Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Tarixi dövlət | |||||
Səfəvilər | |||||
---|---|---|---|---|---|
Xanədani Səfəviyyə [1] Dövləti Qızılbaş [2] | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | |||||
Dilləri | |||||
Rəsmi dilləri | |||||
Dövlət dini | İslam (Şiəlik)[22][23] | ||||
Valyuta | |||||
Ərazisi |
3.500.000 km² (1512)[25] 2.900.000 km² (1627) |
||||
Əhalisi | 20.000.000 | ||||
İdarəetmə forması | Mütləq monarxiya | ||||
Sülalə | Səfəvilər | ||||
Şahlar | |||||
• 1501-1524 | I İsmayıl | ||||
• 1524-1576 | I Təhmasib | ||||
• 1576-1577 | II İsmayıl | ||||
• 1578-1587 | I Məhəmməd | ||||
• 1587-1629 | I Abbas | ||||
• 1629-1642 | I Səfi | ||||
• 1642-1666 | II Abbas | ||||
• 1667-1694 | I Süleyman | ||||
• 1694-1722 | I Sultan Hüseyn | ||||
• 1722-1732 | II Təhmasib | ||||
• 1732-1736[26] | III Abbas | ||||
Tarixi | |||||
• XIII-XIV.əsr | Ərdəbildə Səfəvi təriqətinin yaranması | ||||
• 1501 | Şah İsmayılın dövləti qurması | ||||
• 1501 | Şərur döyüşü | ||||
• 1503 | Almaqulağı döyüşü | ||||
• 1510 | Mərv döyüşü | ||||
• 1514 | Çaldıran döyüşü | ||||
• 1587-1629 | Böyük Abbasın dövrü | ||||
• 1722 | İsfahanın mühasirəsi | ||||
• 1732-1736 | Nadir xanın dövrü | ||||
• 1736 | Dövlətin süqutu | ||||
• 1796 | Sülalənin sonu | ||||
Davamiyyət | |||||
→ | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət.[30] Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü Azərbaycanın şahı elan etməklə[31][32] qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir.[33] Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı,[34] Rumlu,[35] Mosullu,[36] Pornak, Şeyxavənd,[37] Çəpni, Bayat,[38] Xınıslı, Təkəli,[39] Baharlı, Qaramanlı,[40] Sədlu, Bayburtlu, Varsaq,[41] Evoğlu, Qaracadağlı,[42] Ustaclı,[43] Zülqədər,[44] Əfşar,[45] Qacar.[46] Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir.[47]
Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti"[48] və ya "Məmalik-e Əcəm" adlandırılmışdır.[49]
Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur.[50] Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür.[51] I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür. Paytaxtın İsfahana köçürülməsindəki səbəblər:
Səfəvilər dövlətinin qurucusu I İsmayılın ana dili Azərbaycan türkcəsi olmuşdur. O, bu dildə "Xətai" ləqəbi ilə şeirlər yazmışdır. Elə dövlətin də rəsmi dili Azərbaycan türkcəsi olmuş, saray əhli, eləcə də dövlətin hərbi və dini xadimləri bu dildə danışmışlar.[52][53]
1637-ci ildə İsfahanda Səfəvi hökmdarı I Şah Səfi ilə görüşmüş alman səyyahı və diplomatı Adam Olearinin xatirələrində də Səfəvi sarayında Azərbaycan türkcəsinin yeri haqqında maraqlı məlumatlar mövcuddur. A. Oleari "Qoldşin səfirliyinin Moskoviya və Persiyaya səfərinin müfəssəl təsviri" əsərində İsfahanda onların şərəfinə verilmiş ziyafətin təsvirinin sonunda yazır ki, saat yarımlıq ziyafət başa çatdıqdan və hamıya əllərini yumaq üçün ilıq su verildikdən sonra saray əyanı uca səslə söylədi:
“Süfrə haqqına, Şah dövlətinə,qazılar qüvvətinə Allah deyəlim!” Bundan sonra hamı xorla dedi: “Allah! Allah!”[54][55] |
Səyyah həmçinin yazır:
"Xüsusilə, İsfahanda şahın xidmətində olanlar daha böyük həvəslə türk dilində danışırlar, onlardan nadir hallarda fars sözləri eşidərsən...[56] |
XVII əsrin ikinci yarısında Şərqə səyahət etmiş və uzun müddət Səfəvi torpaqlarında, o cümlədən, İsfahanda yaşamış fransız səyyahı Jan Şarden öz xatirələrində yazırdı:
“Fars dili camaatın şeir və ədəbiyyat dilidir. Saray əyanları, hərbçilər, böyük (nüfuzlu) adamlar və varlıların xanımları hamısı evdə türk(Azərbaycan) dilində danışırlar. Çünki padşah və sülalə üzvləri bütün əhalisinin dili türk dili olan Azərbaycandandırlar. Ərəb dili camaatın dini dili olduğu üçün möhtərəm sayılır”[57] |
Alman səyyahı Engelbert Kempfer də XVII əsrin 80–90-cı illərində Səfəvilər dövlətinə səfəri zamanı ölkə ərazisində türk dilinin böyük təsir dairəsinə malik olması faktı ilə qarşılaşmışdı. O, öz xatirələrində yazırdı:
“...Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindan asandır. Türkcənin danışıq tərzindəki vüqar və əzəmət onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır”[58] |
İngilis səyyahı və taciri Antoni Cenkinson yazır ki, Şah Təhmasiblə ziyafət süfrəsi arxasında görüşü zamanı Şah onu azərbaycan dilində "xoş gəldin" sözü ilə salamlamışdı.[59] XVII əsrin birinci yarısında Şərqə səfər etmiş italyan səyyahı Petra della Valle də yazırdı ki, Şah Abbas onu qəbul edərkən türk dilini bilib-bilmədiyi barədə soruşmuş, müsbət cavab aldıqdan sonra "xoş gəldi, səfa gəldi" söyləmişdi[60]Saray əyanları isə Şaha "qurban olum, başına dönüm" kimi ifadələrlə müraciət edirdilər.
1694-cü ildə Səfəvilər dövlətini ziyarət etmiş italyan səyyahı Covanni Françesko Cemelli Karreri öz səyahətnaməsində qeyd edirdi ki, bu ölkədə əsasən 3 dil daha çox işlədilir: fars, türk və ərəb dilləri yayılıb.[61] Səyyah qeyd edir ki, fars dili söz ehtiyatı baxımından zəngin deyil. Ərəb dili alimlərin və elmin dilidir. Səfəvilərin saray adamları isə türk dilində danışırlar.
Səfəvi sarayında hamının türk dilində danışması, xüsusilə, orduda bu dilin geniş yayılması barədə Avropa səyyahlarının yazdıqları əsassız deyil.[62] Səfəvilər sülaləsi mənşə etibarilə türk idi.[63] Onlar öz ana dillərini unutmamış, hakimiyyətə çatdıqdan sonra da özləri bu dildə ünsiyyət qurmaqla onu yaşatmış və öz əhatələrində də bu dilin hakim mövqeyini qoruyub saxlamışlar.[64]
Səfəvi adı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Şeyx Səfiəddin Gilandakı Şeyx Zahid Gilaninin tələbəsi olmuş və o öldükdən sonra zahidiyyə təriqətini səfəviyyə təriqətinə çevirmişdi.[65] Şeyx Heydər dövründə onun müridləri qızılbaş adlanmağa başladı. Buna səbəb onların Qızılbaş, Şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymaları idi.[66][67] İsgəndər bəy Münşi yazır:
"Sultan [Heydər] bu yuxunu gördükdən sonra başına şadimanlıq papağı qoyub o vaxtlarda dəbdə olan "Türkman papağı"nı on iki zolaqlı "Heydər papağı" ("tərəke-Heydəri") ilə əvəz etdi. Onun arxasınca gedən və ona itaət edən adamlar da o həzrətin əqidəsinə tabe (eqteda) oldular və bu xanədanın bütün üzvləri həmin dəyərli papağı başlarına qoymaqla başqa adamlardan seçildilər. Elə buna görə də, o şanşöhrətli adamlar "qızılbaş" ifadəsi ilə məşhur oldular."[68] |
1447-ci ildə təriqətin başcısı Şeyx Cüneyd Anadoluya gələrək bölgədəki türk tayfalarını ətrafına toplamağa başlamışdı.[69] Qaraqoyunlular ilə müharibə halında olan Ağqoyunlu Uzun Həsənin yanına gedən Cüneyd onun bacısı Xədicə bəyim ilə evlənmişdi.[70] Bu evlilik ilə Uzun Həsən, Cüneyd'in türkmanlar üzərindəki nüfuzundan istifadə etməyi düşünürdü. 1460-cı ətrafına topladığı orduyla Şirvanşahlara hücum edən Cüneyd döyüşdə öldürülür.[71][72][73] Yerinə keçən oğlu Şeyx Heydər Ağqoyunlularla əlaqələri daha da möhkəmləndirmək üçün dayısı Uzun Həsənin qızı Aləmşah bəyimlə evləndi. Şeyx Heydər də atası kimi Şirvan Dağıstana hücum edir. 1483 və 1487-ci illərdə onun bu ərazilərə hücumu nəticəsində böyük qənimətlə əldə edilir. Bu qələbələr Ağqoyunlu Sultan Yaqubu qorxuya salır və Şeyx Heydərin 1488-ci ildəki 3-cü hücumu zamanı Dağıstana Süleyman bəy Bicanoğlunun komandanlığı altında qoşun göndərir. Qoşun Şirvanşah Fərrux Yasar -ın qoşunu ilə birləşərək Samurçay sahilində Şeyx Heydərin qüvvələrini məğlub edir. Şeyxin özü isə öldürülür.[74][75][76] Sultan Yaqub Şeyx Heydərin 3 oğlunu;Sultanəlini, İbrahimi və İsmayılı əsir alaraq İstəxr qalasında həbs etdirir.[77] Onlar yalnız Sultan Yaqub öldükdən sonra, növbəti Ağqoyunlu hökmdarı Rüstəm tərəfindən əsirlikdən qurtulurlar. Sultanəli Səfəvi Şeyxi seçilir. 1493-cü ildə Ağqoyunlu Rüstəm Mirzə Baysunqura qarşı Qızılbaşlardan istifadə etmək qərarına gəlir Sultanəli öz qoşunu ilə Rüstəmin tərəfində vuruşur. Döyüşdə Baysunqur öldürülür. Sultanəlinin qüvvətlənməsindən qorxan Rüstəm Mirzə onun üstünə 5 min süvari göndərir. Ərdəbil yaxınlığında Şəməsidə baş verən döyüşdə Sultanəli öldürülür.[78] Bu döyüşdən öncə keçirilən yığıncaqda Sultanəli qardaşı İsmayılı özündən sonra səfəvilərin rəhbəri elan edir. Sədaqətli qızılbaşlar şeyx İsmayılı və qardaşı İbrahimi Ərdəbildə gizlədir.[79][80] Onları Rəştə,[81] daha sonra isə Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Gərkiyə Mirzə Əlinin yanına gətirirlər.[82][83]
Şeyx Səfiəddin Ərdəbilinin etnik mənşəyi məsələsi indiyədək tarixçilər arasında mübahisə mövzusu olmuşdur. Bu məsələni aydınlaşdırmağın mürəkkəbliyi onunla ələqədardır ki, Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə mənbə İbn Bəzzazın(Təvəkkül ibn İsmayıl ibn Bəzzazın) "Səfvət əs–Səfa" ("Saflığın saflığı") adlı agioqrafik əsəridir. Səfəvi tarixçilər Şeyx Səfiəddini yeddinci şiə imamı İmam Museyi-Kazımın 21-ci nəslindən hesab edirdilər, lakin Əhməd Kəsrəvi "Səfvət əs–Səfa" əsərinin müqayisəli tədqiqi ilə məşğul olmuş və belə bir nəticəyə gəlmişdir ki, Səfəvilərin əcdadları heç də seyidlər, (Məhəmməd peyğəmbərin) nəslindən olanlar deyillər və onların nəsil şəcərəsini sonralar Səfəvi tarixşünasları uydurmuş və İbn Bəzzazın əsərinin mətninə daxil etmişlər.[84] Əhməd Kəsrəvi Şeyx Səfinin ərəblərlə əlaqəsinin olmadığını sübut etdikdən sonra onu türk də hesab etmir və kürd mənşəli olduğunu söyləyir. Digər İran müəllifləri onun Səfəvilərin kürd mənşəli olduğu barədəki ehtimalını şəksiz həqiqət kimi qələmə verir və bununla da bütün Səfəvilər sülaləsini iranlılaşdırmağa səy göstərirlər. Bəzi Avropa müəllifləri də bu fikri müdafiə edirlər. Türk müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin mənşəyinə həsr olunmuş məqaləsində onların kürd mənşəli olduğunu əsaslandırmağa cəhd göstərir, "kürd əsilli şeyxin" nəslinin sonradan "tamamilə türkləşdiyini" yazır.[85]
Lakin V. V. Bartoldun sülalənin türk mənşəli olması barədə söylədiyi fikir daha mötəbərdir və mənbə məlumatları ilə təsdiq edilir. Alim bu sülalənin eponimi və banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən göstərirdi ki, "bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər."[86] İ. P. Petruşevski də eyni fikri söyləmişdir: "İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili (Azərbaycan türk dili – tarixçi Nazim Xəlilov.) olmuşdur."[87][88] Hanna Sohrveydə görə "Səfvət əs-Səfa" əsərində hamı Səfiyə türk kimi müraciət edir: "Ey piri-türk" (ey türk müqəddəsi), "türk gənci", "türk oğlu" və bu səbəbdən də onun türk olduğu şübhə doğurmur.[89] M. Abbaslı Şeyx Səfiəddinin türk mənşəli olması haqda zəngin material toplamışdır.
İndi də Səfəvilər sülaləsinin nümayəndələri dünyanın hər yanına yayılmışdır. Bu dövlətlərə İran, Azərbaycan, Pakistan, Türkiyə və s. nümunə göstərmək olar. Ən çox tanınan xanədan üzvləri isə Azərbaycan Respublikası cənub bölgəsində yerləşən Cəlilabad rayon ərazisində yaşayırlar.
