Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Maqnetik rezonans tomoqrafiya (MRT) — bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir və dərin yerləşmiş bioloji toxumların vizuallaşmasını təmin edir… Maqnetik Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompüter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. MRT müayinəsi 20 ilə 40 dəqiqə arasında tamamlanır. MRT sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur.
MRT vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunü və onurğa beyni, döş qəfəsi orqanlan, qarın boşluğu orqanlan, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək olar.
MRT 1946-cı ildə F. Bloch tərəfindən ixtira edilmiş nüvə maqnit rezonansı hadisəsinə əsaslanır.
Müasir tomoqrafiya vasitəsilə pasiyentin vəziyyətini dəyişmədən skanerləmə üsulu ilə istənilən iradi müstəvidə tomoqramlar almaq mümkündür. MRT müayinədə KT – yə analoji olaraq məlumatın fəza kodlaşması prinsipindən istifadə olunur.
Standar skanerləmə zamanı MR – tomoqrafiyada kontrastlığı əsasən T1 vəT2 relaksasiya vaxtı ilə müəyyən olunan görüntülər almağa imkan verən proqramlardan istifadə olunur.
T1 rejimində aparılmış MRT –də , T2rejimində olan tomoqramlara nisbətən beyin maddəsi daha açıq görünür. SSM T1 tomoqramlarında isə daha tünd görünür. Pataloji dəyişilmış toxumalardan alınmış siqnalların intensivliyi relaksasiya vaxtından (T1 vəT2) asılıdır.
MRT müayinə təhlil olunan toxumaların tərkibinin xüsusiyyətlərini və onlarda baş verən metobolik dəyişiklikləri differensiasiya etməyə , xüsusən də normal və potoloji dəyişmiş toxumada hidrogen , natrium , kalium , fosfotr , kalsium və digər elementlərin atomlarından alınan siqnalların intensivliyinin öyrənilməsinin nəticəsinə görə hidrofilliyin dəyişməsini təyin edir.
MRT üsulu displeydə , sonra da rentgen lentində kəllənin , baş beyinin , onurğanın və onurğa beyninin kəsikləriini vizuallaşdırmağa imkan yaradır. T1 vəT2rejimlərdə alınan məlumat beyinin ağ və boz maddələrini differensiasiya etməyə , onun mədəcik sistemi və subaraxnoidal boşluq haqqında fikir yürütməyə , beyinin hecimli proseslərini , demielinləşmə ocaqlarını , iltihablı və ödemli sahələri , hidrosefaliyanı , travmatik zədələnmələri , hematomaları , absesləri , işemik və hemorragik tip üzrə qan dövranı pozğunluğu olan ocaqları aşkara çıxarmağa kömək edir.
MRT – nin KT – dən daha bir üstünlüyü görüntünün aksial , frontal və sagital proyeksiyada aparılmasının mümkünlüyüdür. Bu subtentorial boşluğu , onurğa kanalını vizuallaşdırmağa , eşitmə siniri nevrinomasını , hipofiz şişini , kəskin dövrdə subdural hematomanı , hətta KT aşkara çıxartmadığı halda vizuallaşmasına imkan verir. MRTbəzi anomaliyaların , məsələn döyənək cismin anomaliyaları , Arnold – Kiari anomaliyalarının aşkarlanmasında aparıcı müayinə üsuludur.
MRT – də KT – yə nisbətən sütunda , beyincikdə , gicgah payında olan işemik ocaqları daha erkən müəyyən etmək olar . MRT – də kontuzion ocaqlar , beyin absesi və beyin toxumasının ödemli zonaları yaxşı görünür. Demensiyaların səbəblərinin aydınlaşdırılmasında MRT – yə vacib yer ayrılır. Eyni zamanda beyin toxumasında olan dəyişiklər çox vaxt qeyri-spesifikdir və bəzən işemiya və demielinləşmə kimi prosesləri differensasiya etmək çox çətin olur.
Qurğunun MR – tomoqromlarında , xüsusən də sagital kəsiklərdə əhəmiyyətli məlumatlar əldə olunur. Bu zaman ostexandrozun struktur təzahürləri , xüsusən də fəqərələrin və bağ aparatının vəziyyəti , fəqərələrarası disklərin vəziyyəti , onların sərt qişa , onurğa beyni , at quyruğuna prolapsı vizuallaşır , həmçinin onurğadaxili yenitörəmələr , hidromiyeliya , hematomiyeliya təzahürləri və digər patoloji təzahürlər aşkara çıxır.
MRT – nin diaqnostik potensialını əvvəlcədən kontrast maddələr yetirməklə artırmaq olar. Damar mənfəzinə yeridilən kontrast maddə kimi , adətən nadir metallardan olan və paramaqnetik xassələrinə malik olan qadolinium istifadə olunur. Preparatın standart dozası (0,1 mmol/kq) venadaxili yeridilir. Optimal kontrastlaşma T1 ölçülü şəkillərdə qeyd olunur , güclü kontrastlaşma T2-ölçülü şəkillərdə olur. HEB saxlanıldıqda , kontrast maddə baş beyinə keçmir. HEB pozulmuş yerlərdə qadolinium beyin maddəsinə keçəcək görüntünü gücləndirir.
Belə hallarda kontrast maddənin meningiomalar , metastatik işlər . hipofiz adenomalarında toplanması dərhal baş verdiyindən çəkiliş yeridilmədən sonra aparılır , bəzi demiyelinləşdirici xəstəliklər zamani isə kontrast maddə gec toplanır və bu səbəbdən də çəkiliş kontrast maddənin yeridilməsindən dərhal sonra deyil , 30 – 40 dəqiqə keçdikdən sonra aparılır.
Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, xəstə şüalanmaya məruz qalmır. Alınan təsvir daha aydın və diaqnostik cəhətdən əlverişli sayılrr. Lakin bununla belə , MRT – nin də öz əks göstəriciləri var : kəllə boşluğunda metal yad cismin olması : xəstədə klaustrofobiyanın olması MRT – müayinənin gedişini çətinləşdirir – xəstə çəkiliş müddəti ərzində (30 – 60 dəqiqə) hərəkətsiz vəziyyətdə qala bilmir.