Qırıcı
İstismarçılar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Amerikanın istehsalı olan beşinci nəsil qırıcı F-22 Raptor

Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir.

Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub.

Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir.

Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər.

Təsnifat

  • Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub. Eləcə də quru qoşunları havadan dəstəkləmək üçün istifadə olunur.
  • Önləmə qırıcısı ing. - düşmənin təyyarələrini və qanadlı raketlərini uzaq məsafədən məhv etməklə, yerdəki obyektləri qorumaq üçün nəzərdə tutulub.
  • Gecə qırıcısı düşmənin aviasiyasını gecə vaxtı məhv etmək üçün nəzərdə tutulub. Belə qırıcılar xüsusi avadanlıqlarla təchiz olunub.
  • Göyərtə qırıcısı - aviadaşıyıcıların üzərində yerləşir. Belə təyyarələr adətən hərbi hava deyil, hərbi dəniz qüvvələrının tabeliyindədirlər.
  • Çoxməqsədli qırıcı (qırıcı-bobardmançı) - Özündə həm qırıcının, həm də bombardmançının xüsusiyyətlərini cəmləşdirir. Belə təyyarələri həm düşmənin aviasiyasını məhv etmək üçün, həm də yerdəki və sudakı obyektlərə zərbə endirmək üçün istifadə edirlər.

Tarix boyu inkişafı

Birinci dünya müharibəsi

İlk hava döyüşləri bu müharibə zamanı baş vermişdi. Elə o dövrdədə hava hədəflərini vura bilən təyyarələrə ehtiyac yarandı.

İlk qırıcılar o vaxtlar istifadə olunan, sürəti 150 km/s qədər olan, ekipajı iki nəfərdən ibarət olan, kəşfiyyat funksiyasını yerinə yetirən təyyarələr idi. Amma o zaman şturman fotoaparat əvəzinə ağır əşyalar götürürdü. Düşmənin təyyarəsini görüb pilot onun üstündən uçurdu, şturman isə əşyaları düşmənin təyyarəsinin üstünə atırdı. Bir ildən sonra artıq şturman özü ilə pulemyot və yaxud pistolet götürüb, düşmənin pilotunu və yaxud təyyarəsini vurmağa çalışır.

Sonralar pulemyotu təyyarənin üstünə bərkitmək üçün yeni mexanizm kəşf olundu - turel. Turelin köməyi ilə pulemyot 360 dərəcə fırlana bilirdi. Amma öndəki hədəfləri vurmağa hava vinti manə olurdu ona görə də pulemyot pilotun arxasında yerləşdirilirdi. Bir az keçmiş fransız pilot Rolan Qarrosun fikirləşdiyi mexanizmin köməyi ilə pilot hava vintinin arasından güllə ata bilirdi. Qarros hava vintinin uclarını elə formada dəmirdən düzəltmişdirki, güllələr dəmirə dəyib pilota və təyyarəyə təhlükəsiz olan istiqamətə uçurdu. Amma bu sistem 7-10 faiz güllənin israf olunmasına səbəb olurdu. Bu problem holland aviakonstruktoru Anton Fokkerin yeni mexanizm ixtira etməsinə qədər davam etdi.

O vaxtlar təyyarələr üstü parça ilə örtülmüş taxtadan düzəldilirdi.

1918-1939

Bu dövrü aviasiyanın "qızıl əsri"də adlandırmaq olar. Bu dövrdə təyyarə istehsalında güclü irəliləyişlər əldə olunmuşdu.

Biplan Flagg, 1933

İki dünya müharibələri arası dövrdə, təyyarələri taxtadan və parçadan deyil, alüminiumdan düzəlməyə başlanıldı. Mühərriklərin inkişafı da sürətlə gedirdi. İnkişafa stimul verən səbəblərdən biri də uzağ məsafəyə uçuş və sürətə görə prizlər idi. Məsələn 1919- cu ildə kapitam Con Olkok və leytenant Artur Braun "Vickers Vimy" bombardmançısında yerə enmədən Nyufaundlenddən İrlandiyaya uçuş etmişdirlər və buna görədə 10 000 funt sterlinq (50 000 ABŞ dolları) mükafat almışdırlar. Bu ilk transatlantik uçuş idi. Səkkiz il sonra Çarlz Lindberq dayanmadan ilk individual, transatlantik uçuşa görə 25 000 ABŞ dolları mükafat almışdır. Çarlz Kinqsvord Smiz 1928-ci ildə Kaliforniyadan Avstraliyaya, Sakit okeanın üzərindən uçmaqla, üç dəfə yerə eniş etməklə, uçmuşdur. Bu Sakit okeanın üzərindən ilk uçuş idi.