Səfəvilər sülaləsinin əzəldən kürd, yaxud İran mənşəli olması haqqındakı ehtimal daha mötəbər mənbələrin məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna mənsub olması, çətin ki, şübhə doğura bilər.[90]
Səfəvilər dövlətinin Azərbaycan dövləti olduğuna dair daha bir sübut verilən fərmanların və diplomatik yazışmaların Azərbaycan dilində olmasıdır. Buna sübut olaraq tapılmış əsl sənədləri göstərmək olar:
1499-cu ilin avqustunda Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl Lahicandan Ərdəbilə yola düşür.[101] Bu zaman onu yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edirdi; Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar. Onlar Deyləmdən keçib Gilana, Taroma gəldilər. Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə baxış keçirildi. Yerli hakim Əmir Hüsaməddindən ehtiyat edən İsmayıl Taromu tərk edir. Birbaşa Ərdəbilə gəlməyib, cənuba və cənub-qərbə doğru — Xalxal tərəfə dolama yolla kiçik bir dövrə vurulur. Qış Astarada, Ərcivanda keçirilir.[102] Qızılbaş rəhbərlərinin müşavirəsində Anadoluya, Ərzincana hərəkət etmək qərarı verilir. Ərzincanda İsmayılın bayraqları altında türkdilli şamlı, ustaclı, rumlu, təkəli, zülqədər, əfşar, qacar, varsağ tayfalarından, həmçinin "Qaradağ sufilərindən" ibarət 7000 qazi toplanır.[103]
Burada keçirilmiş qızılbaş ağsaqqallarının müşavirəsində qərara alınır ki, təxirə salmadan mövcud qüvvələrlə başlıca zərbə Səfəvilərin qəddar düşməni olan Şirvanşah Fərrux Yəsara qarşı yönəldilməlidir.[104][105][106][107] I Şah İsmayıl 1500-cü ildə ordusu ilə Şirvanşah hökmdarı Fərrux Yasarın üzərinə hücuma keçir. Gülüstan qalası yaxınlığındakı Cabanı düzündə baş vermiş Cabanı döyüşündə Şirvanşahlar məğlub edilir və I Fərrux Yasar öldürülür.[108][109] Səfəvilər Şirvanşahlar dövlətini özlərindən asılı vəziyyətə salır. Ələ keçirilmiş qənimət qızılbaşlar arasında bölüşdürülür. İsmayıl üç gün döyüş meydanında qalır, sonra isə Şamaxıya qayıdır[110] və şəhər əyanları tərəfindən ehtiramla qarşılanır.[111] Sonra İsmayıl Mahmudabada gedərək 1500/1501-ci ilin qışını orada keçirir.[112] Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslu isə Şirvanşahların ikinci əsas şəhəri Bakını tutmaq üçün göndərilir. Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət edir.[113] Qalanın müdafiəsinə Fərrux Yasarın oğlu olan Qazı bəyin arvadı başçılıq edirdi.[112][113][114] Bakı tutulur və qənimət qızılbaşlar arasında bölüşdürülür.[115][116] Səfəvilərin Cabanı döyüşündə darmadağın etdiyi Şirvanşahlar qoşunun bir hissəsi Gülüstan, Buğurt və Surxab qalalarında müqavimət göstərməkdə davam edirdi. Buna görə də İsmayıl Bakını tutduqdan sonra Gülüstan qalasına doğru hərəkət edir. Gülüstan mühasirədə olarkən Təbrizdən Musa xəlidənin göndərdiyi çapar gəlib xəbər gətirir ki, Əlvənd Mirzə (Abdul Müzəffər Nur Əhməd) böyük bir qoşunla paytaxtdan (Təbriz) çıxmışdır O, Şirvanşah qoşunlarının qalıqları ilə birləşmək və qızılbaşlarla vuruşmaq üçün Şirvana hərəkət edir.[117] Bu səbəbdən qızılbaşlar Gülüstan qalasının mühasirəsini dayandıraraq Naxçıvana doğru hərəkət edirlər. Bu hadisə Tarix-i Şah İsmayıl əsərində bu cür təsvir olunur:
... [ İsmayıl ] dövlətin sütunlarını- Hüseyn bəy Lələni, Məhəmməd bəy Ustaclını, Əbdi bəy Şamlını, Xadim bəy Xüləfanı, Qarapiri bəy Qacarı yanına cağırdı və onlardan soruşdu: " Siz Azərbaycan taxtgahını, yoxsa Gülüstan qalasını istəyirsiniz? " Onlar cavab verdilər: "Azərbaycanı!" [118] |
1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə də məğlubiyyətə uğradılır.[119][120] Əlvənd Mirzənin də məğlub edilməsi ilə 2 əsas təhlükəni sovuşduran İsmayıl 1501-ci ildə Təbrizə daxil olub özünü Azərbaycanın şahı elan edir.[121][122][123][124]
1503-cü ildə I Şah İsmayıl Ağqoyunlu hökmdarı Murada onun hakimiyyətini tanımağa və tanıdığı təqdirdə İraqi Əcəmin bir hissəsini ona təklif etdi. Murad təklifi qəbul etmədi. Bundan sonra Səfəvi qoşunu 12 minlik orduyla Həmədana doğru irəlilədi. 21 iyun 1503-cü idə Səfəvi və Ağqoyunlu qoşunları arasında Həmədan yaxınlığında Almabulağı(Almaqulağı) deyilən yerdə Almabulağı döyüşü baş verdi. Döyüşdə Səfəvilər qalib gəldi.[126][127] İsgəndər bəy Münşi Türkman yazır:
"Doqquz yüz səkkizinci il zilhiccə ayının iyirmi dördü (1503, 21 iyun) şənbə günü Həmədanın Alma bulağı adlı yerində onların arasında böyük hərb oldu. Süleyman şanlı xaqanın(Şah İsmayılın) heydəri qol gücü və isnaəşəri dövlət günəşinin xoşbəxt doğuşuna görə o, müqayisəsiz ləşkərə qalib gələrək, həmin mərəkədə Türkman(Ağqoyunlu) döyüşçülərinin kələyini kəsdi. Süleyman şanlı xaqanın həmişə "Namurad" adlandırdığı Sultan Murad, eləcə adlandırıldığına uyğun olaraq, bəxti dönük və muradsız halda (namurad) fərar yoluna düşüb(məğlub olub) Şiraza getdi. Bu döyüşdə müzəffər əsgərlərin əlinə bol qənimət çatdı, atlar və hər diyardan toplanılan saysız-hesabsız başqa mallar keçdi, Süleyman şanlı xaqan ətraf yerlərə fəthnamələr göndərdi."[128] |
Ağqoyunlu hökmdarı Sultan Murad isə qaçdı.[129][130] Bundan sonra qızılbaşlar həmin ildə müqavimətsiz Şiraz,[130][131] Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Gülxəndan, Firuzguh, Usta qalaları, Yəzd,[132][133] və Kirmanı, 1506-cı ildə, Diyarbəkiri və Maraş[127] ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-ci ildə Van və Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu.[127][134]İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Şeybanilər dövlətinin hökmdarı Məhəmməd 1507–1508-ci illərdə Teymurilər dövlətinə son qoyub Xorasanı işğal etdi və Kirmana dağıdıcı yürşülər etdi. Şah İsmayıl Məhəmməd xan Şeybaninin yanına iki dəfə elçi göndərdi, onu yürüşləri dayandırmağa çağırdı. Məhəmməd xan Şeybani Şah İsmayıla cavab məktubunda tələb edirdi ki, o, xanın adını məscidlərdəki xütbələrə və kəsilən sikkələrin üzərinə əlavə etməlidir. Məhəmməd xan Şeybani yazırdı ki, dərvişlər və onların övladları dövlət idarəsi ilə deyil, ibadətlə məşğul olmalıdırlar. I Şah İsmayıl cavab məktubunda qeyd edirdi ki, o, Məşhəddəki səkkizinci imam İmam Rza məqbərəsini bir "dərviş" kimi ziyarət etmək niyyətindədir və bunun üçün Xorasana qoşunla gələcək
I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi. Şeybani xan Heratdan Mərvə çəkildi.[135] 2 dekabr 1510-cu ildə baş vermiş Mərv döyüşündə Məhəmməd xan Şeybanini məğlub edərək Xorasan vilayəti və Ceyhun çayına qədər uzanan torpaqları ələ keçirdi.[136][137] Döyüş zamanı Məhəmməd xan Şeybani öldürüldü.[138] Daha sonra Anadoluya dönən İsmayıl Ağqoyunlular dövründə onlara tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə Qaraman və Malatyanı tabe edən şah daha sonra Təbrizə döndü.
Osmanlılar ilə müharibədə yaranmış fasilədən istifadə edən I Şah Təhmasib Şirvanı öz dövlətinə birləşdirdi. Şirvanşah II İbrahim Şeyxşahın üç oğlu qalmışdı: Sultan Xəlil, Məhəmməd Mirzə və Müzəffər Mirzə.[139] Şirvan taxtı Şeyxşahın böyük oğlu Sultan Xəlilə, yaxud onun rəsmi adı ilə deyilərsə, II Xəlilullaha keçdi.
II Xəlilüllah bundan əvvəl qızılbaşlar tərəfindən darmadağın edilmiş Gilan Biyəpəs hakimi Əmire Dubaca[140][141] Şamaxı sarayında sığınacaq vermişdi. Şahın elçiləri Şamaxıya gələrək qaçqının təslim olunmasını tələb etmişdi.[142] Lakin II Xəlilullah rədd cavabı vermişdi. Həmçinin məlumatlar vardır ki, bu şirvanşah 1534-cü ildə Təbrizi tutmuş Osmanlı sərkərdəsi İbrahim paşaya qiymətli hədiyyələr göndərmişdi.[143]
1535-ciildə II Xəlilüllahın vəfat etməsi ilə Şirvan taxtı varissiz qalmışdı. Buna görə də Şirvan əyanları II Xəlilullahın qardaşı oğlu Şahruxu qaldığı "Şamxal ölkəsindən" dərhal paytaxta- Şamaxıya gətirdilər və taxta oturtdular.[144]
Lakin ölkədə hakimiyyət azyaşlı Şahruxun adndan fəaliyyət göstərən Hüseyn bəy adlı vəkilin başçılıq etdiyi Şirvan əyanlarının əlində cəmlənmişdi. Feodal əyanlarının özbaşınalığı baş alıb gedirdi. İsgəndər bəy Münşi göstərir ki, Şirvanda "qayda qanundan əsər qamamışdı, iğtişaşlar və asayişin pozulması bu ölkədə adi hal aldı."[145]
Bu vaxt Mahmudabaddan və Salyandan Qələndər çıxış etməyə başladı və üsyançı dəstəylə birlikdə Şirvanın paytaxtına hərəkət etdi. Əmirlər arasında birliyin olmaması və qoşundakı çəkişmələr, Şirvan əyanlarını Şamaxı sarayını Qələndərə müqavimət göstərmədən təslim etməyə və alınmaz sayılan Buğurt qalasında gizlənməyə məcbur etdi. Üsyançılar müqavimətə rast gəlməyərək Şamaxını ələ keçirdilər, lakin aydın məqsədləri, möhkəm rəhbərliyi olmadığı üçün onlar öz hakimiyyətlərini təşkil edə bilmədilər və buna görə də şəhərdə 40 gündən ertıq qala bilmədilər".[146] Qələndərin geri çəkilməsi xəbəri Buğurda çatanda Şirvan əyanları Şahruxla bərabər qaladan çıxdılar və üsyançıları təqib etməyə başladılar. Şahrux Salyandan bir qədər aralıda Qələndərə çatdı. Baş vermiş döyüşdə üsyançılar darmadağın edildilər.[147][148]
Qələndərin üsyanı yatırıldıqdan sonra Şirvanda baş verən feodal dağınıqlığı haqqında I Şah Təhmasibə xəbər çatdı.[149] Qorçubaşı Padar adlı hərbçi dəstə ilə Şirvandan Təbrizə gəldi, kömək üçün I Təhmasibə müraciət etdi və onu ölkədə "asayişi" bərpa etməyə çağırdı. 1538-ci ilin yayında, şahın qardaşı Əlqas Mirzə 20 minlik ordu, həmçinin Qarabağ və Muğanın qoşun dəstələri ilə Şirvana daxil oldu.[150] "Həmin ölkədə bütün giriş və çıxışlara yaxşı bələd olan" adı çəkilən Padar ordunu müşayiət edirdi. Surxab, Qorci qalaları, habelə Qəbələ tutuldu. Sonra qızılbaşlar Gülüstan və Buğurt qalalarına hərəkət etdilər. Şirvan əyanları Buğurt qalasına sığındılar. Buğurd (yaxud Qəle-yi Buğurd) Hürşahın məlumatına görə, "böyük və meşələrlə əhatə olunmuş dağda yerləşirdi".[151] Ərzaq çatışmazlığından və xəstəliklərdən əziyyət çəkən qala sakinlərinin ağır vəziyyətinə baxmayaraq, Buğurdun mühasirəsi bir neçə ay çəkdi. Müdafiəçilərin mətinliyi xəbəri şaha gəlib çatdı və o, böyük qoşunla qala divarlarına yaxınlaşdı. İndi qızılbaş qoşunlarının da malik olduğu toplar işə salındı və qalanın müdafiəçiləri müqaviməti dayandırdılar. Onlar qaliblərin mərhəmətinə tabe oldular. Qəle-yi Buğurd şirvanlıların ənənəvi olaraq xəzinə saxlanılan anbarı idi və Hürşahın söylədiyinə görə, orada saxlanılan pulun, qiymətli daş-qaşın və malların sayı-hesabı yox idi. I Şah Təhmasib bütün bunları şəxsən müsadirə etdi.[152][153]
Səfəvilər dövlətinin bəylərbəyliklərindən biri kimi onun tərkibinə daxil oldu. Şahın qardaçı Əlqas Mirzə Şirvanın birinci bəylərbəyi oldu. Şirvan əyanları hələ uzun müddət baş vermiş bu gerçəkliklə və imtiyazlarının itirilməsi ilə barışa bilmirdilər. Sülalənin ayrı-ayrı nəsillərinin itirilmiş səltənəyi bərpa etmək səyləri sonralar, Azərbaycanı ələ keçirməyə cəhd göstərən Osmanlı sultanları tərəfindən istifadə olunmuşdu. Şirvanın Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil olması Azərbaycan xalqının tarixində obyektiv olaraq müsbət rol oynadı. Ölkənin cənub və şimal vilayətlərinin Azərbaycan Səfəvilər dövlətinin hüdudlarında birləşməsi Azərbaycanın sonrakı iqtisadi və mədəni yüksəlişinə şərait yaratdı.[154]
XVI əsrin əvvəlində Şeybanilər bütün Xorasanı ələ keçirməyə can atdılar, lakin onun yalnız Bəlx vilayətində kifayət qədər möhkəmlənə bildilər. O zamankı Xorasanın qalan üç vilayəti- Herat, Məşhəd və Mərv yenə də Səfəvilərin hakimiyyəti altında qaldı.[155]
Orta Asiyanın sünni ruhaniləri şiələrə münasibətdə bütün vasitələrlə dini fanatizmi qızışdırır və Səfəvilər dövləti ilə mübarizədə Şeybaniləri hər cəhətdən müdafiə edirdilər. Şeybanilər Xorasanda hökmdarlıq uğrunda qızılbaşlarla mübarizəni "dönüklərə – şiələrə" qarşı "müqəddəs müharibə" şüarı altında aparırdılar.[156][157]
I Şah İsmayılın vəfatından və qızılbaş tayfalarının ara müharibələri ilə əlaqədar olaraq ölkədəki qarışıqlıqlardan istifadə edənn Şeybani xanın oğlu və varisi Übeydulla xan Xorasan üzərinə dəfələrlə basqınlar etdi. Özbəklərin hücumları demək olar ki, hər il təkrar olunurdu. "Qiyamçı qızılbaşlar kütləsinə" qarşı ittifaq yaratmış Osmanlılar və özbəklərlə eyni vaxtda mübarizə aparmaq Səfəvilər dövləti üçün çətin idi. Hicri 930 (1524)-cu ildə Übeydulla Herata hərəkət etdi, lakin Xorasan bəylərbəyi Durmuş xan Şamlının qoşunları ilə toqquşaraq geri döndü.[158]
Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular.[159] Hicri 933 (1527)-cü ildə qızılbaşlar Bəstam yaxınlığında yenidən məğlubiyyətə uğradılar. Özbəklər Astrabadı tutdular.[160]
Hicri 934 (1527–1528)-cü ildə Übeydulla Xorasanın paytaxtı Heratı mühasirəyə aldı O, ancaq yeddi ay keçdikdən sonra şah ordusunun yaxınlaşma alaraq mühasirəni aradan qaldırdı.[161]
Güman edilir ki, ən böyük toqquşma hicri 935 (1528)-ci ildə Cam vilayətində, Sarıqamış adlı yeri yaxınlığında baş verdi.[162] Vuruşmanın miqyası haqqında buna əsasən mühakimə yürütmək olar ki, Übeydulla öz qüvvələrini "Mavəraünnəhr, Qaşqar, Türkistan, Əndican, Otrar, Seyran, Kabil, Turfan, Qılman, Qazax, Qıpçaq və Qırğız çöllərindən" elə bir sayda toplamışdı ki, "Çingiz xan dövründən indiyə kimi Amudəryanı belə çoxsaylı qoşun keçməmişdi".[163] Döyüşün əvvəlində qızılbaş ordusunun cinahları özbəklərin hücumuna tab gətirməyərək geri çəkilmişdilər, lakin I Şah Təhmasibin yerləşdiyi mərkəzi cəbhə möhkəm dayanmışdı. Qızılbaşlar döyüşə yeni qüvvələr cəlb etməklə özbək qoşununu məğlubiyyətə uğratdılar. Übeydulla qaçaraq güclə canını qurtardı, lakin şah Bağdada Zülfüqar xanın qiyamını yatırmağa getdikdən sonra Übeydulla xan əvvəlcə Məşhədi, sonra isə Heratı tutdu.[164]
Hicri 936 (1529-cu ilin sonu) cı ildə 70 minlik şah qoşunu yenidən Xorasanı tutdu. Şah Heratda qardaşı Bəhram Mirzəni lələsi Qazi xan Təkəli ilə Xorasan hakimi kimi təsdiq etdi. Bütün yerlərə qızılbaş hakimləri təyin edildilər.[165][166]
Hicri 938 (1531)-ci ildə Übeydulla Xorasan üzərinə yeni yürüş təşkil etdi. Özbəklər Məşhədi tutub Heratı mühasirəyə aldılar. Şəhərin mühasirəsi il yarım davam etdi. Qalada ərzaq ehtiyatları tükəndi. Qazi xan şəhər sakinlərini qaladan çıxardı ki, onların hesabına qoşun davam gətirsin. "Təkəli tayfası bu qarışıqlıqlar zamanı yoxsul rəiyyəti sıxışdırdı və onlara zülm etdi".[167]
Şəhərdən çıxarılan hər ailədən üç yüz Təbriz dinarı alırdılar. Şəhəri tərk edən sakinlərin evləri qızılbaşlar tərəfindən qarət edilirdi. Heratda dəhşətli aclıq baş verdi.1532-ci ilin sonunda özbəklər şahın yürüşü xəbərini alıb Heratın mühasirəsindən əl çəkdilər.[168]
Xorasan ərazisində ardı-arası kəsilməyən müharibələr nəticəsində yerli əhali tamamilə dilənçi vəziyyətinə düşdü. Xalq həm özbək qoşunlarının əsarətindən, həm də bəzi qızılbaş əyalət hakimlərinin zülm və özbaşınalığından eyni dərəcədə əziyyət çəkirdi.[169] Übeydulla xan şəhərdən geri çəkildikdən sonra Herata daxil olan şah, Heratın özbəklər tərəfindən mühasirəsi zamanı xalqı incitdiklərinə görə Xorasan hakimi Qazi xanı və onun köməkçilərini vəzifədən kənar etməyə məcbur olmuşdu. Xəzinədən "yoxsullara" və "zəiflərə" pul paylandı. Ağzıvar xan Şamlı eyni zamanda vilayətin nominal hakimi şahzadə Sam Mirzənin atabəyi(lələsi) yerini tutmaqla Xorasan hakimi təyin olundu.[170][171]
Qərbdən Osmanlı imperiyasının hücumu və Xorasandakı qarışıqlıqlarla əlaqədar olaraq Səfəvilər dövlətinin düşmüş olduğu ağır vəziyyət Orta Asiya hökmdarlarını, xüsusilə də Übeydulla xanı yeni, fəal əməliyyat kaçməyə həvəsləndirdi. Onların göndərdikləri iki dəstə Xorasana soxuldu, lakin Məşhədin qızılbaş hakimi Sufiyan Xəlifə Rumlu tərəfindən darmadağın edildi. Bunun ardınca Gərcistan hakimi Bayramoğlan Herat ərazisinə soxuldu. Müqavimət göstərmək üçün kifayət qədər qüvvələri olmayan Herat hakimləri şəhərin və ətraf ərazilərin sakinlərindənn icbari qaydada qoşun topladılar. Heratın 80 yaşlı hakimi Xəlifə sultan Şamlının başçılıq etdiyi bu qoşun İsfizar ərazisində, hicri 941-ci il zülqədərin 19-u (1535-ci ilin mayın 22-də) özbəklər tərəfindən darmadağın edildi.[172][173]
Hakimsiz və qoşunsuz qalan heratlıların kömək üçün müraciət etdikləri Məşhəd hakimi Sufiyan Xəlifə Rumlu qoşunla Herata gəldi. O, özünün zülm və qarətləri ilə əhalini "ağır günə" qoydu.
