Informatics Educational Institutions & Programs
Şəhər | |
Usi | |
---|---|
çin. 无锡 | |
31°34′ şm. e. 120°18′ ş. u.HGYO | |
Ölkə | ÇXR |
Rayon | [[Jianqsu]] |
Tarixi və coğrafiyası | |
Sahəsi | 4.787 km² |
Saat qurşağı | UTC+8 |
Əhalisi | |
Əhalisi | 6,372,624[1] nəfər (2010) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 510 |
Poçt indeksi | 214000 |
Nəqliyyat kodu | 苏B |
Digər | |
wuxi.gov.cn | |
Vikianbarda əlaqəli mediafayllar |
Usi (və yaxud Vuşi, çin. 无锡), Çin Xalq Respublikasıın Jianqsu vilayətinin cənubunda şəhər və eyniadlı bələdiyədir. Tai gölünün şimal-şərqinin yaxınlığında, Büyük kanalın Xichenq kanalıyla birləştiyi nöqtədə yerləşmişdir. Jianqsu vilayətinin cənubunda əsas nəqliyyat sistemini teşkil edən suyolları və kanalların qovuşduğu əsas mərkəzdir.
Tarix
Yanszı çayının deltasında tikilən ilk yaşayış mərkəzlərindən biridir. Əvvəllər bir qalay rezerv mərkəzi kimi bilinirdi, sonra Şərqi Xan sülaləsi dövründə (b.e.ə. 206-b.e. 25) qalay rezervlərinin qutarması ilə əlaqəli adı "qalayı olmayan" mənasını verən Usi adlandırılmışdır. III əsrin sonlarından başlayaraq Bilinq (Changzhou) kapitanlığına verildi. Yuan sülaləsi dövründə (1206-1368) müstəqil bir vilayət oldu və illərcə müstəqil olaraq qaldı.
Tai gölünün ətrafındakı dəyərli bir taxıl istehsal bölgəsində yərləşən Usi, Büyük kanalın tamamlandığı 609-cu ildən etibarən paytaxta göndərilən taxılın ixracat mərkəzi oldu. Büyük kanalın 1850-ci illərdə dəyərini itirməsindən sonra da dənizyoluyla Tyantszin və Şanxay şəhərinə taxıl ixrac edən bir şəhər kimi öz dəyərini qorudu. 1908-ci il Usi şəhərinin qərbində olan Nankin şəhərinə dəmiryolu tikilməsiylə taxıl ticarəti daha da inkişaf etdi.
İqtisadiat
Pambıqdan və ipəkdən parçaların hazırlanması daha qədim illərdan mövcud olub bu günə kimi də Usi şəhərinin əsas gəlir mənbəyi kimi öz dəyərini saxlamaqdadır. Şanxay şəhəri ilə sıx əlaqələrlə bağlı İkinci dünya müharibəsindən əvvəl Usi şəhəri xalq arasında "Kiçik Şanxay" kimi tanınırdı. Usi bu gün Çinin ən böyük ipək istehsal merkəzidir. Əvvəllər şəhərin iqtisadiatında un, düyü və yağ istehsalı varıydı. Ancaq 1950-ci ilden sonra sənaye inkişaf etdikcə yüngül maşınqayırma fabrikləri və zavodları açıldı.
Nəqliyyat
Usi şəhəri Şanxay şəhəri və Nankin şəhəri arasındakı dəmiryolu üzərində yerləşən 20 stansiyadan biridir. 2004-cü ildə açılan Usi Havalimanı şəhərin mərkəzinə 14 km məsafədədir.
İstinadlar
- ↑ (çin.) Compilation by LianXin website. Data from the Sixth National Population Census of the People's Republic of China Arxivləşdirilib 2012-03-25 at the Wayback Machine