Birinci dünya müharibəsindən sonra pilotlar öz bacarıqlarını nümayiş etdirmək üçün "uçan sirklərdə" çıxış etməyə başladılar. Tez-tez qastrol səfərlərinə yollanırdılar. Sonralar bu pilotlar birləşərək birgə şoular göstərməyə başladılar. Hava yarışları keçirilirdi. Hava yarışları mühərriklərin inkişafına səbəb olurdu. Böyük pul mükafatları pilotların arasında olan rəqabəti gücləndirir və konstruktorları daha da mükəmməl təyyarələr yaratmağa həvəsləndirirdi. Şneyder Kuboku monoplanların yaradılmasına gətirib çıxartdı.

Biplan Qantas De Havilland, 1930

Ameliya Erxart Atlantik okeanınLa Manş boğazının üzərindən uçmaqla rekord vuran ilk qadın idi.

30- cu illərdə Almaniyadaİngiltərədə reaktiv mühərriklərin ixtirasına başlandı. İngiltərədə Frenk Uitl 1930- cu ildə ixtira etdiyi reaktiv mühərriki patentləşdirdi və on il ərzində onun müasirləşmısi üzərində çalışırdı. Almaniyada Hans fon Ohayn özü ixtira etdiyi reaktiv mühərriyi 1936- cı ildə patentləşdirdi və onun müasirləşməsi üzərində işə başladı. Bu iki insan bir-birindən ayrı işləyirdirlər və İkinci dünya müharibəsinin sonunda həm Almaniyada həm də İngiltərədə reaktiv təyyarələr düzəldilirdi.

Ümumən bu dövrdə aviasiya biplanlardan monoplanlara keçdi. Bütov metaldan hazırlanan ilk qırıcı Almaniyanın istehsalı olan Junkers D.I. oldu.

30-cu illərin sonlarında istehsal olunan qırıcılar 450 km/s qədər sürət yığırdılar və üzərlərinə bir neçə pulemyot qoşulurdu.

İkinci dünya müharibəsi

Almaniyanın müharibə zamanı istifadə etdiyi əsas qırıcı Messerschmitt Bf-109

İkinci dünya müharibəsinin əvvəlində aviasiya hərbi texnikanın yaxşı formalaşmış bir budağı idi. Böyük dövlətlərin bir neçə növ qırıcıları var idi. Onlar həm uçuş xarakteristikalarına görə, həm də istifadə olunma taktikasına görə fərqlənirdilər. Almaniyanın Bf-109Me-110, SSRİ-nin İ-16İ-153, Böyük Britaniyanın SpitfireHarrikeyn qırıcıları var idi. ABŞ, Fransa, Yaponiya kimi dövlətlər də qırıcıların yaradılmasında uğurlar əldə etmişdirlər. Elə qırıcılar var idi ki, onlar müharibənin gedişində populyarlaşdılar. Məsələn, SSRİ-nin Yak-1, Miq-3, LaQQ-3, Almaniyanın isə Fokke-Vulf FW-190.

Müharibənin əvvəlində təyyarənin hansı göstəricisi -sürəti yoxsa manevrliyi- daha vacib olduğu dəqiq bilinmirdi. Ona görə də o vaxtlar düzəldilən qırıcılar biri-birindən fərqlənirdirlər. Belə ki, SSRİ-nin İ-16 qırıcısı monoplan, ondan sonrakı İ-153 «Çayka» biplan idi. Alman qırıcııları Me-109Me-110 mühərriklərinin sayı ilə seçilirdilər - birisində bir digərində iki mühərrik var idi. Amma aktiv hava döyüşlərinin təcrübəsi təkmühərrikli monoplan qırıcılarının istifadə olunmasını daha da məqsədəuyğun olduğunu təsdiqlədi. Belə ki, müharibə zamanı biplan qırıcıların heç bir yeni modifikasiyası ortaya çıxmadı. Nisbətən iki mühərriki olan amerikan qırıcısı Laytinq modernləşdi, çünki belə qırıcının Sakit okeanda gedən döyüşlərdə istifadə olunması daha da məqsədəuyğun idi.