Hicri 942-ci il ramazanın 18 (1536-cı il martın 11)-də Übeydulla xan böyük qoşunla Herata yaxınlaşıb onu mühasirəyə aldı. Özbəklər yalnız beş aydan sonra hicri 943-cü il səəfrin 27 (1536-cı il avqustun 15)-də şəhərə girə bildilər və qısa toqquşmadan sonra onu ələ keçirdilər. Xızır Çələbinin öz ailəsi və yaxın adamları ilə sığındığı məşhur Herat qalası olan İxtiyarəddin də bir qədər sonra hiylə ilə alındı.[174][175] Bu dəfə Übeydulla Heratda bir ildən artıq qaldı. Hicri 943-cü il şabanın 17 (1537-ci il yanvarın 29)-də I Şah Təhmasibin başçılığı ilə Xorasana gəlmiş böyük qızılbaş ordusu ilə toqquşmaqdan çəkinən özbəklər Heratı tərk edərək Buxaraya qayıtdılar və şəhər yenidənn qızılbaş əmirlərinin hakimiyyəti altına keçdi.[176][177]
Beləliklə, Übeydulla xanın Xorasana yürüşləri bir nəticə vermədi. Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq özbəklərin bütün basqınlarını dəf etdilər. Deməli, Səfəvilər dövlətinin qərb cəbhəsində Osmanlılar qarşı olduğu kimi, özbəklər əleyhinə də hərbi əməliyyatları müdafiə xarakteri daşıyırdı.[178]
1550-ci ildə Astrabad ərazisində türkmən mənşəli yaka tayfasının mərkəzi hakimiyyətə qarşı üsyanı Səfəvilərin bu basqınlarla mübarizəsini mürəkkəbləşdirmişdi. Üsyana əyan ailəsindən olan Aba adlı gənc rəhbərlik edirdi. O, şah qoşunları ilə mübarizədə kömək üçün özbək xanlarına dəfələrlə müraciət etmiş və onların qoşunları köməyə gəlmişdilər. Yalnız 1558-ci ildə üsyan yatırıldı.
I Şah Abbasın Səfəvi taxtına oturduğu dövrdə Səfəvilər dövləti xarici basqınlar və daxili çaxnaşmalar üzündən sarsılmışdı. Qərbdə osmanlılar, şərqdə özbəklər və daxildə Qızılbaş əmirləri arasındaki anlaşılmazlıqlar Səfəvi dövlətini çətin vəziyyətdə qoymuşdur.
Bundan istifadə edən Özbək xanı Abdullah 1588-ci ildə Heratı ələ keçirdi. Özbəklər şəhərə daxil olan kimi əhalini qırmış[179] və şəhəri talan etmişdilər.[180] Əmir Gökəltaşı şəhərə hakim təyin edən Abdullah xan Məşhədə doğru hərəkət etdi, lakin şəhəri tuta bilmədi və geri çəkildi.[181]
9 aprel 1588-ci ildə I Şah Abbas Heratı Şeybanilərindən geri almaqdan ötrü 12.000 orduyla Xorasana üz tutdu.[182] Yolda olarkən Şah Abbasa osmanlıların Gəncəni tutduqları və Həmədana doğru irəlilədikləri xəbəri çatdı. Bu səbəbdən, şah Heratın mühasirəsini yarımçıq qoyaraq Qəzvinə geri döndü.[183] Şah Abbasın geri dönməsindən istifadə edən Şeybanilər 1589-cu ildə Məşhədi[184][185] daha sonra isə İsfərayin qalasını tutdular.[186]
1590-cı ildə Osmanlılarla-Səfəvilər arasında sülh müqaviləsi imzalandıqdan sonra Səfəvilərin Şeybanilərlə mübarizəsi asanlaşdı.[187]
8 fevral 1598-ci ildə Abdullah xanın xəstələnib ölməsi Səfəvilər üçün əlverişli vəziyyət yaratmışdı, Şah Abbas 9 iyul 1598-ci ildə İsfahandan Xorasana doğru yola düşdü. Səfəvi ordusu Astrabadı ələ keçirdi, Nişapur əhalisi şahın yaxınlaşmasından xəbər tutub Şeybanilərə qarşı qiyam qaldırdılar. Şah Abbas Məhəmməd sultan Bayatı Nişapur hakimi təyin etdi. Fərhad xanı əsas qüvvələrlə Məşhədə göndərən şah 29 iyul 1598-ci ildə şəhərə daxil oldu.[188] Ancaq hələ də Xorasanın əsas şəhərlərindən biri olan Herat özbəklərin əlində idi. Şeybanilərlə Səfəvilər arasında həlledici döyüş Herat şəhəri yaxınlığında baş verdi. Bu döyüşdü Səfəvi ordusunun sayı 10–15 min özbəklər isə 20 min idilər.[189][190]
İki ordu da türklərdən ibarət olduğu üçün döyüşün çətin keçəcəyi hər iki tərəfə məlum idi. Döyüş əsnasında Şeybani xanı Dinməhəmməd xanın ox zərbəsindən ölməsi Şeybani ordusunu təlaşa saldı, özbəklər pərakəndə hala düşərək ağır məğlubiyyətə uğradılar.[191] Herat hakimliyinə Hüseyn xan Şamlı təyin edildi.[192]
Şah Abbas Şeybaniləri cəzalandırmaq üçün yürüşü davam etdirərək Əbivərd, Nisa, Bağbad, Dərun, Mərv şəhərlərini tutdu. 1601-ci ildə Bəlx ələ keçirildi.[193]
1512-ci ildə taxta çıxan I Səlim Avropa dövlətləriylə sülh bağladı və bütün qüvvələrini Azərbaycana qarşı səfərbər etdi.[194] Sultan Səlim Ədirnədə fövqaladə divan çağırdı. Bu divanda sünni üləmaları Qızılbaşları kafir elan etdilər və onlarla müharibənin doğru olduğuna fətva verdilər.[195] Daha sonra I Sultan Səlimin əmriylə Anadoluda 40 minə yaxın qızılbaş qılıncdan keçirildi. 1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi ilə Səfəvilərin ərazilərinə daxil oldu, lakin I Şah İsmayıl Osmanlılara qarşı bir başa əməliyyata keçmədi və ordular uzun müddət qarşılaşmadı. 1514-cü ildə Çaldıran düzündə Osmanlı ordusunu qarşıladı . Qızılbaşlar qətiyyətlə Osmanlıların hücumunu dəf edirdilər, lakin Osmanlıların topları və tüfəngləri işə salması döyüşün gedişini dəyişdi. Şahın taktikası pozuldu və Osmanlılar qalib gəldilər. Döyüş nəticəsində Qızılbaşlar məğlub oldular və Osmanlılar Təbrizi tutdular.[196] Ancaq əhalinin müqaviməti və Səfəvi ordusunun toplanması sultanı 6 gün sonra Təbrizi tərk etməyə məcbur etdi. Sultan Şərqi Anadolunu ələ keçirdi və İstanbula döndü. Elə bu vaxt Azərbaycana artilleriya gətirməli olan [mənbə göstərin] Portuqaliya İran körfəzinə hücum etdi və Səfəvilərin Hind okeanına çıxısını bağladı. Şah bəzi qızılbaşları cənuba, portuqaliyalılara qarşı vuruşmağa, Qara xanı isə Diyarbəkiri almağa göndərdi, amma Qara xan 1516-cı ildə Qoçhisarda məğlub olaraq öldürüldü. İsgəndər bəy Münşi yazır:
"Qara xan Durmuşxan Qacarla birlikdə onlarla cəngə başladı, Mardinin yuxarı başındakı ələngdə onların arasında hərb başlandı, Qara xan həmin çoxsaylı qoşuna qalib gəldi. Təqib zamanı təsadüfən bir güllə ona dəydi və atdan yıxılıb öldü. Bu əhvalatdan sonra qızılbaşlar (qızılbaşiyyə) pərakəndə oldular, rumiyyə(Osmanlı) əsgərləri isə alçaldıcı məğlubiyyətdən qalib kimi çıxdılar, xandgardan kömək alıb, Diyarbəkri işğal etdilər, (beləliklə də) qızılbaşlar o vilayətdən əl çəkməli oldular. Bu əhvalat Süleyman şanlı xaqana(Şah İsmayıla) çatdıqda, Qara xana kömək üçün hazırladığı qoşunu xanın vəfatı ilə əlaqədar daha irəli göndərmədi."[2] |
Buradan məlum olur ki, əslində Qara xan Osmanlılara qalib gəlib, osmanlı əsgərlərini təqib edərkən ona təsadüfən tüfəng gülləsi dəyib və ölüb, bununla da komandansız qızılbaşlar pərakəndə olurlar və qalib gəldikləri döyüşdən məğlub kimi çıxırlar. Həmçinin portuqaliyalıları körfəzdən çıxarmaq mümkün olmadı.
1524-cü ildə Şah I İsmayıl vəfat etdi və oğlu Təhmasib şah oldu. Şah I Təhmasibin hakimiyyəti dövründə 1528-ci ildə özbəklər Xorasana hücum etdilər. Həmin il şah ordusuyla şərqə doğru hərəkət etdi və özbəkləri Herat yaxınlığında darmadağın etdi. Şahın şərqə səfərindən istifadə edən Luristan bəylərbəyi Zülfüqar xan üsyan qaldırdı və 1528-ci ildə Bağdadı aldı. Bununla əlaqədar şah Bağdadı mühasirəyə aldı və həmin il Bağdadı üsyançılardan təmizləyib Məhəmməd xan Türkmanı Bağdad bəylərbəyi təyin etdi. 1531-ci ildə Təbriz bəylərbəyi Üləma xan Təkəli xəyanət edərək öz əsgərləri ilə Osmanlıya qaçdı. Daha sonra Üləma xan Sultan Süleymanı Azərbaycana yürüşə təhrik etdi. Ordunun ön dəstəsini böyük vəzir İbrahim paşanın 90 min nəfərlik qoşunu təşkil edirdi. Üləma bəy 10 min nəfərlə irəli çıxarılmışdı.[197]
Üləma bəy, Osmanlı qoşunları ilə Təbrizə daxil oldu. Bir neçə gündən sonra İbrahim paşa şəhərin yaxınlığında öz düşərgəsini saldı. Üləma Ərdəbilə, Osmanlı sərkərdəsi Xosrov paşa isə Əlincə qalasını ələ keçirməyə göndərildi. Cənubi Azərbaycanın bir çox yerləri osmanlılar tərəfindən tutuldu.[198]
Osmanlı mənbələrinə görə Sultan Süleymanın ilk yürüşü zamanı İbrahim paşanın hərbi hissələri hicri 940-cı il zilhiccənin 1-i (1534-cü il iyunun 13-də) Təbrizə daxil olmuşdular.[199] Süleymanın da olduğu Osmanlıların əsas qüvvələri ilə şəhərə sentyabrın 27-də çatdılar.[200]
Düşmənin basqını barədə məlumat alan şah Xorasandan hərəkət etdi və Reyə çatdı. Bu üzüntülü yol onların bir çoxunu sıradan çıxarmışdı. Üstəlik də şah qoşununun sayı 7 min nəfərdən çox deyildi, halbuki sultanın ordusu, Həsən bəy Rumlunun obrazlı ifadəsinə görə, "səhranın qum zərrələrindən və payız yarpaqlarından daha çox" idi.[198]
Bəhram Mirzənin başçılığı ilə qızılbaşların irəlidə gedən hissələri Qızılüzən çayının sahilindəki Qaraağac yaxınlığında İbrahim paşanın qoşunları ilə üz-üzə gəldilər. Qızılbaşlar döyüşə-döyüşə dağa doğru geri çəkilməyə məcbur oldular. Ardı-arası kəsilməyən axınla gələn Osmanlı qoşunları qızılbaşların sıralarını sarsıdırdı və onlar şah düşərgəsinə doğru çəkilirdilər. Bu vaxt Kuhkiluyə (Fars) hakimi Əvənd xan Əfşar yeni qüvvələrlə şah qərargahına gəldi. Sultan Süleymanın çox böyük qoşunla Miyanəni keçərək Sultaniyyəyə çatması barədə xəbər alındı. Bu təhlükəli anda qızılbaş əmirlərim arasında ixtilaflar baş verdi. Məhəmməd xan Zülqədəroğlu, Hüseyn xan Təkəli və başqaları düşmənin tərəfinə keçdilər. Şah, Hüseyn xan Şamlıya, Qazi xan Təkəliyə və Məlik bəy Xoyluya da inanmırdı və bu onu düşmən qoşunları ilə vuruşa girməkdən çəkinməyə məcbur edirdi.[201]
Payızın sonunda Sultaniyyə ərazisində bərk qar yağdı və güclü şaxtalar düşdü. Osmanlı ordusu şiddəətli soyuqlar və azuqə çatışmazlığı üzündən böyük itkilər verdi. Azərbaycanda möhkəmlənə bilməyən Sultan buranı tərk etdi və qışlamaq üçün Bağdada üz tutdu. Sultan Süleyman böyük çətinliklərlə Şəhrizurdan keçərək Bağdada yaxınlaşdı.[202][203] Şəhərdəki iğtişaşlar onun hakimi Məhəmməd xan Şərəfəddin oğlu Təkəlini şəhəri heç bir müqavimət göstərmədən osmanlılara verməyə məcbur etdi. Bundan sonra Məhəmməd xan ona sadiq olan adamlardan ibarət dəstə ilə qaladakı ehtiyatlar od vurdurdu, qalan əmlakı çapıb – talayaraq döyüşə-döyüşə Dəclə çayının sağ sahilinə keçdi.[204][205] Sultanın Bağdada üz tutmasını əsirlərdən öyrənən I Şah Təhmasib Təbrizə daxil oldu və Vanı mühasirəyə aldı.Van qalasının mühasirəsi qışın sonunadək davam etdi.
