Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Şəhər | |
Bolton | |
---|---|
Bolton | |
53°35′ şm. e. 2°26′ q. u.HGYO | |
Ölkə | Böyük Britaniya |
Region | [[Şimal-qərbi İngiltərə]] |
Mer | Norman Kritçli |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1185 |
Sahəsi | 55.26 km² |
İqlimi | Dəniz iqlimi |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 194 089 nəfər (2011) |
Sıxlığı | 3 514 nəf./km² |
Milli tərkibi | İngilislər |
Rəsmi dili | İngilis dili|İngilis |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +44 1204 |
Poçt indeksi | BL1-BL7 |
Digər | |
bolton.gov.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Bolton (ing. Bolton) — Şimal-qərbi İngiltərənin Böyük Mançester bölgəsində yerləşən şəhər.[1] XIV əsrdə flamandlar tərəfindən məskunlaşdıqdan sonra şəhər parça istehsalı mərkəzinə çevrilmişdir. Bolton XIX əsrdə İngiltərədə ən çox inkişaf edən şəhərlərdən biri olmuşdur. 1929-cu ildə şəhərdə 216 pambıq fabriki fəaliyyət göstərirdi. Lakin, dünya müharibəsi digər bütün sənaye sahələrinə olduğu kimi pambıq sənayesinə də ciddi ziyan vurdu. Birinci dünya müharibəsi ərzində İngiltərənin bütün şəhərlərində kimi Boltonda da pambıq sənayesi sürətlə tənəzzülə uğramağa başlamışdır.
Mançester şəhərindən 12 km şimal-qərbdə yerləşən Bolton şəhəri tarixi olaraq Lankaşir vilayətinə məxsusdur. İngiltərə vətəndaş müharibəsi dövründə 1644-cü ildə şəhərdə Bolton qətliamı adı ilə tanınan hadisə baş vermiş, nəticədə 1,600 nəfər həlak olmuş, 700 nəfər əsir düşmüşdür.
Bolton Vonderers futbol klubunun ev oyunlarını oynadığı Makron stadionu da bu şəhərdə yerləşir.
Bolton adı qədim anqlo-sakson dilində bothl-tun sözündən əmələ gəlmişdir və "xüsusi üslubu olan yaşayış məntəqəsi" mənasını verir.[2] Bu ad ilk dəfə 1185-ci ildə Boelton formasında işlənmişdir.[3] Şəhərin adı 1212-ci ildə Boethelton, 1257-ci ildə Botelton, 1288-ci ildə Boulton, 1307-ci ildən sonra isə Bolton şəklində qeyd olunmuşdur.[4]
Bolton şəhəri yaxınlığında tunc dövründən qalmış insan məskənləri aşkar edilmişdir.[5][6] Antik Roma imperiyası dövründə şəhərin olduğu mövqedən romalılar üçün hərbi-strateji mərkəzlər olan Mançester və Ribçesteri birləşdirən yol keçmişdir. Şəhər normanlar tərəfindən işğal olunduqdan sonra Boltonun olduğu ərazilər 1067-ci ildə Rocr de Poituya verilmiş, 1100-cü ildə Rocr de Mereşeysə keçmiş, İngiltərə vətəndaş müharibəsindən sonra isə Pilkinqton ailəsinin əlinə keçmişdir.[7]
Bolton yaşayış məntəqəsi inkişaf etdikdən sonra Lankaşir vilayətinin tərkibində qəsəbə olmuşdur. İngiltərə vətəndaş müharibəsi dövründə qəsəbənin ətrafında yerləşən kənd əhalisi Kral tərəfdarı olmasına baxmayaraq, Bolton qəsəbəsi Parlament tərəfdarı olmuşdur.[8] Buna görə də, 1644-cü ildə Kral ordusu komandanı Şahzadə Rupertin rəhbərliyi altındakı üç min nəfərlik süvari birliyi tərəfindən ələ keçirilmiş, nəticədə 1600 nəfər yerli sakin öldürülmüş, 700-ü əsir götürülmüşdür. Bu hadisə dünya tarixinə "Bolton qətliamı" adı ilə daxil olmuşdur.
XV əsrdə katoliklərin zülmündən qaçan Şimali Fransa və indiki belçikalı protestantlar Bolton şəhərində məskunlaşdıqdan sonra, şəhər pambıq sənayesində sürətlə inkişaf etməyə başlamışdır. Sənaye inqilabının baş verməsi ilə Boltonda tekstil sənayesi öz inkişaf dövrünə daxil olmuşdur. Bu hadisə nəticəsində şəhərə çox sayda işçi gəlmiş və Bolton XIX əsrdə sürətlə böyüməyə başlamışdır. Tekstil sənayesinin ən çox inkişaf etdiyi dövr olan 1929-cu ildə şəhərdə 216 pambıq fabriki və 26 ağartma və boyama fabriki fəaliyyət göstərmişdir. 1911-ci ildə Boltonda tekstil sənayesində 36,000 nəfər çalışırdı.[9]
Birinci dünya müharibəsindən sonra tekstil sənayesi sürətlə zəifləməyə başlamışdır. Bunun qarşısını almaq məqsədilə İkinci dünya müharibəsindən sonra şəhərə çox sayda asiyalı işçi gəlmişdir. Lakin, yenə də enişin qarşısı alınmamış və 1980-ci illərdə isə Boltonda pambıq sənayesi sıfır səviyyəsinə qədər enmişdir.