Almaniyanın istehsalı olan, dünyanın ilk reaktiv qırıcısı Messerschmitt Me.262

Müharibə zamanı qırıcıların geniş istifadə olunması bombardmançıların kütləvi istifadə olunması ilə əlaqədar idi. Bundan əlavə qırıcıları yerdəki obyektləri vurmaqdada, quru qoşunları havadan dəstəkləmədə də istifadə edirdilər. Elə bu zaman qırıcıların yerdəki obyektlərə zərbə endirməsi taktikası daha da təkmilləşmişdir. Qırıcılar aerodromlara, körpülərə, dəmir yolu qovşaqlarına, nəqliyyat vasitələrinə zərbələr endirirdilər. Adətən yeni qırıcıların ixtirası ilə, və yaxud köhnələrin müasirləşməsi ilə məşğul olan konstruktorların qarşısına qırıcının hücüm texnoloqiyasının güclənməsi tələbi önə çəkilirdi. Beləcə yeni növ təyyarələr əmələ gəlməyə başladı - qırıcı-bombardmançı. Bu növ təyyarələr müharibədən sonrakı dövrdə geniş inkişaf aldı. Bunlara baxmayaraq, qırıcıların əsas funksiyası öz qoşunlarını düşmənin aviasiyasından qorumaq, düşmənin aviasiyasını vurmaq, hərbi kəşfiyyat və bombardmançı təyyarələri müşayiət etmək olaraq qalırdı.

Müharibə porşenli təyyarələri mükəmməlliyə qədər inkişaf etdirdi. Amma porşenli mühərrikli təyyarənin sürət limiti olduğundan, çünki o səs baryerini qət edə bilmir, reaktiv mühərrikli təyyarələrə təlabat yarandı. İlk belə qırıcıları Ме-262Me-163 Almaniya müharibənin sonlarında yaratdı. Belə təyyarələr Almaniyanın düşmənlərinin porşenli təyyarələrindən daha da sürətli və manevrli idi. Onlar düşmənin qırıcılarına və bombardmançılarına qarşı effektiv idilər. Buna baxmayaraq, az sayda istehsal edilən bu təyyarələrin müharibənin qedişinə əhəmiyyətli təsir göstərməsi mümkün olmadı.

Müharibədən sonrakı dövr

Amerikanın dördüncü nəsil qırıcısı F-15 Qartal

1960-cı illərdə əsas aviasiya ölkələrinin hərbi hava qüvvələri səsdən sürətli qırıcılarla silahlanmağa başladılar. Onların sürəti səs sürətindən iki dəfə sürətli idi, radiolokasiya sistemləri və "hava-hava" tipli raketlər ilə təchiz olunmuşdurlar. Bu istiqamətdə inkişaf təsadüfi deyildi, çünki soyuq müharibənin iştirakçılarına əsas təhlükəni qarşı tərəfin nüvə silahı bombardmançıları daşıyırdı. Buna uyğun olaraq yeni qırıcılara qarşı yeni tələblər formalaşırdı. Onların əsas məqsədi sutkanın istənilən vaxtı və istənilən hava şəraitində aşağı manevrli hədəfləri tutmaq idi.

Beləcə Amerikada, SSRİ-dəQərbi Avropada bir sıra yeni qırıcılar istehsal olundu. Bu qırıcıları öz uçuş və texniki göstəricilərinə gorə ikinci nəsil qırıcılara aid edirlər. Təyyarələrin qiymətləri artdıqca keyfiyyət kəmiyyətdən daha vacib rol oynamağa başladı. Həm də aviasiyanın əleyhinə olan idarə olunan mərmilərin geniş yayılması və inkişafı bombardmançı təyyarələrin kütləvi şəkildə düşmənin hava sərhədlərini pozmasının qarşısını aldı. İndi nüvə silahı ilə təchiz olunmuş, yüksək hündürlükdə uçub düşmənin hava hücumundan müdafiə sisteminin xəttini qıra bilən təyyarələrin istehsalına diqqət ayırılırdı.

