Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Avtomagistral — avtomobil nəqliyyatı vasitələrinin hərəkəti üçün salınmış və eyni səviyyəli başqa yollarla kəsişməyən yol. Avtomobillərin uzaq məsafəyə intensiv və sürətli hərəkəti üçündür. Avtomagistrallarda əks-istiqamətli hərəkət zolaqları arasında azı 5 metr enində ayırıcı zolaq olmalıdır. Avtomagistrallar, adətən, şəhərlərdən və sənaye mərkəzlərindən aralı keçir. Müasir avtomagistrala Moskvanın şəhərətrafı dövrəvi avtomobil yolu, Moskva–Noginsk, Kiyev–Borispol, Moskva–Volqoqrad yolları misal ola bilər.[1]