Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
London | |
---|---|
London | |
51°30′26″ şm. e. 0°07′39″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | təq. 47[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 4 m[3] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 20, 1322, 1689, 1708, 1737, 1895, 1923, 1959, 1992 |
Poçt indeksi | E, EC, N, NW, SE, SW, W, WC, BR, CM, CR, DA, EN, HA, IG, KT, RM, SM, TN, TW, UB, WD |
Digər | |
london.gov.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
London (ing. London [ˈlʌndən], lat. Londinium) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtı. Britaniya adalarında ən böyük şəhər. Sahəsi 1 706,8 km², əhalisi 8 milyon nəfərdir. Əhalisinin sayına görə dünyada 21-ci, Avropada 2-ci, Avropa İttifaqında isə 1-ci yeri tutur.
Əsası eramızın 43-cü ilində[5] imperator Klavdinin rəhbərliyi ilə Roma İmperiyası qoşunlarının Britaniya adalarını ələ keçirməsindən sonra qoyulmuşdur.
London təqribən 2 min il öncə Romalılar tərəfindən qurulmuşdur. E.ə. 43-cü ildə Roma İmperatorluğu Böyük Britaniyanı işğal etdikdən sonra şəhər Londonium adı ilə qurulmuşdur. Bu sözün kökünü araşdıran dilçilər qərara gəlmişlər ki sözün kökü Axan çay deməkdir.
London dünyanın ən əhəmiyyətli biznes və maliyyə mərkəzlərindən biridir. Beynəlxalq turizmin kəsişmə nöqtəsidir. Dünyanın ən qalabalıq hava nəqliyyatı Londona malikdir. Burada 5 Beynəlxalq hava limanı Mövcuddur. Bunlardan ən böyüyü məşhur Hitroudur. Turizm baxımından tarixi əsərlər muzeylərdə sərgilənməkdədir. Mədəniyyətləri hələ 1000 il öncə dünyaya yayılmağa başlamışdır. Londona hər il dünyanın müxtəlif ərazilərindən turistlər gəlməkdədir. Bu da Londonun tarixi şəhər olduğunun sübutudur.
İngilislər çox vaxt Londonu The Big Smoke (The Great Smog) adlandırırlar ki, mənası Nəhəng tüstü deməkdir. Bu da XIX–XX əsrlərdə Londonun sənaye müəssisələrinin tüstüsü ilə əlaqədardır.
Londonun paytaxt kimi tarixi iki min ildir. O əvvəlcə Roma Britaniyasının, sonralar İngiltərə və Böyük Britaniya krallığının əsas şəhəri olub. Bütün ingilis və Britaniya kralları əsas etibarilə ölkəni Londondan idarə etmişlər. Hal-hazırda da bütün hakimiyyət orqanları paytaxt Londonun Vestminster sahəsində yerləşir.
Mühafizəkar Boris Conson Londonun hazırkı meridir (5 may 2008-ci ildən). Əvvəlki mer leyborist Ken Livinqston iki müddətə bu vəzifəyə seçilmişdi. London Britaniya parlamentinin İcmalar palatasında 74 deputatla (44 leyborist, 21 mühafizəkar, 8 liberal-demokrat və 1 RESPECT partiyasının üzvü) təmsil olunmuşdur.
Şəhər çox mürəkkəb idarəetmə strukturuna, şəhər və bələdiyyə idarələrinə malikdir. Şəhər idarəsi — Böyük London Admnistrasiyası (ing. Great London Authority, ixtisarla GLA) strateji layihələrin hazırlanmasına, şəhərin iqtisadi inkişafına, polisə, yanğın xidmətinə və nəqliyyata, bələdiyyələr isə yerli layihələrə, məktəb, sosial xidmətə cavabdehdir.
Böyük London Admnistrasiyası iki hissədən: icra hakimiyyətini yerinə yetirən merdən və onun səlahiyyətlərini məhdudlaşdırmaq, şəhər büdcəsini təsdiq etmək hüquqlarına malik olan London şəhər assambleyasından ibarətdir.
