Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Tit Flavius Klement | |
---|---|
q.yun. Κλήμης ὁ Ἀλεξανδρεύς | |
Doğum adı | Κλήμης ὁ Ἀλεξανδρεύς |
Doğum tarixi | |
Doğum yeri | Afina |
Vəfat tarixi | |
Vəfat yeri | Fələstin |
Vətəndaşlığı | Roma imperiyası |
Elm sahələri | İlahiyyat, fəlsəfə |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
İsgəndəriyyəlí Klemént - (yun. Κλήμης ὁ Ἀλεξανδρεύς, lat. Clemens Alexandrinus, Titus Flavius Clemens; təq. 150[1][2][…], Afina, Axeya – təq. 215[3][4][…], Kayseri) — xristian apologeti, nəzəriyyəçisi, İsgəndəriyyə ilahiyyat məktəbinin rəhbəri.
Təqribən 150-ci ildə Afina şəhərində zəngin ailədə dünyaya gəlmiş və yaxşı təhsil almışdır. 20 yaşında ikən Aralıq dənizi sahilləri boyunca səyahətə çıxmışdır. İsgəndəriyyədə ilahiyyat məktəbinin başçısı Pantenlə tanış olmuş, onun təsiri ilə xristianlığı qəbul edib orada məskunlaşmışdır.
Burara Klemens keşiş olmuş, apologetik əsərlərini yazmış, qnostiklərlə və "ittellektual" Xristianlığa şübhə ilə yanaşan başqa xristianlarla polemikalara girmişdir. Əsəs fəaliyyəti Xristian ehkamlarının düşüncənin dəlilləri ilə barışdırmasına yönəltmişdir. Bunun üçün də antik fəlsəfi kateqoriyalarından geniş istifadə edirdi.
190-cı ildən İsgəndəriyyə ilahiyyat məktəbininə başçılıq etmişdir. İmperator Septimius Severin dövründə, Xristianlığın təqib edildiyi zaman, məktəb müvəqqəti olaraq bağlanmışdır. Daha sonra ona Origen rəhbərlik etmişdir. Klement isə İsgəndəriyyəni tərk edərək, Fələstinə sığınmış və orada da vəfat etmişdir.
Klemens üç hissədən ibarət xristian ensiklopediyasına bənzər bir əsər yazılmışdır. Birinci hissə «Protrepticus» (Ellinlərə nəsihət vermə), ikinci – «Paedagogus» (Pedaqoq), üçüncü – «Stromata» (Rəngli xalçalar) adlanır. Bundan başqa "Varlılardan kim xilas olacaq?", "İsgəndəriyyəki Klementin Teodotdan alınmaları", "Peyğəmbərlərdən alınmalar" kimi zamanımıza çatan kitabların yazarı idi.
Bundan başqa onun bir çox əsərlərinin yalnız bəzi fraqmenləri başqa müəlliflərin (Palladius, Qeysərli Eusebius və başqalarının) əsərlərində bizə çatmışdır.
Bu əsərlərdən məlum olur ki, Klement təkcə apologetika ilə məhdudlaşmırdı. O eyni zamanda missioner idi. Xristianlığı yaymaq üçün isə o, bu dini yunan və roma xalqlarının düşüncə tərzlərinə və elmi ənənəsinə uyğunlaşdırmalı idi. Nəticədə, Klement, kompromislərə gedərək Xristianlığı “fəlsəfələşdirməli”, fəlsəfəni isə “xristianlaşdırmalı” idi. Bu məqsədə çatmaq üçün, Klemens bir tərəfdən fəlsəfənin üstünlüklərindən danışaraq, biliyin maarifsiz, korkoranə dindən üstünlüyündən söhbət açmışdır. Digər tərəfdən isə o, fəlsəfənin rolunu dinə qulluq etməkdə görərək, ilk dəfə olaraq “fəlsəfə – dinin qulluqçusudur” prinsipini ifadə etmişdir [5]. Bununla Klement biliyi imanın çərçivəsi ilə məhdudlaşdırmışdır. Yəni fəlsəfi bilik, dini ehkamların əqli baxımdam əsaslandırılması üçün istifadə edilməlidir, dinə və imana qulluq etməlidir.
