Tarixi dövlət
Bəhməni sultanlığı
1347 — 1527

Paytaxt Əhsənabad(Gülbarga), Məhəmmədabad(Bidar)
Dilləri fars dili, Urdu dili, Teluqu dili, Marathi dili, Kannada dili
Rəsmi dilləri
Dövlət dini İslam (şiə)
İdarəetmə forması Mütləq monarxiya
Sultanlar
 • 1347–1358 Əlaəddini Həsən Bəhmən Şah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Bəhməni sultanlığı — 1347–1527-ci illərdə cənubi Hindistanın Dekan bölgəsində mövcud olmuş müsəlman dövləti.

Bəhməni sultanlığının yaranması

Əslən Orta Asiyadan olan Əlaəddin Həsən Bəhmən Şah Dehli sultanlığına qarşı üsyan qaldıraraq Dekan bölgəsində müstəqil dövlət yaratdı. Dövlətin paytaxtı əvvəlcə Əhsənabad (Gülbarga), sonralar isə Məhəmmədabad (Bidar) şəhəri idi.

Xarici dövlətlərlə münasibət

Bəhməni sultanlığı əsasən cənubdakı hindularla mübarizə aparırdı. Bununla yanaşı Misir Məmlük sultanlığı və Osmanlı imperiyası ilə dost münasibətlər qurulmuşdu.

Dövlətin süqutu

1527-ci ildə Qasım bəy Bəridül-Məmalik adlı türk bəyi hakimiyyəti ələ keçirərək Bəhməni sülaləsinin hakimiyyətinə son qoydu və Bəridşahlar dövlətinin əsasını qoydu.

Sultanlar

  • Əlaəddin Həsən Bəhmən Şah 1347–1358
  • I Məhəmməd Şah 1358–1375
  • Əlaəddən Mücahid Şah 1375–1378
  • Davud Şah 1378
  • II Məhəmməd Şah 1378–1397
  • Qiyasəddin Şah 1397
  • Şəmsəddin Şah 1397
  • Tacəddin Firuz Şah 1397–1422
  • Əhməd Vəli Şah 1422–1436
  • Əlaəddin Əhməd Şah 1436–1458
  • Əlaədin Humayun Zalım Şah 1458–1461
  • Nizam Şah 1461–1463
  • Məhəmməd Ləşkəri Şah 1463–1482
  • Mahmud Vira Şah 1482–1518
  • Əhməd Vira Şah 1518–1521
  • Əlaəddin Şah 1521–1522
  • Vəliallah Şah 1522–1525
  • Kalimallah Şah 1525–1527

Xarici keçidlər