London boro (ing. borough) adlandırılan 32 bələdiyyə rayonunu və orta əsr idarəçilik ənənəsinə sadiq idarə strukturuna malik olan Sitini özündə birləşdirir. Siti dünyada beynəlxalq valyuta hesablaşmalarının ən böyük mərkəzlərindən biridir. Bu əməliyyatlar və əldə edilən gəlirlər sayəsində London inkişaf etmiş və dünyanın ən varlı şəhərlərindən birinə çevrilmişdir.
London üçün aylıq orta temperatur və yağıntı
Mənbə: wetterkontor.de
|
Hələ eramızın 140-cı ilində Londonda 30 000, 1300-cü ildə 100 000 və 1801-ci ildə 1 milyon əhali yaşamışdır. 1825–1925-ci illərdə London dünyanın əhalisinə görə ən böyük şəhəri olmuşdur. 2001-ci il siyahıyaalmasına görə şəhərin əhalisi 7 172 091 nəfərdir[6].
Ənənəvi olaraq London müxtəlif din və mədəniyyətlərin qaynayıb-qarışdığı bir şəhərdir. XX əsrin əvvəllərində Londona irlandlar, polyaklar, italyanlar, şərqi Avropa yəhudiləri, eləcə də keçmiş müstəmləkə ölkələrindən (Hindistan, Pakistan, Şri-Lanka və Banqladeş) çox sayda mühacir gəlmişdir.
|
2011-ci il siyahıya almasına görə[11]:
Xristianların əksəriyyəti Anqlikan kilsəsi (ing. Church of England) icmasına aiddirlər. Yepiskopun iqamətgahı baş kilsə sayılan Müqəddəs Pavel kafedral kilsəsidir (ing. Saint Paul’s Cathedral).
Vestminster kafedralı (ing. Westminster Cathedral) İngiltərə və Uelsin baş katolik kilsəsi sayılır. İngiltərə kral evinin protestantlığı qəbul etməsindən sonra uzun əsrlər boyu Londonda katolik kilsəsi olmamışdır. XIX əsrdən etibarən yenidən katolik icması bərpa olunmuşdur. Digər xristian dini icmalarına Birləşmiş reformist kilsə, kvaker və ortodoks kilsəsi aiddir.
London əsasən Böyük Britaniyanın İslam mərkəzi sayılır. Böyük Britaniya müsəlmanlarının 38%-i, təxminən 1 milyon müsəlman Londonda yaşayır. Mərkəzi London məscidi (ing. London Central Mosque) şəhərin ən böyük məscidi sayılır. müsəlmanların 62%-i qalan şəhərlərdə yaşayırlar.
Etnik cəhətdən Londonun əhalisi çoxmillətlidir. Qədim dövrlərdən burada məskən salmış brit tayfalarından əlavə, bu ərazidə irlandlar, müxtəlif millətli mühacirlər qrupu, habelə uelslilər və şotlandlar yaşayır. XIX əsrin sonlarında Londona yəhudilər, ardınca Aralıq dənizi sahili ölkələrindən, həmçinin Avstraliya və Çindən köçkünlər gəlməyə başladılar. 1950-ci ildə isə Hindistandan gələn çoxsaylı mühacirlər burada məskən saldılar.
London kosmopolit və çoxmillətli əhalisi olan şəhərdir. Sakinlərinin 3%-ni müsəlmanlar təşkil edən Londonun qədim və maraqlı tarixi var. E.ə. 43-cü ildə Britaniya adalarını işğal edən Roma İmperiyası qədim keltlərin yaşadığı indiki London ərazisində hərbi düşərgə salaraq bu yerə Londinium adını vermişdir. Romalıların ilk vaxtlar Temzanın şimal sahilində, körpünün yanında saldıqları balaca şəhərcik 142 hektar sahəni əhatə edirdi. Yüksək templə inkişaf edən London qısa zaman kəsiyində ölkənin böyük şəhərinə çevrildi. Lakin, 410-cu ildə Roma İmperiyasının süqutundan sonra London haqqında yalnız VII əsrə aid olan salnamələrdə verilən məlumatlara rast gəlmək olar. Bundan sonra da London şəhəri müxtəlif illərdə xarici qəsbkarlar tərəfindən dağıntılara məruz qalmışdır.