Biliyin rolunu yüksək qiymətləndirən Klement, ilk dəfə olaraq, onun dini ehkamlarla və imanla uyğunlaşması, onların arasındakı ziddiyətlərin ortadan qaldırılmasının vacibliyini vurğulamışdır. Bundan sonra, iman-bilik münasibətləri problemi orta çağlar fəlsəfəsinin ən çətin problemlərindən birinə çevrilmişdi. Bu məsələyə ilə bağlı bir çox xristianlar, imanın olduğu halda biliyin gərəksiz olmaması iddiasına düşdülər. Qnostiklər isə buna əks mövqedən çıxış etmişdirlər. Onlar hesab edirdilər ki, xüsusi biliyə (qnosisə) və fəlsəfəyə çatan adam üçün iman lazım deyil.
Klemens bunların arasında orta mövqeyi tuturdu. Biliklə imanın bir-birinə zidd olmaması fikrini irəli sürürdü. İman əqli məntiqi metodlarla əsaslandırıla bilər, bilik isə imansız öz ruhunu itirir. Buna görə də əsl fəlsəfəni yanlış fəlsəfədən (sofistikadan) fərqləndirmək lazımdır [6]. Əsl fəlsəfə, Klementin fikrincə, insanlara Tanrı və dünya arasında münasibətlərin qurulması yollarını göstərir, müdrikliyi və xeyri öyrədir [7].
Əsl fəlsəfə birdir. Lakin ona doğru gedən yollar müxtəlifdir. Onlardan ikisi daha əhəmiyyətlidir. Biri “barbarların” (yəni yəhudilərin), başqası isə yunanların fəlsəfəsidir. Yəhudi xalqına əsl fəlsəfə (yəni Əhdi-Ətiq Tanrısı haqqında bilik) peyğəmbərlər vasitəsi ilə açılıb. Yunanlar isə fəlsəfəni öz düşüncələri ilə əldə etsələr də, onda bir İlahi həqiqətlər vardır. Onlar İlahi həqiqətə təbii yolla çatmaq istəyirdilər. Yunanların, fəlsəfədə başqa xalqlardan daha çox nailiyyətlər əldə etməsi, onların, yəhudilər kimi, İlahi tərəfindən seçilmiş bir xalq olduğunun göstəricisidir.
Yəhudilər üçün Tövrat nədirsə, Yunanlar üçün də fəlsəfə odur. Fəlsəfənin və Tövratın mənbəyi birdir. Bu Loqosdur. O, yəhudilərə birbaşa vəhylə açılıb, yunanlara isə təbii qanunları əqllə təhlil və tədqiq etməsi yolu ilə [8]. Ancaq, Klemensin fikrincə, ən gözəl və dəyərli şeyləri yunanlar yəhudilərdən alıblar.
Beləliklə yunan fəlsəfəsi Xristianlığa aparan bir yoldur və hörmətə layiqdir. Hər bir fəlsəfədə həqiqətin zərrəcikləri vardır. Ancaq bütövlükdə həqiqət yalnız Xristianlıqda əks olunmuşdir. Elmlər sonda fəlsəfə ilə, fəlsəfə isə ilahiyyatla tamamlanır. İlahiyyat ən yüksək məqamdır və əsl həqiqətdir [9].
Başqa elmlərin dəyəri onların ilahiyyata münasibətindən asılıdır. Başqa elmləri və fəlsəfəni bilmədən, yaxşı ilahiyyatçı olmaq olmaz. Eyni zamanda, hər bir xristian üçün fəlsəfə ilə məşğul olmaq vacib deyil. Bu dünyada və axirətdə xilas olmaq üçün, Tanrıya iman etmək və xristian dininin müddəalarını qəbul etmək kifayətdir. Bununla Klemens qnostiklərin ideyalarını rədd edirdi. Məlum olduğu kimi, qnostiklər hesab edirdilər ki, yalnız xüsusi biliklərə (qnosisə) malik olan adamlar xilas ola bilərlər [10]. Onların dediklərinə görə, adi xristian möminləri məhv olacaqlar.
