Şəhər
Amman
عَمَّان
Bayraq[d]
Bayraq[d]
31°57′ şm. e. 35°56′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 1.680 km²
Mərkəzin hündürlüyü 776 m[2]
Saat qurşağı
  • Şərqi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi
  • 4.007.526 nəf. (2015)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 11110–17198
Digər
ammancity.gov.jo
Xəritəni göstər/gizlə
Amman xəritədə
Amman
Amman
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Ammanİordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi.

Tarixi

Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. AşşurƏhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. EllinizmRoma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur. Müasir şəhər Roma tikililərinin qalıqlarını (teatr, forum, odeon, nimfeya) əhatə edən təpələrdə yerləşir. Qala yerləşən təpədə bir neçə sərdaba, divar fraqmenti (e.ə. 9-cu və ya 8-ci əsr), Herkules məbədinin (2-ci əsr), Bizans bazilikasının, Basman və Raqdan saraylarının (19-cu əsr) xarabalıqları, həmçinin əl-Hüseyn məscidi (1924), Kral Abdullahın mavzoleyi (1952) saxlanılmışdır.

Ümumi məlumat

Beynəlxalq aeroportu, nəqliyyat qovşağı var. Şəhər ölkənin mühüm ticarət, sənaye, elmmədəniyyət mərkəzidir. Neft emalı, yeyinti sənayesi, toxuculuq, tütün, elektronika, gön-dəri, sement, metal emalı, inşaat materialları istehsalı müəssisələri, istilik-elektrik stansiyaları, İslam Sivilizasiyası Tədqiqatı Kral Akademiyası (1980), İslam EA (1986), İordaniya Universiteti (1962), Açıq Universitet (1985), Britaniya Şurası kitabxanası (1950), kütləvi (1958) və universitet kitabxanaları, arxeologiya muzeyi (1951), İslam muzeyi, Xalq sənəti və geyim (1972) muzeyi, mozaika qalereyası (1972) var. Turizm inkişaf etmişdir.[3]

Qardaş şəhərlər

Həmçinin bax

Xarici keçidlər

İstinadlar