Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Kumu muzeyi | |
---|---|
Kumu Kunstimuuseum | |
Əsası qoyulub | 17 fevral 2006 |
Açılış tarixi | 2006 |
Mövzu | incəsənət |
Ölkə | |
Yerləşir | Veyinzberqi küç. 34, Tallin, Estoniya |
Ziyarətçi sayı | 128.712[1][2] (2013) |
Direktor | Anu Livak |
59°26′11″ şm. e. 24°47′47″ ş. u.HGYO | |
|
|
www.kumu.ekm.ee | |
Vikianbarda əlaqəli mediafayllar |
Kumu muzeyi (est. Kumu Kunstimuuseum) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən incəsənət muzeyi. Muzey Baltikyanı ölkələrdə ən böyük, Şimalı Avropada isə ən böyük incəsənət muzeylərindən biridir. Bura Estoniya İncəsənət Muzeyinin 5 qolundan biridir və əsas ofisləri buradadır.
Muzeydə həm daimi, həm də müvəqqəti sərgilər təşkil olunur. Əsas kolleksiyası sosialist realizminə aid və XVIII əsrdən bu yana tarixlənən əsərləri əhatə edir.
Kumu sözü eston dilindəki "Kunstimuuseum" (incəsənət muzeyi) sözünün abrivaturasıdır. Muzeyin memarı 1994-cü bu haqqı müsabiqə yolu ilə qazanmış fin memar Pekka Vapuvuoridir. 2003–2006-cı illərdə tikilmişdir. Tikili Lasnamae təpəsinin əhəng yamacında uğurla qurulmuş və qədim Kadriorq parkının yanında yerləşdirilmişdir.
2008-ci ildə Avropa Muzey Forumu tərəfindən muzey İlin Muzeyi mükafatını qazanmışdır.[4]
Estoniya İncəsənət Muzeyi 17 noyabr 1919-cu ildə qurulmasına baxmayaraq, daimi bir binaya ilk dəfə 1921-ci ildə köçmüş və bu bina XVIII əsrdə tikilən Kadriorq sarayı olmuşdur. Lakin 1929-cu ildən bu saray prezident iqamətgahı kimi istifadə olunmağa başlanmışdır.
1946-cı ildə saraya qayıdana qədər Estoniya İncəsənət muzeyi bir neçə bölməyə ev sahibliyi etmişdi. 1991-ci ildə Kadriorq sarayı təmir işləri üzündən başlanmışdır, belə ki SSRİ-dən asılı olduğu zaman saray baxıma möhtac qalmışdı. İlin sonunda Estoniya Respublikası Ali Şurası Estoniya İncəsənət muzeyi üçün yeni tikili üçün zəmanət verməyə qərar almışdır. Yeni bina tikilib qurtara qədər Estoniya İncəsənət muzeyinə Tallinin qədim hissəsində yerləşən Tompea təpəsindəki Estoniya Zadəgan Evi ev sahibliyi etməli idi. Orada ilk sərgi 1 aprel 1993-cü ildə açılmışdır. Bu binadakı sərgilər 2005-ci ilin oktyabrında bağlanmışdır. 2000-ci ilin yayında Kadriorq binası yenidən istifadə verilmiş, lakin bu dəfə Estoniya İncəsənət muzeyinin əsas binası olmamış, sadəcə bir şöbəsi kimi fəaliyyət göstərməyə başlamışdır. Hazırda Kadriorqda xarici əsərlər sərgilənir.
2006-cı ildə Kumu muzeyi fəaliyyətə başlamışdır.