Hicri 941 (1534–1535)-ci ilin qışını Bağdadda keçirən Sultan Süleyman 1535-ci il yazın əvvəlində Təbrizə hərəkət etdi. Bundan əvvəl şah, sakinləri Təbrizdən köçürmüş, şəhəri boşaltmışdı.[206] Taxıl və əkinlər yandırılmış, yerdə qalan nə varsa, mal-qaraya yedizdirilmişdi. Bu tədbirləri gördükdən sonra şah Sultaniyyəyə çəkildi. Osmanlı ordusu Sultaniyyə ərazisinə çatanda aclıq və baş verən taun xəstəliyi sultanın canlı qüvvəsinə böyük tələfat verdi. Burada (Dərəcəzində) qızılbaşların irəlidə olan hissələri (çərxçiyan) Əmir Sultan Rumlu və Çıraq Sultan Ustaclının başçılığı ilə rumluların qoşunları ilə toqqudular. Osmanlılar qızılbaşlara hücum etdilər, lakin məğlub oldular. Ağır vəziyyətə düşən osmanlı qoşunları geri çəkilməyə başladılar.[207]
Bəhram Mirzə bir dəstə əmirlə-Məntəşə Sultan, Əmir Sultan, Şahqulu xəlifə möhrdar, Məhəmməd Əmin bəy Süfrəçi ilə birlikdə İbrahim paşanı təqib etmək üçün göndərildi. Şah özü isə Van qalasına yola düşmüşdü. Qalada mühasirəyə düşmüş osmanlılara yardım göstərmək üçün sultan Diyarbəkir hakimi Məhəmməd paşanı və Üləmanı 2 min nəfərlik yeniçəri və 10 minlik süvari ilə ora göndərdi. Onlar Vostan yaxınlığında türkman tayfasından olan şah qorçuları ilə qarşılaşdılar. Xain Üləmanın yaxınlıqda olması xəbərini alan şah 2 min nəfərlə onun üzərinə yeridi.[208]
Üləmanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayarq, Məhəmməd paşa özünün sayca üstünlüyünə arxalanıb yeniçəriləri ön sırada yerləşdirərək qızılbaşlarla döyüşə girməyi qərara aldı, lakin Şiraz hakimi Qazi xan Zülqədər türkman və zülqədər tayfalarından olan qorçilər dəstəsi ilə düşmənə hücum etdi. Həsən bəy Rumlunun sözləri ilə desək, "bir anda dörd yüzə qədər rumi qızılbaşlar tərəfindən öldürüldü və onların başları şah atının ayaqları altına atıldı".Sultanın bir neçə əyanı əsir alındı. Qızılbaşlar düşməni Bitlisədək təqib etdilər. Onlar böyük qənimət ələ keçirdilər. Bəhram Mirzə əmirlərlə Ərcişə yola düşdü. Oranın müdafiəçiləri qızılbaşları qalanın qarşısında qarşıladılar. Qızılbaşların hücumuna davam gətirməyən osmanlılar qalaya çəkilib sultandan kömək göndərməsini xahiş etdilər. Xondkar buraya Sinan paşa başda olmaqla qoşun göndərdi, lakin Budaq xan Qacarın dəstəsi onları qarşılayarq darmadağın etdi. Sinan paşa və başqa Osmanlı sərkərdələri ilə birlikdə yüzlərlə osmanlı məhv edildi. Onların başları Van yaxınlığında olan şaha çatdırıldı. Sinan paşanın həlak olmasından xəbər tutan Sultan Süleyman öz ordusunun seçmə hissələrini İbrahim paşanın başçılığı altına keçirdi və Ərcişdə mühasirədə qalanlara köməyə göndərdi, lakin qızılbaşlar İbrahim paşanın göndərdiyi dəstəni də darmadağın etdilər. Bundan sonra İbrahim paşa qalanın sakinlərini də özü ilə götürərək oranı tərk etdi. Beləliklə, Van və Ərciş əraziləri şahın əlinə keçdi.[209][210][211][212] Ard-arda məğlubiyyətlərdən sonra Sultan geri çəkilməyə məcbur oldu və İstanbula döndü
Bundan istifadə edən şah ölkənin birləşdirilməsini davam etdirmək üçün 1538-ci ildə qardaşı Əlqasın rəhbərliyiylə 30 minlik ordunu Şirvanı tabe etmək üçün göndərdi. Əlqas 1538-ci ildə Şirvanşahlar dövlətinin bütün qalalarını ələ keçirdi, Şirvan bəylərbəyliyə çevrildi və Əlqas Şirvanın ilk bəylərbəyisi oldu, lakin Əlqas 1541-ci ildə qardaşına xəyanət edərək müstəqillik üçün mübarizəyə başladı. Bununla əlaqədar I Şah Təhmasib Şirvana daxil oldu və bütün qalaları özünə tabe etdi. Əlqas isə Krıma, oradan da İstanbula qaçdı və Üləma paşayla birlikdə öz vətəninə qarşı yürüşlərdə iştirak etdi. İsgəndər bəy Münşi yazır:
“Əllamə Təkəli Səfəvi məmləkətinin ən gözəli olan (Azərbaycanı) rum sultanının nəzərində elə gözəl bəzəmişdi (tərifləmişdi) ki, sultan bircə gün də olsun bu arzudan yayına bilmir, bircə gecə də olsun onu ağuşa almaq xəyalından yuxuya gedə bilmirdi. Bu arzu (sultanı)nadan və haqtanımaz Əlqas Mirzəni ağlının gödəkliyi və ondan da artıq nadan olan bir neçə nəfərin təhrikiylə hücuma keçməyə yönəltdi. Belə ki, Əlqas Mirzə onu böyüdən və cahanın ən adil adamlarından olan belə mehriban qardaşın (Şah Təhmasibin) xidmətindən yayınıb Rum diyarına getdi. Sultan Süleyman onun vücudunu əcəm mülkünü fəth etmək yolunda qənimət və sərmayə bilərək, elə boş xəyala və yalan sözlərə uydu və cahil adamlar qoşununun başında durub, bu tərəfə yürüşə yollandı."[213] |
Həsən bəy Rumlunun xəbər verdiyi kimi, hicri 955 (1548)-ci ildə Sultan Süleyman, Osmanlı imperiyasının tabeliyində olan bütün ölkələrdən- Macarıstan, Əflak (Valaxiya), Bosniya, Serbiya,Moreya, Moldoviya, Anadolu, Məntəşə eli, Qaraman, Maraş, Hələb, Suriya, Misir, Hicaz, Yəmən, Diyarbəkir, Ərəb İraqı və Kufədən toplanmış böyük ordu ilə Azərbaycana soxuldu.[214]
Şərəf xanın verdiyi məlumata görə, Sultan Süleymanı Səfəvilər üzərinə yürüş etmək üçün dilə tutmuş Əlqas Mirzə ona demişdi ki, Sultan İraqa daxil olan kimi qızılbaşlar şahdan üz döndərəcəklər, lakin tarixçinin göstərdiyi kimi, qızılbaşlardan heç biri Sultanın ən yaxın silahdaşlarını qarşılamadı. Əksinə, Əlqasla birlikdə İstanbula gəlmiş mülazimlər onu tərk edərək şahın yanına qayıtmağa başladılar.[215]
Qızılbaşlar osmanlı ordusnun hərəkətini çətinləşdirmək üçün Osmanlı sərhədindən Təbrizin özünə qədər olan ərazini xüsusi olaraq viran qoydular. Burada düşmənə "bir toxumcuq, ot saplağı" belə saxlanılmadı, daşınmaz əmlaka isə od vuruldu. Özlərinin fədakarlığı ilə tanınan Təbriz sakinləri su mənbələrini, suvarma kanallarını (qənov və kəhrizləri) elə bağladılar ki, "hətta özlərinin içməsi üçün belə lazım olan qədər su qalmasın".[216]
Üləma bəy və Əlqas Mirzə Sultan ordusunu müşayiət edirdilər. Həsən bəy Rumlunun yazdığına görə, Süleyman Azərbaycana Ərzurum-Xoy-Təbriz yolu ilə gəlmişdi.[217] Üləma osmanlı dəstəsi ilə Van qalasını tutmaq üçün göndərildi. Sultan Mərənddə qızılbaşlara hücum etmək üçün 40 minlik qoşunla Xoydan hərəkət edəcək bir sıra paşaları (o cümlədən Əlqas Mirzəni) ayırdı. Osmanlı qoşunları Abdulla xan Ustaclının, Şahverdi Sultan Ziyad oğlunun və Əli Sultan Təkəlinin başçılıq etdiyi qızılbaş hissələri ilə toqquşdular. Şahverdi Sultan döyüşdə böyük igidlik göstərdi. Qızılbaşlar Osmanlıların üstün qüvvələrinin təzyiqi altında şahın Eşkəmbərdə yerləşən qərargahına geri çəkilməyə məcbur oldular.[218]
Bu zaman Sultan Süleyman əsas qüvvələri ilə Təbrizə daxil olaraq orada cəmisi 4 gün qala bildi. Həmin günlər Osmanlı ordusu üçün çox kədərli keçdi. Həsən bəy Rumlu xəbər verir ki, yem olmadığına görə osmanlılarım 5 min atı, dəvəsi və qatırı tələf oldu. Şəhərdə ərzaq olmadığına görə osmanlı döyüşçüləri şəhərlilərin şəxsi əmlakını qarət etməyə başladılar. Həsən bəy Rumlu yazır: "Xalq nalə və fəryad səsini göylərə ucaltdı". Hicri 955-ci il rəbi əs-saninin 24-ü (1548-ci ili iyunun 2-də) Sultan Təbrizi tərk etməyə məcbur oldu. Sakinlər işğalçılara qarşı üsyan qaldırdılar. Rumlu yazır:
“Təbrizin qara camaatı və pozğun ünsürləri(yəni əhalisi) özlərinin qisasını atlardan və sultanın yaxın adamlarından alaraq onları öldürdülər”[219] |
Qızılbaş qoşunları da düşmənə aman vermirdilər. Onlar gündüz və gecə düşmənin ətrafında dövrə vurur və ayrı-ayrı dəstələri əsir alırdılar. İsgəndər bəy Münşi qeyd edir ki, qızılbaşlar qəfil hücumları ilə;osmanlıları elə qorxutmuşdular ki,"onlar özlərinə yemək əldə etmək üçün dayandıqları yerdən kənara bir addım da ata bilmirdilər"[220][221]
İbrahim xan və Məhəmməd bəy Türkman sultanın geri çəkilən ordusunun arxasınca hərəkət etdilər. Şəbüstər yaxınlığında Suriya və Diyarbəkir paşası, Mərəş paşası ilə baş vermiş şiddətli vuruşmada osmanlılar böyük tələfat verdilər.[219]
Bu zaman I Şah Təhmasib məlumat aldı ki, sultan qullar ağası Osman Çələbini dörd minlik qoşunla Qars qalasını bərpa etmək üçün göndərmişdir. Təhmasibin böyük oğlu İsmayıl Mirzə Göyçə Sultan Qacarla birlikdə ona qarşı göndərildi. Şahzadə qəfil hücumla 2 min nəfərədək döyüşçünü məhv etdi.[222] Onların bir hissəsi qalada gizlənərək canlarını xilas etdilər, lakin üç gündən sonra qızılbaşlara təslim oldular.[223] Osman Çələbi özü ilə 600 nəfər götürərək şahzadənin qərargahına gəldi və qəflətən qılıncını sıyıraraq ona hücum etdi. Osmanın adamları da onun kimi hərəkət edərək qızılbaşlara hücum etdilər, lakin İsmayıl Mirzə soyuqqanlılıq göstərdi, özünü itirmədi. Osmanlılardan bir nəfər də salamat qalmadı.Qars qalası qızılbaşlar tərəfindən dağıdıldı.[224] Şah Əli Sultan Tatı oğlunu on min nəfərlik dəstə ilə Əxlat, Gözəl Dərə, Adilcəvaz və Muş ərazilərini viran qoymaq üçün göndərdi. Üləmanın Tərcanda olması xəbərini alan şah, Sufiyandan keçib onun arxasınca hərəkət etdi, lakin Üləma tələsik qaçdı. Onda şah Tərcandan Ərzincan istiqamətinə irəlilədi. İsmayıl Mirzənin irəlidə gedən hissələri Bayburt yaxınlığında Məhəmməd Paşa Təkoğlunun dəstələri ilə toqquşdu. Osmanlılar darmadağın edildilər və qaçdılar. Ərzincan tutuldu və talan edildi.
Hicri 1552-ci ildə I Şah Təhmasib Osmanlı ərazilərinə daxil olaraq fəal hücum əməliyyatlarına keçdi. Ərzurum hakimi İsgəndər paşanın qızılbaşların Çuxursəəd (İrəvan) vilayətinə basqınları bu hücumlar üçün bəhanə oldu. 1552-ci ilin əvvəlində İsgəndər paşa Xoy ərazisində Səfəvilərin hüdudlarına soxuldu, sonra isə Çuxursəədə keçib şəhər bazarını yandırdı və geriyə qayıtdı. Ərzurum paşası qızılbaş əmirlərinə lovğalıqla yazdığı, hədələrlə dolu məktublarda özünü Şirvan və Gürcüstan hakimi adlandırmışdı.[225]
1552-ci ilin yayında Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər:
Bu əməliyyatda I Şah Təhmasib şəxsən iştirak edirdi. Məsələn, Əhlat ərazisində 30 min qoyun, 10 min qaramal, 3 min at ələ keçirilmişdi. Əhlat qalası yerlə yeksan edildi. Van ərazisində evlər və əkinlər məhv edildi. Bitlis, Vostan, Adilcəvaz, Ərciş, Muş, Pasin bölgələri oddan – qılıncdan keçirildi. Döyüşlərdə çoxlu osmanlı və kürd məhv edildi.[227]
Ərzurumun "dikbaş" hakimi olan İsgəndər paşanı;"cəzalandırmaq" qərara alındı. Şah öz oğlu İsmayıl Mirzənin başçılığı altında ordunu ona qarşı göndərdi. İsgəndər paşa məğlub edildi və 2576 osmanlı döyüşcüsü öldürüldü. Görkəmli Osmanlı əyanları Trabzon hakimi Mustafa bəy,Maraş hakimi Kəbir İsa, Sultanın qullarağası Məhəmməd bəy, İsgəndər paşanın qardaşı Ramazan bəy, Malatya hakimi Xeyrəddin bəy və bir çox başqaları əsir alındılar.[228][229]
Sonra İsmayıl Mirzə Ərciş yaxınlığındakı şah düşərgəsinə yetişdi. Qaladakı hərbi hissənin döyüşçüləri qalabəyini öldürdülər və qalanı qızılbaşlara təslim etdiər. Şahın əmri ilə qala istehkamı dağıdıldı. Sonra Bərgiri qalası tutuldu. İsmayıl Mirzənin başcılığı ilə Ərciş, Ərzurum, Ərzincan, Van, Qars qalaları ələ keçirildi. Xacə Zeynalabidin Əli Əbdi Bəy Şirazi, Təkmilətül-Əxbar kitabında bu haqda yazır:
"Zəfər nişanlı bayraqlar Çaldıran yüksəkliyinə getdi. Nəvvabi-kamyab(I Şah Təhmasib) oradan Ismayıl Mirzəni Şirvan qoşunu və bəzi əmirlərlə Qars qalasını təmir etməyə gələn düşmənlərin üstünə göndərdi. Şah Təhmasib özü xoş əhvali- (ruhiyyə) ilə düşmənlərin ölkəsinə yola düşdü. Xərpərt və Trabzon ətrafına qədər Pasin, Sarusu, Xünus, Əxlat, Ərzənrum, Tərcan, Bakyburd, Ərzincan qələbə əsərli əsgərlər [tərəfindən] tapdalandı..."[230] |
Sultan I Süleyman 1554-cü ildə sonuncu dəfə Azərbaycana hücum etdi, ancaq bu dəfə də uğur əldə edə bilmədi. Əhalinin müqaviməti, Qızılbaşların ardıcıl qələbələri sultana Azərbaycanı ələ keçirməyə imkan vermədi və 1555-ci ildə Amasyada Osmanlı Səfəvi sülh müqaviləsi bağlandı. Müqaviləyə görə şərqi Anadolu, İmeretiya, Quriya, Ərəb İraqı Osmanlıya, Kartli, Kaxetya və Mesxiya Səfəvilərə verildi[231] .
1578-ci ildə Osmanlılar Amasya sülhünü pozaraq Səfəvi dövlətinin ərazilərinə soxuldular. Avqustun 9-da Çıldırda osmanlı ordusunun əsas hissəsi ilə döyüşdə qızılbaşlar məğlub oldular. Mustafa Lələ paşanın göndərdiyi 20–30-min nəfərlik ordu Ahalsıxı ələ keçirib Kaxetiyaya daxil oldular.[232]
Çıldır döyüşündən sonra Mustafa Lələ paşa Şirvanı, avqust ayında Tiflisi, az sonra Qorini tutdu.
1578-ci ildə Qanıxçay sahilindəki döyüşdə Osmanlı ordusu böyük itki verdi. Qızılbaşlar böyük qənimət əldə edərək Təbrizə qayıtdılar.
Mustafa Lələ paşa böyük çətinlikdən sonra sentyabrda Ərəşə daxil oldu. Osmanlılar burada yem və ərzaq topladılar, qala tikdilər.
