Potency and safety analysis of hemp-derived delta-9 products: The hemp vs. cannabis demarcation problem
Acıçiçək | |
---|---|
Elmi təsnifat | |
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Yarımtriba: Cins: Acıçiçək |
|
Beynəlxalq elmi adı | |
Acıçiçək (lat. Gentiana) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinə aid bitki cinsi.
Şimal yarımkürəsinin mülayim zonalarında 400-ədək növü var. Qafqazda 28, o cümlədən Azərbaycanda 14 növü bitir. Tək-tək yerləşən çiçəkləri 4–5 (6–8) üzvlüdür. Meyvəsi biryuvalı, çoxtoxumlu qutucuqdur. Toxumları xırdadır. Acıçiçəyin bəzi növlərinin kök və kökümsovundan xalq təbabətində malyariyaya qarşı, həmçinin iştahaartıran, həzmi yaxşılaşdıran, ödqovucu dərman kimi istifadə edilir. Dekorativ bitkidir. Gövdə və yarpaqlarında C vitamini var. Gülçülükdə istifadə olunur. 3 növü qorunur.
Dioskorid və Pliniyin məlumatlarına görə Germes İlliri kralı Qentiyə bir bitki gətirmişdir. Əfsanəyə görə kral bu bitkinin yarpaq və köklərindən vəba xəstəliyinə qarşı dərman hazırlamağı əmr etmişdir. Sonralar bitki Qentinin şərəfinə adlandırılmış və daha sonralar bu ad bütün cinsə aid edilmişdir.
Bitki dekorativ cəhətdən çox qiymətlidir. Alp florasının rəmzlərindən hesab olunur. Xalq təbabətində acıçiçəyin kökündən qızdırmaya (malyariyaya) qarşı, həmçinin acılıq kimi, iştahanın artırılmasında və qidanın həzm olunmasında istifadə olunur. Acıçiçəyin gövdə və yarpaqlarında C vitamini vardır.
Əsasən çoxillik, bəzi hallarda isə birilik ot və yarımkol bitkidir. Çiçəkləri beşləçəkli, nadir hallarda dördləçəkli mavi, göy, bəzən isə sarı rəngli qovuşuqləçəkli çiçək tacından ibarətdir.
Bitkinin hündürlüyü 20—150 sm olur.
Meyvəsi kiçik toxumlardan ibarət biryuvalı qozadan ibarətdir.
Yer kürəsində, əsasən şimal yarımkürəsinin mülayim iqlimli zonalarında 400-ə yaxın növü yayılmışdır. Bir çox acıcicək alp və subalp çəmənlikləri üçün xarakterikdir. Azərbaycan florasında 14 növü bitir.
Növləri
- Gentiana acaulis
- Gentiana alba
- Soyuq acıçiçək (Gentiana algida Pall.)
- Gentiana amarella
- Gentiana andrewsii
- Gentiana asclepiadea
- Gentiana calycosa
- Gentiana catesbaei
- Gentiana clausa
- Gentiana clusii
- Gentiana crinita
- Çarpazyarpaq acıçiçək (Gentiana cruciata L.)
- Daur acıçiçəyi (Gentiana dahurica Fisch.)
- Sərilən acıçiçək (Gentiana decumbens L. fil.)
- Sarı acıçiçək (Gentiana lutea L.)
- İriyarpaq acıçiçək (Gentiana macrophylla Pall.)
- Gentiana newberryi
- Gentiana nivalis
- Gentiana parryi
- Gentiana plurisetosa
- Gentiana pneumonanthe
- Gentiana prostrata
- Xallı acıçiçək (Gentiana punctata L.)
- Gentiana purpurea
- Kələkötür acıçiçək (Gentiana scabra Bunge)
- Gentiana sceptrum
- Gentiana septemfida
- Gentiana setigera
- Aralanmış acıçiçək (Gentiana squarrosa Ledeb.)
- Tyanşan acıçiçəyi (Gentiana tianschanica Rupr.)
- Üçgüllü acıçiçək (Gentiana triflora Pall.)
- Gentiana verna
- Gentiana villosa
İstinadlar
- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 107. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 227.