Mark Spitz
ing. Mark Andrew Spitz
Şəxsi məlumatlar
Doğum adı Mark Andrew Spitz
Vətəndaşlığı
Doğum tarixi 10 fevral 1950(1950-02-10)[1][2][…] (74 yaş)
Təhsili
  • Bluminqton İndiana Universiteti[d]
Boyu 1,83 m
İdman növü üzgüçülük
Rəsmi saytı
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mark Andryu Spitz (10 fevral 1950[1][2][…]) — 9 qat olimpiya çempionu olan keçmiş amerikan üzgüçüsüdür. O, Münhendə keçirilmiş 1972 yay Olimpiya oyunlarında 7 qızıl medal qazanmış, lakin Pekində keçirilmiş 2008 yay Olimpiya oyunlarında 8 qızıl medal qazanmış Maykl Felps tərəfindən bu rekord yenilənmişdir. Spits, 1972-ci ildə iştirak etdiyi 7 yarışda yeni dünya rekordlarını müəyyənləşdirmiş və bu rekordlar hələ də qırılmayıb. 1900-cü ildən bəri heç bir üzgüçü, fərdi yarışlarda qazandıqları olimpiya medallarının yüksək faizini əldə etməmişdir.

19681972-ci illər ərzində Spits, 9 olimpiya qızılı, eyni zamanda gümüş və bürünc, 5 Pan Amerika qızılı, 31 AAU titulu və 8 NCAA titulu qazanmışdır. Bu illər ərzində o, 35 dünya rekordu müəyyənləşdirmiş, lakin bunlar 2-si sınaq prosesi zamanı və qeyri-rəsmi olaraq qazanılmışdı.[3][4] 1972-ci ildə Münhendə qazandığı 7 qızıl medal ilə, o Maykl Felpsin 36 il sonra — 2008-ci ildə Pekində 8 qızıl medal qazanmasına qədər Olimpiya Oyunları tarixinin ən titullu idmançısı idi. O, 1969, 19711972-ci illərdə Dünya Üzgüçülük Jurnalı tərəfindən ilin üzgüçüsü adına layiq görülmüşdür. O, 9 olimpiya qızılı qazanan 3-cü idmançı idi.

Həyatı

Mark Spits 1972 yay Olimpiya oyunlarında

Arnold və Lenor (Smit) Spitsin 3 övladından ilki olan Mark Spits, Kaliforniya ştatının Modesto şəhərində anadan olmuşdur.[5] Onun ailəsi, əslən yəhudidir. Baba və nənəsi, İkinci dünya müharibəsindən sonra Macarıstanı tərk etmişdi.[6][6][7] 2 yaşı olanda, Spitsin ailəsi onun hər gün Vaikiki çimərliyində üzdüyü Havay ştatının Honolulu şəhərinə köçmüşdü. Lenor Spits, 1968-ci ilin 12 aprelində Tayma verdiyi müsahibədə demişdi: "Siz balaca oğlanın okeana girməyini görməliydiniz. O, qəsd etməyə çalışan kimi qaçırdı."[5] 6 yaşında onun ailəsi, Kaliforniyada yerləşən Sakramentoya qayıtdı və o, yerli üzgüçülük klubunda yarışmağa başladı. 9 yaşında, o özü daxil olmaqla 7 olimpiya medalçısını çalışdırmış məşqçi Şerm Kavurun olduğu Arden Hills üzgüçülük klubunda məşq etmişdir.

10 yaşına qədər, Spits bir sıra rekordlara imza atmışdı. 14 yaşında ailəsi, Santa Klaraya köçdü, beləliklə Spits, Santa Klara üzgüçülük klubunun məşqçisi Corc F. Haynes ilə məşq edə bildi. 1964-cü ildən 1968-ci ilə qədər, Mark Hayneslə orada və Santa Klara Ali Məktəbində məşq etdi. 4 il ərzində, Mark hər yarış üzrə ali məktəb rekordları qırdı. 1966-cı ildə 16 yaşlı Mark Spits, AAU milli çempionatında 100 m batterflyay üzrə qələbə qazandı və bu onun 24 AAU titulunun ilki idi. Növbəti il Mark, Kaliforniyada 400 m sərbəst ötürmə üzrə 4:10.60 vaxtla özünün ilk dünya rekordunu müəyyənləşdirmiş və dünya üzgüçülüyü səhnəsində parlamışdı.[8]

İstinadlar

  1. 1 2 Mark Spitz // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Mark Spitz // Brockhauz Ensiklopediyası (alm.).
  3. "International Jewish Sports Hall of Fame". Jewishsports.net. February 10, 1950. September 7, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2011.
  4. "www.indiana.edu". www.indiana.edu. June 2, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2011.
  5. 1 2 "Jewish Virtual Library. ',Spitz',". Jewishvirtuallibrary.org. December 26, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2011.
  6. 1 2 "Interview with Mark Spitz". CNN. July 14, 2012. June 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 8, 2015.
  7. Lajos, Szabó (January 2010) What are the reasons for the success of so many Hungarian Jewish Athletes Arxivləşdirilib 2018-12-14 at the Wayback Machine. kaleidoscopehistory.hu
  8. "Santa Clara Swim Club. Alumni: Spitz". Santaclaraswimclub.org. November 14, 2007. March 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2011.