Osmanlı ordusu Ərəş, Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad, Salyanı müqavimətsiz tutdu. Yerli sünni əyanlar keçmiş müstəqil Şirvan dövlətinin bərpası üçün osmanlı ordusuna böyük ümid bəsləyirdilər.[233]
1579-cu ilin yayında Krım xanı Məhəmməd Gəray 100 minlik ordu Şimali Qafqazdan keçib, Osman paşa ilə Şamaxıya çatdı. Buradan Şirvanın müxtəlif yerlərinə qoşun göndərib, Şimali Azərbaycanı qarət etdilər.Qızılbaşların əsas qüvvəsinin gəliş xəbərini eşidəndən sonra Azərbaycanı tərk etdilər. Qızlbaş qoşununun Şirvana daxil olması Dərbənddəki Osmanlıları həyəcana saldı.[234]
1581-ci ildə Qazı Gəray və Səfi Gərayın rəhbərliyi ilə Krım tatarları Şirvana yenidən hücum etdilər. İmamqulu xan Qacar qızılbaş dəstəsini Şirvan hakimi Peykər xanın köməyinə göndərdi. Şamaxı ilə Şabran arasında baş vermiş döyüşdə Qazı Gəray əsir alındı, Krım tatarları və Osmanlılar məğlub oldular.[235]
1583-cü ilin yazında Qarabağ hakimi İmamqulu xan Qacar yeni qüvvə ilə Kürü keçib Şirvana daxil oldu. O, Şamaxıda Yaqub bəyin Osmanlı qüvvələrini Niyazabada topladığını eşitdi və Rüstəm xanı öz dəstəsi ilə döyüşə göndərdi. Bu döyüşdə Osmanlılar darmadağın edildilər. Samurçay sahilində tarixdə Məşəl savaşı adlanan döyüş isə Osmanlı qüvvələrinin üstünlüyü ilə qurtardı, qızılbaşlar döyüş meydanını tərk etdilər.[236]
Osmanlı sultanı bütün Azərbaycana yiyələnmək niyyəti ilə Osman paşanı Şirvandan geri çağırıb ona böyük ordu verdi və Şərq yürüşünün başçısı təyin etdi. Osman paşa 1585-ci il avqustun 12-də Pasinabad-Çaldıran-Xoy-Mərənd-Sufiyan-Təbriz istiqamətində yürüşə başladı.
1585-ci ilin sentyabrında Məhəmməd xan Toxmağın başçılığı ilə qızılbaşların əsas dəstələri Sufiyan ərazisində döyüşdə əvvəlcə, qızılbaşlar Osmanlılara ağır zərbə vursa da, onların sayca üstünlüyü qızılbaşları geri çəkilməyə məcbur etdi,Təbriz Osmanlıların əlinə keçdi.[237]
On illərlə davam edən müharibə 1590-cı ildə İstanbul sülh müqaviləsi ilə qurtardı.Xalxal, Qaracadağ və Lənkəran Səfəvilərin əlində qaldı. Azərbaycan torpaqları ilə yanaşı, Şərqi Gürcüstan, habelə İranın qərb vilayətləri də Osmanlı imperiyasının tərkibinə qatıldı.[238]
XVII əsrin əvvəllərində Azərbaycanda Osmanlı hakimiyyəti zəiflədi. Azərbaycanın Osmanlı hakimiyyətinin altında olduğu bütün müddətdə I Şah Abbas onu Səfəvilərə qaytarmaq haqqında düşünürdü. Bunun üçün də o, 1603-cü il sentyabrın 14-də yürüşə başladı. Səfəvi qoşunu Təbrizə yaxınlaşanda şəhər əhalisi üsyan qaldırdı. 1603-cü il oktyabrın 21-də Təbriz tutuldu. Osmanlı qoşunun əsas hissəsi darmadağın edildi. Bununla, demək olar ki, Azərbaycanın cənub vilayətlərinin taleyi həll olundu. Səfəvi ordusu Azərbaycanın şimalına irəlilədi.
Ordubad əhalisi şah qoşunun gəlişini gözləmədən üsyan qaldırmışdı.Naxçıvan yaxınlığında ordubadlı Hacı Qəssab şəhəri ələ keçirmək üçün şahdan xusüsi göstəriş aldı. Əhalinin köməyi ilə Ordubad qalası tutuldu.
Culfa və Naxçıvan tutulduqdan sonra 1603-cü ilin noyabrında İrəvan qalası mühasirəyə alındı.1604-cü ilin avqustunda İrəvan tutuldu. İrəvanın idarə edilməsi Əmirgünə xan Qacara, Naxçıvan isə Maqsud sultan Kəngərliyə tapşırıldı.[239]
1605-ci ildə Şirvanın xeyli hissəsini Səfəvi qüvvələri tutdu.I Şah Abbas Vanda olan Osmanlı qüvvələrini dəf etnək üçün Təbrizdə yeni qala tikdirdi.1605-ci ildə Allahveri xanın başçılığı ilə Vana 30 minlik qoşun göndərildi. Osmanlı qoşunu darmadağın edildi.[240]
1605–1606-cı ilin sərt qışında Gəncə mühasirəyə alındı. Qalanın mühasirəsi 4 ay davam etdi. Nəhayət, 1606-cı ilin iyununda Gəncə tutuldu. Şah Abbas Şirvandakı Osmanlı hərbi hissəsinin yardım ala bilməməsindən istifadə edərək, Şamaxını sülh yolu ilə təhvil verməyi onlara təklif etdi. Bu təklif rədd edildikdə, şah qoşunu Şirvana doğru irəlilədi. 1607-ci ilin iyununda Şirvan azad olundu.
Şamaxı tutulan vaxt Bakı və Dərbənd əhalisi də Osmanlılara qarşı üsyan etdi. Bakıdakı üsyan, Şahin xəbəri olmadan 1607-ci ilin yanvarında baş verdi. Şəhər üsyançıların əlinə keçdi və şah qərargahı ilə əlaqə yaradıldı.
Dərbənd əhalisi Osmanlı hərbi hissəsini qəflətən yaxaladı. 1607-ci ilin martında qala tutuldu. Şah Dərbənd əhalisini bütün vergilərdən azad etdi.
1612-ci il oktyabrın 17-də Sərab şəhərində Osmanlı dövləti ilə müqavilə imzalandı. Bu müqaviləyə əsasən, 1555-ci ilin sülhü bərpa edildi.[241]
Şah Abbasın Cənubi Qafqazdakı əməliyyatlarından narahat olan I Sultan Əhməd 1612-ci il sülhünü pozaraq 1616-cı ilin yazında qızılbaşlarla müharibəyə başladı . Osmanlı ordusu Təbrizə hücum etdi, İrəvanı da mühasirəyə aldı, lakin qışın sərt keçməsi, xəstəlik və ərzaq qıtlığı Osmanlı ordusunu geri çəkilməyə məcbur etdi.
1618-ci ildə osmanlılar Diyarbəkirdən Azərbaycana doğru irəlilədilər. Osmanlılar ilə birlikdə Krım xanı Canibəy Gəray xanın 15 minlik qoşunu da hərəkət edirdi. Osmanlı ordusu Təbrizi ələ keçirdi, lakin Sınıq körpü adlı yerdə həlledici döyüşdə Osmanlı qoşunu ağır zərbə alaraq geri çəkildi. Bu məğlubiyyətdən sonra 1618-ci ildə Osmanlılarla- Səfəvilər arasında Mərənd sülh müqaviləsi imzalandı.[242] Mərənd sülhü tezliklə Səfəvilər tərəfindən pozuldu. 1622–1623-cü illərdə Şah Abbas Bağdadla birlikdə İraqı ələ keçirdi, az sonra Axalsixini tutdu. Osmanlı dövləti öz niyyətindən əl çəkmirdi. I Səfi dövründə 1634-cü ilin yayında IV Murad böyük qoşunla hücum edərək Təbrizi və İrəvanı ələ keçirdi, lakin qışın yaxınlaşması, Səfəvi qoşununun hücum təhlükəsi Osmanlıları Təbrizdən çıxmağa məcbur etdi. Bundan sonra 1635-ci ilin aprelində İrəvanı azad etdi.
1637–1638-ci ildə müharibələrin döyüş səhnəsi yenə də İraqa keçdi. 1638-ci ilin dekabrında Bağdad itirildi. 1639-cu il mayın 17-də Qəsri-Şirində Osmanlı dövləti ilə Səfəvi dövləti arasında 1555-ci il Amasya sülhünün şərtlərini təsdiq edən sülh müqaviləsi imzalandı və XVIII əsrin birinci rübünə kimi qüvvədə qaldı.[243][244]
Böyük Moğol İmperiyası ilə Səfəvilər arasındakı münasibətlər bəzi dövrlərdə dostluq və müttəfiqliklə, bəzi dövrlərdə isə düşmənçilik və müharibələrlə müşayiət olunmuşdu. Dövlətin əsasını qoyan Baburla Səfəvilər arasındakı münasibətlər hələ Böyük Moğol İmperiyasının əsası qoyulmadığı dövrdən yaranmışdı. Babur və Şah İsmayıl ortaq düşmənləri olan Şeybani xana qarşı birgə hərəkət edirdi.[245] Səfəvilərin də köməyi ilə 1512–1513-cü illərdə Buxara və Səmərqənd ələ keçirildi.[246] Baburun Səfəvilərlə yaxınlaşması uzun müddət davam etmədi. 1514-cü ildə baş vermiş Çaldıran döyüşündə Şah İsmayılın Sultan Səlimə məğlub olmasından sonra özbəklərə olan Səfəvi təzyiqi azaldı. Bundan sonra Babur özbəklərin hücumları qarşısında geri çəkilməyə məcbur olmuş və Səfəvilərin dəstəyini itirmişdi.
Səfəvi dövlətinin hökmdarı olan I Təhmasib 1537-ci ildə hücum edərək Qəndəharı tutdu. 1538-ci ildə Sultan Hümayun Qəndəharı geri qaytarmağa cəhd göstərsə də buna nail olmadı. Sultan Hümayun Şir şah Suri tərəfindən hakimiyyətdən məhrum edildikdən sonra Səfəvilər dövlətinin hökmdarı I Təhmasibə sığındı.[247] Şir şah Surinin Osmanlılarla yaxınlaşıb, Səfəvilərə düşmən olması səbəbindən I Təhmasibin dəstəyini qazanan Sultan Hümayun 1544-cü ildə Sultaniyyədə əldə olunan razılaşmaya əsasən Qəndəharın Səfəvilər dövlətinin tərkibində qalmasına razı oldu.[248] Bunun müqabilində I Təhmasib Sultan Hümayunu Şir şah Suriyə qarşı müdafiə etdi. Sultan Hümayun Səfəvilərin dəstəyi ilə hakimiyyətini bərpa etdikdən sonra iki dövlət arasında olan yaxın münasibətlər uzun müddət davam etmədi. Bundan sonra Sultan Hümayun Osmanlılara yaxınlaşmağa cəhd göstərdi.
Əkbər şahın hakimiyyəti illərində Səfəvilərlə münasibətlərdə Qəndəhar xüsusi əhəmiyyət daşıyırdı. Qəndəhar şəhəri bölgədə mühüm strateji və hərbi mərkəzdi.[249] 1558-ci ildə şəhər yenidən Səfəvilərin nəzarətinə keçmişdi.[250] Səfəvilərlə Böyük Moğol İmperiyası arasındakı münasibətlərə 1576-cı ildə I Təhmasibin ölümündən sonra son qoyulmuşdu.[251] Yalnız 1587-ci ildə Səfəvilər dövlətində I Abbasın hakimiyyətə keçməsindən sonra əlaqələr bərpa edildi.[252] 1595-ci ildə Əkbər şah Qəndəhara hücum etdi və şəhər müqavimət göstərmədən təslim oldu.[253] Səfəvilərlə Böyük Moğol İmperiyası arasındakı müharibənin ikinci mərhələsi Əkbər şahın ölümündən sonra (1605) oğlu Sultan Cahangirin hakimiyyəti illərində, 1606-cı ildə Böyük Moğol İmperiyasının qələbəsi ilə başa çatdı. Müharibənin üçüncü mərhələsi isə 1622–1623-cü illərə təsadüf edir. Qəndəhar ətrafında baş verən toqquşmalar Səfəvilərin qələbəsi ilə başa çatdı. Səfəvilər və Böyük Moğol İmperiyası arasındakı müharibənin sonuncu, dördüncü mərhələsi 1638-ci ildə başlamışdı. Bu mərhələnin əvvəllərində Sultan Cahan şah Qəndəharı ələ keçirmişdi. Səfəvi hökmdarı Şah Səfi bölgəni geri almaq üçün hücuma keçsə də, Xorasan istiqamətində irəliləyərkən Kaşan yaxınlığında öldü. Səfəvi-Moğol müharibələri 1653-cü ildə Qəndəharın Səfəvilərin tərkibində qalması ilə başa çatdı.
I Şah İsmayıl Cənubi Qafqaz ölkələrində, xüsusilə də Gürcüstanda öz mövqelərini möhkəmləndirmək üçün ciddi tədbirlər gördü. Səfəvilərin vəziyyəti onun hesabına yüngülləşmişdi ki, Gürcüstan XVI əsrin əvvəlində bir-birilə düşmənçilik edən bir sıra müstəqil çarlıqlara parçalanmışdı.[254]
Qızılbaşların Gürcüstana yürüşləri üçün formal bəhanə gürcü çarlarının kömək üçün özlərinin müraciəti oldu. Mesxi çarı IV Kvarkvare digər gürcü çarı "Başı Açıq" (İmeretiya) hökmdarı Mənuçöhr tərəfindən məğlub edilərək I İsmayılın Naxçıvandakı qış düşərgəsinə gəldi və müdafiə olunmasını xahiş etdi. Şah İsmayıl Div Sultan Rumlunun başçılığı ilə bir neçə qızılbaş sərkərdəsini Gürcüstana göndərdi.[255] Onlar Şuragöl yolu ilə buraya gəldilər. Yürüş nəticəsində Mənuçöhrün ordusu darmadağın edildi və o, yardım almaq üçün Osmanlı ərazisinə qaçdı. Kvarkvare isə taxt-tacı özünə qaytardı.[256]
Sonrakı ildə Mənuçöhr Qızıl Əhməd oğlunun komandası altında Osmanlı dəstəsi ilə qayıtdı və yenidən Kvarkvarenin mülklərinə basqın etdi. Div Sultan Rumlu ikinci dəfə Gürcüstana göndərildi. Dəbil (Dvin) rayonunda baş verən döyüşlərdə qızılbaşlar Osmanlıları darmadağın etdilər. Onların başçısı isə öldürüldü. Mənuçöhr meşələrə qaçmaqla canını qurtardı.
Div Sultan Rumlunun başçılığı ilə qızılbaşların üçüncü yürüşü hicri 927 (1521)-ci ilə təsadüf etmiş və Kaxetiya gürcü çarı Ləvənd xanın (1520–1574) Şəki xanlığına basqını ilə əlaqədar olmuşdu. Şəki hakimi Həsən bəy kömək üçün Naxçıvanda qışlayan I Şah İsmayıla müraciət etdi. Div Sultan Rumlu Qanıxçay və Qabırrıçay çaylarını keçərək Zəyəm və Qərəm qalalarına hücum etdi. Ləvənd xan günahını etiraf edərək Div Sultanın hüzuruna gəldi. Gürcüstanın digər hökmdarları-IV Kvarkvare, Davud bəy[257][258] və Mənuçöhr də bu cür hərəkət etdilər. Onlar Div Sultanla birlikdə Naxçıvanda qışlayan I Şah İsmayılın yanına gəldilər. Burada gürcü çarları Səfəvilərə hər il vergi (bac) verməyi öhdələrinə götürdülər və öz mülklərinə qayıtdılar.[259][260]
Qızılbaş yürüşlərinin əsas obyektləri Kartli, Kaxetiya və Mesxiya (Samtsxe-Saatabaqo) idi. İsgəndər bəy Münşi göstərir ki, Şəki ilə Şirvanın qonşuluğunda olan gürcü çarları keçmişdə bu ərazilərə soxulur və "müsəlmanlara hücum edirdilər". Tarixçi davam edir: "Bu vilayətlər Səfəvilər dövlətinə birləşdirildikdən sonra Kaxetiya çarı Levan (Ləvənd xan)[261] şahın vassalı oldu.
Mesxiya atabəyi Keyxosrov da "yüksək şah astanasının mülazimləri sırasına" Histoire de la Georgia, trad. par[262] daxil oldu, lakin Kartli çarı Luarsab[263] (Ləvəsən), İmeretiya çarı (Başı açıq) Baqrat[264] və Menqreliya hakimi Dadian şahın vassalları Levan və Keyxosrova hücum etməklə "öz düşmənçiliklərini büruzə verir və lazımi itaət göstərmirdilər".[265]
Hələ XVI əsrin birinci rübündə Səfəvilər Kartli və Kaxetiyanı tabe etməyə cəhd göstərmişdilər, lakin onlar Gürcüstanın fəth olunması uğrunda ardıcıl mübarizəyə I Şah Təhmasibin dövründə başladılar. 1540–1554-cü illərdə I Şah Təhmasib Gürcüstana dörd dəfə yürüş etmişdi.
