Tribologiya— nisbi hərəkətdə bir-biri ilə təmasda olan səthlər haqqında elm. O, yağlama da daxil olmaqla, sürtünməyeyilmənin qarşılıqlı vəhdətini araşdırır. Tribologiya həm bərk cisimlər, həm də bərk cism və maye(qaz) arasında uyğun sərhəd səthlərinin qarşılıqlı təsirini əhatə edir. Əsas məqsədi triboloji mühitdə işləyən hissələr üçün əlverişli material, yağlayıcı maddənin və son zamanlar elmi tədqiqat işlərinin əsasını təşkil edən, effektiv örtüklərin seçilməsindən ibarətdir.

Triboloji sistemlər

Hissələrin səthləri arasında təmas münasibətləri şəkil də göstərilmiş triboloji sistem kimi ümumiləşdirilə bilir. Buradan göründüyü kimi triboloji sistemdə əsas cism və onun əksi olan cismin seçilməsi, səthin xassələrinə (kələkötürlük, bərklik, korroziyaya qarşı qat) təlabatın qoyulması, nisbi hərəkətin (sürüşmə, diyirlənmə, yuvarlanma) verilməsi, təmas səthində yaranan gərginliklər (qüvvə, təzyiq) və gözlənilən səthi zədələmə mexanizmləri (yeyilmə) araşdırılır. Aralıq materialının seçil-məsi ümumi triboloji sistem üçün çox əhə-miyyətlidir. Məsələn, yağlama materialının seçilməsi (sürtünmə əmsalı, istilikkeçirmə, materialın verilməsi) ilə təmasda olan hissə-lərin qarşılıqlı yüklənmə halına bir başa təsir etmək olur. Ətraf mühitin təsiri kimi burada temperatur və havanın rütubətliyi də nəzərə alınır.

Triboloji sistemin sxematik təsviri

Yuxarıda qeyd olunan, qarşılıqlı təmasda olan əsas hissələrə istənilən triboloji sistemdə rast gəlindiyi halda, aralıq materialı və ətraf mühitin təsiri həmişə mövcud olmaya da bilər. Sürtünməni və yeyilməni azaltmaq üçün bir çox praktiki hallarda aralıq materialı kimi yağlayıcı maddələrdən istifadə olunur. Aralıq maddə həmçinin bərk hissəciklərdən (məsələn: qatran) ibarət ola bilər. Yeyilməyə qarşı tədbirlərin görülməsi üçün açıq və qapalı triboloji sistemlərdən istifadə olunur. Açıq sistemlərdə, məsələn, alətin işçi səthi daimi olaraq emal olunan hissənin yeni səthləri ilə təmasa girir. Onun funksiyası ilk öncə əsas hissə kimi işləyən alətin yeyilməsindən asılı olur, yəni emal olunan hissənin yeyilməsi maraqlı deyil. Qapalı sistemlərdə, məsələn paylayıcı val-itələyici cütlüyündə işçi səthlər daimi qarşılıqlı təmasda olur. Hər iki hissənin yeyilməsi triboloji sistemin xassələrinin dəyişməsinə bir başa təsir edir.

Triboloji sistemin göstəriciləri sürtünmə və yeyilmə proseslərinin kəmiyyət və keyfiyyətcə qiymət¬ləndirilməsinə xidmət edir. Sürtünmə prosesi yükləmə kollektivi və sistemin struk-turundan asılı olan sürtünmə qüvvəsi və əmsalı ilə xarakterizə olunur. Yeyilməyə də eyni amillər təsir edir. Əgər yeyilmənin qiymətini yükləmə zamanından asılı olaraq təsvir etsək, onda iki müxtəlif əyri alınır.

Başlanğıc fazada daha intensiv yeyilmə baş verir, zaman keçdikcə onun intensivliyi aşağı düşür və sabit yeyilmə artımı ilə müşayiət olunan qərarlaşmış proses yaranır. Prosesin son-rakı gedişində yeyilmə proqressiv artaraq his-sənin sıradan çıxmasına gətirib çıxarır. Əgər səthin dağılması yeyilmə mexanizmi üçün təsirli olarsa, onda yeyilmə ilk olaraq səthdə mikrostruktur dəyişmə, çatların yaranması və böyüməsindən sonra əhəmiyyətli dərəcədə nəzərə çarpır. Yeyilmə prosesi onun yaranma mexanizmlərindən asılı olduğundan, bu haqda danış-dıqda yeyilmənin qiyməti ilə bərabər onun mikroskop altında əldə olunmuş formasının da verilməsi əhəmiyyətlidir. Bu şəkillər əsasında yeyilmə haqqında tam məlumat toplayıb başqa hallar üçün faydalı etmək olur.

Mənbə