Informatics Educational Institutions & Programs
Spotify — 23 aprel 2006-ci ildə Daniel Ek və Martin Lorentzon tərəfindən asası qoyulmuş[1] İsveç audio axını və media xidmətləri təminatçısı. 2022-ci ilin iyun ayına olan məlumata görə, 433 milyon aylıq aktiv istifadəçisi, o cümlədən 188 milyon ödəniş edən abunəçi ilə onu ən böyük musiqi axını xidməti təminatçılarından biri edir.[2]
Spotify | |
---|---|
Ümumi məlumatlar | |
Tipi |
Musiqi axını Podkestinq |
Təsis tarixi | 23 aprel 2006 |
Baş qərargahın yeri | İsveç |
Struktur | |
İşçi sayı | 9,058 (İyun 2022) |
Rəhbərlik | |
Təsisçilər |
Daniel Ek Martin Lorentzon |
spotify.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Spotify səsyazma şirkətləri və media şirkətlərindən 82 milyondan çox mahnı daxil olmaqla, müəllif hüquqları ilə məhdudlaşdırılmış rəqəmsal yazılmış musiqi və podkastlar təklif edir. Spotify hazırda 2021-ci ilin oktyabr ayından etibarən 180-dən çox ölkədə əlçatandır. İstifadəçilər ifaçı, albom və ya janra görə musiqi axtara, pleylistlər yarada, redaktə edə və paylaşa bilərlər.
Spotify 184 bazarda Avropanın əksəriyyətində, eləcə də Amerika və Okeaniyada mövcuddur[3]. Xidmət Windows, macOS və Linux kompüterləri, iOS və Android smartfon və planşetləri, Amazon Echo və Google Nest kimi ağıllı ev cihazları və Roku kimi rəqəmsal media pleyerləri daxil olmaqla əksər cihazlarda mövcuddur.[4]
Müğənnilərə satılan mahnıya və ya alboma görə sabit qiymət ödəyən fiziki və ya endirmə satışlarından fərqli olaraq, Spotify dinlənən mahnıların sayına əsasən qonorar ödəyir. O, ümumi gəlirinin təxminən 70%-ni hüquq sahiblərinə (çox vaxt səsyazma şirkətləri) ilə bölüşdürür.[5]
İstinadlar
- ↑ "Spotify UK revenues surge to almost £190m as mobile subscriptions take off". The Guardian (ingilis). 14 October 2016. 17 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2021.
- ↑ "Company Info". Spotify For the Record. 2 February 2022. 30 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2022.
- ↑ "About Spotify". Spotify (ingilis). 30 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2022.
- ↑ "Spotify Music". Roku Channel Store. Roku. 28 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2018.
- ↑ Sehgal, Kabir. "Spotify and Apple Music should become record labels so musicians can make a fair living". CNBC. 26 January 2018. 24 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2018.