Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Sten Li | |
---|---|
ing. Stan Lee | |
Doğum adı | Stanley Martin Lieber[5] |
Təxəllüsü | Stan Lee[5] |
Doğum tarixi | 28 dekabr 1922[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 noyabr 2018[3][4][…] (95 yaşında) |
Vəfat yeri |
|
Uşağı | 2 |
Fəaliyyəti | naşir, komiks yazıçısı, redaktor[d], film prodüseri, jurnalist, fantastika yazıçısı[d], kino aktyoru, əsgər, televiziya aparıcısı, ssenarist, icraçı direktor, səsləndirmə aktyoru[d], icraçı prodüser[d], yazıçı |
Fəaliyyət illəri | 1940-cı ildən |
Janr | Komiks[10] |
Tanınmış əsəri | |
Mükafatları |
|
therealstanlee.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Stenli Martin Liber (ing. Stanley Martin Lieber; 28 dekabr 1922[1][2][…], Manhetten, Nyu-York ştatı[6][7] – 12 noyabr 2018[3][4][…], Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya[8][9]) — ABŞ komiks yazıçısı, məşhur Hörümçək-adam personajını yaradıcısı.[12] Marvel Comicsin redaksiya heyətinin üzvü, baş redaktoru, naşiri və sədri.
Stenli Martin Liber 28 dekabr 1922-ci ildə Nyu-York şəhərində, Manhettendə West 98th Street və West End Avenue'da Rumın əsilli yəhudi immiqrant valideynlər Selia və Cek Liberin mənzilində dünyaya göz açıb.
Cek Körbi və Stiv Ditko daxil olmaqla, bir neçə rəssamla əməkdaşlıq edərək, o, Hörümçək-adam, Halk, Doktor Qəribə, Fantastik dördlük, Dəlisov, Qara Bəbir, İks-adamlar və həmkarı Lerri Liber ilə birlikdə Qarışqa-adam, Dəmir-adamİks-adamlar və Tor personajlarını yaradıb. Bundan əlavə, Sten Li komiks sənayesinin senzura təşkilatı olan "The Comics Code Authority"-yə meydan oxuyaraq, dolayı yol ilə, onun siyasətinin yenilənməsinə nail olub. Marvel Comics'in kiçik bir nəşriyyat evindən böyük bir multimedia şirkətinə çevrilməsində Sten Linin lider kimi çox böyük əməyi olub.
Sten Linin adı 1994-cü ildə komiks sənayesinin Uil Eyzner Mükafatı Şöhrət Siyahısına, 1995-ci ildə isə Cek Körbi Şöhrət Siyahısına daxil edilib. 2008-ci ildə Sten Li Milli İncəsənət Medalı ilə təltif olunub.