FAIR and interactive data graphics from a scientific knowledge graph
Benin | |||||
---|---|---|---|---|---|
République du Bénin | |||||
| |||||
Fraternité, Justice, Travail (fr. Qardaşlıq, Ədalət, İş) | |||||
Himn: L’Aube Nouvelle} |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Porto-Novo, Kotonu | ||||
İdarəetmə forması | Prezident Respublikası | ||||
Prezident | Toma Yayi Boni [ 6.IV.2006 ] | ||||
Baş Nazir | Lionel Zinsu [ 18.VI.2015 ] | ||||
Sahəsi | Dünyada 102-ci | ||||
• Ümumi | 112622 km² | ||||
• Su sahəsi (%) | 1,9 | ||||
Əhalisi | |||||
• Əhali | 10,5 milyon nəfər (87-ci) | ||||
• Siyahıyaalma (11.V.2013) | 9 983 884 nəf. | ||||
• Sıxlıq | 93 nəf./km² | ||||
• Ümumi | 17.690.083.520 $[1], 17.401.746.309 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 19,8 milyard dollar (142-ci) | ||||
• Adambaşına | 1 900 dollar (205-ci) | ||||
İnternet domeni | .bj | ||||
ISO kodu | BJ | ||||
BOK kodu | BEN | ||||
Telefon kodu | +229 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Benin Respublikası (fr. République du Bénin; yor. Orílẹ̀-èdè Olómìnira ilẹ̀ Benin), Benin (fr. Bénin; yor. Benin — Qərbi Afrikada dövlət, rəsmi adı Benin Respublikası. 1975-ci ilədək Daqomeya) — Qərbi Afrikada dövlət. Benin körfəzinə və Qvineya körfəzinə çıxışı var. Şimalda Burkina Faso və Niger, şərqdə – Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı — Porto-Novo, ancaq hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir.
Tarix
Ən qədim dövrlərdən XIX əsrin sonlarınadək
Müasir Benin dövlətinin şimalında qurma tayfaları məskunlaşmışdı, sonralar onlar müasir Nigeriya ərazisindən gələn barba tayfaları tərəfindən sıxışdırıldılar. Ölkənin cənubunda isə fon və aca tayfaları yaşayırdı. XV əsrdə Benin ərazisində portuqaliyalılar göründülər.
XVI–XVII əsrlərdə fransız, holland, ingilis tacirlərinin və qul ticarəti ilə məşğul olanların faktoriyaları və limanlar meydana gəldi. XVII əsrdən Benin və qonşu əyalətlərin sahilboy əraziləri Afikada avropalı qul tacirlərinin ən iri ticarət mərkəzinə çevrildi. Sonralar bu ərazilər Kölə sahili adlandırılmışdır.
XVII əsrdə müasir Benin ərazisində Daqomeya dövləti meydana gəldi. Onun əhalisinin əsas məşğuliyyəti toxa əkinçiliyi idi. Daqomeya dövləti quldarlığın bəzi elementlərini özündə saxlasa da, o, bir erkən feodal dövləti idi.
XVIII əsrdə Daqomeya hökmdarları qul ticarəti ilə aktiv surətdə məşğul olur, hər il Avropa tacirlərinə 20 minə yaxın qul satırdılar. Bu, XIX əsrin ortalarınadək, Avropa dövlətlərinin əksəriyyəti tərəfindən qul ticarətinin qadağan edilməsinədək davam etmişdi.
Müstəmləkə dövrü
Benin 1893-cü ildən Fransanın müstəmləkəsinə çevrildi. 1904-cü ildə Benin Fransız Daqomeyası adı altında fransız Qərbi Afrikasının tərkibinə daxil edildi. Fransız müstəmləkəçiləri burada sənaye müəssisələri (sabunbişirmə, tikiş və s.) yaratmağa dəmiryolları və şose yolları çəkməyə başladılar.
