Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
Vikipediya uşaqların təhlükəsizliyinə böyük əhəmiyyət verir. Vikipediyadan uşaqlarla qeyri-münasib münasibətlərdə olmaq üçün istifadə edən, Vikipediyada, və ya ondan kənarda uşaqlarla qeyri-adekvat münasibətləri müdafiə edən (məsələn, bu cür münasibətlərin uşaqlar üçün zərərsiz olduğunu bildirən), və ya özlərini pedofil kimi təqdim edən istifadəçilər qeyri-müəyyən müddətə bloklanır.
Vikipediya qaydaları |
---|
Prinsiplər |
Məqalə standartları |
Etika |
Digər kateqoriyalar |
Uşaqlarla qeyri-münasib münasibət qurmağa cəhd edən istifadəçilər və uşaqların şəxsi təhlükəsizliyinin təhlükə altında olduğu vəziyyətlər barədə e-poçt (info-az@wikimedia.org) vasitəsilə Vikimedia Fonduna məlumat verilməlidir. Könüllü ünsiyyət qrupu ilə yazışmalar məxfidir.
Əgər siz Vikipediya istifadəçilərindən birinin sizin şəxsi təhlükəsizliyinizi təhdid etdiyini düşünürsünüzsə, və ya şübhələnirsinizsə, istifadəçi ilə əlaqəni kəsin və nə etməsindən asılı olmayaraq ona tamamilə məhəl qoymayın. Səbəb nə olursa olsun, bir daha əlaqə saxlamayın.
Hərhansı bir Vikipediya istifadəçisinin:
Əgər belədirsə, vəziyyəti ailənizdəki böyüklərə izah edin və bu səhifəni oxumalarını xahiş edin. Sizə kömək etməyə çalışdığını desə(lər) belə, ünvan, telefon nömrəsi və s. kimi şəxsi məlumatlarınızı, yaxud şəklinizi həmin şəxs(lər)lə paylaşmayın. Bəzi məlumatlarınızın Vikipediyada paylaşmaq üçün məxfi olub-olmadığına dair şübhəniz varsa, hətta sizdən soruşulmasa belə, bu məlumatları istifadəçi səhifənizdə və ya Vikipediyanın hər hansı bir digər hissəsində paylaşmayın.