Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Şiva (sanskr. शिव) — hinduizmdə ən qədim tanrılardan biri. Hinduizm üç tanrı prinsipini gözləyir və bu tanrılar Brahma (yaradıcı), Vişnu (Qoruyucu) və Şivadır (dağıdıcı)[1].
Sanskrit dilində Şiva boz-qara, civə rəngli deməkdir. Şivanın simvolu linqamdır, Yeri Göylə birləşdirən parlaq sütundur, fallik kultun nişanəsidir. Şivaya həmçinin məhsuldarlıq tanrısı kimi tapınırlar. Şivanın ikinci obraz-təzahürünə Nataracə adı verilib (burada nata rəqs, aktyor, racə isə sultan mənalarında anlaşılır). Beləliklə, dini rəvayətlər Şivanı "rəqs sultanı" təqdim edir[1].
Şivanın arvadı mərasim rəqslərinin himayədarı olan Şaktidir (Sati və Parvati kimi başqa-başqa təzahürləri var). Mifologiya fil başlı Qaneşanı Şiva və Parvatinin oğlu kimi təqdim edir[1].
Şivanın simvolik daşı ağdır[1].