Search for LIMS content across all our Wiki Knowledge Bases.
Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Qaz (nid.gas) — maddənin əsas dörd aqreqat halından biridir. Qazları təşkil edən molekullar arasındakı məsafələr onların öz ölçülərindən çox-çox böyükdür. Onu təşkil edən hissəciklər (molekullar, atomlar və ionlar) bir-biri ilə çox zəif əlaqədədir. Qaz molekulları yerləşdikləri mühitdə-qabda, otaqda, havada fasiləsiz olaraq sərbəst hərəkət edir və hər yerə yayılır. Qaz molekulları hərəkət edərkən bir-biri ilə toqquşur. Bu zaman onların hərəkət istiqamətləri dəyişir və Xaotik (qarmaqarışıq) olur. Qaz buxardan fərqli olaraq temperatur təzyiqinin yüksəlməsi zamanı mayeyə çevrilmir. Bu əlamətə görə qaz buxardan fərqlənir.
İlk dəfə bu termin Yan van Helmontom tərəfindən elmə gətirilmişdir.[1][2][3]
Qazın növləri
Şadlandırıcı qaz (azotun hemoksidi) NO2 – xoş iyli, keyləşdirici vasitədir.
Hava qazı — Maddələrin qazşəkilli qarışığı, sənaye sobalarında yanacaq kimi işlədilir.
Generator qazı — bərk yanacağı qaz genertorunda qazlaşdırma nəticəsində əldə olunan qazşəkilli maddələrin qarışığı.
Şəhər qazı (məişət qazı) — təbii və digər yanıcı qazlardan ibarət maddələrin qazşəkilli qarışığı v ə adorontlar; məişətdə yanacaq kimi istifadə olunur.
Gurultulu qaz — iki hissə hidrogen, bir hissə oksigendən ibarət olan maddələrin qazşəkilli qarışığı; isitdikdə qığılcımdan partlayış verərək subuxarı əmələ gətirir; lampada yandırılaraq qaz qaynağında, metalları kəsməkdə, kvars və platini əritməkdə istifadə olunur.
Qarışıq qaz — bərk yanacağınqazlaşdırılması, hava və su buxarı qarışığından ibarət qazşəkilli məhlul.
Quru qaz — neft qazı, tərkibi əsasən metan, az miqdarda etan və hidrogensulfiddən ibarətdir.
Dəm qazı, karbon oksidi (CO) — yanacağın tam yanmamasından əmələ gəlir. Dəm qazı insan üçün çox təhlükəlidir, belə ki, hemoqlobinlə 260 möhkəm birləşmə yaradaraq ondan oksigeni çıxarır, bununla da hemoqlobinin qan sistemində hərəkətinə mane olur. CO havada 0,08%dən artıq olduqda insan üçün ölümcül sayılır.Kəskin boğucu iyli qazdır.
Karbon qazı — karbon 4-oksidin başqa adı, karbonun baş oksidi; rəngsiz qazdır, sıxlığı 0,0019 q/sm3-dir, -56,6°C-də mayeləşir, 78,5°C-də d ə donur. Adi təzyiqdə -78,5°C-də mayeləşmədən birbaşa bərkiyib qaraoxşar ağ kütləyə (“quru buz”a) çevrilir. 2000°C-dən yuxarı temperaturda dissosiasiya olunaraq, karbon 2-oksidlə və oksigenə ayrılır. Suda nəzərə çarpacaq qədər (20°-də kütləcə 0,169%) həll olur və qismən reaksiyaya girib karbonat turşusu əmələ gətirir. Karbon qazı yanmır və yanmaya kömək etmir. Közərdilmiş kömürlə reaksiyadan (CO2 + C = 2CO) metallurgiyada geniş istifadə olunur. Mis 2-oksidin iştirakı ilə hidrogenlə reaksiyaya girib metana çevrilir. Havanın həcmcə 0,03%-i SO2-dir, hidrosferdə onun miqdarı 1,4 ⋅ 1014 tondur. Bitkilərfotosintez prosesində havadan CO2 alır. Karbon qazlı su, pivə və şəkər istehsalında, “quru buz” hazırlanmasında, yanğının söndürülməsində və s. işlədilir. İnsan və heyvanorqanizmində CO2 tənəffüs və qan dövranının tənzimlənməsində iştirak edir. Havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək, hipoksiyaya səbəb olur. Tərkibində 1,535 CO2 olan hava ilə uzun müddət (bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır. Karbon 2 6%-dən çox olduqda isə tənəffüs yavaşıyır, ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır. Belə hallarda zəhərlənmiş adamı havaya çıxarmaq və süni tənəffüs vermək lazımdı.[4]
Qazların növləri
Qazlar mənşəyindən asılı olaraq, 2 növdü: təbii və süni (neft emalından alınan qazlar).
Təbii qaz yataqları üç qrupa bölünür:
qaz-neft (təbii qaz neftdə həll olunur və ya sərbəst vəziyyətdədir, rezervuarın artan hissəsini - qaz qapağını doldurur)
qaz kondensatı (artan təzyiq səbəbiylə 25-30 MPa-ya çatan qazlarda, müəyyən miqdarda yüksək temperaturda qaynayan karbohidrogenlərdə qaz kondensatında həll olunur)
sırf qaz yataqları.
Dünyanın təbii qaz ehtiyatı (kəşf edilmiş) – 50•1012m3.
Proqnozlaşdırılan ehtiyatlar -200•1012m3.
Hər il dünyada 1,5•1012m3 qaz hasil edilir.
Təbii qazın kimyəvi tərkibi (%-lə)
Nadir qazlar (He, Ar və s.) – 0,6÷2
CH4 - 80 ÷ 90 Metan
C2H6 – 0,2 ÷9 Etan
C3H8 - 0,1 ÷ 4 Propan
C4 və yuxarı 0,1 ÷ 8
CO2 - 0,1 ÷ 0,3 Carbon
Təbii qazın tərkibi əsasən metandan ibarətdi, qaz kondensatı yataqlarının qazları, rezervuardan çıxarılan benzin və kerosin qazlı neft fraksiyalarını ehtiva edir.
(1m3 qazda 10-dan 500cm3 –dək).
Təbii qaz nəqli üçün hazırlanır (mexaniki qarşıqlardan, su buxarından və ağır karbohidrogenlərdən). Təbii qaz nəql olunmaq üçün lazım olarsa, ilk əvvəl kükürdlü birləşmələrdən təmizlənir.
Qaz kondensatı neft və qaza ayırmaq üçün neft emalı zavodlarına verilir.
Qazın emalı, neftdən ayrılması və emala verilməsi:
H2S –dan təmizlənməsi və qurudulması;
stabil olmayan benzindən ayrılması (C3 və yuxarı karbohidrogenlər);
təmizlənmiş qazın istehlakçıya vurulması üçün lazım olan təzyiqə qədər sıxılması.
Bir cox ГПЗ zavodlarında qeyri sabit benzin karbohidrogenlərə ayrılır – propan, izobutan, n-butan və stabil benzin. Başqa zavodlarda isə qeyri sabit benzin qazayrıcılara verilirki karbohidrogen fraksiyalarına ayrılsın.
Fizika ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.