Knowledge Base Wiki
Search for LIMS content across all our Wiki Knowledge Bases.
Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Hadisələr
16 yanvar - Anqolanın Portuqaliyadan ayrılaraq öz müstəqilliyini elan etməsi.
1 fevral - Peruda quru qoşunları diviziyasının Baş Qərargah rəisi Fransisko Morales Burmudesin ölkənin Nazirlər Sovetinin sədri və hərbi naziri təyin edilməsi.
11 mart - Portuqaliyada ölkənin keçmiş prezidenti general Antoniu di Spinolanın hərbi çevrilişə cəhd göstərməsi, məğlub olaraq İspaniyaya qaşması.
4 aprel — Microsoft şirkətinin əsasının qoyulması.
13 aprel — Livan vətəndaş müharibəsinin başlaması.
20 aprel — Türkiyənin Beyrut mətbuat məsləhətçisinin avtomobilinin erməni terroristləri tərəfindən bombalanması.
25 iyun — Mozambikin Portuqaliyadan ayrılaraq öz müstəqilliyini elan etməsi.
5 iyul - Yaşıl Burun adalarının 500 illik Portuqaliya idarəçiliyindən azad olması.
6 iyul - Komor adalarının Fransadan ayrılaraq öz müstəqilliyini elan etməsi.
23 avqust*
Laos Xalq İnqilab Partiyasının silahlı qüvvələrinin ölkənin paytaxtı Vyentyan şəhərini nəzarət altına alması.
Xarkov metropoliteninin istifadəyə verilməsi.
sentyabr - ABŞ-nin köməyi ilə Sinayda qoşunları aralamaq haqqında Misir-İsrail sazişinin imzalanması.
30 oktyabr - Şahzadə Xuan Karlosun İspaniya kralı titulu alması.
11 noyabr — Anqolanın Portuqaliyadan ayrılaraq öz müstəqilliyini elan etməsi.
22 noyabr — İspaniyanın monarxiya rejiminə geri qayıtması, Xuan Karlosun kral olması.
25 noyabr — Surinamın Hollandiyadan ayrılaraq öz müstəqilliyini elan etməsi.
7 dekabr - Şərqi Timorun İndoneziya tərəfindən işğalı.
14 dekabr - Kamboca III Milli Konqresi tərəfindən yeni Konstitusiyanın bəyənilməsi.
30 dekabr - Madaqaskar Demokratik Respublikasının elan edilməsi.
Bakıda Ü. Hacıbəyovun və S.Vurğunun ev muzeylərinin yaradılması.
"Azərbaycan təbiəti" jurnalının nəşrə başlaması.
Bakıda Məişət Kondisionerləri zavodunun istifadəyə verilməsi.
Bakı -Böyük Kəsik (Gürcüstan sərhəddində) və Bakı -Yalama dəmiryol xətlərinin elektrikləşdirilməsinin başa çatması.
Yevlax -Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi.
Qaradağ əhəng zavodunun işə salınması.
Xırdalan 9 saylı dəmir-beton məmulatları zavodunun işə salınması.
Qax kərpic zavodunun işə salınması.
Qubada teatr tamaşasının təşkil edilməsi.
Doğumlar
5 yanvar — Bredli Kuper , ABŞ aktyor
22 fevral — Drü Berrimor , Amerikan (Hollivud) aktrisası
2 may — Devid Bekhem , İngiltərəli futbolçu
27 may — Ceymi Oliver , ingilis aşpaz.
29 may — Melani Braun , ingilis müğənni.
4 iyun — Ancelina Coli , amerikalı aktrisa.
27 iyun —Tobi Maquayr , ABŞ aktyor
6 iyul — 50 Cent , ABŞ-lı repçi, prodüser və aktyor
15 iyul — Abuzər Gülməmmədov
7 avqust — Şarliz Teron , Cənubi Afrika kino aktrisası
3 sentyabr — Redfoo , DJ
6 sentyabr — Silvi Bekar, fransız biatlonisti,
8 sentyabr — Yelena Lixovtseva, Rusiya tennisçisi,
20 sentyabr — Aziya Arcento, İtalyan aktrisası və kino rejissoru,
21 sentyabr — Aleksandr Panov, Rusiya futbolçusu,
25 sentyabr — Mayya Sansa, İtalyan aktisası.
5 oktyabr — Keyt Vinslet , ingilis aktrisası
16 noyabr — Amir Dadon
18 dekabr — Sia , Avstraliyalı müğənni
Vəfatlar