1946-cı ildə Daqomeya Fransanın dənizarxası ərazisi statusunu aldı. Qubernatorun yanında fəaliyyət göstərən Baş şura yaradıldı. Onun tərkibinə Afrika burjuaziyasının, ziyalılarının nümayəndələri daxil idi.
1958-ci ildə Daqomeya muxtar Respublika kimi Fransız cəmiyyətinin tərkibinə daxil edildi. Daqomeyanın 1959–1960-cı illərdə mövcud olmuş Mali Federasiyasının (Mali və Seneqal) tərkibinə daxil edilməsi ideyası səslənsə də, o zaman bu həyata keçirilmədi.
Müstəqillik dövrü
1 avqust 1960-cı ildən Daqomeya Respublikası müstəqil dövlət elan edildi. Daqomeya Respublikasının ilk prezidenti faktiki olaraq ölkədə öz diktaturasını yaradan Maqa Kutuku Yuber oldu. 1963-cü ilin sonlarında ölkədə polkovnik K. Soqlonun başçılığı ilə ilk hərbi çevriliş baş verdi. Yeni Konstitusiya qəbul edildi, çoxpartiyalı sistem bərpa edildi, parlament və parlament seçkiləri keçirildi. Ölkədə "sosializm yolu" kursunu elan edən S. M. Apiti prezident seçildi.
1965-ci ildə yüksək rütbəli zabitlər tərəfindən təşkil olunan ikinci hərbi çevriliş baş verdi. 1968-ci ildə qərbpərəst mövqeyi ilə tanınan E. Zinsu prezident seçildi.
1969-cu ilin dekabrında üçüncü hərbi çevriliş baş verdi. Maqa və Apiti yenidən hakimiyyətə qayıtdılar.
1972-ci ilin oktyabrında mayor Matye Kereku dördüncü dövlət cevrilişi edərək Marksizm-leninizm ideologiyasına əsaslanan birpartiyalı sistem yaratdı, sosializm qurmağı hakimiyyətin əsas vəzifəsi elan etdi. 1974-cü ilin noyabrında ölkəni M. Kerekunun başçılıq etdiyi Siyasi Büro idarə edirdi.
30 noyabr 1975-ci ildən ölkə Benin Xalq Respublikası adlandırılmağa başladı.
1977-ci ildə Boba Denaranın başçılıq etdiyi müzdlular Beninə hücum etsələr də, bu uğursuzluqla nəticələndi.
Əhalisi
Benində əhalinin son siyahıya alınması 11–25 may 2013-cü ildə aparılmışdır. Siyahıya alınmanın nəticələrinə əsasən 2013-cü ildə ölkədə əhalinin sayı 9 983 884 nəfər olmuşdur. Əhalinin illik təbii artımı 2,9 faiz təşkil edir. Orta ömür müddəti 59 ildir. 2007-ci il məlumatına əsasən immun çatışmazlığı virusu ilə yoluxma 1,2 faizdir.
Etnik tərkib
Benində 60-dan çox xalq yaşayır, ölkə əhalisinin əksəriyyətini (təqribən 65 faizini) fon xalqlarına aid olan şərq eve xalqı, həmçinin, daqomey, barba, somba, yoruba, busa və digər xalqlar təşkil edir.
Dil
Ölkədə rəsmi dövlət dili fransız dilidir. Bundan başqa, Benində fon və yoruba (əsasən ölkənin cənubunda), ölkənin şimalında müxtəlif tayfaların dillərindən də geniş istifadə olunur.
Din
Benində əhalinin 42,8 faizini xristianlar (əsasən katoliklər), 24,4 faizini müsəlmanlar, 17,3 faizini buddistlər, 15,5 faizini digər dinlərin nümayəndələri təşkil edir (2002). 15 yaşdan yuxarı əhalinin 34,7 faizi,(qadınların 48 faizi, qadınların 23 faizi) savadlıdır (2002).
Mənbə
Счетчик населения государства Бенин. Данные на 29.11.2013.