1616-cı ildə baş vermiş Böyük London yanğını nəticəsində 80 kilsə, o cümlədən Müqəddəs Pavel məbədi tamamilə yanıb kül olmuşdu. Bir neçə il ərzində yenidən tikilən London başqa görkəm aldı. 50 kilsə klassik üslubda tikildi, Müqəddəs Pavel məbədinin üstündə yeni günbəz ucaldıldı. 1707-ci ildə İngiltərə və Şotlandiya krallıqları birləşdikdən sonra London Böyük Britaniya Krallığının paytaxtı oldu. XIX əsrin birinci yarısında London daha da genişləndi. Bunun nəticəsində avtonəqliyyat, elektrik qatarları və yeni metro xətləri yarandı. 1919-cu ildən 1939-cu ilə kimi London ətraf şəhərlər hesabına beş dəfə böyüdü. İkinci dünya müharibəsi 300 min londonlunun ölümünə və şəhərdə çox sayda binanın dağılmasına səbəb oldu.
Britaniya krallığının mərkəzi sayılan London XIX əsrdən başlayaraq dünyanın müxtəlif ölkələrindən çoxsaylı insan axınına məruz qalsa da, şəhərdə o dövrdə yalnız iki və üç mərtəbəli binalar tikilirdi. XX əsrin əvvəlindən etibarən paytaxt əhalisinin sayının ildən-ilə artmasına baxmayaraq, şəhər yeni qaydalarla çətinliklə ayaqlaşırdı. İngilislər həmişə mühafizəkar olublar, indi də adət-ənənələrə hörmətlə yanaşırlar. Lakin, London sakinləri bəzən varlı şirkətlər qarşısında təslim olurdular. Keçən əsrin ortalarına qədər şəhərin hər bir nöqtəsindən öz hündürlüyü ilə nəzərləri cəlb edən, ser Kristofer Renin layihəsi üzrə tikilən məşhur Müqəddəs Pavel kilsəsi indi "Barbiken" göydələnləri arasında görünməz olub. Hazırda Londonda yeni inzibati binanın tikilməsinə razılıq almaq müşkül məsələdir. Yerli hakimiyyət orqanlarının qoyduğu məhdudiyyətlərə görə, paytaxt şəhərdə tikintinin aparılmasına çox ciddi nəzarət olunur və torpaq sahəsinə də sərt və kəskin limit qoyulub. Londonluların daha çox sevdiyi qədim tikililər və meydanlar — Vestminster sarayı, Vestminster abbatlığı, Trafalqar meydanı, Mell, Karlton Hauz-terras, bir çox yolların qovuşduğu Pikadilli meydanı, Lester meydanı, onları əhatəyə almış məşhur Hayd park və Recent park klassik memarlıq layihələri hesab edilir. Amma yuxarıda adı çəkilən yerlərdə qiymətlər baha olduğu üçün orada yaşayanların sayı çox azdır. Orta səviyyəli londonluların məskunlaşdığı kvartalları ötən əsrin əvvəllərində sıra ilə tikilmiş iki və üç mərtəbəli binalar təşkil edir. Kraliçanın yay iqamətgahı — Vindzor qəsri də bu ərazidə yerləşir. Yay aylarında burda turistlərin böyük axını başlayır.
London 5 hava limanına malikdir.
Şəhər hələ XIX əsrdə tikilmiş bir neçə vağzala malikdir.
London metrosu dünyanın ən qədim metrolarındandır. 1863-cü ildə metropoliten Railway (Dəmir yolu) adı ilə fəaliyyətə başlamışdır. Londonda metronun yaradılmasının əsas məqsədi həmin vaxtlarda at arabalarının şəhərdə meydana gətirdiyi sıxlığı aradan qaldırmaq idi. Düzəldilən yeni xətlərdə ən yeni texnologiya hesab olunan buxarlı qatarlardan istifadə olunmuşdur. Şəhərin bəzi yerlərində hələ də kömür dumanını atmaq məqsədilə yaradılmış havalandırmalar mövcuddur.
