Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Liza del Cokondoİtaliyanın FlorensiyaToskana ərazilərində yaşayan Gerardini ailəsinin üzvü. Onun adı həyat yoldaşının sifarişi ilə İtalyan İntibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş "Mona Liza" portretinə verilmişdir. Lizanın həyatı haqqında çox az məlumat vardır. O, Florensiyada doğulmuş, erkən yaşlarında geyim və ipək taciri ilə evlənmiş, bir müddət sonra Lizanın həyat yoldaşı dövlət qulluğuna başlamış, xanım özü isə orta təbəqə insanlarına məxsus rahat və adi həyat sürmüşdür. Lizanın ölümündən əsrlər sonra onun portreti olan "Mona Liza" dünyanın ən məşhur rəsm əsərinə çevrilmiş və sahibəsi olan Lizadan ayrıca həyatını yaşamağa başlamışdır. Tədqiqatçılar və həvəskarların əsər ətrafındakı müzakirələri onu bütün dünyada qəbul edilmiş sənət ikonasına çevrilməsinə səbəb olmuşdur. 2005-ci ildə Lizanın "Mona Liza" üçün model olması dəqiqləşdirilmişdir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Neftçi–Qarabağ 0:62020/21 Azərbaycan Premyer Liqası mövsümünün 8 noyabr 2020-ci ildə keçirilən IX turunda "Neftçi" Bakı PFK-nin öz meydanında, "Neftçi Arena"da "Qarabağ" Ağdam FK-nı qarşıladığı matç. Matçdan əvvəl "Neftçi" 2-ci yerdə qərarlaşmış, 2020/21 UEFA Avropa Liqası mövsümündə iştirak etdiyindən ölkə çempionatında bir oyun geridən başlamış "Qarabağ" isə 3-cü pilləni tutmuşdu. Avroliqa mövsümündəki məğlubiyyətlərindən qayıdan "Qarabağ" öz meydanında "Keşlə"yə 6:1 hesabla qalib gəlmiş, "Neftçi" isə çempionatın lideri "Sumqayıt" ilə heç-heçə etmişdi. Bu, Azərbaycan derbisinin 81-ci matçı, "Qarabağ"ın isə "Neftçi" üzərindəki 30-cu qələbəsi idi. Koronavirus pandemiyası səbəbilə Peşəkar Futbol Liqasının aldığı qərarə əsasən, mövsüm boyunca keçirilən oyunlar azarkeşsiz keçirilmiş, bu qayda 11 min azarkeş tutumuna malik "Neftçi Arena"da da icra olunmuşdur. Həmçinin, oyunun keçirildiyi tarixdə Şuşanın işğaldan azad edildiyi açıqlanmışdı, bu səbəbdən futbolçular meydana üzərində "Bayrağı yenilməz edən millətin övladlarıdır" yazılan banner ilə çıxmışdır. Matçın baş hakimi Rəhim Həsənov, köməkçi hakimləri isə Namiq Hüseynov, Cəmil Quliyev və Orxan Məmmədov olmuşdur. Oyunda hesabı "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç 20-ci dəqiqədə açmış, birinci taym isə 29-cu dəqiqədə özünün penalti ilə və 38-ci dəqiqədə Mahir Emrelinin vurduğu qollar isə 0:3 olmuşdur.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Bakının görməli yerlərinin siyahısıAzərbaycanın paytaxtı və ən böyük şəhəri olan Bakı şəhərinin turizm potensialı ilə bağlıdır. Siyahıda şəhərin turistik və görməli yerləri — teatrlar, kinoteatrlar, saraylar, konsert zalları, parklar, muzey və qoruqlar, habelə ibadət yerləri, idman arenaları və s. öz əksini tapmışdır. Ümumi məlumat olaraq sahəsi 2130 km² olan Bakı şəhəri Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir və şəhərin tərkibinə 12 inzibati rayon, 5 şəhər tipli qəsəbə və 32 kənd daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 metr (92 ft) aşağıdır. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Xəbərlər
Paralimpiya Oyunlarının açılış mərasimi
Paralimpiya Oyunlarının açılış mərasimi

Aktual hadisələr: İsrail–Həmas müharibəsi  • Rusiya–Ukrayna müharibəsi  • Sudanda vətəndaş müharibəsi

Bilirsinizmi?
Bilirsinizmi…
Yusif Ziya Talıbzadə
Yusif Ziya Talıbzadə

Tarixdə bu gün
9 sentyabr: İlk aviapoçt xidməti, Kiprin tutulması
Bethoven
Bethoven
  • 337Roma İmperiyası parçalanmışdır.
  • 1570 — Osmanlı ordusu Kipri tutmuşdur.
  • 1825Bethovenin son konserti olmuşdur.
  • 1835Fransada senzura: karikatura çəkmək qadağan edilmişdir.
  • 1911 — Dünyada ilk dəfə İngiltərədə aviapoçt xidməti meydana gəlmişdir.
  • 1944Bolqarıstan faşizmdən azad olunmuşdur.
  • 1955SSRİAFR diplomatik əlaqələri bərpa etmişlər.
  • Digər günlər: 8 sentyabr9 sentyabr10 sentyabr