Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Paul Braytner | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
alm. Paul Breitner | ||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 5 sentyabr 1951[1][2][…] (73 yaş) | |||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Almaniya | |||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1,76 | |||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 73 kq | |||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | sol cinah müdafiəçisi, yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Paul Braytner (alm. Paul Breitner, 5 sentyabr 1951[1][2][…], Münxen[3]) — müdafiəçi və yarımmüdafiəçi mövqelərində çıxış etmiş keçmiş Alman futbolçusudur. Qərbi Almaniya millisinin formasını 48 dəfə geyinmiş Braytner, Almaniya millisinin tarixində ən mübariz oyunçulardan biri kimi qəbul edilir. Bir müddət Almaniya millisində Braytner — Bekkenbauer — Foqts müdafiə üçlüsü, Bayern Münhendə isə Rummenigge — Braytner yarımmüdafiə ikilisi çox məşhur idi.
Braytner 1974 FİFA Dünya Kubokunu qazanan kazanan Qərbi Almaniya millisinin ayrılmaz bir parçası idi, hətta final matçında qol da vurmuşdu. Üstəlik 1982 FİFA Dünya Kubokunda fərqlənməklə iki fərqli Dünya Çempionatında qol vuran 4 futbolçudan biri oldu — digərləri isə Pele, Vava və Zinəddin Zidan idi.
Bütün zamanların ən güclü alman futbolçularından biri olan Braytner 1994-cü ilə FİFA tərəfindən FİFA Dünya Kuboku Bütün Zamanların Komandasına seçildi. 2004-cü ildə FİFAnın mükafatlandırma mərasimində Pelenin tərtib etdiyi yaşayan ən güclü futbolçuların siyahısına — FİFA 100-ə əlavə edildi. Braytner karyerasını bitirdikdən sonra Almaniyada şərhçi, alim və köşə yazarı kimi çalışıb, eyni zamanda Bavariyanın idarəetmə şurasının məsləhətçisidir.
Braytnerin futbol karyerası 1970-ci ildən 1983-cü ilə qədər davam etdi. Əsasən Bayern Münhen (1970–74 və 1978–83-cü illər) və Real Madrid (1974–77-ci illər) komandalarında oynadı, bir mövsüm isə Ayntraxt Braunşveyqdə çıxış etmişdir. Karyerasının əvvəlində sol cinah müdafiəçisi kimi çıxış edən Braytner daha sonra orta sahəyə keçdi və 1980-ci illərin əvvəllərində ən yaxşı yarımmüdafiəçilərdən biri oldu.
Braytnerin uzun və uğurlu karyerasının ilk zirvəsi 21 yaşında 1972-ci il Futbol üzrə Avropa Çempionatının qalibi olan Qərbi Almaniya millisinin tərkibində olması ilə başladı. 2 il sonra 1974 FİFA Dünya Kubokunu qazandı. Final matçında — Münhendə Niderland millisinə qarşı keçirilən oyunda penaltidən almanların ilk qolunu vurdu. Finalda Braytner, Bekkenbauer və Foqtsun qətiyyətli müdafiəsi hollandların bir çox qol şansları əldə etməsinə mane oldu. Dünya çempionatından sonra Real Madridə transfer oldu və 1981-ci ildə Yupp Dervall tərəfindən yenidən milliyə qaytarılan qədər millidən ayrıldı. Braytner Pele, Vava və Zidan ilə birlikdə iki fərqli Dünya Kuboku final matçlarında qol vurma şansı qazanan dörd futbolçudan biridir. O, buna 1974 FİFA Dünya Kubokunda Niderland millisi ilə görüşdə, 1982 FİFA Dünya Kubokunda isə İtaliya millisi ilə oyunda nail oldu.