Qnostiklərin ideyalarını rədd edən Klemens, imanın idrak prosesinin nəticəsində əmələ gəlməsi haqqında çox maraqlı bir fikir irəli sürmüşdür. Hər bir bilikdə imanın elementləri vardır. Çünki ifadə edilən hər bir şeyin dəlilini, sonra isə onun əsasında qurulan başqa mülahizələri sübuta yetirmək mümkün deyil. Bu halda dəlil axtarma silsiləsini sonsuzluğa qədər davam etmək lazım olardı. Buna görə də hər bir adam öz mübahisələrində dəlili öncələyən bir şeyə arxalanır. Bu hissiyyat, fərziyyə, hamı tərəfindən bəyənilən rəy, hörmətli adamın fikri ola bilər. Bu isə artıq iman deməkdir. Yəni, hissiyyatına arxalananda hər bir adam özünə, fərziyyəyə arxalananda bu fərziyyənin həqiqət olduğuna, cəmiyyət tərəfindən qəbul olunmuş rəyə arxalananda, bu cəmiyyətdə qəbul olunmuş fikrin həqiqət olmasına, ağsaqqalların rəyinə arxalananda isə onun fikrinin məqsəduyğunluğuna inanır və bunun əsasında öz dəlillərini qurur.
Bu əsaslar insanın mülahizələrinin bünövrəsini təşkil edir. Bu bünövrənin möhkəmliyi, etibarlılığı onun üzərində qurulmuş mülahizənin nəticəsini həll edir. Əgər bu bünövrə zəif və yanlışdırsa, onda mülahizə, hətta formal məntiq qanunlarına uyğun şəkildə aparılsa belə, yanlış nəticələrə gətirəcək. Öz növbəsində biliyə arxalanmayan iman, üstündə bina tikilməmiş bir bünövrəyə bənzəyir [11]. Ona görə də, imanla bilik bir vəhdət təşkil edir.
Sonda, imanla biliyin münasibətləri problemini yekunlaşdıran Klemens, xristian qnostisizminin əslində intellektual (əqlə) don geydirilmiş bir iman olduğu qənaətinə gəlir. Bununla o, qnostiklərlə, onları şiddətli tənqid atəşinə tutmuş xristian xadimləri arasında orta və barışdırıcı mövqedə durmuşdur. Ümumiyyətlə bilik və imanın bir-biri ilə ahəngdə olması ideyasını ilk dəfə Klemens irəli sürmüşdü. Gələcəkdə isə bu fikri Avqustin, Anselm, Tomas (Foma) və başqa düşünürlər təkrarlamışdırlar və inkişaf etdirmişdirlər.
Klementə görə İlahi vəhyi daha da aydın başa düşmək üçün Müqəddəs Kitabı yozmaq lazımdır. Yozmada alleqoriyalardan və təvillərdən də istifadə etmək olar, lakin burada ifrata varmaq olmaz.
Tanrı haqqında düşüncədə Klement apofatik ilahiyyatın tərəfdarı idi. Bu da o deməkdir ki, insan anlayışlarını Ona aid etmək olmaz, çünki Tanrını sözlə ifadə etmək mümkün deyildir. Lakin demək olmaz ki, o katafatik ilahiyyatı tam olaraq inkar edirdi, çünki Tanrının birliyi, ədaləti və başqa xüsusiyyətləri dillə ifadə edilə bilər. Amma onu yaddan çıxarmaq olmaz ki, bu sözlər onun əsl mahiyyətini açmır və buna görə də katafatik düşüncədə ifrata varma, insanı antropomorfizmə və panteizmə gətirə bilər. Beləliklə, Tanrı haqqında düşüncədə apofatik yolu tutmaqdır. Yəni Tanrını heç bir sözlə və anlayışla dərk etmək olmaz, o hər şeydən ucadır. Hər hansı bir şeydən düşünən insan bilməlidir ki, onu Tanrıya aid etmək olmaz. Beləliklə hər bir anlayışı inkar edərək Tanrı haqqında onu demək olar ki, O, zaman, məkan kimi düşünülən şeylər anlayışlarına sığa bilməz.