Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Herodot | |
---|---|
Ἡρόδοτος Ἁλικαρνᾱσσεύς | |
Doğum tarixi | təq. e.ə. 484 |
Doğum yeri | |
Vəfat tarixi | təq. e.ə. 425 |
Elm sahələri | tarix[1], siyasət[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Herodot (yun. Ἡρόδοτος Ἁλικαρνᾱσσεύς: Hērodotos Halikarnāsseus; təq. e.ə. 484, Halikarnas və ya Halikarnas mavzoleyi[1] – təq. e.ə. 425) — qədim yunan tarixçisi.
O "Tarix" əsərinin müəllifidir. Yunan tarixçisi Herodot Əhəmənilər imperiyasına daxil olan xalqlardan bəhs edərkən Azərbaycanın şimalında Kaspilərin adını çəkir. Herodot bəşəriyyət tarixi boyunca ilk tammiqyaslı tarix traktatının müəllifidir. Onun "Tarix" əsərində yunan-fars müharibələri və həmin dövrün xalqlarının adət-ənənələri və yaşayışı təsvir edilir. Herodotun işləri antik mədəniyyət üçün böyük qiymətə malik idi. Siseron onu "tarixin atası" adlandırırdı.
Herodot Kiçik Asiyada, əhalisi dorilərdən ibarət olan Halikarnas şəhərində dünyaya gəlmişdir. Herodot gəncliyində zülmkar Liqdamidaya qarşı mübarizə aparan partiyaya aid idi. Buna görə onu təqib edirdilər. Buna görə qaçaraq Samos şəhərində yaşamış, daha sonra isə uzunmüddətli səyahətə çıxmışdır. O Babilistan, Assuriya, Misir, Kiçik Asiya, Şimali Qara dəniz, Peloponnesdən Makedoniya və Frakiyaya qədər Balkan yarımadasını gəzib dolandı. E.ə 446-cı ildə Herodot Afinaya gəldi. Burada o Periklin yaxın dairəsiylə yaxınlaşdı. Bu vaxt "Tarix" kitabının böyük hissəsi artıq yazılmışdı. Belə ki, Herodot kitabdan bəzi hissələri afinalılar üçün oxuyurdu. O, e.ə. 425-ci ildə dünyasını dəyişmişdir.