Həsən bəy Rumlunun məlumatına görə, I Şah Təhmasibin Gürcüstana yürüşləri hicri tarixlə 947,[266] 953,[267] 958[268] və 961[269] (1540–1541, 1546–1547, 1551 və 1554)-ci illərə təsadüf edir.
1555-ci ilin sülh müqaviləsinə görə, Qərbi Gürcüstan vilayətləri (İmeretiya , Menqreliya , Quriya) Osmanlı dövlətinin təsir dairəsinə, Şərqi Gürcüstan vilayətləri (Mesxiya, Kartliya , Kaxetiya) isə Səfəvilər dövlətinin hakimiyyəti altına düşürdü.[270]
Səfəvilərin Kartliyə yürüşləri sonralar da baş vermişdi. Qarabağ bəylərbəyi Şahverdi Sultan Ziyadoğlu üç dəfə — hicri 963 (1556), 964 (1557), 968 (1560–1561)- ci illərdə qoşunları ilə bura daxil olmuş və dağıntılar törətmişdi. Çar Luarsab onunla döyüşdə həlak olmuşdu. Simon isə qızılbaşların tərəfinə keçmiş qardaşı Davidin (Davud bəyin) təhriki ilə hicri 976 (1568–1569)-cı ildə Şamxal bəy Çərkəz tərəfindən ələ keçirilmiş və şahın gösrərişi ilə Ələmut qalasına salınmışdı.[271]
Çıldır vuruşması Gürcüstanın qapılarını osmanlıların üzünə açdı. Osmanlı basqınının təhlükəsi artdığı bir zamanda gürcü feodal hökmdarları arasında didişmə və nifaq hökm sürürdü.[272] Onlardan bəziləri Səfəvilərin, bəziləri isə Osmanlıların tərəfini saxlayırdılar. Səfəvilərin məğlubiyyəti onların Gürcüstandakı nüfuzuna güclü zərbə vurdu və bəzi gürcü hökmdarlarını öz mülklərini saxlamaq üçün Osmanlı tabeliyinə keçməyə razı olmağa məcbur etdi.
Çıldırdan sonra Mesxi vəliəhdi Mənüçöhr və onun qardaşı Kvarkvare Osmanlılar tərəfinə keçməyə birinci olaraq razılıq verdilər. Onların irsi mülkləri öz əllərində saxlandı. Mustafa paşa Şirvana yürüş[273] edərkən və geri qayıdarkən Mənüçöhr ona bələdçi oldu.[274][275]
Mustafa Lələ paşa Axaltsıxı tutduqdan sonra Kaxetiyaya doğru hərəkət etdi. O, "Rum xondkarına(Sultan) tabe olmaq və itaət göstərmək" çağırışı ilə Kartli çarı Simonun və və Kaxetiya çarı Aleksandrın yanına adam göndərdi. İsgəndər bəy Münşi göstərir: Onlar da bir-biri ilə düşmənçilik etdikləri üçün "Simon tabe olmaqdan imtina etdi və osmanlılara qarşı həmlələr edərək onlara bir sıra təsirli zərbələr endirdi. "[276]
Halbuki "hiyləgər və uzaqgörən adam" olan Aleksandr yaranmış şəraitdə Mustafa Lələ paşaya itaətini bildirməyi özü üçün sərfəli hesab etdi. Osmanlı qoşunları "keçilməzləyinə və əzəmətinə görə göylərlə bəhsləşən" Tiflis qalasını ələ keçirmək üçün hərəkət etdilər. Şəhət Davidin (Davud xanın) mülkündə yerləşirdi. I Şah Təhmasib Kartlini ona verərək, çarlığı onun qardaşı Simondan almışdı. Buna görə də David qardaşından kömək gözləməyərək Tiflisi tərk etdi. Avqustun 24-də Osmanlı ordusu sakinlərinin tərk etmiş olduğu Tiflisi, sonra isə həm də Qorini ələ keçirdi. İstalaçılar Tiflisdə Məhəmməd paşanın başçılığı altında altı min nəfərlik hərbi dəstə saxladılar. Zəgam və Geram hakimi də osmanlılara tabe oldu. Gürcüstan Osmanlı qoşunları tərəfindən işğal edildikdən sonra Şəki hakimi İsa xan[277] öz mülkünü tərk edərək Səfəvilərin sarayına getdi.[274][278][279]
Səfəvilərin yenidən qüvvətlənməsindən qorxan Gürcü kralı Aleksander, I Şah Abbasa hədiyyələr göndərdi və tabeliyini bildirdi. O, həmçinin şaha Osmanlılarla döyüşlərdə kömək söz vermişdi. Şərqi Gürcüstan yenidən Səfəvilərin əlinə keçdi. Bir qədər sonra tabesizlik göstərdiyi üçün şahın əmri ilə öldürüldü.[280]
I Şah Abbas Teymuraz kimi bəzi yerli hakimləri və ərazini tamamilə tabe etmək üçün 1613–1614-cü ildə yenidən Gürcüstana yürüş etdi. Teymurazı qaçmağa məcbur edən I Şah Abbas Kaxet bölgəsini ələ keçirdi və İsa xanı oraya hakim təyin etdi.[281]
II Şah Abbas dövründə şahın təsdiqlədiyi hakimi, yəni Rüstəm xana qarşı Teymurazın üsyanı baş verdi. II Şah Abbas Adəm sultanın başçılığı altında ora qüvvə göndərdi.[282] Gürcüstandakı üsyan yatırıldı və Səfəvi hakimiyyəti orada yenidən möhkəmləndi.
II Şah Abbas Azərbaycanın Cavanşir, Bayat və digər obalarından on beş min ailənin Gürcüstana köçürülməsinə göstəriş verdi. Onlar Gürcüstanda üç güclü qala tikməli və mühacirlər arasında bölüşdürülmüş ərazilərə əkinçilik etməklə bölgənin təhlükəsizliyinə kömək etməli idilər.[283]
1587-ci ildə Mürşüdqulu xan başda olmaqla qızılbaşların ustaclı və şamlı tayfalarından ibarət Xorasan qrupu Şah Məhəmməd Xudabəndənin 16 yaşlı oğlu Abbas Mirzəni Qəzvində şah elan etdilər. Bu vaxta qədər Qaradağ, Ərdəbil, Lənkəran istisna olmaqla, Azərbaycanın bütün vilayətləri Osmanlılar tərəfindən tutulmuşdu. Azərbaycan Səfəvilər dövləti tənəzzülə uğrayırdı.[284]
Şah Abbas hakimiyyətə gələndən sonra Səfəvilərin itirilmiş ərazisini geri qaytarmaq və sarsılmış qüdrətini bərpa etmək hərbi-inzibati islahat keçirdi.
Qızılbaşların tək başına silah gəzdirmək hüququ ləğv edildi, tayfa başçılığında irsilik ləğv edildi
Müxtəlif dərəcəli qoşun növləri yarandı.
1598-ci ildə paytaxt İsfahana köçürüldü. İsfahan həm də Böyük Səlcuq İmperiyasının da paytaxtı olmuşdu. Yeni paytaxta Qaradağ, Qəzvindən çoxlu Azərbaycan türkləri köçüb gəlirdilər. Burada onlar üçün və Şah Abbasın şərəfinə "Abbassabad" məhəlləsi salındı.
Şah Abbas odlu silahla təchiz edilmiş 44 min nəfərlik güclü nizami ordu yaratdı. Azərbaycan türklərindən ibarət qızılbaş süvari dəstələri y/ref>
Şah Abbasın Cənubi Qafqazdakı əməliyyatlarından narahat olan I Sultan Əhməd 1612-ci il sülhünü pozaraq 1616-cı ilin yazında qızılbaşlarla müharibəyə başladı . Osmanlı ordusu Təbrizə hücum etdi, İrəvanı da mühasirəyə aldı, lakin qışın sərt keçməsi, xəstəlik və ərzaq qıtlığı Osmanlı ordusunu geri çəkilməyə məcbur etdi.
1618-ci ildə osmanlılar Diyarbəkirdən Azərbaycana doğru irəlilədilər. Osmanlılar ilə birlikdə Krım xanı Canibəy Gəray xanın qoşunu da hərəkət edirdi. Sınıq körpü adlı yerdə həlledici döyüşdə Osmanlı qoşunu ağır zərbə alaraq geri çəkildi. Bu məğlubiyyətdən sonra 1618-ci ildə Osmanlılarla- Səfəvilər arasında Mərənd sülh müqaviləsi imzalandı.
Ölkə daxilində siyasi sabitlik bərpa edildi. Məhsuldar qüvvələr canlandı. Səfəvilər dövləti iqtisadi və hərbi-siyasi baxımdan möhkəmləndi.
O, Azərbaycan dövlətinin müstəqillik ənənələrini qoruyub saxlamaqla mərkəzi aparatı möhkəmləndirdi, İngiltərə, Fransa, İspaniya, Roma papası, Rusiya ilə diplomatik əlaqələr yaratmaq məqsədilə danışıqlara başlanıldı.
1593-cü ildən qızılbaşlara tabe olan Zəncan, Xalxal, Ərdəbil, Qaradağ, Qızılağac, Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında geniş ərazi Azərbaycan bəylərbəyliyində birləşdirirdi. Bəylərbəyliyin qoşunu 10 min nəfər idi və Azərbaycan qoşunu adlanırdı. Tarixçi Xandəmir yazır:
Şah Abbas Azərbaycanın bütövlüyünü, qızılbaşların himayəsindəki ərazidə onun vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrini sönməyə qoymadı.[286] |
On üç il müharibəsi 1722–1735-illərdə Səfəvilər ilə Hotaki, Rusiya, Osmanlı arasında baş verən müharibədir. Səfəvilər ilə Hotakilər arasındakı müharibə nəticəsində Səfəvilər Qəndəhar, Xorasan əyalətləri itirdi. 1722-ci ildə Hotakilər İsfahan yaxınlığında Gülnabad döyüşündə Səfəviləri məğlub etdilər. Tezliklə paytaxt İsfahanı da ələ keçirildi.[287] Bu vaxt Rusiya və Osmanlı Səfəvilərin kifayət qədər zəiflədiyini görürdü. Nəhayət 1722-ci ildə Rusiya, 1723-cü ildə Osmanlı Səfəvilərə qarşı müharibəyə başladı. Bununlada yüz minlələ insanın ölümünə səbəb olan On üç il müharibəsi başladı. Rusiya 1722–1723-cü illərdə apardığı hərbi əməliyyatlar nəticəsində Dərbənd, Bakı, Lənkəran, Rəşt[288] əsasən Xəzər dənizinin Səfəvilərin nəzarətində olan sahillər ələ keçirildi. 1723–1726-cı illərdə Osmanlıların apardığı hərbi əməliyyatlar nəticəsində Çuxursəəd (İrəvan),[289] Qarabağ, Təbriz, Həmədan bəylərbəylikləri ələ keçirdi. Səfəvilərin nəzarətində yalnız Mazandaranın bir qismi qalmışdı. Artıq Səfəvilərin tam çökdüyünü zənn edən həmin dövlətlər Səfəvilər dövlətinin ərazisini öz aralarında bölüşdürdülər. 1724-cü ildə Osmanlı ilə Rusiya arasında bağlanmış İstanbul müqaviləsi,[290] 1727-ci ildə Osmanlı ilə Hotakilər arasında imzalanmış Həmədan sülhü Səfəvilər imperiyasının bölüşdürülməsini rəsmiləşdirdi.
Bu hadisələr baş verən zaman Səfəvilərdə şah II Təhmasib hakimyyətdə idi. O bu vəziyyətdən çıxmaq üçün Fətəli xan Qacarı qorçubaşı təyin etdi. Fətəli xan Qacarın rəhbərliyi ilə keçirilən hərbi əməliyyatlar nəticəsində müəyyən ərazilər geri alındı. 1726-cı ildə digər qızılbaş sərkərdəsi Nadir xan Əfşar ordunun komandanlarından biri oldu. Onlar birgə çox uğurlu əməliyyatlar keçirdilər, amma 1726-cı ildə Fətəli xan Qacar ilə Nadr xan Əfşar arasında yaranan ixtilaf nəticəsində Fətəli xan Qacar öldürüldü. Həmin il Nadir xan şah II Təhmasib tərəfindən qorçubaşı təyin edildi.
1728–1729-cu illərdə Nadir xan Hotakiləri məğlub edərək İsfahanı, Kirmanı, Xorasanı geri aldı. 1729-cu ildə Damğan döyüşündə Hotakiləri məğlub etdikdən sonra bütün Xorasanı azad elədi. Hotaki dövlətini məğlub etdikdən sonra Nadir xan 1730-cu ildə Osmanlılara qarşı hərbi əməliyyatlara başladı. Həmin il Ərdəbil, Marağa, Təbriz və digər ərazilər geri alındı.[291] Amma Hotaki dövlətinin Herata hücum etdiyini eşidən Nadir xan Osmanlılara qarşı apardığı əməliyyatları təxirə salıb, Hotakilərə qarşı yürüş etdi. Öz nüfuzunu qaldırmaq istəyən şah II Təhmasib Nadir xanı gözləmədən Osmanlılara qarşı əməliyyata başladı, amma məğlub edildi və geri alınmş əraziləri itirdi.[291] 1732-ci ildə şah Osmanlı ilə Kirmanşah sülhünü bağladı.[292] Nadir xan Hotakilərə qarşı yürüşdən qayıdandan sonra şah II Təhmasibi hakimyyətdən saldı və Kirmanşah sülhünü tanımadı. Səfəvilərin əvvəliki qüdrətini bərpa etdiyini görən Rusiya 1732-ci ildə Rəşt sülhü ilə Kür çayından cənubda olan əraziləri Səfəvilərə geri qaytardı.[293] Nadir xanın 1733–1735-ci illərdə apardığı əməliyyatlar nəticəsində Bağdad döyüşündə,[294] 1735-ci Üçmüədzin döyüşlərində Osmanlı məğlub edildi[295] və 1723-cü ildən Osmanlı tərəfindən işğal edilmiş ərazilər geri alındı. Nəhayət 1735-ci ildə Gəncə sülhü Rusiya tərəfindən, Osmanlı ilədə sülh nəticəsində 1722-ci ildən işğal edilmiş bütün torpaqlar Səfəvilərə geri qaytarıldı.[294]
Səfəvilər XVII əsrdə ənənəvi düşmənləri Osmanlılar və Şeybanilər ilə döyüşünü davam etdirərkən, iki yeni qonşu ilə də rəqabətə girişmək məcburiyyətində qaldı. Moskva Knyazlığı Altınorda Xanlığının davamı olan Astraxan, Qazan, Sibir Küçüm və Noqay Xanlıqlarını aradan qaldırmış, nüfuzunu Qafqaz və Orta Asiyaya qədər yaymışdı. Babür Dövləti isə Qəndəhar və Heratı işğal edərək daha əvvəl Azərbaycan idarəsindəki Əfqanıstana sızmağa başlamışdı. Bütün bunlardan başqa 17-ci əsr boyunca Şərq — Qərb arasındakı ticarət yolu dəyişmiş, Avropalıların kəşfləri və Osmanlıların dənizdə həddindən artıq səfərləri nəticəsində Azərbaycandan uzaqlaşmışdı. I Şah Abbasın ordusunu ödənişli qulam (yığma) sisteminə çevirməsi qısa vəd edə işə yaradısa da, sonrakı əsrdə əyalətlər üzərindəki təzyiq və ağır vergilərlə birlikdə ölkənin sosyal — iqtisadi gücünün zəifləməsinə gətirib çıxardı. Şeyx Əli Həzin yazır:
"Vecsiz şah (Şah Sultan Hüseyn) və şahzadələr, habelə ordu istirahətdən (əyləncədən) başqa heç nə axtarmırdı. Və yüz ilə yaxın müddət ərzində (əsgərlər)öz qılınclarını qınlarından çıxarmamışdılar..."[296] |
Ölkə tez-tez, mərkəzdən uzaq sərhəd boylarında basqınlara uğramağa başladı. 1698-ci ilfə Kirman əyaləti Beluclar tərəfindən, 1717-ci ildə Xorasan əfqanlar tərəfindən və Mesopotamiya Ərəb bədəviləri tərəfindən zəbt və qarətlərə uğradı. Səfəvi dövlətinin zəifləməsindən itifadə edən əfqanlar fəallaşmağa başladılar. Gilzayi Mir Üveys Hotaki, Qandəharın Səfəvi hakimi Gürgən xana qarşı qiyam qaldırdı və üzərinə göndərilən Səfəvi ordusunu məğlub etdi. 1722-ci ildə Mir Üveysin oğlu Mir Mahmud Səfəvilərin paytaxtı İsfahanı ələ keçirərərək özünü İran şahı elan etdi.[297]
Əfqanlar, on ildən çox bir müddətdə zəbt etdikləri Azərbaycan torpaqlarından çıxarılamadılar. I Şah Abbas tərəfindən Azərbaycandan Xorasana köçürülən Əfşar Türkmanlarının bəyi və Səfəvilərin ən təsirli komandiri Nadir Xan (sonrakı Nadir Şah) nəhayət 1729-cu ildə Damğan döyüşündə əfqanları məğlubiyyətə uğratdı və Azərbaycandan çıxardı, lakin əfqanlar hələ də Səfəvi torpaqlarına daxil olub talanlar törədirdilər. Bu səbəbdən 1738-ci ildə Nadir Şah başda Qəndəhər olmaq üzrə təkrar Şərq İranı fəth etdi. Qəndəharın ələ keçirilməsi ilə əfqanlar tamamilə məğlubiyyətə uğradıldılar. Nadir həmin ildə Qəznə, Kabul və Lahoru fəth etdi.[298][299]
Nadir şah 1732-ci ildə II Şah Təhmasibi (1722–1732) taxtsan salaraq onun oğlu III Şah Abbası hakimiyyətə gətirdi. Nəhayət 1736-cı ildə, onsuz da əlində olan iqtidar çəryini istifadə edərək özünü Azərbaycan və İranın şahı elan etdi. Bununla da 1736-cı ildə Səfəvi xanədanı süquta uğramışdır.[300]
1747-ci ildə Nadir Şahın sui-qəsd nəticəsində öldürülməsi[301] ilə Səfəvilər yenidən şahlığı ələ keçirdilər. Əslində isə dövləti III Şah İsmayılın adından Kərim xan Zənd idarə edirdi.[302] Lakin Zənd xanədanının da ömrü uzun sürmədi. 1794-cü ildə Qacarlar tərəfindən Zəndlər sülaləsinin hakimiyyətinə son qoyuldu.[303]
Nadir şah Əfşar 1747-ci ildə Fəthabadda öz çadırında sui-qəsd nəticəsində öldürülməzdən əvvəl yalançı şahzadələr Nadirə qarşı üsyan qaldırmışdır. Bu şəxslər I, II və III Sam Mirzələr idi. Nadir I Sam Mirzəni məğlub etmiş, II Sam Mirzənin üsyanını yatıraraq onun Kartliyə (Gürcüstan) qaçışına nail olmuşdur. Bildiyimiz kimi, 1736-cı ildə Nadir Qazax-Borçalını Qarabağ ərazisindən alaraq Kartli çarı II İrakliyə peşkəş kimi vemişdi. Bu kimi etdiklərinə görə, II İrakli II Sam Mirzəni Nadirə təhvil vermişdir. Nadirin Sam Mirzələrdən ehtiyat etməsinin səbəblərindən biri də bu dələduzların özünü Səfəvi şahzadələri kimi qələmə verərək, əhalini başına yığması idi.