London metrosu yaradıldıqdan sonra İstanbulda tunel Nyu Yorkda və Madriddə bənzər metrolar yaradılmağa başladı. London metrosuna Underground (Yeraltı) deyilir. Ümumilikdə 274 stansiyası var. Metroda siqaretdən istifadə etmək ilk vaxtlar sərbəst olsa da hazırda bu davranışa görə sərt qadağalar tətbiq olunmaqdadır. London metrosu (ing. London Underground) dünyada ən qədim və nəhəng metrodur. Buxar lokomativi ilə işləyən İlk yeraltı dəmir yolu (ing. "Metropolitan Railway" bugünkü Metropolitan Line) 10 yanvar 1863-cü ildə tikilib istifadəyə verilmişdir.
Xətt | Rəng | Açılışı | Tipi | Uzunluğu km | Dayanacaqlar | İllik sərnişindaşınma (Millionla) |
---|---|---|---|---|---|---|
Bakerloo Line | Qəhvəyi | 1906 | Tunnel xətti | 23,2 | 25 | 95,9 |
Central Line | Qırmızı | 1900 | Tunnel xətti | 74,0 | 49 | 183,5 |
Circle Line | Sarı | 1884 | Geniş profilli | 22,5 | 27 | 68,4 |
District Line | Yaşıl | 1868 | Geniş profilli | 64,0 | 60 | 172,8 |
Hammersmith & City Line | Açıq çəhrayı | 1864 | Geniş profilli | 26,5 | 29 | 45,8 |
Jubilee Line | Boz | 1979 | Tunnel xətti | 36,2 | 27 | 127,5 |
Metropolitan Line | Tünd çəhrayı | 1863 | Geniş profilli | 66,4 | 34 | 53,6 |
Northern Line | Qara | 1890 | Tunnel xətti | 57,6 | 51 | 206,7 |
Piccadilly Line | Göy | 1906 | Tunnel xətti | 70,4 | 52 | 176,1 |
Victoria Line | Mavi | 1969 | Tunnel xətti | 22,5 | 16 | 161,3 |
Waterloo & City Line | Zümrüd | 1898 | Tunnel xətti | 2,4 | 2 | 9,6 |
London şəhər avtobus nəqliyyatı sıx şəbəkəli və çox xətli olub, 700 marşuruta malikdir. İkimərtəbəli Rutmaster (ing. Routemaster — "Yolun ağası") tipli avtobusları və köhnə dizaynlı qara taksi avtomobillərini bütün dünyada Londonun simvolu kimi tanıyırlar.
Müharibədən sonra aparılan quruculuq işləri İngiltərə paytaxtının klassik görkəminin müəyyən dərəcədə itirilməsinə səbəb oldu. Buna baxmayaraq, elm və maarifin mərkəzi sayılan London ölkənin mədəni həyatında böyük rol oynayırdı. Burada London Kral Cəmiyyəti (1660), Universitet (1836), Britaniya akademiyası (1901), Kral İncəsənət Akademiyası (1920) fəaliyyət göstərir. Salamat qalmış muzeylər və təzə tikilən, hazırda varlı ərəb şeyxlərinə məxsus olan beşulduzlu hotellər xarici qonaqların bu şəhərə axınını gücləndirir. Bundan əlavə, onlarca iri teatr, konsert salonu, kinoteatr daim sənətsevərlərin üzünə açıqdır. Məşhur "Old-Bik" teatrının yaxınlığında şəhərin ən böyük konsert zalı — "Röyal — Festival — Holl" yerləşir. London 1908-ci ildə IV və 1948-ci ildə XIV Olimpiya oyunlarına ev sahibliyi edib. İndi isə 2012-ci ildə keçiriləcək möhtəşəm Olimpiya oyunlarının hazırlığı ilə məşğuldur. Paytaxtın mərkəzində çoxsaylı qədim memarlıq nümunələri və tarixi abidələr toplanıb; Müqədds Pavel məbədi, Manşen-Xaus (şəhər bələdiyyəsinin iqamətgahı), Giild-holl (Ratuşa), Tauer və Böyük