SSRİ/Rusiya tərəfindən istehsal edilən, dördüncü nəsil qırıcı MiQ-29

Belə təyyarələrin əleyhinə üçüncü nəsil qırıcılara aid edilən bir sıra yeni qırıcılar ixtira olundu - MiQ-23, "Miraj" F1, "Viqqen" J-37. Üçüncü nəsil qırıcılara həm də MiQ-21F-4 qırıcılarının modernləşmiş variantları aiddirlər. Bu təyyarələrin istehsalı 70-ci illərin əvvəlinə planlaşdırılırdı. Eyni zamanda dördüncü nəsil qırıcıların üzərində işləməyə başlanıldı. Yeni nəsil təyyarələr gələcək on illiyin hərbi hava güvvələrinin əsasını təşkil edəcəyi gözlənilirdi.

1965-ci ildə amerikanlar ilk dəfə belə təyyarəni yaratmağı qarşılarına məqsəd qoydular. Proyektin üzərində işləyəcək şirkəti müəyyənləşdirmək məqsədilə keçirilən müsabiqənin qalibi Makdonel Duqlas şirkəti oldu. 23 dekabr 1969-cu ildə kontrakt imzalanmışdır və 1974-cü ildə ilk qırıcılar istehsal olunmuşdur - F-15 "Qartal" və F-15B.

1969-cu ildə dördüncü nəsilə aid olan ilk sovet qırıcılarının üzərində işləməyə başlanıldı. Nəticədə Su-27, MiQ-29MiQ-31 kimi təyyarələr ixtira olundu.

The Boeing F/A-XX. İstehsalı planlaşdırılan hələ ki yeganə altıncı nəsil qırıcıdır

Aviasiyanın tarixində ilk beşinci nəsilə aid olunan qırıcı 1968-2001-ci illər ərzində ABŞ-də hazırlanırdı. F-22 Raptor 2003-cü ildən ABŞ-nin hərbi hava qüvvələrinin arsenalına daxil edilmişdir. 2011-ci ilə olan məlumata görə F-22 Raptor yeganə qırıcıdır ki beşinci nəsilə aid edilir. Hal-hazırda ABŞ, Rusiya, Çin və Yaponiya aşağıdakı beşinci nəsil qırıcılar üzərində işləyirlər:

Gələcək. Altıncı nəsil qırıcılar

Altıncı nəsil qırıcılar beşinci nəsil qırıcılardan daha inkişaf etmiş olmalıdır. İlk belə qırıcının ABŞ Silahlı Qüvvələrinin arsenalına 2025-2030 -cu illərdə daxil olması planlaşdırılır.

Hava döyüşü

Qırıcılar inkişaf elədikcə hava döyüşlərində də dəyişikliklər baş verdi. İlk hava döyüşlərində pilotlar pistoletdən istifadə edirdilər. Paraşüt yaranmamışdan əvvəl pilotlar təyyarələri vurulandan sonra, təyyarəni yerə yaxın məsafədə sürərək hoppanırdılar. Bu da bəzi hallarda ölümə qətirib çıxarırdı. Hava döyüşlərində beş və yaxud çox qələbə qazanan pilota "as" deyilirdi.

Bir az keçmiş pistoleti pulemyot əvəz etdi. Əvvəllər pulemyotları qırıcının qənədinə yerləşdirilirdi. Sonralar füzellajın qabaq hissəsinə yerləşdirilməyə başlanıldl. Hədəfi yaxşı nişana almaq üçün pilotlar çətin manevrlər edərək, düşmənin təyyarəsinin arxasına keçib hədəfi vurmağa çalışırdılar. Belə döyüşlər pilotları yorurdu. Qələbə qazanmaq üçün pilotun həm öz təyyarəsinin, həm də düşmənin təyyarəsinin texniki göstəriciləri haqda məlumatı olmalı idi. Hava döyüşlərindəki qələbəni təsdiqləmək üçün pilotlar kinokameradan istifadə edirdilər.

Müasir dövrdə düşmənin təyyarəsini vurmaq üçün onu görmək əsas şərt deyil. Təyyarədə olan radiolokasiya sistemi və yaxud yerdə olan köməkçi sistemlərin hədəfi aşkarlaması kifayət edir. Pilot həddindən artıq yüklənmədən xüsusi kostyum vasitəsilə qorunur. İndi pilot çox yüksək sürətdə, cox çətin manevrlər yerinə yetirir. Bunların hamısı kompyuterin köməyi olmasaydı mümkün olmazdı.

Həmçinin bax