Mir (Kosmik Stansiyası)
Tapşırıq nişanı
Mir Insignia
Mir nişanı
Tapşırıq Məlumatları
Tapşırığın Adı Mir
Qalxış 19 fevral 1986
21:28:23 UTC
Baykonur, SSRİ
Tağşırığın
başa çatması
23 mart 2001
05:50:00 UTC
Ekipaj 28 uzun müddətli heyət
Tapşırıqda 4.594 gün
Orbitdə 5.511 gün
Orbitdəki dövr sayısı 89.067
Yerdən
ən uzaq
393 km
Yerə
ən yaxın
385 km
Period 89,1 dəqiqə
Orbital meyl 51,6 dərəcə
Qət etdiyi məsafə 3.638.470.307 km
Orbitdəki çəkisi 124.340 kq
Quruluşu
Mir
Mir Kosmik Stansiyası

Mir (Rus: Dünya deməkdir: dünya və ya sülh), 1986-cı ildən 2001-ci ilə qədər aşağı Yer orbitində qalan Sovet İttifaqının və ardınca Rusiya tərəfindən idarə olunan kosmik stansiyası. İlk modul 19 fevral 1986-cı ildə kosmosa göndərilib. Bəşəriyyətin uzun müddətli olaraq kosmosda, içində yaşayıb araşdırmalar apardığı ilk elmi-kosmik tədqiqat stansiyasıdır . Edilən beynəlxalq əməkdaşlıq sayəsində, müxtəlif millətlərin kosmik xadimlərinin istifadəsinə verildi. Orbitə 1986-cı il ilə 1996-cı illər arasında göndərilən bir çox modul ilə uğurlu birləşmələr həyata keçirdi. 23 mart 2001-ci ildə missiyası başa çatdı və atmosferə girərək yanması təmin edildi.

Tarixi

1996-cı ildə tamamlanmış halda Mir

Mir, əvvəl Sovet İttifaqı tərəfindən göndərilmiş Salyut kosmik stansiyaları əsas alınaraq hazırlanmışdır(1971-ci ildən sonra yeddi Salyut kosmik stansiya göndərilmişdir). Əsasən Rusiya istehsalı insanlı "Soyuz" raketləri və Progress yük gəmiləri tərəfindən təmir edildimişdir, lakin bundan sonrakı uçuşlar Буран kosmik gəmisi üçün təyinat nöqtəsi olaraq planlanmışdır. Orbitdəki " Mir " -in əsas məqsədi geniş və yaşanıla biləcək elmi laboratoriya yataymaq idi.

ABŞ özünə Mir-ə oxşar olaraq Space Station Freedom stansiyasını yaratmağı planlamış, amma bu layihə Sovet İttifaqının süqutundan sonra beynəlxalq əməkdaşlıq yolunun açılması məqsədilə dayandırılmışdır (bax. Beynəlxalq Kosmik Stansiyası). Bundan başqa, Challenger Kosmik Gəmisi Mir -in qalxşından bir aydanda daha qısa müddət əvvəl planlanmışdı. Daha sonrakı illərdə, "Soyuq müharibə" dövründən sonra, Shuttle-Mir proqramı ilə Rusiyaya aid olan Mir -in imkanları ilə Amerikanın kosmik gəmilərinin imkanları birləşdirilmiş, bir qrup Amerikalı və digər qərb ölkələrindən olan kosmonavtların stansiyanı ziyarət etmək və ya stansiyadakı uzun müddətli elmi-tədqiqat çalışmalarında iştirak etmələrinə dəstək vermişdir. Mir və ona bağlanmış kosmik gəmi 250 tonluq ağırlığı ilə kosmik tədqiqatlar tarixinin ən böyük orbital gəmisi ünvanın almışdır.

100 tonluq Mir-in içi, borular, kabellər və elmi — tədqiqat çihazlarından əlavə günlük həyat fəaliyyətinə aid əşyalarda vardır. İki qısa müddət xaricində, Mir 1999-cu il avqusta ayına qədər davamlı xidmətdə olmuşdur.