Şəhərin adı hələ kənd olarkən "Bolton le Moors" olmuşdur. Buradakı "Moors" sözü şəhərin ətrafının və yaxın ərazilərin ağacsız və təsərrüfata yararsız yüksək təpələrlə əhatə olunmuş ərazi quruluşuna əsasən verilmişdir.
Bolton şəhəri quru yolu ilə Londondan 338 km, Liverpuldan 51 km, Mançesterdən 21 km məsafədə yerləşir.
2001-ci il hesablamalarına görə, Bolton şəhərinin işçi qüvvəsi 56,390 nəfər hesablanmışdır. Bu işçi qüvvəsinin 21,3%-i topdan və pərakəndə ticarət, 18,71%-i istehsalat sənayesində, 11%-i səhiyyə və sosial sektorda, 6,81%-i isə nəqliyyat və kommunikasiya sənayesində çalışır.[10]
XX əsrin sonlarında şəhərin iqtisadiyyatında ağır sənayenin üstün rolu getdikcə azalmağa başlamış, xidmət və yüksək texnologiya məhsulları sürətlə inkişaf etməyə başlamışdır. Buna baxmayaraq, kağız istehsalı, pambıq sənayesi kimi ənənəvi sənaye sahələrində çalışanların sayı da kifayət qədərdir.
Boltonun şəhər mərkəzi və şəhərətrafı ərazilərdə yerləşən alış-veriş mərkəzləri, ictimai evləri, restoranları və kafeləri daima yerli və xarici turistləri şəhərə cəlb etməyi bacarmışdır.[11][12] Turizm də şəhərin iqtisadiyyatında mühüm rol oynayır. Barrou körpüsü, "Last Drop Village", Bolton Buxar Muzeyi turistlərin diqqətini cəlb edən əsas yerlər sırasındadır.[13][14]
2001-ci ildə Böyük Britaniyada həyata keçirilən əhalinin siyahıya alınması nəticəsində Bolton şəhərində 139,403 nəfərin yaşadığı müəyyənləşmişdir. Əhalinin 48,7%-ni kişilər, 51,3%-ni isə qadınlar təşkil etmişdir.[15] Əhalinin yaşadığı ərazinin sahəsi 1991-ci ildə 2,992 hektar olduğu halda, 2001-ci ildə bu rəqəm 4,466 hektara qədər yüksəlmişdir. Əhalinin sıxlığı hər hektara 31.35 nəfərdir. Əhalinin orta yaşı İngiltərə və Uelsdə 37, Böyük Mançester bölgəsində 36 olduğu halda, Boltonda 35-dir.[16]
Bolton əhalisinin 87,1%-i İngiltərədə, 2,05%-i Böyük Britaniyanın hansısa başqa bölgələrində, 1,45%-i Avropa İttifaqında, 9,38%-i isə dünyanın hər hansı başqa yerində anadan olmuş şəxslərdən ibarətdir.[17]
Əhalinin 67,9%-i xristianlardan, 12,5%-i müsəlmanlərdan, 8,6%-i ateistlərdən, 3,4%-i isə hindulardan ibarətdir.[18]
Britaniya Elmi İnkişaf Dərnəyi tərəfindən Britaniyada həyata keçirilən anketə görə, dostca davranma baxımından Boltonda yaşayanlar ilk pillədə qərarlaşmışdır.[19]
Şəhərdə bir neşə teatr fəaliyyət göstərir. Bunlar arasında "Oktoqon teatrı" təqdim etdiyi peşəkar teatr oyunları ilə təkcə Bolton şəhərinin deyil, həm də ətraf şəhərlərin sakinlərinin diqqət mərkəzində olmuşdur. Bundan başqa, "Bolton Little teatrı" və "Phoenix teatrı" da şəhərin mədəni həyatına təsi göstərir. Şəhərdə, həmçinin Bolton Şəhər Sarayına bağlı olan Albert Hass adlı teatr və konfrans salonu da fəaliyyət göstərir. Şəhərin "Le Manş Crescent" adlı küçəsində mərkəzi kitabxana, muzey, gözəl sənətlər qalereyası, akvarium, yerli ədliyyə binası və Bolton Şəhər Sarayı yerləşir.[20]
Bolton Muzeyi və Gözəl Sənətlər Qalereyası həm yerli, həm də beynəlxalq kolleksiyaları sərgiləyir.[21] Bolton Mərkəzi Kitabxanası 1850-ci ildə qəbul edilən "Xalq Kitabxanaları haqqında" qanuna əsasən, İngiltərədə xalqa icarə əsasında kitab verən ilk kitabxanalardandır. Bolton Simfoniya Orkestri tərəfindən şəhərdə yerləşən Albert Hall və Viktoriya Hall salonlarında il ərzində davamlı olaraq klassik musiqi konsertləri verilir.[22]