Qısa keçid yönləndirmə


Xoş məramlı olduğunu göstər!

Xoş məramlı olduğunu göstərmək Vikipediya daxil olmaqla bütün Vikilayihələrə aiddir. Hamıya redaktə edə bilmək imkanı verərək, əksər istifadəçilərin xoş niyyətli olduqlarına və layihəyə kömək etmək istədiklərinə inanırıq. Əgər bu səhv olmasaydı, Vikipediya əmələ gəlmədən puç olub gedə bilərdi.

Başqa sözlə edilmiş dəyişiklik ola bilsin ki, səhvdir və məqaləyə ziyan vurmuşdur, amma bu dəyişilik xoş niyyətlə yəni bilmədən edilmişsə bunu vandalizm kimi qəbul etmək düzgün deyil. Əgər kiminlə isə fikriniz üst-üstə düşmürsə, unutmayın ki, bəlkə də həmin şəxs layihəyə kömək etdiyinə inanır. Çalışın ki, bu zaman müzakirə səhifələrində ortaq mövqeyə gələsiz. Bu Vikipediyanın düzgün, qərəzsiz bir informasiya çevrilməsi üçün çox lazımlıdır. Xüsusilədə yeni istifadəçilərə qarşı xüsusi səbirli olmaq, onlara düzgün yol göstərmək lazımdır. Ola bilsin ki, yeni istifadəçilər Vikipediya qaydalarını bilmirlər və başlanğıcda bu qaydanı pozurlar. Onlara səbirlə yanaşmaq lazımdır.

Yeni qoşulan istifadəçinin öz hərəkətlərində özünü tamamilə haqlı sayma halı da ola bilər və bu problem yaradırsa onun Vikipediya qaydalarını bilməməsindən irəli gəlir. Yeni istifadəçinin bilmədiyi qaydaları özünə görə nizamlaması çox normal haldır. Bəzən də bu cür istifadəçilər öz qaydalarını digərlərindən üstün tutur və qaydalarına digərləri tərəfindən hörmətlə yanaşılmasını istər. Bu prizmadan baxdıqda bir çox hərəkətlər istifadəçinin pis niyyətli olduğunu göstərmir.

Əgər uyğunsuzluq varsa və siz onun bilərəkdən edildiyini düşündüyünüz halda belə həmin şəxsi yalan danışmaqda günahlandırmayın, bunun əvəzində səhvi düzəltmək daha düzgündür. Çox güman ki, həmin şəxs sizin etdiyiniz dəyişikliyi lazımınca düzgün başa düşə biləcək. Məqalənin məzmununa yeni əlavə edilən və onun səhv olduğunu bildiyiniz yazıları silmək əvəzinə düzəltməniz daha düzgün olacaq. Hətta çox xoş məramlı istifadəçilər belə xəta edə bilərlər və bunu düzəltmək sizin üzərinizə düşür.

Xətanı qəsdən edib kimi davranmayın, düzəldin, amma lütfən təzyiq etməyin. Vikipediyada həmfikir olmadığınız insanların olması normal bir hal. Amma onlar xətalı olsalar belə onların layihəyə ziyan vermək istədikləri kimi başa düşülməməlidir. Həmçinin kollektiv fəlaiyyət göstərməyi bacarmayan insanlarda çox olacaqdır və yenə də bu onların layihəyə ziyan vermək istədikləri kimi başa düşülməməlidir. Hətta sizi "boğaza yığsalar" belə bu onların pis məramlı olduqlarının göstəricisi deyil. Həmçinin bir məqamıda yadda saxlamaq lazımdır ki, məramın pis olduğu açıq şəkildə görüdüyü halda belə görülmüş bütün işlər (əvvəlki versiyanın bərpası və ya istifadəçinin bloklanması) şəxsin niyyətini yox onun davranışlarını dəyişdirir.

Vikipediyada redaktə uğrunda mübahisə yarandığı halda xoş niyyətli olduğunuzu tez başa düşəcəyinizə ümid edirik.

Pis məramlı olduğunuzun göstəriciləri əsasən bunlardır:

  • Təzyiq: Hər hansısa bir istifadəçiyə təzyiq və ya təhqir etməniz sizin pis niyyətli olmanız deməkdir. Bu zaman mübahisə daha da çirkinləşəcək.
  • Neytrallıq prinsipindən yayınma. Ensiklopediya üçün ən idealı baxışları heç bir tərəfkeçlik olmadan, ədalətli bir formada göstərməkdir. Tərəfli bir dəyişikliyin geri çəkilməsi neytrallığın müdafiəsi kimi başa düşülməlidir. Bu zaman çalışın ki, digər istifadəçilərin bu məqaləni niyə tərəfli hesab etdiyini başa düşəsiz. Əgər haqlıdırsa çalışın onun fikirlərini də məqaləyə daxil edəsiniz amma çalışın neytrallığı qoruyasınız. Əgər mübahisə edən tərəflər bunu edərsə o zaman neytrallıq bərpa edilmiş olar.

Əgər siz istəyirsinizsə ki, sizin xoş məramlı olduğunza inansınlar onda bunu fəaliyyətinizlə göstərməlisiniz. Başqalarına yük olmayın. Başqalarına "Mənim xoş məramlı olduğumu düşünün" deməklə siz onları xoş məramlı olduğunuza çətin inandırasınız.