Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Şəhər | |
Buxara | |
---|---|
özb. Buxoro | |
39°46′29″ şm. e. 64°25′43″ ş. u.HGYO | |
Ölkə | Özbəkistan |
Vilayət | Buxara vilayəti |
Hakim | Kərim Camaloviç Kamalov |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | E.ə. VI əsr |
İlk məlumat | 500 |
Sahəsi | 73 km² |
Mərkəzin hündürlüyü | 225 m |
İqlimi | Kəskin kontinental |
Saat qurşağı | UTC+5 |
Əhalisi | |
Əhalisi | 272 000 nəfər (2017) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 8 365 |
Poçt indeksi | 2001XX |
Nəqliyyat kodu | 80-84 |
Digər | |
Rəsmi adı | Historic Centre of Bukhara |
Tipi | Mədəni |
Kriteriya | ii, iv, vi |
Tarixi | 1993 |
İstinad nöm. | 602 |
Ölkə | Özbəkistan |
Region | Asiya |
bukhara.gov.uz (özb.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Buxara (özb. Buxoro) — Özbəkistanın qədim şəhəri. Tarixi yerlərlə zəngin olan Buxara şəhərində təqribən 140 memarlıq abidəsi var.[1] 31 avqust 2016-cı il tarixinə olan məlumata əsasən şəhər əhalisi 247,644 nəfər təşkil edir ki, bu da onu əhalisinin sayına görə Özbəkistanın beşinci ən böyük şəhəri edir.[2] Əhalinin əksəriyyətinin ana dili Özbək dilidir.[3] Böyük ipək yolu üzərində yerləşən bu şəhər uzun müddət ticarət, elm, mədəniyyət və din mərkəzi kimi fəaliyyət göstərmişdir. UNESCO təşkilatı Buxaranın tarixi mərkəzini (bir çox məscid və mədrəsələrdən ibarətdir) Ümumdünya irsi siyahısına daxil etmişdir.[4]
Buxara şəhəri 19-cu və 20-ci əsr ingilis nəşrlərində Boxara, Xan çincəsində isə Buhe və ya Puhe şəklində adlandırılmışdır.[5]
İranika Ensiklopediyasında yazılana əsasən "Buxara" adı soqd dilində "bərəkətli torpaq" mənası verən βuxārak sözündən törəmişdir.[6]
X əsr Orta Asiya tarixçisi Əbu Bəkr Narşahi özünün "Buxara tarixi" əsərində belə yazmışdır: "Buxaranın bir çox adı var. Bu adlardan biri də Numiykatdır. Bəzən "Bumikat" da adlandırılır. Ərəb dilində isə şəhərin iki adı var. Bunlardan biri "mis şəhər" mənası verən "Mədinət əl Sufriya", digəri isə "tacirlər şəhəri" mənası verən "Mədinət əl Tüccar"dır. Lakin, Buxara adı digər bütün adlara nisbətən daha məşhurdur. Xorasan bölgəsində bu qədər çox ada sahib olan başqa şəhər yoxdur."
Orta əsrlərdən etibarən şəhər ərəb və fars mənbələrində Buḫārā adı ilə keçir. Müasir özbək dilində isə Buxoro şəklində yazılır.thumb|left|200px|Buxara, Çar-Minar ansamblı
Bu şəhər təpədə, oda sitayiş edənlərin dini ayinləri icra etdiyi və müqəddəs hesab etdikləri yerdə salınmışdır. Şəhərin adına "Avesta"da rast gəlmək olar. Buxara Səmərqəndin qərbində yerləşir və İslamın mərkəzlərindən biri kimi tanınır. Bura həmçinin Böyük Şeyx Bahəddin Nəqşibəndinin yaşadığı şəhərdir. O bütün İslam aləmində və regionda sufizmi inkişaf etdirən əsas nümayəndə olmuşdur. Bu şəhər öz zəngin muzeyləri ilə məşhurdur. Burda yerləşən Dövlət İncəsənət Muzeyidə müxtəlif rəsm kolleksiyaları, duluzçuluq məmulatları, Buxara hakimlərinin paltarları saxlanılır. Şəhərdə 140-dan artıq memarlıq abidələrinin olması bu şəhərin "muzey şəhər" adlanmasına səbəb olmuşdur. Buxarda hal-hazırda 350 məscid və 100 dini kollec fəaliyyət göstərir. Bu abidələrin əksəriyyəti orta əsrlər dövrünə aitdir. Poi-Kalon, Kos Mədrəsəsi, İsmayil Samani Movzoleyi, Kalian Minarəsi diqqəti daha çox cəlb edir. Şəhər dar küçələr, yaşıl park və bağlar, müxtəlif eposların qəhrəmanlarını təsvir edən tarixi və memarlıq abidələri ilə zəngindir.