T-62
Tipi Əsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1961 - davam
İstismara başlanması 1961
İstismar edənlər İstifadəçilər
İstifadə edilən döyüşlər Çin-SSRİ
Yom Kippur Müharibəsi
Körfəz Müharibəsi
İstehsal tarixçəsi
Konstruktor OKB-520
İstehsalçı Uralvaqonzavod
Variantları TV-62
Ch'ŏnma-ho
Pokpu'ng-ho
Xüsusiyyətləri
Ağırlığı 40 ton
Zireh Diyirlətmə polad və tökmə homogen
Şose sürəti 50 km/saat (yolda)
40 km/saat (yolsuzluq şəraitində)
Əsas silah 115-mm 2A20
Köməkçi silah 7,62-mm PKT (2500)
12.7-mm DShK
Uzunluğu 9335 mm (lülə ilə birlikdə)
6630 mm (gövdə)
Eni 3300 mm
Hündürlüyü 2395 mm
Ekipaj 4 nəfər(komandir,sürücü,topçu,yükləyici)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

T-62 (obyekt 166) — sovet orta çəkili tankıdır. T-55 tankı əsasında yaradılmışdır. SSRİ-də 1961-dən 1975-ci ilə qədər istehsal edilirdi. 115 millimetrlik kalibrə sahib olan yivsiz lüləli topa malik dünyada ilk kütləvi şəkildə istehsal edilmiş olan tankdır.

İstehsalçı ölkə: SSRİ

Tip: Əsas döyüş tankı

İstehsalçı firma: Uralvagonzavod

İstehsal tarixi: 1961 – 1980

Xidmətə giriş ili: 1961 – günümüzə

İstehsal sayı: 22.700 ədəd

Ekipaj: 4 nəfər

Ölçülər

Ağırlığı: 37 – 41 ton

Uzunluğu: 6.63 m

Lülə daxil olmaqla: 9.33 m

Lülənin uzunluğu: 6.05 m

Eni: 3.3 m

Hündürlüyü: 2.39 m

Klirens: 0.43 m

Müdafiə

Zireh qalınlığı: 242 mm diyirlətmə polad və tökmə homogen

82 mm-lik 902B sis bombaları

Dinamik müdafiə: D-3

Aktiv müdafiə: 1030M “Drozd”

NBC qorunma

Performans

Zəminə təzyiq: 0,75 kq/sm ²

Dalış dərinliyi: 1,4 m (şnorkelsiz), 5 m (şnorkellə)

Xəndək keçmə: 2.85 m

Divar dağıtmaq: 0.8 m

Qalxma dərəcəsi: 32º

Motor: V-55V dizel

At gücü: 690

Maksimal sürət: 50 km/saat

Mənzili: 650 km

Dayandırılması: fərdi burulma bar

Silahlanma

Əsas silahı: 115 mm-lik “2A20” yivsiz topu

Kalibr: 115 mm

Lülənin qalxma bucağı: –6º... +16º

Üfüqi tuşlama bucağı: 360º

Mərminin başlanğıc sürəti: 1615 metr/saniyə

Atış tezliyi: 5 atış/dəqiqədə

Atəş məsafəsi: 5 km

Maksimal atəş məsafəsi: 9 km

Mərmi sayı: 40 ədəd

–7.62 mm- “SQMT” pulemyotu

Kalibr: 7.62 mm

Mərmi: 7.62x54 mm R

Atış tezliyi: 700 atış/dəqiqədə

Güllənin başlanğıc sürəti: 855 metr/saniyə

Atəş məsafəsi: 2.3 km

Maksimal atəş məsafəsi: 3.8 km

– 7.62 mm PKTM pulemyotu

Kalibr: 7.62 mm

Atış tezliyi: 750 atış/dəqiqədə

Güllənin başlanğıc sürəti: 855 metr/saniyə

Atəş məsafəsi: 1.5 km

Maksimal atəş məsafəsi: 4 km

– 12.7 mm-lik “DŞKpulemyotu

Kalibr: 12.7 mm

Mərmi: 12.7x108 mm

Atış tezliyi: 1200 atış/dəqiqədə

Güllənin başlanğıc sürəti: 860 metr/saniyə

Atəş məsafəsi: 2 km

Maksimal atəş məsafəsi: 3.5 km

Hazırlanması tarixi

SSRİ-də 1950-ci illər ərzində silahlanmada əsas orta ölçülü tank T-54/T-55 olaraq qalırdı. Tankın daimi təkmilləşdirməsinə, həmçinin atəş gücünün artırılmasına baxmayaraq, əsas silah topu D10-T olaraq qalırdı. 1961-ci ilə qədər yalnız kalibrli zirehdeşən mərmiləri olan D10-T 1950-ci illərin ortasına artıq yeni ABŞ orta tankı M 48-in effektiv məhvini təmin etmirdi. Qərb tankları o vaxta öz döyüş komplektində ayrılan altlıqlı zirehdeşən kalibrli mərmilərə və kumulyativ mərmilərə malik idi. Bu mərmilər normal məsafəli döyüşdə sovet tankının zirehini asanlıqla dağıdırdı.

T-62 tanklarının yaradılmasına 1950-ci illərin sovet tankqayırmasının işlərinin iki istiqaməti gətirib çıxardı. Orta tanklar üçün yeni silahlandırılmanın hazırlanması və T-54/55-i əvəz etmək üçün perspektivli orta tankın yaradılması üzrə Uralvaqonzavod dizayn bürosunun təşəbbüs hazırlaması. 1958-ci ildə Uralvaqonzavod dizayn bürosunda perspektivli "Obyekt 140" tankı üzrə işlər dayandırıldı. Bu tank istismarda çox qeyri-texnoloji və mürəkkəb hesab edildi. Belə nəticənin bəsirətində, bununla paralel "Obyekt 165" tankının hazırlaması aparılırdı. Tankın zavod sınaqları 1958-ci ildə başa çatmışdı. Onların nəticələrinə görə həmin il 31 dekabrda Müdafiə Nazirliyi "Obyekt 165"-in ikinci variantının 1959-cu ildə yaradılmasını təsdiq edilmişdi. "Obyekt 165"-in silahı yeni yivli 100-millimetr D-54 topu olmalı idi. D-10-la müqayisədə D-54 artırılmış ilkin sürətə və təxminən 25% daha böyük zirehdeşmə gücünə malik idi. Həmçinin bu da qərb tanklarıyla effektiv mübarizə üçün kifayət qədər güclü hesab edilmirdi.

İstifadəçilər

Keçmiş istifadəçilər

Xarici keçidlər