Atrey
q.yun. Ατρέας
Cinsi kişi[d]
Atası Pelops[2][3]
Qardaşı və bacısı Fiest
Arvadı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atreus ilə əlaqədar olduğu iddia edilən xatirə məzarı.

Atreus, Mikena kralıdır. Zevsin oğlu Tantalın nəvəsidir. Pelops və Hippodameanın oğludur. Thyestes və Nikippenin qardaşıdır. Pleisthenes, Cleola ilə evliliyindən olub. Bir müddət keçdikdən sonra Atreus, dul qalmış gəlini Aeropa ilə evləndi. Bu ikinci evliliyindən, AqamemnonMenalay adlı iki oğlu və Anaksibia adlı bir qızı dünyaya gəldi

Şayiələrə görə, Atreus və qardaşı Thyestes, atalarının daha çox sevdiyi qardaşları Khrysipposu öldürdülər və atalarının lənətini aldılar və sonralar Arqos krallığını ələ keçirdilər. Ancaq Thyestes, hökmranlığın rəmzi olan qızıl quzuyu oğurladı və Atreusun həyat yoldaşı Aeropanı sınağa çəkdi. Cinayəti açıldıqdan sonra qaçarkən, Atreusun oğlu Pleisthenesi də özü ilə götürdü və onu öz uşağı kimi böyütdü. Uşaq böyüdükdən sonra, Thyestes onu Atreusu öldürmək üçün göndərdi. Ancaq Atreus sonradan öz oğlu olduğunu anladığı Pleisthenesi öldürdü. Atreus, yoxsulluq içində gəzən qardaşı Thyestesi, ölkəni bölmək vədi ilə uşaqları ilə birlikdə gətirdi. Sonra bir yol tapdı. Thyestesin oğullarını sakitcə kəsdirdi. Barışıq məclisində yeməsi üçün atalarının qarşısına qoydu. Heç bir şeydən xəbəri olmayan Thyestes oğullarını yedikdən sonra Atreus, oğlunun bişirilməmiş əzalarını lənətlər oxuyaraq, söyüşlər söyərək masanı devirdi. Hətta Günəş gördüyü dəhşətdən, nifrətdən kədərləndi, təəccübləndi, səmadakı yolunu başa vurmadan geri döndü.

Axillesin atası Peleus kimi, dövrün cəsur və güclü döyüşçülərindən idi, lakin Atreus daha çox qəddarlığı ilə tanınan bir insan idi, Atreusların lənəti bir çox yazıçışairi ilhamlandırmışdır.

İstinadlar

  1. различные авторы Энциклопедический словарь (rus.). / под ред. И. Е. Андреевский, К. К. Арсеньев, Ф. Ф. Петрушевский СПб: Брокгауз — Ефрон, 1907.
  2. Атрей (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский Сент-Питерсберг: Брокгауз — Ефрон, 1890. Т. II. С. 438.
  3. Любкер Ф. Atreus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 182.
  4. Любкер Ф. Menelaus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 855–856.
  5. Любкер Ф. Agamemnon (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 43.