FAIR and interactive data graphics from a scientific knowledge graph
Jurnalistika |
---|
Biznes jurnalistikası və ya işgüzar jurnalistika — cəmiyyətlərdə baş verən iqtisadi və maliyyə fəaliyyətlərini və dəyişiklikləri izləyən, qeyd edən, təhlil edən və şərh edən jurnalistikanın bir növüdür. Mövzular iqtisadiyyatla əlaqəli bütün ticari fəaliyyətlərin bütün sahələrini geniş şəkildə əhatə edir. Jurnalistikanın bu sahəsində jurnalistlər, biznesin bütün sahələrində baş verən hadisələr, statistik məlumatlar, valyuta ilə əlaqəli mövzularda xəbərlər və geniş məqalələr təqdim edir. Qəzet, jurnal, radio və televiziya xəbər şoularının əksəriyyətinə biznes seqmenti daxildir. Ətraflı və dərin işgüzar jurnalistika xüsusi olaraq iş və maliyyə jurnalistikasına həsr olunmuş nəşrlərdə, radioda və televiziya kanallarında görünə bilər.
Tarixi
İşgüzar jurnalistika orta əsrlərdən etibarən tanınmış ticarət ailələrinin bir-biri ilə əlaqə yaratdığı dövrdən yaranmağa başladığı güman olunur
XVIII əsrin əvvələrində "Robinson Cruse" əsəri ilə tanınan yazıçı Daniel Defo biznes və iqtisadi xəbərlər yayımlamağa başladı.1882-ci ildə Charles Dow, Edward Jones və Charles Bergstresser Wall Street boyunca bizneslə məşğul olan ailələrin evlərinə telqraf vasitəsilə biznes xəbərlərini çatdırırdılar. Və 1889-cu ildə The Wall Street biznes haqqımda jurnal nəşr etməyə başladı. Dövrünün tanınmış yazar Ida Tarbell özünü bu sahədə jurnalist hesab etməsə də, 1902-ci ildə Standard Oil Co haqqında yazdığı məqalə günümüzdə də istifadə olunan biznes xəbərlərinin formalaşmasına böyük töhfə vermişdir.1990-cı illərdə fond bazarına daha geniş investisiya qoyuluşu ilə işgüzar jurnalistika geniş yayılmışdır. The Wall Street jurnalı, işgüzar jurnalistikanın qabaqcıl nümunələrindən biridir və həm tiraj baxımından həm də orada işləyən jurnalistlərə hörmət baxımından Amerika Birləşmiş Ştatlarının ən yaxşı qəzetlərindən biridir.
Əhatə dairəsi
Biznes jurnalistikası, əksər inkişaf etmiş ölkələrdə geniş yayılsa da , inkişaf etməkdə olan və inkişafdan geri qalmış ölkələrdə çox məhdud bir rola malikdir. Bu, belə ölkələrin biznesmenlərinin yerli və beynəlxalq səviyyədə imkanlarını məhdudlaşdırır.