Səfəvi dövlətinin süqutu 1736-cı ildə baş versə də, bəzi alimlər hesab edir ki, 1786–1796-cı illərdir. Göstərilən mənbələrə əsasən, Nadir 1742–1746-cı illərdə Osmanlıya müharibə elan edərkən, Raziyyə sultan adlı bir xanım (bu şəxs özü Səfəvi nəslindəndir) ona kömək etmişdir. Raziyyə sultan həm də Nadir şahın həyat yoldaşı olub.
Daha sonraki tarix xronologiyalarına nəzər salsaq, 1747–1749-cu illərdə dövlətə yenidən "Səfəvi" adı verilmişdir və müvəqqəti olaraq Nadirin həyat yoldaşı Raziyyəyə tapşırılmışdı. 1749-cu ildə Süleyman Mirzə Seyid Məhəmməd oğlu Səfəvi özünə II Süleyman adı ilə şah elan etmişdi. 1750-ci ilin martında Hakimiyyətdən endirilən Süleymanın yerinə taxta İsmayıl Mirzə Seyid Murtuza oğlu Səfəvi III İsmayıl adından yerləşdirilmişdir, lakin o, hüquqi şah idi. Dövləti Kərim xan Zənd və Raziyyə sultan idarə edirdi. Bu da Zəndlərin real hakimiyyəti idi. III İsmayılın 1773-cü ildəki vəfatından sonra Raziyyə sultan hakimiyyətə gəlsə də, o, 1776-cı ildə Kərbəlada öldü. 1796-cı ildə Ağa Məhəmməd Şah Qacar "Sonuncu Səfəvi xanı" olan II Mirzə Məhəmmədi taxtdan saldı və qacarlar hakimiyyətə gəldi.
Səfəvilər dövlətində mərkəzləşdirilmiş nizami ordu yox idi. Ordu müharibə zamanı əyalət hakimlərinin, bəylərbəyilərin ayrı-ayrı, qeyri-nizami feodal dəstələrindən (qoşun) təşkil edilirdi. Bu, demək olar ki, qoşunları özləri gətirən və döyüşə aparan Azərbaycan tayfaları əmirlərinin süvari dəstələrindən ibarət olurdu. Həmin yığma qoşunların döyüşçüləri (mülaziman, nukəran) tayfa başçıları tərəfindən saxlanır və təchiz olunurdular. Hər tayfanın döyüşçüləri sədaqətli qohumluq əlaqələri əsasında birləşdiklərinə görə, rəhbər şəxs kimi özlərinin əmirinə tabe olurdular. Buna görə də hətta döyüşlər zamanı da əmirlər xeyli dərəcədə müstəqil hərəkət edir, öz fəaliyyətlərini hər hansı bir ümumi taktiki planla uyğunlaşdırmırdılar. Şah ordunun komandanı hesab olunurdu. Şah yürüşdə iştirak etmədiyi hallarda, orduya Azərbaycan tayfalarının adlı-sanlı əmirlərindən biri başçılıq edirdi.
I Şah İsmayılın hərbi qüvvələri Ağqoyunlu qoşunlarında mövcud olmuş tayfa prinsipləri üzrə qurulmuşdu. Müharibə zamanı Səfəvilərin düşmənə qarşı çıxardığı ordusunun sayı haqqında dəqiq məlumat əldə edilməmişdir. Ehtimal etmək olar ki, feodal hakimlərin müharibədə iştirakı dərəcəsindən asılı olaraq daim dəyişmişdir. Bunu hətta sayca az olan mənbələr də təsdiq edir. Bu barədə ən qiymətli məlumatları Minadoi verir. O, müxtəlif vilayətlərin döyüşə çıxardığı feodal yığma qoşunlarının sayını göstərir:
İsfahan və onun əyaləti – 8 min nəfər,
Kaşan – 4 min,
Savə – 1 min,
Sultaniyyə – 1 min,
Qəzvin – 12 min,
Ərdəbil – 1 min,
Şiraz – 8 min,
Təbriz – 4 min,
Qum – 2 min,
Gəncə və Gürcüstanın bir hissəsi 4 min nəfər atlı verirdi.[304] Minadoi yazır: "Səfəvilər döyüşə 60 minə qədər süvari çıxara bilirdilər." O, həm də yazır ki, əgər bütün əyalətlərin hakimləri birlikdə çıxış etsəydilər, o zaman Səfəvilər döyüşə sayı 130–140 min nəfərə çatan qoşun çıxara bilərdilər.[305]
Ümumiyyətlə, həmin məlumatlar Səfəvi mənbələrinin o dövrə aid sənədləri ilə səsləşir. Bu mənada, Xorasana düşmənin növbəti basqınını dəf etmək üçün I Şah Təhmasibin çağırışı ilə əlaqədar olaraq hicri 936 (1530)-cı ildə orduya baxışda iştirak etmiş Qazi Əhmədin qoşun hissələrinin tərkibi, növləri və sayı haqqında müfəssəl məlumatı mühüm əhəmiyyətə malikdir. Salnaməçinin məlumatına görə, həmin rəsmi keçiddə iştirak etmiş qoşunların sayı 120 min nəfər olmuşdu[306] .Qazi Əhməd yazır: "Qızılbaş tayfalarından və nəsillərindən 200 min adam var idi"[307] Beləliklə, ehtimal etmək olar ki, hərbi əməliyyatlar dövründə Azərbaycan qoşun hissələrinin sayı həqiqətən 120–150 min nəfər arasında olmuşdur.
Feodal yığma qoşunlarından (çərik, qoşun) əlavə, sayı 4500 nəfərə çatan qorçuların qvardiya dəstəsi şahın yanında əlahiddə xidmətdə olurdu.[308]
Qorçuların sayı 6 min nəfər idi. Şahın yanında həmçinin, yasavulbaşının başçılıq etdiyi, eyni vəzifələri yerinə yetirən 700 nəfərlik yasavul dəstəsi də xidmət edirdi.[309]
Yay, nizə, qılınc, xəncər, döyüş baltaları və qalxanla silahlanmış qorçular(qorçilər) tayfa süvari qoşununu təşkil edirdilər. Şeyx Heydərin tətbiq etdiyi qızılbaş tacı həmin cəsur döyüşçülərin özünəməxsus baş geyimini təşkil edirdi. Yürüşlər zamanı onlar yanaqları boyunca zirehdən qoruyucuları olan dəbilqələr taxırdılar. Uzun bığ saxlamaları qorçiləri fərqləndirən xüsusiyyət idi.
İsgəndər bəy Münşi yazır: “Qorçilərin cəsurluğu və qorxmazlığı haqqında belə danışırlar ki, istənilən döyüşdə onların yüz nəfəri məiyyətin başqa üzvlərinin mininə bərabər idilər”. |
Qoşunların lazım olan vaxtda və təyin edilimiş yerdə cəmləşdirilməsi asan iş deyildi. Yalnız yığma qoşunlar deyil, habelə qorçilərin qvardiya dəstəsi də yenə həmin qızılbaş tayfa əyanlarının gənclərindən ibarət olurdu. Ordu əsasən süvari hissələrindən ibarət olduğundan, piyadanın rolu əhəmiyyətsiz idi. Qoşun özünün böyük mütəhərrikliyi, manevr qabiliyyəti ilə fərqlənirdi.
Ordunun silahlanmasına gəldikdə isə Qalxan, qılınc, odlu silahlar (muşketlər) var idi. Odlu silahların lülələrinin uzunluğu 6 qarış (qarış 9 düymədir) idi və onlar çəkisi 3 unsidən (unsi – 28 qramdır) bir qədər az olan qumbaralar atırdılar. Venetsiyalı yazır:
“Onları elə asanlıqla idarə edirlər ki,bu,nə yay tutmağa,nə də əgər şərait tələb edərsə, yəhərlərinə bərkitdikləri qılıncdan yapışmağa mane olmur.Odlu silahı arxada gizlədirlər, belə ki, bir silah o birisindən istifadə edilməsinə mane olmur” |
O, Səfəvilərdə hazırlanan silahların yaxşı keyfiyyətdə olduğunu göstərir və qeyd edir ki, "onlarda silah hər hansı başqa xalqda olduğundan üstündür və yaxşı düzəldilmişdir"[311]
Qızılbaşların top və tüfənfdən istifadə etməsinə dair mənbələrin ən ilkin məlumatının Səfəvilərin 1552-ci ildə Ərciş qalasını mühasirəyə almasına aid olduğunu göstərir.[312][313] I Şah İsmayılın müasiri İbrahim Əmini 1500-cü ildə Bakını mühasirəyə almış qızılbaşların yalnız tüfəngdən deyil, həm də top atəşindən istifadə etdiklərini göstərirlər.[314] Bu da məlumdur ki, I Şah Təhmasibin 1538-ci il Şirvana yürüşü zamanı qızılbaş qoşunu Buğurd qalasına qarşı toplardan istifadə etmişdir. Bütün faktlar onu göstərir ki, Səfəvilərin əzəldən odlu silahı olmuşdur.[315] Lakin çox güman etmək olar ki, belə silah onlarda sayca az idi, avropalılar vasitəsilə təsadüfən onların əlinə gəlib düşürdü. Səfəvilər özləri hələ odlu silah istehsal etmirdilər. Şah Abbas hakimiyyətə gəldikdən sonra orduda köklü islahatlar aparmışdır. O ordunu 4 yerə ayırdı.
Səfəvilər dövləti tipik feodal monarxiyası idi. Dövlətin başında duran Səfəvi şahları dünyəvi hökmdarlar kimi nəinki qeyri-məhdud hakimiyyətdən istifadə edir, həm də öz simalarında Ərdəbil dərviş təriqətinin irsi başçıları kimi ali ruhani hakimiyyəti təmsil edirdilər.[316]
Səfəvi hökmdarları digər Şərq müstəbidləri kimi dövlət məsələlərini təkbaşına həll edirdilər. Onların yanında məşvərətçi hüququna malik olan ali məclis (məclisi-əla) olurdu. Məclisi-Əla I Şah Təhmasibin dövründə, məclis dövlət işlərində böyük təcrübəsi olan adamlardan" – 12 nəfər üzvdən (yəni sultanlardan) ibarət idi.[317]
Səfəvilər dövləti inzibati cəhətdən vilayətlərə əyalətlərə(bəylərbəyliklərə) bölünmüşdü. Bu əyalətlərin başında "bəylərbəyi"lər dururdu. Bəylərbəyilərin idarə etdikləri vilayətlərin sayı on üç idi:
Qüdrətli qızılbaş əyanları bəylərbəyi, əmir əl-üməra və hakim sifətilə vilayətləri irsi olaraq idarə edirdilər. Məsələn, Qarabağ və Astrabadı qacar tayfasından olan iki nəslin əmirləri idarə edirdi; Şirvan – ustaclı tayfası, Cənubi Azərbaycan– təkəli və türkman tayfaları; Çuxursəəd – ustaclı tayfası;Fars – zülqədər tayfası; Kirman — əfşar tayfası; Herat – şamlı tayfası və b. tərəfindən idarə olunurdu.[328]
Bəylərbəyliyilərin tabeliyində özlərinin sarayları, vəzirləri,[329] qorçubaşıları[330] və sədrləri[331] var idi.
XVI əsrin ikinci- XVII əsrin birinci yarısında Azərbaycanın bir sıra şəhərlərində geniş məktəb və mədrəsə şəbəkəsi var idi. Məktəb və mədrəsələrdə həm şəriət, həm də riyaziyyat, məntiq, fəlsəfə kimi fənlər tədris olunurdu. XVI əsrdə Təbrizdə böyük bir kitabxana açılmışdı. I Şah İsmayıl Marağa rəsədxanasını bərpa etmək üçün məşhur riyaziyyatçı və astronom Qiyasəddini Marağaya göndərmiş və bərpa işlərinə başlanmışdı.[332]
XVI əsr XVII əsrin birinci yarısında Azərbaycanda tarix və fəlsəfə elmləri inkişaf etməkdə idi. Öz dövrünün böyük şairi Füzuli təkcə böyük şair deyildi, həmçinin fəlsəfəyə, astronomiyaya və başqa elmlərə dair əsərlər yaratmışdı.
Humanist və mütərəqqi ideyalar carçısı Füzulinin dünyagörüşü , fəlsəfi fikirləri "Mətlə-ül-etiqad (Etiqadın mənşəyi)" əsərində öz əksini tapmışdır. Bu əsərdə Hindistan, İran, Ərəb İraqı və Azərbaycanın qədim fəlsəfəsinin təhlili ilə bərabər, antik fəlsəfə haqqında da məlumat vardır.
Filosof Həqiri kainat və dinə öz münasibətini aydın bildirərək yazırdı ki, məhəbbət, təbiət, insan və dinlər üzərində hakimdir.
Rəhməti XVI əsrin ortalarında Təbrizdə doğulmuşdur. XVII əsrin əvvəllərində Hindistana səfər etmiş və 1616-cı ildə Aqra şəhərində olmuşdur. Rəhmətinin yeganə poetik "Divanı" gəlib bizə çatmışdır. Rəhməti də öz sələfləri kimi sufilik baxışlarını poetik tərzdə şərh edir, lakin hakim ideologiyaya loyal münasibətilə fərqlənirdi.
Bu dövrün məşhur tarixçisi, I Şah Təhmasibin sarayında qulluq edən və onun yürüşlərinin iştirakçısı Həsən bəy Rumlu idi. O, 12 cildlik "Əhsən Ət-Təvarix (Tarixlərin ən yaxşısı)" əsərini yazmışdır. Bu əsərdən ancaq XI–XII cildlər bizə gəlib çatmışdır ki, bunlar XV–XVI əsrlər Azərbaycanın və qonşu ölkələrin tarixinə həsr olunmuşdur.[333]
Görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münşi gəncliyində Şah Məhəmməd Xudabəndənin sarayında divan katiblərindən biri olmuşdur. Sonralar I Şah Abbasın tarixçisi olmuş, "Tarix-i-aləm arayi Abbasi (Dünyanı bəzəyən Abbasın tarixi)" əsərini yazmış, əsərdə dövrün siyasi, ictimai-iqtisadi və mədəni həyatı barədə məlumat vermişdir.[334]
Azərbaycanda əhalinin müəyyən hissəsi şəhərlərdə yaşayır və sənətkarlıqla məşğul olurdu. XVI əsrin ikinci yarısı- XVII əsrin birinci yarısında Təbriz ustalarının toxunduqları gözəl xalçalar və bəzəkli parçalar indi də dünyanın bir çox muzeylərinin bəzəyi hesab olunur.[335]
1565-ci ildə I Şah Təhmasib vilayətlərin hər birindən alınan təqribən 80 min tümənlik tamğa vergisini ləğv etdi. Bu, sənətkarlığın və ticarətin inkişafına müsbət təsir göstərdi.
