Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Tofiq Quliyev | |
---|---|
1990 – 4 oktyabr 2000 | |
Əvvəlki | Aqşin Əlizadə |
Sonrakı | Firəngiz Əlizadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 noyabr 1917[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 4 oktyabr 2000[1][2] (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | dirijor, bəstəkar, pianoçu, film bəstəkarı |
Uşağı | |
|
|
Təltifləri |
|
tofiqquliyev.musigi-dunya.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tofiq Ələkbər oğlu Quliyev (7 noyabr 1917[1][2], Bilgəh, Bakı qəzası – 4 oktyabr 2000[1][2], Bakı) — Azərbaycan bəstəkarı, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan SSR xalq artisti (1964), Azərbaycan caz və estrada musiqisinin banilərindən biri.
Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub. Anası Yaxşı xanım Mahmudova Hacı Zeynalabdin Tağıyevin qadın gimnaziyasında oxumuş və ilk azərbaycanlı hakimlərdən biri olmuşdur.
Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyasının yanındaki peşə məktəbinə, 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Həm İ. S. Aysberqin sinfində fortepiano, həm də S. Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.
1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə Mirzə Ələkbər Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Zakir Bağırovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.
Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.
1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif vətənpərvər mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.
Müharibədən sonra M. Əzizbəyov (dram), Səməd Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb.[3] 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A. Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.
1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956–1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960–1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.
XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
2022-ci ildə bəstəkarın 105 illik yubileyi Vyanada qeyd olunmuşdur[4]
2003-cü il 7 noyabr tarixində Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev «T. Ə. Quliyevin xatirəsinin əbədiləşdirilməsi» haqqında sərəncam vermişdir. Bu sərəncama əsasən bəstəkarın yaşadığı binaya (Hüsü Hacıyev küçəsi, 23) xatirə lövhəsi vurulmuşdur.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş kitab nəşr etmişdir («Ecazkar bəstəkar» Z. K. Abdullayeva).
Bakı şəhərinin küçələrindən birinə və 12 saylı musiqi məktəbinə bəstəkarın adı verilmişdir.
2007-ci il noyabr ayının 7-də Tofiq Quliyevin 90 illik yubileyi keçirilmişdir. Yubileylə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş veb-sayt yaradılmışdır.[5]
Ailəsinə hədsiz dərəcədə bağlı olan Tofiq Quliyevin nəvəsi – Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün "Cəmilənin albomu" uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. Bundan başqa, Cəmilə Muradasilova Tofiq Quliyevin bəstəkarı olduğu 2 filmdə – "Şir evdən getdi" və "Musiqi müəllimi" filmlərində çəkilib.