yanğının (1661) qurbanlarının xatirəsinə ucaldılmış 61 metr hündürlüyü olan monumental abidə. Burada XVII və XVIII əsrlərdə tikilmiş kilsələrə rast gəlmək olar. Keçmiş London həbsxanasında hazırda işgəncələr muzeyi yerləşir. Tauerdə Britaniya tacına məxsus xəzinə saxlanılır. Trafalqar meydanında admiral Nelsonun şərəfinə heykəl qoyulub. Onun yaxınlığında Milli şəkil qalereyası və Britaniya Admirallığının binası yerləşir. Qeyd etmək lazımdır ki, Londona gələn xarici turistləri daha çox maraqlandıran İngiltərə Krallığının iqamətgahı olan Bukingem sarayı və Parlament meydanındakı paytaxtın simvolu sayılan Biq-Ben qülləsidir. Ondan bir qədər aralıda Britaniya Krallığının tacqoyma mərasiminin keçirildiyi yer — Vestminster abbatlığı Tamaşaçılarda gözəl təəssürat yaradır. Burada dövlət xadimləri, yazıçı və alimlər dəfn olunublar. Abbatlığın yaxınlığında Parlamentin rəsmi kilsəsi hesab edilən Sent-Marqaret dövlət xadimlərinə xidmət göstərir. Göründüyü kimi, London mədəniyyət ocaqlarının və tarixi abidələrin sayına görə, bəlkə də dünyada ən zəngin şəhərdir. Viktoriya və Albert muzeyi, elm və təbiətşünaslıq muzeyləri və Kral coğrafiya cəmiyyətinə gələnlər çox böyük təəssüratla buradan gedirlər. "Olimpiya" sərgi zalı və Qrinviç sarayı həm yerli tamaşaçıları, həm də xarici qonaqları öz möhtəşəmliyi ilə valeh edir. Qeyd edək ki, bu, mədəniyyət ocaqlarının tam siyahısı deyil.
London şəhəri, eyni zamanda, ölkənin iri sənaye mərkəzidir. Burada elektrotexnika, radioelektronika, maşınqayırma, avia, avto, cihazqayırma, gəmi təmiri zavodları, telefon və radioaparatlar və digər sənaye məhsulları istehsal edən müasir texnologiyaya malik çoxsaylı müəssisələr var. Bunlardan əlavə, kağız, poliqrafiya, tütün, ərzaq, toxuculuq, kimya və mebel sənayesi çox inkişaf edib. Avropada ən qədim metro Londonda 1863-cü ildən işləməyə başlayıb. Paytaxt əhalisinin məişət və ticarətinin daha səliqəli və abadlaşmış ərazisi Vest-End hesab olunur. Azərbaycanın turizm həvəskarları yəqin ki, dünyanın möhtəşəm şəhərlərindən biri olan Londona qiyabi olaraq "Oralar" teleserialı vasitəsilə səyahət ediblər. Şübhəsiz ki, yaxın gələcəkdə ölkəmizin turistləri də İngiltərənin paytaxtı Londona səyahət edib, əyani surətdə onunla tanış olmaq imkanı əldə edəcəklər.
Böyük Britaniya ənənə və mərasimlərlə zəngin ölkədir. Londonlular da öz ənənələrinə çox hörmət və ehtiramla yanaşırlar.
London sakinləri hər gün təxminən 23 kiloqram saf kokaindən istifadə edirlər. Bu göstəriciyə görə Böyük Britaniya paytaxtı Avropa dövlətlərinin reytinqində birinci yeri tutur. Burada kokainin bir dozasının qiyməti 2,75 funt-sterlinqdir və London küçələrində hər gün yarım milyon kokain dozası satılır. Mütəxəssislərin hesablamalarına görə, London əhalisi il ərzində səkkiz tondan çox təmiz kokaindən istifadə edir.[12]