Bu Təbriz, Gəncə, Ərəş, Ərdəbil, Culfa, Bərdə, Naxçıvan, Marağa, Dərbənd iqtisadi və siyasi-inzibati mərkəz idilər. Təbriz ən böyük şəhər hesab olunurdu. Səyyahlar qeyd edirlər ki, o zaman burada 300 min əhali var idi.
Şamaxı Şirvanın iqtisadi və siyasi mərkəzi idi. XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarətinin, demək olar ki, hamısı Şamaxı və Ərəşdə mərkəzləşmişdi. Antoni Cenkinson Şamaxını gözəl şahlıq şəhəri adlandırırdı. Şamaxıda 25 min nəfərə qədər əhali yaşayırdı.[336]
Bakıdan bir sıra ölkələrə dəniz yolu ilə müxtəlif mallar və neft göndərilirdi. O zaman Bakıya gələn səyyahlar qeyd edirdilər ki, şəhərin ətrafında 500-ə qədər neft quyusu var.
Bəhs edilən dövrdə Ərdəbil yenidən dirçəldi. Səfəvilər şəhərin azadlığına ciddi əhəmiyyət verirdilər. Burada tikilmiş Şeyx Səfi məqbərəsinə ölkənin hər yerindən ibadətə gəlirdilər. Misilsiz sənət incisi I Şah Təhmasibin 1536-cı ildə toxutdurduğu Şeyx Səfi xalçası hazırda Londonun Viktoriya və Albert muzeyində saxlanılır.
XVI əsrdə ingilis səyyahları Ərəşi Cənubi Qafqazda ipəkçiliyin mərkəzlərindən biri kimi təsvir edirdilər. Antoni Cenkinsonun məlumatına görə, Ərəş bazarında müxtəlif çeşidli 100 funt ipək almaq olardı. XVI əsrdə Venesiya taciri və səyyahı Mindoi yazırdı ki, Ərəşdə əla növ ağ ipək istehsal olunur.[337]
XVI əsrin ikinci və XVII əsrin birinci yarısında Culfa beynalxalq ipək ticarəti yolunun üzərində yerləşirdi. Culfa tacirləri ipəyi istehsal olunduğu yerlərdən — Şamaxıdan, Ərəşdən və Gilandan alır, Venesiyada, Amsterdamda, Marseldə, habelə Suriya, Osmanlı, Hindistan şəhərlərində satırdılar. 1581-ci ildə Culfada 3000 ev vardı, 1520 min əhali yaşayırdı.[338]
XVI əsrin ikinci yarısı- XVII əsrin birinci yarısında Ordubad, Naxçıvan, Əylis kimi şəhərlərin mühüm ticarət əhəmiyyəti vardı. Gəncə Qarabağ bəylərbəyliyinin mərkəzi idi. Don Juan adı ilə Avropada yaşayan tarixi-coğrafi əsərlər müəllifi Oruc bəy Bayat burada 50 min ailənin (yəni 225 min nəfər) yaşadığını qeyd etmişdi.[339]
I Şah İsmayılın sarayında şairlər şahı Həbibi başda olmaqla Süruri, Matəmi, Tüfeyli, Qasimidən ibarət ədəbi məclis var idi. Şah İsmayıl Xətai həm də şair olmuşdur. Onun ədəbi irsi Azərbaycan türkcəsində yazılmış Divandan, mənzumələrdən, lirik qoşmalardan,Nəsihətnamə adlı məsnəvidən Dəhnamə poemasından ibarətdir.[340]
XVI əsr Azərbaycan ədəbiyyatının ən nümayəndəsi şair və mütəfəkkir Məhəmməd Füzuli idi. O, Şərqdə mühüm elm və mədəniyyət mərkəzlərindən biri olan Bağdadda böyümüş və yaşamışdır. Füzulinin ulu babaları Əmir Teymurun yürüşləri zamanı Azərbaycandan İraqa köçürülənlər olmuşlar. Klassik şərq ədəbiyyatına yaxşı bələd olan Füzuli ömrünün 40 ildən çoxunu bədii və elmi yaradıcılığa həsr etmişdi.
Tarix bizə Azərbaycan estetik ideyalarının nümayəndəsi Sadiq bəy Əfşarın adını saxlamışdır. O, Azərbaycanın məşhur naturalist rəssamı və təzkirəçisi olmuşdur.[341]
Aşıq poeziyası yaxşı inkişaf edərək məhəbbət motivi ilə yanaşı, xalqın həyat və məişətini əks etdirirdi. Xalq şeirinin ən nümayəndəsi Aşıq Dirili Qurbani idi. Şair şifahi xalq yaradıcılığının yeni forması olan dastanlar yaradırdı.[342]
Azərbaycanda kitabxanaçılıq işi də inkişaf etmişdi. I Şah İsmayıl 1522-ci ildə Kəmaləddin Behzadı Təbrizdəki saray kitabxanasına rəis təyin etmişdi. Burada elmin inkişafına dair xeyli kitab toplanmışdı. Səfəvilər dövrünün tarixçisi Qazi Əhməd Mir Münşi kitab saxlanılan bu yeri "Çiçəklənən kitab evi adlandırırdı"
XVI əsrin əvvəllərində Təbriz miniatür ustaları böyük şöhrət qazanmışdılar. Bunlardan ən məşhuru Sultan Məhəmməd idi. Onun miniatürləri Sankt-Peterburq, London, Leypsiq, Venesiya muzeylərində mühafizə olunur.[343]
XVI–XVII , əsrin əvvəllərində Azərbaycanda xeyli binalar, karvansaralar, hamamlar, ovdanlar, körpülər, məqbərələr, məscidlər tikilmişdi. Bunlardan 1544-cü Qusar rayonunun Həzrə kəndində tikilən Şeyx Cüneyd məqbərəsini, Naxçıvanda Əlincəçay üzərində tikilmiş körpünü Bakının Şərq darvazalarını, Ərdəbil və Təbrizdə bir sıra abidələri göstərmək olar.[344]
XVI əsrdə Azərbaycandakı ticarətdə əsas əmtəə ipək olmuşdur. Bundan başqa Azərbaycan ərazisi ticarət yollarının keçdiyi əsas yer idi. Şamaxı, Ərəş və Təbrizdə istehsal edilən xam ipək, ipək məmulatı Azərbaycandan Moskvaya ixrac edilən əsas əmtəə idi. Bundan başqa Moskvaya Azərbaycandan neft də ixrac edilirdi. Rus tacirləri Azərbaycandan nefti və ipəyi ucuz qiymətə alaraq Avropaya baha qiymətə satırdılar. Rus dövləti ərazisindən Azərbaycana xəz və dəri məmulatları, yaraq-əsləhə, habelə digər metal məhsulları (baltalar, bıçaqlar və s.) gətirilirdi. Avropada istehsal edilən mahud, qara zəy, şüşə, kağız məmulatları isə Rus dövləti ərazisi vasitəsilə Azərbaycana idxal olunurdu.
I Şah İsmayılın dövründə orta çəkisi 9,37 qram olan gümüş sikkələr əsas pul vahidi kimi işlənilirdi. I Şah İsmayılın pul sistemi o dövrün çəki vahidi olan misqala (4,66 qram) əsaslanırdı. Səfəvilər zamanı tədavülə buraxılan qızıl sikkələr dirhəm, gümüş sikkələr təkkə və si adlanırdı. Şahi sikkələri I Şah İsmayılın, Şirvanda zərb edilən Qazibəyi adlı sikkələr isə II İbrahim Şeyxşahın adı ilə bağlıdır. I Şah İsmayıl tərəfindən zərb edilən sikkələrin üzərində "Allahdan başqa tanrı yoxdur", "Məhəmməd Allahın rəsuludur. Əli Allahın dostudur" kəlamları zərb olunurdu. Sikkələrin diski ətrafına 12 şiə imamının adları həkk olunurdu, əks tərəfində isə I Şah İsmayılın adı və sikkənin zərb edildiyi ünvan yazılırdı.
I Şah Abbasa qədər pul vahidinin çəkisi 1 misqal (4,66 qram) olub. Şah Məhəmməd Xudabəndə zamanı ölkənin əsas pul vahidi 100 dinara uyğun idi. XVI əsrin sonlarında pul dövriyyəsi heç də qənaətbəxş deyildi. Qızıl sikkələr məhdudlaşdırılmışdı. I Şah Təhmasibin zamanında yeni pul islahatı həyata keçirildi. 20 və 200 dinar dövriyyədən çıxarıldı, 100 və 1000 dinar dəyərində gümüş və qızıl sikkələr zərb olunmağa başladı.
XVII əsrdə Səfəvilərdə əsas pul vahidi dinar idi. I Abbas isə dövriyyəyə buraxdığı pulu abbası adlandırdı. Onun çəkisi iki misqal təmiz qızıl, qiyməti 200 dinar idi. Onun tərkibində həmçinin mis də vardı. Səfəvilərdə həmin dövrdə aşağıdakı sikkələr dövriyyədə idi:
1685-ci ilin noyabr ayında tədavüldə olan bütün Səfəvi pulları öz dəyərini itirmiş və onların dövriyyəsi dayandırılmışdı. Dövriyyəyə saxta və dəyərsiz pullar buraxdığına görə pulkəsmə işinə məsul olan şəxsin gözləri şahın əmri ilə çıxarılmışdı. Səfəvilərin XVII əsrin ikinci yarısında zəifləməsinin əsas səbəblərindən biri də ölkədəki pul böhranı idi.[345]
XVI–XVII əsrlərdə Azərbaycan kəndlisi aşağıdakı vergiləri və mükəlləfiyyətləri ödəyirdi: torpaq və gəlir vergisini – malcəhət, bəhrə, xərac — natura ilə ümumi məhsulun 1/5, 1/3 hissəsini təşkil edirdi. Bu vergi sahibkar ilə dövlət arasında bölünürdü. Birinciyə 1/10, ikinciyə 2/10 hissə çatırdı.
XVII əsrdə vergi və mükəlləfiyyətlərin sayı 35-ə çatmışdı. Onların arasında natural səciyyə daşıyanlar üstünlük təşkil edirdi. Ölkədə əmtəə-pul münasibətləri inkişaf edirdi. Dövlətin xəzinəsinin boşalması ilə əlaqədar olaraq vergilərin məbləği kəskin surətdə azalırdı. 1699–1702-ci illərdə əhalinin ikinci siyahıya alınması keçirildi. Bu siyahıyaalınma zamanı vergilər 10 dəfə artırıldı.[348]
XVIII əsrin I yarısında vergi və mükəlləfiyyətlərin ağırlığı əsasən rəiyyət və elatların boynuna düşürdü. Vergilər dövlət xəzinəsini dolduran yeganə xəzinə idi. Vergi verməkdən boyun qaçırmasınlar deyə, şah hökuməti 10 yaşına çatmış (bəzi mənbələrdə 15 yaşına[345]) bütün kişi cinsindən olanları siyahıya alırdı.[349]
1739–1740-cı illərdə Nadir şah Hindistana səfərdən qayıdanda mövcud vəziyyətdən çıxmaq, öz nüfuzunu artırmaq üçün əhalini üç il vergilərdən azad etmişdi, lakin sonradan 100 minlik ordusunu saxlamaq üçün bağışladığı vergini zorla xalqdan yığır. Vəziyyəti ağırlaşan xalq üsyanlara qalxırdı. Bundan başqa Səfəvilərdə geniş yayılan vəqf torpaqları da Nadirin zamanında müsadirə olunaraq dövlətin ixtiyarına keçdi.[345]
Səfəvilər dövlətində müsəlman hüququ ictimai münasibətləri, o cümlədən torpaq münasibətlərini tənzimləyən əsas mənbə idi. Hüququn digər mənbəyi kimi şah fərmanları ilə yanaşı, I Şah Təhmasibin "Dəstur-əl-əməl şah Təhmasib", I Şah Abbasın islahatları, I Şah Hüseynin vergi siyasəti böyük rol oynamışdır, Səfəvilər dövründə hakim feodal sinfi beş qrupdan ibarət idi:
Feodal iyerarxiyasının ən yuxarı pilləsini təşkil edən Səfəvi şahları ən iri torpaq mülkiyyətçiləri idilər. Şah və onun sülaləsinin üzvləri ən məhsuldar və gəlirli torpaqların sahibləri olmaqla, Səfəvilərin əski zamanlardan Ərdəbildə və onun ətrafındakı iri torpaq mülklərinə malik olmuşdular. Əkinçilik və ticarətlə məşğul olan Səfəvi sülaləsi qədim[350] oturaq feodal əyanlarına mənsub idilər.
Səfəvilər dövlətində o dövrə qədər formalaşmış torpaq mülkiyyəti kiçik dəyişikliklərlə olduğu kimi qalmaqalda idi:
İlk Səfəvi şahları irsi soyurqal torpaq sahibliyini getdikcə məhdudlaşdırılmasına çalışır və feodal torpaq mülkiyyətinin yeni forması olan — tiyul şəklində torpaq paylayırdılar. Tiyul torpaq mülkiyyəti formasına aid xüsusiyyətlər bunlar idi: irsi torpaq sahibliyinin şərti forması idi, tiyul sahibi tiyuldar adlanırdı və o dövlətə xidmət etməyə borclu idi, bu torpaqlardan toplanan məhsulun 1/5-dən 1/10-na qədəri xəzinəyə verilirdi, tiyuldar ona verilən torpaqdan gələn gəlirin müəyyən hissəsini özünə götürmək hüququna malik idi, tiyul yalnız şahın icazəsi ilə irsi olaraq keçə bilərdi.[352]
Torpaq sahibliyi və mülkiyyət əsasında formalaşmış mülk (mülk hüququ), daşınmaz əmlaklar üzərində, məsələn, bağlar, üzümlüklər, həyətyanı sahələr, dəyirmanlar, suvarma kanalları və s. üzərində sahibliyi bildirirdi. Bu mülkiyyət sahibləri mülkdən istifadəyə görə dövlət xidmətində olmağa məcbur edilə bilməzdilər.[353]
Kənd icmasının-camaatın istifadə etdiyi torpaq camaat torpağı adlanırdı. İcmanın başçısı ağsaqqal hesab olunurdu.
O, vergiləri bölüşdürür, toplayır, əvəzində məhsulun müəyyən hissəsini alırdı. İcmada əkinçiliklə yanaşı, sənətkarlıq da müəyyən yer tuturdu. XVI əsrdə natural təsərrüfatın hökm sürdüyü şəraitdə icma kəndlilərin ehtiyaclarını pulsuz ödəmək üçün sənətkarları icma kollektivi hesabına saxlayırdı. İcma kənd təsərrüfatında əmək alətlərinin geriliyinə səbəb olur, daha da mütərəqqi ictimai münasibətlərin inkişafına əngəl törədirdi.[354]
Adı | Portreti | Atası | Həyatı | Hakimiyyət iləri | |
---|---|---|---|---|---|
1 | Şah İsmayıl Xətai | Şeyx Heydər | 1487–1524 | 1501–1524 | |
2 | I Şah Təhmasib | Şah İsmayıl Xətai | 1514–1576 | 1524–1576 | |
3 | II Şah İsmayıl | I Şah Təhmasib | 1514–1577 | 1576–1577 | |
4 | Məhəmməd şah Xudabəndə | I Şah Təhmasib | 1532–1596 | 1578–1587 | |
5 | I Şah Abbas | Məhəmməd şah Xudabəndə | 1571–1629 | 1587–1629 | |
6 | I Şah Səfi | Məhəmməd Bağır Mirzə | 1611–1642 | 1629–1642 | |
7 | II Şah Abbas | I Şah Səfi | 1632–1666 | 1642–1666 | |
8 | Şah Süleyman Səfəvi | II Şah Abbas | 1647–1694 | 1667–1694 | |
9 | Sultan Hüseyn | Şah Süleyman Səfəvi | 1657–1726 | 1694–1722 | |
10 | II Şah Təhmasib | Sultan Hüseyn | 1704–1740 | 1722–1732 | |
11 | III Şah Abbas (Abbas Mirzə) | II Şah Təhmasib | 1732–1740 | 1732–1736 |
Şah İsmayıl Azərbaycan dilini saray və dövlət dilinə çevirmiş, siyasi, ictimai, iqtisadi və mədəi inkişafı üçün böyük işlər görmüşdür.