15 yaşındakı Rus kosmik stansiyasının səyahəti, 23 mart 2001-ci il tarixində, Fici yaxınlarında Sakit okeanın cənubuna düşməsi ilə sonlanmışdır. Son günlərinə qədər, bir çox sahibkarın, ehtimal ki ilk orbital televizya/film studiyası qurmaq üçün Miri almaq kimi planlar vardı. Ancaq stansiya daha da istifadə olunmağa yarasız idi və təhlükəsiz deyildi. Kosmik sahənin bir çox nümayəndəsi Mir -in ən azından bəzi hissələrinin istifadə oluna biləcəyini, bundan başqa orbitə material çıxartmağın yüksək xərcli olduğunu hesab edildikdə, Mir -in yox edilməsinin böyük bir fürsət itgisi olduğunu fikirləşirlər.

Sovet və Rus kosmonavtların başqa Mir beynəlxalq elm adamlarına və Amerikalı astronavtlara da ev sahibliyi etmişdir. 

Mir modulları

Mir Kosmik Stansiyası, – Kosmik məkik tərəfindən Mirə gətirilən birləşmə modulları xaricində – hər biri ayrı ayrı Proton Raketləri ilə orbitə göndərilən bir çox Mir modulunun orbitdə birləşməsi ilə əmələ gəlmişdir.

Modul Qalxma tarixi Qalxış vasitəsi Kenetlenme tarihi Çəki Soyuz Məqsəd
Nüvə 19 fevral 1986 Proton 8K82K Bilinmir 20,100 kq Bilinmir Yaşayış sahələri
Kvant-1 31 mart 1987 Proton 8K82K ~9 aprel 1987 10,000 kq TM-2 Astronomiya
Kvant-2 26 noyabr 1989 Proton 8K82K 6 dekabr 1989 19,640 kq TM-8 Yeni ve inkişaf etmiş yaşam dəstək modulları
Kristall 31 May1990 Proton 8K82K 10 iyun 1990 19,640 kq TM-9 Texnologiya, maddi emal, Geofizika və
Astrofizika 
laboratoriyaları
Spektr 20 may 1995 Proton 8K82K 1 iyun 1995 19,640 kq TM-21 ABŞ-Soveet Əməkdaşlıq proqramı çərçivəsində edilən təcrübələr
Birləşmə modulu 12 noyabr 1995 STS-74 Atlantis 15 noyabr 1995 6,134 kq TM-22  Kosmik məkiyin birləşməsi üçün istifadə olundu.
Priroda 23 aprel 1996 Proton 8K82K 26 aprel 1996 19,000 kq TM-23 Uzaqdan qəbul etmə modulu

Adlar

Mir və Ay, Yerin ilk peyki, 1998

Elektromaqnit spetkr və x-şüaları əmilmələrini ölçərək Astrofizika tədqiqatlarının edilməsindən yola çıxılaraq bu ad verilmişdir. Kristall (Кристалл) "kristal" deməkdir. Bu modulun əsas çalışma sahəsi biyoloji kosmik şəraitdə maddi istehsal texnologiyaları olduğu üçün bu ad verilmişdir. Spektr (Спектр) "spetkr" deməkdir . Atmosfer qəbuledicilərinə görə bu ad verilmişdir. Priroda (Природа) "təbiət" deməkdir. Progress (Прогресс) "tərəqqi, irəliləyiş" deməkdir. Soyuz (Союз), "birlik, ittifaq" anlamındadır (Sovietskii Soyuz, Советский Союз = Sovet İttifaqı). Bundan başqa Soyuz modulu üç kiçik moduldan əmələ gələn bir birləşmə olduğundan bu adla anılır.

Səfərlər, kosmos yürüyüşləri və heyətlər

  • Mir səfərlərinin siyahısı
  • Mir kosmos yürüyüşləri siyahısı
  • Mirə gedən kosmik gəmilərin və heyətlərlərin siyahısı
  • Həmçinin baxın: Kosmos yürüyüşləri siyahısı

Həmçinin bax

  • Mir kosmik stansiya ziyarətşiləri
  • Orbital stansiya xidmət edən kosmik stansiyaların statistikaları üçün
  • Salyut
  • Skylab
  • Soyuz
  • Progress
  • Beynəlxalq kosmik stansiya
  • 11881 Mirstation asteroitine uzay istasyonunun adı verilmiştir.
  • Shuttle-Mir Programı

Kaynakça

Mənbə