Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Etnoqrafik bölgə | |
Kiçik Litva (Prussiya Litvası) | |
---|---|
lit. Mažoji Lietuva (Prūsų Lietuva) alm. Preußisch Litauen | |
54°52′ şm. e. 22°32′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz |
Tilje (tarixi) Şilute[1] |
Ən böyük şəhəri | Klaypeda |
Vikianbarda əlaqəli mediafayllar |
Kiçik Litva (lit. Mažoji Lietuva; alm. Kleinlitauen; pol. Litwa Mniejsza; rus. Máлая Литвá) və ya Prussiya Litvası (lit. Prūsų Lietuva; alm. Preußisch-Litauen, pol. Litwa Pruska) — Litvanın etnoqrafik bölgəsi və Prussiyanın (sonra isə Almaniyanın Şərqi Prussiya vilayətinin) tarixi bölgəsi.
Kleinlittaw ifadəsinin ən erkən istifadəsi XVI əsrdə Prussiyalı Simon Qrunaunun xronikalarında olub.[2]
Litva əyaləti , Litva rayonları ), Litva dairəsi və ya sadəcə Prussiya Litvası və ya Litva ifadələri 1618-ci ildən bəri Prussiya hüquqi sənədlərində Litvalıların yaşadığı Narduviya və Skaloviya inzibati vahidləri üçün işlənilirdi. 1738-ci ildən bəri Prussiya xəritələrində Klein Litau, Klein Litauen, Preussisch Litthauen, Little Lithuania, Litvania ifadələri işlənilirdi. 1815–1818 illərin inzibati islahatdan sonra Prussiya Litvası və s. ifadələrin işlətməsi xeyli dərəcədə azalıb.[3]
Litva Kiçik Litvanın bir hissəsini zəbt edəndən sonra o hissəyə bir müddət Klaypeda bölgəsi deyilirdi. Amma XX əsrdə və özəlliklə XX əsrin ikinci yarısından bəri onun üçün daha çox Kiçik Litva ifadəsini iştətməyə yenidən başlayıblar.[1]
Kiçik Litva Litvanın yeganə bölgəsi idi ki, orda əhalin çoxluğu lüteran olmuşdu.[4] Prussiya Litvalıları özünə Lietuvninkai deyirdilər.[5]
XVI—XVIII əsrlərdə Kiçik Litva ədəbi Litva dilinin inkişaf məkanlarından biri idi. Ordakı inkişaf etmiş variant Jemaytiya dilinin (bəzi mənbələrdə ləhcəsinin) Pruss dilinin təsirləri ilə qarışığı idi.[6] Lüteran pastoru Martinas Majvidasın Jemaytiya ləhcəsində (dilində) yazdığı və 1547-ci ildə Köniqsberqdə çap olunmuş Katechizmusa prasty szadei… (azərb. Katexizisin bəsit sözləri) kitabı Litva dilində çap olunmuş ilk kitabı sayılır. Bundan başqa Danielius Kleynasın yazdığı və həmçinin burda 1653-cü ildə çap olunmuş Grammatica Litvanica Litva dilinin ilk qrammatika kitabıdır.[7]