Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Bu məqalə Siyəzən rayonu haqqındadır. Şəhər üçün Siyəzən səhifəsinə baxın. |
Rayon | |
Siyəzən | |
---|---|
40°59′ şm. e. 49°11′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Quba-Xaçmaz |
İnzibati mərkəz | Siyəzən |
İcra başçısı | Novruz Novruzov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 11 fevral 1940 |
Sahəsi | 738.4[1] km² |
Hündürlük | 183 m |
Əhalisi | |
Əhalisi | 43 604 [2] (2023) nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-SIY |
Telefon kodu | +994 23 |
Poçt indeksi | AZ 5300 |
Avtomobil nömrəsi | 53 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Siyəzən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Siyəzən şəhəridir.
"Siyəzən" sözünün etimalogiyası dəqiq müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçıların fikrincə bu söz İran qrupu dillərində "qara torpaq" digərlərinə görə isə hələ qədimdən buradan cıxan neftlə əlaqədar "quru su" deməkdir.[3]
Siyəzən rayonu 11 fevral 1940-cı ildə yaradılıb. 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun (indiki Şabran) tərkibinə verilmişdir. 1992-ci ildə Siyəzən yenidən ayrı rayon olmuşdur. Dəvəçi rayonundan ayrıldıqdan sonra Siyəzənin qədim kəndləri Ağbaş və Qalaalti sanatoriyasi Şabran rayonuna qalmışdir Rayonun ümumi sahəsi 0,738 min kv. km-dir.
Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir. Ovalığın cənub-şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz-çəmən, şabalıdı-qəhvəyi, qismən qara torpaqlar yerləşməklə, meşə-çəmən landşaftı xarakterikdir. Ərazisi əsasən neft və təbii qaz, həmçinin əhəng daşı, çınqıl, gil və s. təbii ehtiyatlarla zəngindir. Siyəzən rayonunun ərazisindən respublika əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Bakı-Quba magistral avtomobil yolunun 40 kilometri, Bakı-Mahaçqala dəmir yolunun isə 47 kilometri rayon ərazisinə düşür. Rayon ərazisində 4 dəmir yolu stansiyası fəaliyyət göstərir. Bunlar Qızıl-Burun, Zarat, Siyəzən, Gil-gilçay dəmir yolu stansiyalarıdır.
Rayonda ovalıq və dağətəyi zonalarda yarımsəhra və quru çöl iqlimi, alçaq dağlıq sahələrdə yayı quraq keçən mülayim isti iqlim hakimdir. Havanınorta temperaturu yanvarda 1,5 °C, iyulda 23–25 °C-dir. Yay isti və quraq keçir. Yağıntıların illik miqdarı 200–400 mm arasında dəyişir. Rayon ərazisindən axan Gilgil və Ata çayları Xəzər dənizinə tökülür.
Rayon ərazisinin geoloji quruluşu Paleogen-Neogen və onun üzərində olan-Üst təbaşir çöküntülərindən ibarətdir.
Gilgilçay və Ataçay çayları bu ərazidən axır. Gilgilçay başlanğıcını Gülümdostu dağının (2713 m) yamacından 1980 m yüksəklikdən alır.
Siyəzən rayonunun əhalisi 43,8 min[4] nəfərdir (3mart 2023). Əhalinin orta sıxlığı hər kv. km-ə 58[4] nəfər (1 yanvar, 2020) düşür. Rayonun kənd əhalisi (33,39%) şəhər əhalisinə (65,61%) nisbətən azdır (13–22 aprel, 2009 s.a. əsasən).[4] Ümumi əhalinin isə 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir. Əhali əsasən azərbaycanlılardan ibarətdir, həmçinin rayonda ləzgilər, ruslar, türklər, tatar, ukraynalılar və digər millətlərin nümayəndələri də yaşayır.[4]
Siyəzən rayonunun iqtisadiyyatının əsasını neft və qazçıxarma sənayesi təşkil edir. Rayonun ümumi məhsul buraxılışı 2005-ci ildə 39,3 mln manat olmuşdur. Rayonda pərakəndə əmtəə dövriyyəsi isə 12.7 mln manatdır. Həmçinin rayonda 2005-ci ildə 11,7 mln manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur. Kənd təsərrüfatında isə taxılçılıq, heyvandarlıq və tərəvəzçilik mühüm yer tutur. 2005-ci ildə 21,6 mln manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da çox hissəsi heyvandarlığın (92,7%) payına düşür. Son illər rayonda quşçuluq daha yaxşı inkişaf etmiş sahələrdən hesab olunur. Hazırda rayon ərazisində "Siyəzən-Broyler" ATSC fəaliyyət göstərir.
Dünya əhəmiyyətli abidələr:
Ölkə və yerli əhəmiyyətli abidələr:
Xatirə abidələri: