkolmun tənqidi

Amerikalı filosof Norman Malkolm ontoloji sübut haqda demişdir:

" Varlığın kamillik olduğunu iddia etmək olduqca qəribədir. Mənim gələcək evimdə istilik sisteminin yoxluğundansa, olmasının daha yaxşı olacağını bildirmək ağlabatan və düzgündür; onun mövcud olmamasındansa, mövcud olması daha yaxşı olması fikrinin təsdiqlənməsinin nə mənası var "

Kosmoloji

Kosmoloji arqumentin tənqidi

Öz təbiətinə görə ilkin səbəbin arqumenti dünyanın fil üzərində, filin isə tısbağa üzərində olduğuna inanan hindlinin düşüncəsindən heç nə ilə fərqlənmir. Hindlidən soruşanda ki, "Bəs tısbağa nəyin üzərindədir?- o "Gəlin başqa şey haqda danışaq?" cavabını verir. Həqiqətən, ilkin səbəbin arqumenti hindlinin verdiyi cavabdan üstün deyil. Axı, dünyanın səbəbsiz yarana bilməyəcəyini düşünmək üçün heç bir əsas yoxdur; digər tərəfdən, dünyanın əbədi mövcud ola bilməyəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Dünyanın ümumiyyətlə bir başlanğıcı olduğunu təxmin etmək üçün heç bir əsas yoxdur. "Əşyaların başlanğıcının olması vacibdir" fikri, əslində bizim təsəvvürümüzün yoxsulluğundan irəli gəlir. Buna görə, bəlkə də ilkin səbəbin arqumentini təhlil etmək üçün daha çox vaxt sərf etməyimə ehtiyac yoxdur ...

- B. Rassel. "Mən niyə xristian deyiləm" (ing. Why I Am Not a Christian)

Yuxarıdakı sitatda B. Rassel kosmoloji arqumentlə iki çox vacib problemi qaldırdı: 1) dünya səbəbsiz ola bilərmi; 2) dünyanın başlanğıcı olmaya bilərmi?

Səbəbiyyət prinsipinin universallığının tənqidi
İnduksiya problemi

Kosmoloji arqumentin məntiqinə əsasən, kainatdakı hər bir şeyin özündən kənar bir səbəbi olduğu bildirilir. Məşhur filosof Devid Yum, səbəbiyyət prinsipini tənqid edərkən vurğuladı ki, bu düşüncə induksiyanın nəticəsi olaraq doğru a priori (rus.) (induksiya problemi) ola bilməz. İnduksiya problemini (rus.) nəzərə alaraq başqa bir böyük filosof Karl Popper yazırdı: "Bu şəkildə edilən istənilən bir nəticə həmişə yanlış ola bilər. Biz ağ ququşların görünüşünə dair nə qədər nümunə görsək də, bunlar "Bütün ququşları ağdır" qənaətini doğrultmur.

İstinadlar